Məhkəmə qərarları › İş №e-2(3-6)-1581/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1581/2026

10.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1581/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “cərimənin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ## ###### 2025-ci il tarixli, ****** saylı müqavilədən görünür ki, “xxxx” İddiaçı MMCyə məxsus “Kontakt home” mağazalar şəbəkəsinin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən * nömrəli filialından bank krediti ilə dəyəri 3599,99 manat olan İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telefon və 1 illik qızıl zəmanət almışdır.

2. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə məhsulu alıcı İddiaçı təhvil verilmişdir.

3. Hesabdan çıxarışdan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixə 190,62 manat cərimə hesablanmışdır.

4. Ödəniş qəbzlərindəndən görünür ki, ##.##.2025-ci il tarixdə 230 manat və ##.##.2025-ci il tarixdə 230 manat ödəniş həyata keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Kontakthome” mağazalar şəbəkəsininin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən * nömrəli filialından ## ###### 2025-ci il tarixli, ****** saylı müqavilə ilə bank krediti ilə aldığım İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telofonunun ödənişlərinə görə ona tətbiq edilən cərimə məbləğinin tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə digər tələbi ilə yanaşı vəkillə bağlanmış müqaviləyə görə ödənilən 225 manat və dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, bağlanmış ##.##.2025-ci il tarixli, ****** saylı müqavilənin 3.5-ci maddəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixli, ****** saylı müqavilə ilə cavabdehin “Kontakt Home” mağazalar şəbəkəsinin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən * nömrəli filialından bank krediti ilə İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telefon almışdır. Ona təqdim edilən ödəniş qrafikinə əsasən birinci dəfə ## ###### 2025-ci ildə 230 manat ödəniş etmiş, ##.##.2025-ci il tarixində ikinci dəfə qeyd edilən ünvandakı “Kontakt Home” mağazasının kassasına ödəniş edən zaman kassir xanım telefon nömrəsini soruşmuş və bu zaman o, mexaniki olaraq səhvən oğlu Məmmədov Nihadın ***-***-**-** nömrəli mobil telefon nömrəsini deyərək növbəti ödənişi etmişdir. Bundan sonra aprel ayının ödənişini vaxtında etmiş, may ayının ödənişini edən zaman isə ona kassadan iki aylıq, yəni mart-aprel ayları üzrə ödənişlə bağlı borcu olduğu bildirilmişdir. O, təbii olaraq bununla razılaşmamış və hər ay, yəni 2025-ci ilin fevral ayından bu vaxta qədər kassaya bank kartı ilə ödəniş etdiyini bildirmiş, səbəblərini maraqlanmışdır. Lakin araşdırma ilə məlum oldu ki, mart-aprel aylarının ödənişləri kassada oğlu Nihadın adından olunub, ona isə bu barədə heç bir xəbərdarlıq mesajı gəlməyib, hansı ki, onlar bunu mütləq qaydada etməlidilər və kassa sistemində onlar bütün bunları mütləq qaydada görməlidilər. O, mart ayında kassirə səhvən oğlunun telefon nömrəsini verdiyini bildirmiş və orada isə düzəliş edəcəklərinə söz vermişlər. Kassir təsdiq etmişdir ki, səhv onların sistemində olmuş və bunu vaxtında ona xəbər verməlidilər. Ondan asılı olmayan 2 aylıq ödəniş gecikməsinə görə isə may ayında ona 480 manat məbləğində cərimə tətbiq edilib. Hazırda isə bu cərimə məbləği 700 manatdan çoxdur və hesab edir ki, bu cərimə əsassız və qanunsuz olaraq tətbiq edilib. Mağazadan təqdim edilən qrafikə görə 2025-ci ilin fevral ayından iyul ayına qədər, o cümlədən ## ###### 2025-ci ildə 230 manat, ## #### 2025-ci ildə 230 manat, ##.##.2025ci il tarixli qəbzlə 230 manat, ## #### 2025-ci ildə 700 manat, ## #### 2025-ci il tarixdə isə 230 manat, cəmi 1380 manat ödəniş etməli idi, ancaq bu vaxta qədər 1390 manat ödəmişdir. Bu halda cababdehin hansı əsasla cərimə hesablaması aydın deyil. Beləliklə cavabdeh mart və aprel 2025-ci il ayları üzrə kassirin səhvi üzündən edilən ödəniş gecikməsinə görə onu təqsirli bilmiş və ona böyük məbləğdə cərimə tətbiq etmişdir

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, “xxxx” MMC-i ilə İddiaçı arasında bağlanmış ## ###### 2025-ci il tarixli, ****** saylı müqavilə üzrə 2025-ci ilin may ayı üzrə hesablanmış 350 manat cərimə borcunun silinməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, 225 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin “xxxx” MMC tərəfindən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X2).

10. Məhkəmə iddia tələbini əsaslandırarkən ona istinad etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Məmmədov Nihad və İddiaçı ilə cavabdeh arasında eyni tarixdə eyni məbləğdə iki müqavilə imzalanmış və ödəniş tarixləri eyni olmuş, ödənişlər eyni şəxs tərəfindən həyata keçirilmişdir. Belə olan halda mart ayı üzrə ödəniş eyni şəxs tərəfindən bir müqavilə üzrə iki ayın edilməsi, digərinin edilməməsi texniki olaraq həyata keçirildiyindən, həmçinin müqavilə üzrə sonradan cavabdeh tərəfindən ödəniş qəbul edilən zaman həmin ödənişin cərimə məbləğinə silinməsi barədə iddiaçıya məlumat verilməməsi nəticəsində müqavilə üzrə cərimə məbləği əsassız hesablanmış, nəticədə aylıq ödəniş kimi ödənilmiş məbləğlər cərimə kimi hesabdan silinmişdir. İddia ərizəsində irəli sürülən dəbbə pulu tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Tərəflər arasında bağlanmış müqavilədə və ya qanunda kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulsa da, hazırda müqavilənin icra edilməməsi və lazımınca icra edilməməsi halı müəyyən edilmir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1–ci, 21.2-ci, 385.1-ci, 442-ci, 445.2.1-ci, 459.1-ci, 462.1-ci, 462.2-ci, 463.1-ci, 463.2-ci, 464.1-ci, 739.1-ci, 739.2-ci, 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, onunla cavabdeh arasında bağlanmış müqavilə üzrə 2025-ci ilin may ayı üzrə hesablanmış 350 manat cərimə borcunun silinməsi hissəsində ləğv edilərək cavabdeh tərəfindən ona hesablanmış bütün cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış,əlavə olaraq göstərmişdir ki, iddianın qısmən təmin edilməsi, yəni 2025-ci ilin yalnız may ayı üçün hesablanmış 350 manat cərimə borcunun silinməsi düz deyil. Hansı ki, cavabdehin aylıq üzrə ödənişləri bu vaxta qədər yalnız cərimə borcuna silinir. Bu hal apellyasiya şikayətinə əlavə edilmiş 2026-cı ilin yanvar ayı üçün ödənilmiş qəbzdən də görünür.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Məmmədov Nihad və İddiaçı ilə cavabdeh arasında eyni tarixdə eyni məbləğdə iki müqavilə imzalanmış və ödəniş tarixləri eyni olmuş, ödənişlər eyni şəxs tərəfindən həyata keçirilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq mart ayı üzrə ödəniş eyni şəxs tərəfindən bir müqavilə üzrə iki ayın edilməsi, digərinin edilməməsi texniki olaraq həyata keçirildiyindən, həmçinin müqavilə üzrə sonradan cavabdeh tərəfindən ödəniş qəbul edilən zaman həmin ödənişin cərimə məbləğinə silinməsi barədə iddiaçıya məlumat verilməməsi nəticəsində müqavilə üzrə cərimə məbləği qismən 350 manat məbləği hissədə silinməlidir.

24. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini qismən təmin etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-390-cı, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar