Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1609/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X1 və X2 ibarət tərkibdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "səhmlərin iddiaçının mülkiyyətinə verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus və X4 Reyestrində qeydiyyata alınmış adsız səhmlərindən, hər birinin dəyəri 20 manata olan cəmi 114.600 manat məbləğində 5.730 ədəd səhmlərin iddiaçı İddiaçı mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). MPM-in 112.1.2-ci maddəsinə görə iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.4-cü maddələrinə görə iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, iddia ərizələrinin verilməsi üçün 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi 5.730 ədəd səhmlərin mülkiyyətinə verilməsi bağlıdır. İddiaya görə, həmin səhmlər hər biri 20 manatdan olmaqla 114600 manat dəyərindədir. Beləliklə, müəyyən olunur ki, hazırkı iddia qiymətləndirilən tələb olmaqla, iddianın qiymətinə uyğun olaraq rüsum ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1, 112.4 və 112.5-ci maddələrinin tələblərinə əsasən əmlak tələbi üzrə iddialarda, iddianın qiyməti iddiaçı tərəfindən iddia ərizəsi verilən vaxt mövcud olan qiymətlərlə müəyyən edilməklə, dövlət rüsumu bu qiymətə uyğun olaraq ödənilməlidir. Lakin hazırki apellyasiya şikayətini verərkən iddiaçı “Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə” istinad etməklə, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə hazırki iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 404,6 (dörd yüz dörd manat 60 qəpik) manat təşkil edir və həmin Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq iddiaçı apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş (404,6 manat) məbləğin yarısı qədər rüsum ödəməli idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(3-6)-1609/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1609/2026
23.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver