Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1633/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/caseoperations?id=JfusxtZYM9o=" Nümayəndə, Cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=JfusxtZYM9o=" vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı İsrafil oğlunun cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı İsrafil oğluna məxsusdur. Həmin ünvanda iddiaçının mənzilinin divar qonşuluğunda yerləşən ** saylı mənzil isə cavabdeh cavabdeh1 mülkiyyətindədir. İddiaçıya məxsus mənzilə cavabdehə məxsus ** saylı mənzildən su axması nəticəsində ziyan dəymişdir. Həmin ziyanın aradan qaldırılması üçün edilən müraciətlər cavabsız qaldığından iddiaçı vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı İsrafil oğlu cavabdehlər cavabdeh4, cavabdeh2, cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı İsrafil oğluna məxsus əmlaka ziyan vurulmasına səbəb olan hərəkətlərin aradan qaldırılması öhdəliyinin cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh3 üzərinə qoyulması, cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh3 müştərək qaydada 5.500 AZN maddi ziyanın, 1.000 manat mənəvi ziyanın və ödənilmiş 100 AZN dövlət rüsumunun iddiaçı İddiaçı İsrafil oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi ev 15, mənzil 38 iddiaçı İddiaçı İsrafil oğlunun xüsusi mülkiyyətindədir. Bununla bağlı, DƏDRX-dən ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hazırda həmin mənzildə yaşayır. Cavabdeh cavabdeh4 məxsus olan ** nömrəli mənzil iddiaçının mənzili ilə yan qonşudur. Onda olan məlumata əsasən, həmin mənzildə cavabdeh3 və cavabdeh2 kirayəçi kimi yaşayırlar. Bildirir ki, təxminən 5-6 ay əvvəl iddiaçıya məxsus olan mənzilin qonaq otağına su sızması baş vermiş, nəticədə həmin otağın divar kağızları və parketləri yararsız hala gəlmiş, iddiaçıya maddi ziyan dəymişdir. Su sızmanın səbəbini müəyən etmək üçün iddiaçı tərəfindən usta çağırılmış, lakin iddiaçıya məxsus mənzildə su sızmaya səbəb olacaq hal aşkar edilməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehlərə müraciət edilmiş, onların evinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, iddiaçının qonaq otağının yan tərəfində cavabdeh cavabdeh4 mənzilində sanitar qovşaq yerləşir və eyni zamanda, həmin vaxt yerdə su yığıntıları da mövcud olmuşdur. Bu zaman, iddiaçı cavabdehlərə usta gətirməyi və sızıntının səbəbinin aşkar edilməsini təklif etsə də, onlar tərəfindən guya sızıntının aradan qaldırılacağı, daha sonra isə qaldırıldığı bildirilmişdir. Lakin hal-hazırda da, iddiaçıya məxsus mənzilə su axıntısı baş verməkdə və ziyan vurulmaqda davam edir. Məsələ ilə bağlı, iddiaçı İddiaçı İsrafil oğlu tərəfindən həm mülkiyyətçiyə, həm də kirayə yaşayan şəxslərə dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçının mənzilinə maddi ziyan vurulmasının qarşısı bu günə kimi alınmamışdır. Göründüyü kimi, cavabdeh4 mülkiyyətində olan, cavabdeh3 və cavabdeh2 istifadəsində olan əmlakdan iddiaçıya ziyan vuran şəkildə istifadə edilir. Halbuki, qanunla hüquqdan sui-istifadənin yol verilməz olduğu birbaşa olaraq təsbit edilmişdir. İddiaçının nümayəndəsi-vəkili ##.##.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, mənzilin mülkiyyətçisi cavabdeh1 olduğundan əsl olmayan cavabdeh cavabdeh4, əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında vəsatət təmin edilmiş, əsl olmayan cavabdeh cavabdeh4 əsl cavabdeh cavabdeh1 ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada 5.500 AZN maddi ziyanın, 1.000 manat mənəvi ziyanın və ödənilmiş 100 AZN dövlət rüsumunun iddiaçı İddiaçı İsrafil oğlunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 dəymiş ziyanın əvəzi kimi 5.500 (beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat tutularaq iddiaçı İddiaçı İsrafil oğlunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməsi, cavabdeh cavabdeh1 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700032662, X7 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ 22) ödənilməsi, cavabdeh cavabdeh1 mütəxəssis xərci kimi 200 (iki yüz) manat alınaraq “xxxx” MMC-nin hesabına (xxxx” MMC; VÖEN: 1006688591; Bank Rekvizitləri: Azər- Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: 9900006111 Kod: 507699 M/h: AZ02NABZ01350100000000022944 S.W.İ.F.T: AZRTAZN H/h: AZ69AZRT4006001944**********) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı İddiaçı İsrafil oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə, cavabdehə məxsus eyni binada yerləşən ** saylı mənzildən su axıdılıb-axıdılmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Ekspertiza tədqiqatları zamanı mənzillərə baxış keçirilmiş, baxış zamanı ** saylı mənzilin faktiki olaraq sahəsi 36 kv.metr olan yaşayış otağında divarlarda su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir. Sahəsi 36.0 kv.metr olan yaşayış otağının ** saylı mənzil ilə arasında olan, uzunluğu 6.0 metr olan sərhəd divarında nəmlik olduğu, divar kağızınınqabardığı, şişdiyi və qopduğu, döşəmədə parketin şişdiyi müşahidə olunmuşdur. Nəticə olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən *** saylı evin, ** saylı mənzilində aşkar edilmiş qüsurların əsasən ** saylı mənzil ilə aralarında olan divarda mövcud olduğunu, faktiki olaraq həmin divarda nəmlənmə olduğunu nəzərə alaraq, ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçıya məxsus mənzilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə mülki iş üzrə mütəxəssis rəyi alınmış, “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ETM-***/TQ/** saylı mütəxəssis rəyindən görünür ki, tikinti texniki tədqiqat zamanı ünvan 1 ünvanında yerləşən ** saylı mənzildə müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin (bax: rəyə əlavə olunmuş smeta) mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.586 (beş min beş yüz səksən altı) manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 ekspert rəyi ilə razı olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut (fərqli ekspert və ya mütəxəssis rəyi, hesabat və s.) təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçı İddiaçı İsrafil oğluna məxsus ünvan 3 ünvanında yerləşən mənzilə dəymiş maddi ziyanın həddini müəyyən edərkən “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli ETM-***/TQ/** saylı mütəxəssis rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Bununla belə məhkəmə vurulmuş zərərin həddini mütəxəssisin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, mütəxəssis rəyində göstərilən məbləğ (5586 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, vurulmuş zərərin həddi iddia tələbində göstərilən həddə, yəni 5.500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulsa da, həmin zərər qəsd nəticəsində deyil, ehtiyatsızlıqdan su sızması nəticəsində baş vermişdir. İddiaçı onun mənzilinə su axıdılması nəticəsində ona zərər vurulması və mənəvi zərər çəkməsini göstərsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi mənəvi ziyanın ödənilməsi hissədə təmin edilməməlidir. Məhkəmə vurulmuş zərərin əvəzinin hansı cavabdehdən tutulmasına münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Qeyd edilməlidir ki, su sızma hadisəsi cavabdeh cavabdeh1 mülkiyyətində olan mənzildə baş vermiş, iddiaçının mülkiyyətində olan mənzilə suyun axıdılması isə məhz həmin su sızma hadisəsinin nəticəsidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildə baş vermiş su sızma hadisəsi nəticəsində suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən məsuliyyəti yuxarıda qeyd edilən hallara əsasən cavabdeh olan mənzilin mülkiyyətçisi cavabdeh1 daşıyır. Məhkəmə vurulmuş zərərin digər cavabdehlərdən tutulmasına münasibətdə isə qeyd etmişdir ki, Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən, binadan nəyinsə axıdılması nəticəsində yaranmış məsuliyyəti müvafiq otağı tutan şəxslər də daşımalıdır. Bununla belə, hazırki iş materialları ilə kirayəçi olaraq göstərilən şəxslərin cavabdehlər cavabdeh3 və cavabdeh2 mənzildə su sızma hadisəsi baş verərkən qeyd olunan mənzildə yaşaması, bununla bağlı mülkiyyətçi ilə kirayəçilər arasında kirayə müqaviləsinin bağlanması, hadisə baş verərəkən mənzilin cavabdehlərin istifadəsində olması, habelə vurulmuş zərərin onların əməli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranması halı müəyyən edilməmiş, iddiaçı hadisənin həmin cavabdehlər mənzildə yaşadığı zaman baş verdiyini bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübut (müqavilə, akt və s.) məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilə bilməz. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf cavabdehə mənzilinə cavabdehə məxsus mənzildən su sızması ola bilməsi ehtimalı ilə bağlı öz narahatlığını bildirdikdən sonra cavabdeh öz mənzilində 3 dəfə fərqli vaxtlarda mütəxəssis cəlb edərək yoxlanış keçirmişdir. Birinci dəfə komendantın və onun tapdığı mütəxəssis ustanın iştirakı ilə ilk baxış keçirilmiş və mənzilin iddiaçı ilə qonşu divarı ətraflı yoxlanılmış və heç bir su sızıntısı faktı qeydə alınmamış, su sızıntısından əsər-əlamət belə olmadığını usta qeyd etmişdir. Bu halı iddiaçı tərəfə bildirdikdən sonra onlar yenə də inanmamış, özlərinin iştirakı ilə yenidən məsələnin ətraflı yoxlanılmasını israrla tələb etmişdir. Bu dəfə iddiaçının özünün də iştirakı ilə usta çağırılaraq ətraflı və dərin yoxlamalar keçirilmişdir. Xüsusi su sızma akustik dinləmə aparatları ilə yoxlama aparılmış və heç bir sızmanın olmadığı bir daha təsdiqlənmişdir. İddiaçı tərəf özü də bu prosesdə iştirak etmiş və artıq fərziyyələrinin əsassız olduğunu dərk etmişdir. Bir müddət keçəndən sonra qarşı tərəf yenidən aktivləşərək əsassız iddialarına davam etmişdir. Cavabdeh mübahisənin birbaşa həlli üçün son dəfə ixtisaslaşmış su sızıntısı mühəndislərini öz hesabına ödənişli əsaslarla mənzilə dəvət etmiş, və xüsusi su sızma təyin edən aparat, detektorla yoxlanış keçirilmişdir. Keçirilən yoxlamanın nəticəsində bir daha cavabdehin mənzilindən heç bir su sızıntısının olmadığı müəyyən olunmuşdur və mütəxəssislər tərəfindən təsdiqlənmişdir ki, cavabdehə məxsus mənzildən qaynaqlanan su sızıntısı yoxdur. Lakin iddiaçı tərəf öz heç bir əsası olmayan fərziyyələrə əsaslanan iddiasından əl çəkməmiş, cavabdehi 5.000 manat pul verməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı hədələmişdir. Bundan sonra o məhkəməyə müraciət etmiş, cavabdeh qurban kimi seçilərək ondan maddi vəsait əldə etmək məqsədi güdülmüşdür. Birinci instansiya məhkəməsi iş üzrə sübut edilməmiş hallara və ehtimallara əsaslanaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Nəticədə, cavabdeh hər hansı təqsiri və hüquqi məsuliyyəti müəyyən edilmədiyi halda, məhkəmə qərarı ilə əsassız şəkildə maddi öhdəlik altına salınmışdır. Bu cür yanaşma qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, şəxsin təqsiri olmadan məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi prinsipini pozur. Məhkəmə prosesi zamanı baxmayaraq ekspert qarşısında qoyulan aşağıdakı suallar qoyulmuş, ancaq bu suallara cavab tapılmamış, cavab tapılması üçün səy göstərilməmişdir. 1.İddiaçı İddiaçı İsrafil oğluna məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzilə su hansı mənbədən və hansı səbəbdən axıdılıb?. 2.İddiaçı Asianov Həmidulla İsrafil oğluna məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzildə aşkar olunmuş zədələrin və ziyanın cavabdeh1 məxsus ünvan 2 Ünvanında yerləşən ** saylı mənzildən suyun axıdılması ilə səbəbli əlaqəsi varmı?. Ekspertizanın keçirilmə vaxtı barədə cavabdeh məlumatlandırılmamış, bu prosesə lazımi qaydada cəlb edilməmiş, onun mənzilində baxış keçirilməmişdir. Halbuki iddia tələbinin mahiyyəti, eləcə də ekspert qarşısında qoyulan suallar cavabdehin ekspertiza prosesində iştirakını və onun mənzilində texniki baxış keçirilməsini tələb edirdi və işin obyektiv həlli üçün mühüm əhəmiyyət daşıyırdı. Ekspert rəyində qeyd olunmuşdur ki, ** saylı mənzildə aşkar edilmiş qüsurların əsasən ** saylı mənzil ilə aralarında olan divarda mövcud olduğunu, faktiki olaraq həmin divarda nəmlənmə olduğunu nəzərə alaraq, ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi şəkillərdən və ekspert rəyinə əlavə edilən fotolardan iddiaçının tavanında da su sızmasından baş verən qüsurlar göründüyü halda nə ekspertiza, nə də məhkəmə tavanda olan qüsurlarla, divarlarda və döşəmədə olan qüsurlar arasında səbəbli əlaqəni müəyyən etməmiş, buna cəhd belə göstərilməmiş, məhkəmə prosesində cavabdeh bu məsələni sual etdiyi zaman həmin məsələnin üzəri qapadılmağa çalışmışdır. Əgər dəyən zərər yan qonşunun mənzilindən dəymişdirsə, tavanda olan qüsurların yan qonşudan qaynaqlanmağı heç bir məntiqə sığmır. Tavanda baş verən qüsur cavabdehlə qonşu olan divara yaxın hissə deyildir. Daha sonra ekspert qeyd edir ki, ** saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından, ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Məhkəmə yenidən ekspert qarşısında ** saylı mənzildə aşkar olunmuş zədələrin və ziyanın cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzildən suyun axıdılması ilə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı sual qoysa da ekspert yenə də suala cavab verilməsi üçün hər hansı səy göstərməmiş, cavabdeh ekspertiza prosesinə cəlb olunmamış, nəticə etibarı ilə suala konkret cavab verilə bilməmiş, ekspert əvvəlki ekspert rəyində qeyd olunmuş halları sadalamaqla kifayətlənmişdir. Ekspert rəyində qeyd etmişdir ki, səbəbli əlaqənin olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Bildirir ki, cavabdehin özü ekspertizanın keçirilməsinə təşəbbüskar olmuş, əgər ziyan konkret olaraq ondan asılı olan səbəblərdən baş vermiş olduğu təqdirdə bunu ödəyəcəyini bildirmişdir. Ekspertiza prosesinə iki dəfə onun qəsdən cəlb edilməməsi onu düşündürür ki, iddiaçı ziyanın hansı səbəbdən baş verməsinin müəyyən olunmasında maraqlı deyil, o sadəcə olaraq cavabdehi qurban kimi seçərək məsuliyyəti olmadığı təqdirdə onu məsələ ilə bağlı yükləmək niyyətindədir. İddiaçının iddia tələbindən biri də iddiaçı İddiaçı İsrafil oğluna məxsus əmlaka ziyan vurulmasına səbəb olan hərəkətlərin aradan qaldırılması öhdəliyinin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 üzərinə qoyulmasıdır. Ancaq məhkəmə prosesi zamanı buna səbəb olan hərəkətlərin nədə özünü ehtiva etdiyi müəyyən olunmamışdır. Baxmayaraq ki, dəyən zərərin səbəbinin cavabdehin mənzilində yerləşən borulardan və ya cavabdehin hər hansı hərəkətindən qaynaqlandığı müəyyən edilməsə də, məhkəmə qətnaməsi ilə cavabdeh təqsirli bilinmiş, iddiaçı əsassız məhkəmə qətnaməsi ilə öz niyyətinə çatmışdır. Cavabdehin hərəkətləri ilə iddia olunan zərər arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut olunmasa da, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi qaydalarını pozaraq iddia tələbini təmin etmişdir. Beləliklə, iş üzrə zərərin cavabdehlə bağlılığı müəyyən edilmədən iddianın təmin edilməsi məhkəmənin qətnaməsinin fərziyyə və mülahizələr əsasında qəbul edildiyini göstərir ki, bu da ədalətli məhkəmə araşdırmasının prinsiplərinə ziddir. Nəticədə, cavabdeh hər hansı təqsiri və hüquqi məsuliyyəti müəyyən edilmədiyi halda, məhkəmə qərarı ilə əsassız şəkildə maddi öhdəlik altına salınmışdır. Bu cür yanaşma qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, şəxsin təqsiri olmadan məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi prinsipini pozur. Digər tərəfdən, məhkəmə tərəfindən müəyyən edilmiş zərərin məbləği də ağlabatan və əsaslandırılmış hesab edilə bilməz. İddia ərizəsinə əlavə edilən şəkillərdə ancaq otağın kiçik bir hissəsində divar kağızının korlanması görünsə də, otağın bütün divar kağızını və parketinin dəyişməsi ilə əlaqədar ziyan məbləği hesablanmış və digər xərclər də buna mütənasib olaraq nəzərə alınmışdır. Belə olan halda bütün 36 kvadratmetr parketin və divar kağızının tam şəkildə dəyişdirilməsi üçün zərərin hesablanması ağlabatan hesab edilə bilməz. Ekspertiza rəyinə əlavə edilən şəkillərdən göründüyü kimi otağın tavan hissəsində də qüsurlar aşkar olunur. Bu qüsurların həmin otağa bitişik olan yan qonşunun mənzilindən qaynaqlandığı nə dərəcədə ağlabatandır. Birinci instansiya məhkəməsi bu halları araşdırmadan iddia tələbini təmin etmişdir. Bildirir ki, bu problem ilk olaraq iddiaçının öz evini təmir etdirməsi ilə başlamışdır. Cavabdehin evində həmin vaxtadək və ondan sonra hər hansı təmir prosesi baş verməmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iş üzrə sübutlarla təsdiq olunmayan fərziyyələrə əsaslanır, buna görə də ləğv edilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/***** nömrəli məktubla ##.##.2024-cü il tarixdə təyin (sifariş) edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının aparılması üçün tədqiqat obyektinə (obyektlərinə) baxışın keçirilməsinin təşkil edilməsi üçün məhkəməyə müraciət etsə də, məhkəmə bununla bağlı cavabdehə heç bir məlumat verməmiş, cavabdehin prosessual hüquqlarını pozmuşdur. Ümumiyyətlə ekspertiza qarşısında qoyulan sualların cavablandırılması, işin obyektiv həllinə nail olunması üçün cavabdehin mənzilinə baxış keçirilməsi, onun bu prosesdə iştirakı vacib olsa da buna bilərəkdən, qəsdən əməl olunmamış, nəticə etibarilə cavabdehin konstitusion hüquqları pozulmuşdur. İddiaçı mənzilə dəymiş zərərin cavabdehin mənzilindən qaynaqlandığını bildirsə də, bunu sübuta yetirə bilməmişdir. ** saylı mənzildə aşkar olunan qüsurların ** saylı mənzildən su sızması səbəbindən yaranması sübut olunmasa da məhkəmənin nəyə əsasən, hansı sübuta əsaslanaraq iddia tələbini təmin etməsi qeyri-müəyyəndir. Ekspertizaların heç birində həqiqətə nail olunmağa çalışılmamamış, cavabdehin bilərəkdən, qəsdən bu prosesdən kənar saxlanılmışdır. İş üzrə əlavə heç bir sübut olmadan məhkəmə qeyri-daqiq, təxəyyülə əsaslanan ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi şəkillərdən və ekspert rəyinə əlavə edilən fotolardan iddiaçının tavanında da su sızmasından baş verən qüsurlar göründüyü halda nə ekspertiza, nə də məhkəmə tavanda olan qüsurlarla, divarlarda və döşəmədə olan qüsurlar arasında səbəbli əlaqəni müəyyən etməmiş, buna cəhd belə göstərilməmiş, məhkəmə prosesində cavabdeh bu məsələni sual etdiyi zaman həmin məsələnin üzəri qapadılmağa çalışmışdır. Əgər dəyən zərər yan qonşunun mənzilindən dəymişdirsə, tavanda olan qüsurların yan qonşudan qaynaqlanmağı heç bir məntiqə sığmır. Tavanda baş verən qüsur cavabdehlə qonşu olan divara yaxın hissə deyildir. Daha sonra ekspert qeyd etmişdir ki, ** saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmadığından, ** saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Məhkəmə yenidən ekspert qarşısında ** saylı mənzildə aşkar olunmuş zədələrin və ziyanın X3 məxsus ünvan 2 ünvanında yerləşən ** saylı mənzildən suyun axıdılması ilə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı sual qoysa da, ekspert yenə də suala cavab verilməsi üçün hər hansı səy göstərməmiş, cavabdehi ekspertiza prosesinə cəlb olunmamış, nəticə etibarı ilə suala konkret cavab verilə bilməmiş, ekspert əvvəlki ekspert rəyində qeyd olunmuş halları sadalamaqla kifayətlənmişdir. Ekspert rəyində qeyd etmişdir ki, səbəbli əlaqənin olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Cavabdehin ekspertiza prosesində iştiraka cəlb olunmaması ilə çəkişmə prinsipi pozulmuşdur. Halbuki hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Heç bir fakta, sübuta və qanunvericiliyə əsalanmadan məhkəmə qətnaməsinin qəbul olunması ilə müvəkkilinin həmçinin konstitusion hüquqları pozulmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin delikt törətməsi faktı müəyyən edilməsə də, məhkəmə qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən cavabdehin davranışı ilə iddiaçının iddia etdiyi zərər arasında hüquqi baxımdan zəruri olan səbəb-nəticə əlaqəsi müəyyən edilməmişdir. Halbuki, mülki məsuliyyətin yaranması üçün bu əlaqənin mövcudluğu əsas şərtdir. Su sızıntısının konkret olaraq hansı hissədən, hansı texniki səbəbdən baş verdiyi və bunun məhz cavabdehin mənzili ilə bağlı olub-olmaması müəyyən edilməmişdir. Ekspertizanın keçirilmə vaxtı barədə cavabdeh məlumatlandırılmamış, bu prosesə lazımi qaydada cəlb edilməmiş, onun mənzilində baxış keçirilməmişdir. Halbuki iddia tələbinin mahiyyəti, eləcə də ekspert qarşısında qoyulan suallar cavabdehin ekspertiza prosesində iştirakını və onun mənzilində texniki baxış keçirilməsini tələb edirdi və işin obyektiv həlli üçün mühüm əhəmiyyət daşıyırdı. Ekspertiza prosesinə iki dəfə cavabdehin qəsdən cəlb edilməməsi onu düşündürür ki, ziyanın hansı səbəbdən baş verməsinin müəyyən olunması cavabdehdən başqa heç kəsə, nə iddiaçıya, nə eksperiə, nə də məhkəməyə maraqlı deyil, cavabdeh heç bir məsuliyyəti olmasa da qurban kimi seçilmişdir. Su sızıntısının konkret olaraq hansı hissədən, hansı texniki səbəbdən baş verdiyi və bunun məhz cavabdehin mənzili ilə bağlı olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı İsrafil oğluna məxsusdur. Həmin ünvanda iddiaçının mənzilinin divar qonşuluğunda yerləşən ** saylı mənzil isə cavabdeh cavabdeh1 mülkiyyətindədir. Hazırda iddiaçı, ona məxsus mənzilə cavabdehə məxsus ** saylı mənzildən su axması nəticəsində ziyan dəyməsini iddia edir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı İddiaçı İsrafil oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə, cavabdehə məxsus eyni binada yerləşən ** saylı mənzildən su axıdılıb-axıdılmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, ekspertizaların keçirilməsi barədə ona hər-hansı məlumat verilməmiş və onun iştirakı olmadan ekspertiza tədqiqatı həyata keçirilmişdir. Lakin iş materiallarından görünür ki, təyin edilmiş ekspertiza tədqiqatlarının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Göründüyü kimi cavabdeh ekspertiza zamanı iştirakının təmin edilməməsini qeyd etsə də, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müvafiq bildirişlər göndərilmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, ekspertiza tədqiqatı zamanı ona məxsus mənzilə baxış keçirilməmişdir. Halbuki iş materiallarından görünür ki, təyin edilmiş ilk ekspertiza zamanı ** saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmasa da, sonradan həyata keçirilmiş ekspertiza tədqiqatı zamanı mənzillərə baxış keçirilməklə rəy verilmişdir. Belə ki, ekspertiza tədqiqatları zamanı ** saylı mənzilin faktiki olaraq sahəsi 36 kv.metr olan yaşayış otağında divarlarda su sızma izləri və sarımtıl ləkələrin olduğu müəyyən edilmişdir. Sahəsi 36.0 kv.metr olan yaşayış otağının ** saylı mənzil ilə arasında olan, uzunluğu 6.0 metr olan sərhəd divarında nəmlik olduğu, divar kağızının qabardığı, şişdiyi və qopduğu, döşəmədə parketin şişdiyi müşahidə olunmuşdur. Nəticə olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən *** saylı evin, ** saylı mənzilində aşkar edilmiş qüsurların əsasən ** saylı mənzil ilə aralarında olan divarda mövcud olduğunu, faktiki olaraq həmin divarda nəmlənmə olduğunu nəzərə alaraq, ** saylı mənzilə ** saylı mənzildən su sızmasının baş verdiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəf məhkəmə tərəfindən cavabdehin davranışı ilə iddiaçının iddia etdiyi zərər arasında hüquqi baxımdan zəruri olan səbəb-nəticə əlaqəsi müəyyən edilmədiyini bildirsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə məhz cavabdehin mənzilində su sızıntısı olmuşdur. Məhkəmə Kollegiyası ekspert rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməsi və düzgün nəticə kimi qiymətləndirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, rəyin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə mütəxəssis tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Bundan başqa cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən müəyyən edilmiş zərərin məbləği də ağlabatan və əsaslandırılmış hesab edilə bilməməsinə dair dəlili ilə baxğlı Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya məxsus mənzilə dəymiş zərərin müəyyən edilməsi məqsədilə mülki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı alınmış “xxxx” MMC nin ## ###### 2025-ci il tarixli ETM-***/TQ/** saylı mütəxəssis rəyi təmir işlərinin ümumi dəyəri təqribən 5.586 (beş min beş yüz səksən altı) manat məbləğində müəyyən olunsa da, cavabdeh dəymiş zərərin daha az olması barədə müvafiq sübutlar təqdim etməmişdir. Bundan başqa cavabdehin ekspertiza rəyinə əlavə edilən şəkillərdən göründüyü kimi otağın tavan hissəsində də qüsurların aşkar olunması, bu qüsurların da həmin otağa bitişik olan yan qonşunun mənzilindən qaynaqlandığının ağlabatanlığı ilə bağlı dəlilləri ilə bağlı Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, aparılmış ekpertiza tədqiqatları iddiaçının mənzilinə su sızıntısının tavandan deyil, mənzilin yan tərəfindən olmasını müəyyən etdiyindən, dəymiş zərər də məhz həmin tərəfə münasibətdə hesablanmışdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya baxışı zamanı ərizə təqdim edərək bildirmişdir ki, qətnamədən sonra mənzilin təmirinə başlanılmış, ümumilikdə briqada tərəfindən 4.850 manat xərc məbləği çıxarılmışdır. Qeyd edilən səbəbdən, iddia tələbinin həcmini azaldaraq, 4850 manat kimi nəzərə alınmasını xahiş edilmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, nə qədər ki, cavabdeh tərəf dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə mötəbər sübutlar təqdim etməmişdir, eləcə də iddiaçı dəymiş zərərin 4.850 manat müəyyən edilməsini xahiş etmişdir, belə olan halda cavabdehdən tutulmalı olan məbləği 4.850 manat müəyyən edilməlidir. Məhkəmə Kollegiyası iddiaçının nəzərinə çatdırır ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının ərizəsinə iddianın azaldılması kimi qiymət verilə bilməz. Lakin qeyd edilən ərizə cavabdehdən tutulmalı olan vəsaitin məbləği müəyyən edilən zaman nəzərə alınmalıdır. Beləliklə müəyyən edilir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması müəyyən edilmişdir. Həmçinin iddiaçının evinə suyun axıdılmasından digər şəxsin təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh cavabdeh1 tutulmalı olan məbləğ 4.850 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı İsrafil oğlunun xeyrinə ödənilməli olan dəymiş ziyanın əvəzi 4.850 (dörd min səkkiz yüz əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1633/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1633/2026
18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver