Məhkəmə qərarları › İş №e-2(3-6)-1678/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1678/2026

03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1678/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X3 * saylı Bakı Ərazi İdarəsi və cavabdeh1 qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə müdaxilənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X3 * saylı Bakı Ərazi İdarəsi və cavabdeh1 qarşı Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 X3 * saylı Bakı Ərazi Idarəsinə, cavabdeh1 qarşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə torpaq sahəsinə müdaxilənin aradan qaldırılması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən 00901300047676-12301 reyestr nömrəsi ilə ##.##.2020 tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş “Əmlak kompleksi kimi müəssisə”nin Texniki Pasportunda göstərilən torpaq sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni, 2,283 sot və yaxud 228 kv.m. hissəsində etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması, eləcə də iddiaçının istifadəsində olan torpaq sahəsi üzərindəki hüquqlarına edilən müqaxilənin aradan qaldırılması, məhkəmə məsrəfləri olan 100 manat dövlət rüsumunun, sənədlərin surətlərinin notariat qaydada təsdiqinə və poçt xidmətinə görə ödənilmiş 50 manatın, 330 manat hüquqi xidmət haqqının cavabdeh cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli qərardadına əsasən, iddiaçı X1 cavabdeh cavabdeh1 oğlu və xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “xxxx” Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən 00901300047676-12301 reyestr nömrəsi ilə ##.##.2020-ci il tarixdə olan vəziyyətə əsasən sahəsi hissəsində qismən, 0,02283 (0,7811-0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması hissəsində xitam verilmiş və iddiaçı X1 izah edilmişdir ki, texniki pasporta müvafiq düzəlişin edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025 il tarixli qərardadı ilə, iddiaçı X1 cavabdeh cavabdeh1 oğlu və xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

2. Cavabdehin iddia tələbinə qarşı etirazı birinci instansiya məhkəməsinə təqdim edilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152, 153.4, 157.2, 157.4, 164.1, 164.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin formal mülahizələrə və fərziyələrə əsaslanmış dəlillərində uyğunsuzluğu aradan qaldırmaq üçün, həmin hallara tətbiq olunması nəzərdə tutulmayan maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış; iş materiallarına təqdim olunmuş bəzi sübutları, ümumiyyətlə dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatlarını sübutlarla müqayisəli təhlilini aparmadan, həqiqəti müəyyən etməməklə iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin hüquqlarına bilə-bilə qanunsuz üstünlük vermişdir. Eləcə də, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Odur ki, qanunvericiliyin tələbinə görə məhkəmə səhf nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

5. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş ****** nömrəli lisenziyanın surətindən görünür ki, “xxxx” MMC-yə mühəndis-axtarış işlərini həyata keçirilməsinə icazə vermişdir.

7. Əmlak Xidmətləri Məkanında 12 Saylı notariat ofisində təsdiq edilmiş, cavabdeh1 Oqtay oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı ************* nömrəli ərizəsinin surətindən görünür ki, ünvan 3 km qəsəbəsi ünvanında yerləşən əmlak kompleksinin söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsini və yalnız torpaq sahəsinə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilməsinə göstəriş verilməsini xahiş etmişdir.

8. “xxxx” Kommersiya Bankı ASC-nin xxxx publik hüquqi şəxsinə ünvanladığı məktubunun surətindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC ilə ipoteka qoyan cavabdeh1 Oqtay oğlu və borcalan “xxxx” MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli, 3M- 870 reyestrli sonrakı ipoteka müqaviləsinə, ##.##.2018-ci il tarixli, 3M-870 reyestrli sonrakı ipoteka müqaviləsinə və həmin müqavilələrə əsasən bağlanmış ##.##.2022-ci il tarixli, 3M- 1391 reyestrli və 3M-1391 reyestrli sazişlərə əsasən ünvan 1 ünvanında mülkiyyətində olan 0.758270 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 1549.1 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. “xxxx” Kommersiya Bankı ASC əmlakın ipoteka ilə yüklü qalması şərti ilə onun təyinatının dəyişdirilməsinə etiraz etmir.

9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə ##.##.2020-ci il tarixdə, 1120051507 qeydiyyat nömrəsi ilə cavabdeh1 Oqtay oğlunun adına (tam pay) qeydiyyata alınmışdır.

10. Torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2018-ci il tarixli **** nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti adından çıxış edən, gələcəkdə “İcarəyə verən” adlandırılacaq, bir tərəfdən, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun şəxsində və digər tərəfdən Bakı şəhəri, 8-ci km, Çobanzadə küçəsi, ev 45, mənzil 45 də yaşayan X1 adından çıxış edən Nümayəndə şəxsində torpaq sahəsinin icarə müqaviləsi bağlanır. İcarəyə verən, 911 kv.m. olan torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsini verir. Aylıq 537,49 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Bakı şəhəri Nizamı rayonu, Bəkir Çobanzadə, küçəsində yerləşən 826.2 kv.m torpaq sahəsının X1 icarəsinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Tərəfindən aparılmış reyestr qeydi və həmin qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli ##.##.2016- cı iI tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarı ı ləğv edilmiş, X1 “Buxar” KM-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin 40 kv.m. hissəsindən çıxarılmış, ilk iddia qalan hissədə təmin edilməmişdir. X1 qanuni nümayəndəsi Nümayəndə Əliyevanın və Bakı şəhəri İcra Hakimiyyətinin “Buxar” KMnə qarşı “##.##.2015-ci il tarixli RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri rədd edilmişdir.

12. “Buxar” KM-in direktoru X2 tərəfindən Nizami Rayon İcra və Probasiya şöbəsinə ünvanlanan ##.##.2020-ci il tarixli **-*** nömrəli ərizənin surətindən görünür ki, *(***)-**/**** saylı ##.##.2018-ci il tarixli icra sənədi icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir.

13. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin rəisi R Rəşad Hacıyev tərəfindən təsdiq edilmiş, icra məmuru Əlihüseyn Aslanov tərəfindən qəbul edilmiş icraata xitam verilməsi haqqında ##.##.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-**/**** saylı ##.##.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı cavabdeh1 Oqtay oğlunun (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx X3 * saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “xxxx”MMC və X1 qarşı “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd – eskiz layihəsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir

15. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “xxxx” MMC tərəfindən verilmiş 2022-ci il tarixli “Geodeziya işləri” adlı sənəd eskiz layihəsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, cavabdeh1 oğlunun “xxxx” MMC tərəfindən 2022-ci ildə verilmiş “Geodeziya işləri” adlı sənədin – eskiz layihəsinin etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilmişdir.

16. İddiaçı cavabdeh1 Oqtay oğlunun (Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx X3 * saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər “xxxx” MMC və X1 qarşı “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, iddaçı cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddaçı X1 – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbinə dair iddiası təmin edilmiş, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** saylı, ##.##.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2014-cü il tarixli, *(***)-****/**** saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K- *** saylı, ##.##.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** saylı, ##.##.2010-cu il tarilxi Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “xxxx”MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə”- Azərbaycan Respublikasının * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *inz(**)-****/**** saylı, ##.##.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının *-*inz(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilmiş, Müqavilənin 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sözü “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; 7.4-cü bəndində göstərilən “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sözü “513 (beş yüz on üç) manat 89 qəpik” sözü ilə dəyişdirilmişdir.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh1 cavabdehlər X1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər “xxxx” ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin X1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə X1 qanuni nümayəndəsi Nümayəndə (Əli qızı) arasında bağlanmış ##.##.2018-ci il tarixli, **** nömrəli icarə müqaviləsi etibarsız hesab edilmiş və X1 həmin torpaq sahəsindən çıxarılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli qətnamədən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı cavabdeh1 cavabdehlər X1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər “xxxx” ASC, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi cəlb edilməklə “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir.

20. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən *-(***)-***/**** saylı iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının ## #### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsi sənəd üzrə 0,75827 ha olsa da, faktiki olaraq 0,7748 ha təşkil etdiyi, cavabdeh1 (00901300047676-12301 reyestr nömrəsi ilə) mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin texniki pasportunda göstərilən perimetrik ölçülərə nəzərən isə sahə 0,7811 ha təşkil etdiyi müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunur ki, aparılmış müqayisəli tədqiqatla cavabdeh1 adına tərtib olunmuş (##.##.2020 tarixli 00901300047676-12301 reyestr nömrəsi ilə) Texniki Pasportda qeyd olunan koordinatlar ilə mütəxəssis rəyinə əlavə edilmiş Texniki Pasportun baş planında qeyd olunan perimetrik ölçülərə nəzərən torpaq sahəsinin koordinatları arasında fərq olduğu müəyyən edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin mübahisələndirilən hissəsində hər hansı müdaxilə aşkar edilmədiyi müəyyən edilmişdir.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh cavabdeh1 oğlu və xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) texniki pasportun qismən etibarsız hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzrə icraata “xxxx” Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən 00901300047676-12301 reyestr nömrəsi ilə ##.##.2020-ci il tarixdə olan vəziyyətə əsasən sahəsi hissəsində qismən, 0,02283 (0,7811- 0,75827) ha, yəni 2,283 sot və yaxud 228 kv.m. hissədə etibarsız hesab edilməsi və müvafiq düzəlişin aparılması hissəsində xitam verilmiş və iddiaçı X1 izah edilmişdir ki, texniki pasporta müvafiq düzəlişin edilməsi ilə bağlı onu verən orqana, narazı qaldığı halda inzibati məhkəməyə müraciət etmək hüququ vardır.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025 il tarixli qərardadından görünür ki, iddiaçı X1 cavabdeh cavabdeh1 oğlu və xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhər İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və sair tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadından görünür ki, iddiaçı X1 nümayəndəsi-vəkili Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(005)- ****/**** saylı mülki iş üzrə icraata müəyyən hissədə xitam verilməsi barədə qərardadı dəyişdirilmədən saxlanılmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı nümayəndəsi-vəkili Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir

28. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

29. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

30. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən * saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

31. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

32. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İş materiallarından görünür ki, iddiaçı cavabdehin mülkiyyətində olan daşınmaz əmlaka dair ## #### 2020-ci il tarixə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin dövlət reyestrində qeydiyyata alınmış göstəricilərdən artıq göstərildiyini, həmin artıq hissənin onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü, bunun da torpaq sahəsindən istifadəsinə maneələr yaratdığını bildirərək texniki pasportun müvafiq hissədə etibarsız hesab edilməsini və müdaxilələrin aradan qaldırılmasını tələb etmişdir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə müdafiəsinin tətbiqi üçün şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozulması, yaxud mübahisələndirilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququ mütləq xarakter daşımır və həmin hüququn həyata keçirilməsi şəxsin subyektiv hüququnun və ya qanuni mənafeyinin pozulmasına dair kifayət qədər əsasların mövcudluğunu tələb edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə müdafiəsi vasitəsi yalnız abstrakt ehtimalların deyil, real hüquq pozuntularının aradan qaldırılmasına yönəlməlidir. Məhkəməyə müraciət etmiş şəxs hüququnun pozulduğunu iddia etməklə kifayətlənməməli, həmin pozuntunun mövcudluğunu təsdiq edən sübutlar təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı texniki pasportda torpaq sahəsinin 228 kv.m artıq göstərildiyini və həmin hissənin onun istifadəsində olan torpaq sahəsinə aid olduğunu bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, tərəflər arasında eyni torpaq sahələri ilə bağlı əvvəllər baxılmış mübahisələr üzrə keçirilmiş məhkəmə ekspertizaları nəticəsində cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin sərhədlərinin hər hansı hissədə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmin ekspertiza rəyləri məhkəmələr tərəfindən qiymətləndirilmiş, onların əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir.

36. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin mənasına görə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hallar sonradan eyni şəxslərin iştirakı ilə baxılan işlər üzrə yenidən sübut edilmir və mübahisələndirilə bilməz. Bu norma hüquqi müəyyənlik prinsipinin təzahürüdür. Hüquqi müəyyənlik prinsipi isə öz növbəsində hüququn aliliyi prinsipinin ayrılmaz tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı”, “Ryabıx Rusiyaya qarşı” və digər qərarlarında vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsassız şəkildə yenidən mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipinə ziddir və ədalətli məhkəmə araşdırması hüququnu pozur. 37.Hazırkı işdə iddiaçının istinad etdiyi hallar faktiki olaraq əvvəlki məhkəmə araşdırmalarının predmetini təşkil etmiş, həmin hallara artıq hüquqi qiymət verilmişdir. Buna görə də iddiaçının eyni faktiki əsaslar üzrə fərqli nəticəyə nail olmaq cəhdi prosessual qanunvericiliyin məqsədləri ilə uzlaşmır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə texniki pasportun 0,02283 ha (228 kv.m) hissədə etibarsız hesab edilməsi və həmin sənədə düzəlişlərin aparılması barədə tələb üzrə icraata xitam verilmiş, iddiaçıya izah edilmişdir ki, belə mübahisə inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir. Həmin qərardad sonradan apellyasiya instansiyası tərəfindən qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə irəli sürdüyü arqumentlər həmin qərardadlarla müəyyən edilmiş hüquqi nəticələri aradan qaldırmır və mübahisələndirilən texniki sənədin qanunsuzluğunu təsdiq etmir. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında olan texniki pasportun məzmunundan cavabdehin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış hüquqmüəyyənedici sənədlərlə uyğunluq təşkil etdiyi görünür. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı yeni ekspertiza rəyi, geodeziya ölçməsi, kadastr sənədi və ya digər obyektiv sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbləri isə ehtimallara, fərziyyələrə və subyektiv mülahizələrə əsaslanmış, lakin obyektiv sübutlarla təsdiq edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia tələbləri sübuta yetirilmədiyindən iddianın rədd edilməsi qanuni və əsaslı olmuşdur. 39.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar