Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1674/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iş üzrə (Açar sözlər: payın naturada ayrılması, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılması və pulun mülkiyyətçilərin payına uyğun şəkildə bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, cavabdeh Cavabdeh nümayəndə və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına qeydiyyata alınmışdır.
2. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzilin tərəflərin ½ paylarına uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada bölünməsinin AzDTN-nin, Inşaat Norma və Qaydaları 2.7-2, “Yaşayış Binaları Layihələndirmə normalar”-nın 5.2, 5.5, 5.6, 5.7, və 5.8-ci bəndlərinin Məhkəmə Tikinti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
3. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzilin ## ###### 2026-cı il tarixə bazar dəyəri– 138.500 manat təşkil edir.
4. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzilin ##.##.2026-cı il tarixə bazar dəyəri– 117.500 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzilinin (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) 1/2 hissəsinə olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən, sahəsi 49,80 kv.m olan mənzil 1/2 hissəsi onun, 1/2 hissəsi isə cavabdeh Cavabdeh mülkiyyətindədir. Qeyd edir ki, hazırda mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ olsa da, cavabdeh onu həmin mənzildən istifadəsinə və sərəncam verməsinə süni maneələr yaradır. Dəfələrlə cavabdehlə onun payının bazar dəyərini ödəyərək payını almasını və ya onun payının dəyərinin onun tərəfindən ödənilərək alınmasını şifahi qaydada təklif etsə də imtina cavabı aldığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə ##.##.2025-ci il tarixdə cavabdehin mülkiyyətdə olan mənzili payına uyğun bölünməsini təklif etsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından göndərilmiş təklif də geri qayıtmışdır. Hal-hazırda cavabdeh tərəfindən mülkiyyətindəki mənzildən sərbəst istifadəsinə edilmiş maneələr onun mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, bu hüququ “şərti və qeyrisabit xarakterli” etmiş olur.
7. Iddiaçı İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Işin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə əmlakların real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məktub göndərilsə də həmin ünvanda olmadığından geri qayıtmış, şifahi danışıqlar zamanı isə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya kompensasiya ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsinin təmin edilməsi, ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzilindən (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzilinin (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında izahatı alınmış cavabdeh cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahatında göstərmişdir ki, paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus mənzilin hərracdan satılmasına etiraz edilmir, lakin satış qiymətinin onların təqdim etdiyi hesabatda müəyyən edilmiş qiymətin nəzərə alınmasını xahiş edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzili (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) ilkin satış qiyməti 117.500 (yüz on yeddi min beş yüz) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bölüşdürülməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul tutulması qət edilmişdir.
10. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ekspert rəyi ilə payın naturada ayrılması, bununla da ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünün mümkün olmadığı müəyyən edildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan mübahisəli mənzilin real bazar qiyməti ilə bağlı mütəxəssis hesabatları məhkəməyə təqdim edilmişdir. Qiymətləndirilməni həyata keçirən hər iki mütəxəssis qiymətləndirilmə fəaliyyətini qanuni əsaslarla həyata keçirilməsi ilə bağlı müvafiq şəhadətnamələrə malikdirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ”xxxx” qiymətləndirici təşkilatın hesabatı mübahisəli mənzilin yerləşdiyi ərazidə satışa çıxarılan internet portala yerləşdirilmiş mənzillərin mövcud qiymətinə istinad edərək və faktiki olaraq mənzilə baxış keçirilmədən tərtib edilmişdir. Cavabdeh tərəfindən “Price Ekspert” qiymətləndirici təşkilatın hesabatı isə mübahisəli mənzilə baxış keçirilməklə onun mövcud real vəziyyətinə uyğun qiymət verməklə tərtib edilmişdir. Bu səbəbdən, həmçinin iddiaçının nümayəndəsinin də həmin qiymətlə razılaşmasını nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən təqdim edilən qiymətləndirilmə ilə bağlı hesabatı daha mötəbər hesab edərək əmlakın real bazar qiymətinin 117.500 manat qəbul edilməli olmasını nəzərə almışdır. Beləliklə məhkəmə hesab etmişdir ki, mübahisəli evin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlak ilkin satış qiyməti 117.500 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbayan Respublikasının Mülki Məcəlləsinin 220 və 221ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadı və Mülki Prosessual Məcəllənin 231, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə mübahisəli mənzilin satışına qərar verilməsi cavabdehin mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisidir və bu hüquq qanunla qorunur. Lakin məhkəmə tərəfindən əmlakın satışına dair qərar qəbul edilərkən cavabdehin mülkiyyət hüququnun qorunması və həmin hüquqa müdaxilənin zəruriliyi və mütənasibliyi qiymətləndirilməmişdir. Məhkəmə əmlakın satışını əsaslandırarkən daha az müdaxiləedici vasitələrin (məsələn, istifadə qaydasının müəyyən edilməsi və ya tərəflər arasında münasibətlərin tənzimlənməsi) tətbiqi imkanlarını araşdırmamış, bununla da cavabdehin mülkiyyət hüququna ən ağır müdaxilə üsuluna üstünlük vermişdir. Nəticə etibarilə, məhkəmə tərəfindən tərəflərin hüquqları arasında ədalətli balans təmin edilməmiş, cavabdehin mülkiyyət hüququ əsassız və qeyri-mütənasib şəkildə məhdudlaşdırılmışdır ki, bu da MM-in 213-cü maddəsinin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllə 215.1-ci maddəsinin tələbləri tam nəzərə alınmamışdır. Belə ki, tərəflər arasında razılaşmanın əldə olunmaması halında məhkəmə ilk növbədə mübahisəli əmlakdan istifadə qaydasının müəyyən edilməsi imkanlarını araşdırmalı olduğu halda, bu istiqamətdə hər hansı hüquqi qiymətləndirmə aparılmamışdır. Məhkəmə tərəfindən tərəflərin hər birinin payına uyğun olaraq əmlakdan istifadəsinin mümkün olub-olmaması, yaşayış sahələrinin bölgüsü və faktiki istifadə mexanizmləri ümumiyyətlə tədqiq edilməmişdir. Eyni zamanda, məhkəmə tikinti-texniki ekspertiza rəyinə istinad etməklə naturada bölgünün mümkün olmaması qənaətinə gəlsə də, həmin rəyin əsaslandırılması, konkret hansı texniki səbəblərdən bölgünün mümkünsüz hesab edildiyi və alternativ variantların olub-olmaması araşdırılmamışdır. Ekspert rəyinin məzmunu tənqidi qiymətləndirilmədən qəbul edilmişdir. Halbuki naturada bölgünün mümkünsüzlüyü avtomatik olaraq əmlakın satışını şərtləndirmir və bu halda məhkəmə tərəfindən istifadə qaydasının müəyyən edilməsi kimi daha az müdaxiləedici vasitələr nəzərdən keçirilə bilərdi. Beləliklə, məhkəmə tərəfindən paylı mülkiyyət münasibətlərinin tənzimlənməsi üçün qanunla nəzərdə tutulmuş ardıcıllıq gözlənilməmiş, cavabdehin mülkiyyət hüququnun qorunmasına yönəlmiş alternativ mexanizmlər araşdırılmamışdır. Ümumi mülkiyyətə xitam verilərkən ilk növbədə payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməsi, yalnız son üsul kimi isə əmlakın satılması tətbiq edilməlidir. Məhkəmə tərəfindən əmlakın hərracdan satılması barədə nəticəyə gəlinərkən bunun son üsul olması prinsipinə riayət edilməmişdir. Kompensasiya mexanizminin real tətbiq imkanları, tərəflər arasında razılaşma ehtimalları və digər alternativlər tam araşdırılmadan birbaşa satış yoluna üstünlük verilmişdir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri olan bütün halları tam və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə tərəflər arasında razılaşma əldə olunub-olunmaması müəyyən edilməsi imkanını araşdırmadan daha ağır hüquqi nəticələrə gətirən qərar qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə belə hallarda məhkəmə tərəfindən ilk növbədə tərəflərin paylarına uyğun istifadə mexanizmlərinin müəyyən edilməsi məsələsi qiymətləndirilməli idi. Eyni zamanda məhkəmə tikinti-texniki ekspertiza rəyinə istinad etməklə naturada bölgünün mümkün olmaması qənaətinə gəlsə də, həmin nəticənin əsaslılığı və bu halda əmlakdan birgə və ya ayrı-ayrılıqda istifadə imkanlarının mövcud olub-olmaması araşdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən iş üzrə mübahisənin daha az müdaxilə ilə həllinə yönəlmiş halların araşdırılmaması, işin tam və obyektiv tədqiq edilmədən nəticəyə gəlinməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili X1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, əmlakın hərracda satılması iş üzrə tətbiq ediləcək sonuncu tədbirdir. Digər alternativlər, tərəflər arasında razılaşma və kompensasiya mexanizmi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Cavabdehin real maliyyə vəziyyəti, kompensasiya ödəmə qabiliyyəti, gəlirləri araşdırılmamışdır.
16. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına qeydiyyata alınmışdır.
24. Iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzil paylı mülkiyyət hüququ (hər birinin ½ hissə olmaqla) üzrə ona və cavabdehə məxsusdur, həmin əmlakın real bölgüsünün texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə müəyyən edilmiş, iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məktub göndərilsə də həmin ünvanda olmadığından geri qayıtmış, şifahi danışıqlar zamanı isə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya kompensasiya ödəmək iqtidarında deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzilindən (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən * saylı evin * saylı mənzilinin (Yeni qaydalarla : AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi, giriş 13, M2, m1) açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində yerləşən ümumi sahəsi 49,80 kv.m. olan mənzilin tərəflərin ½ paylarına uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada bölünməsinin AzDTN-nin, Inşaat Norma və Qaydaları 2.7-2, “Yaşayış Binaları Layihələndirmə normalar”-nın 5.2, 5.5, 5.6, 5.7, və 5.8-ci bəndlərinin Məhkəmə Tikinti Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
26. Birinci instansiya məhkəməsi, əmlakın naturada bölünməsinin qeyri-mümkün olması barədə ekspert rəyini əsas götürərək belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir.
27. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh iddia edir ki, birinci instasniya məhkəməsi cavabdehin mülkiyyət hüququnu əsassız və qeyri-mütənasib şəkildə məhdudlaşdırmış, cavabdehin mülkiyyət hüququnun qorunmasına yönəlmiş alternativ mexanizmlər (məsələn, istifadə qaydasının müəyyən edilməsi və ya tərəflər arasında münasibətlərin tənzimlənməsi) araşdırmamışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024-cü il tarixli qərardadın 65-ci bəndində qeyd olunur ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. - Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir (66-cı bənd).
29. Beləliklə, şərh olunanları nəzərə alaraq kollegiya qeyd edir ki, birincisi, hazırkı iş üzrə mübahisə predmeti olan mənzil cəmi iki nəfərin paylı mülkiyyətindədir. Mülkiyyətçilərdən birinin öz payını ayırmaq tələbi, digər mülkiyyətçinin tək qalması ilə nəticələndiyi üçün, bu münasibətlərə Mülki Məcəllənin 221-ci maddəsi (əşyanın bölünməsi) tətbiq edilməlidir.
30. Ikincisi, iş materialları ilə təsdiq olunmuşdur ki, mübahisəli mənzilin paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Qanunvericiliyin istinad olunan normalarına görə əşyanın bölünməsi prosedurunda naturada bölgü mümkün olmadıqda, qanunvericilik kompensasiya mərhələsini nəzərdə tutmur. Belə olan halda məhkəmə birbaşa əşyanın hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib bölünməsi mərhələsinə keçməlidir.
31. Üçüncüsü, mülkiyyət hüququnun toxunulmazlığı və iştirakçıların əmlaka olan maraqlarının qorunması məqsədilə, hərracın keçirilməsi ardıcıllığı xüsusi əhəmiyyət kəsb edir. Cavabdeh tərəf iddiaçının payını könüllü satın almaqdan imtina etsə də, mülkiyyət hüququna xitam verilməsi qaçılmaz olduğu halda, payçıların mənzil üzərində tam mülkiyyət əldə etmək üçün əvvəlcə qapalı hərrac (yalnız payçılar arasında) imkanından istifadə etmək hüququ təmin olunmalı, əşya həmin hərracda əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır.
32. Hazırki işin hallarından göründüyü kimi qanunla nəzərdə tutulmuş prosedurlara əməl edilmişdir.
33. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili mənzilin hərracdan satılmasına etiraz etmədiyini bildirmiş və satış qiymətinin onların təqdim etdiyi hesabatda müəyyən edilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir.
34. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə tərəflərin bərabərliyi və çəkişmə prinsipi təmin edilərək baxılmışdır.
35. Buna görə də məhkəmə kollegiyası cavabdehin məhkəmə tərəfindən tərəflərin paylarına uyğun istifadə mexanizmlərinin müəyyən edilməməsi, razılaşma ehtimalları və digər alternativlərin tam araşdırılmaması barədə dəlillərini əsassız hesab edir.
36. Işdən görünür ki, əmlakın ilkin satış qiyməti müəyyən edilərkən işdə olan hər iki rəy təhlil edilrək araşdırılmış, iddiaçı tərəfin təqdim etdiyi ”xxxx” qiymətləndirici təşkilatın hesabatından fərqli olaraq cavabdeh tərəfindən təqdim edilən “Price Ekspert” qiymətləndirici təşkilatın hesabatının mübahisəli mənzilə baxış keçirilməklə onun mövcud real vəziyyətinə uyğun qiymət verməklə tərtib edilməsi və iddiaçı tərəfin də həmin qiymətlə razılığı nəzərə alınaraq əmlakın real bazar qiymətinin 117.500 manat dəyərində olması əsas götürülmüşdür.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikaəytinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilməldir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikaəytinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli