Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1738/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun hesabına ödənilmiş 1000 (bir min) manat, 30,40 (yetmiş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 1030,40 (bir min otuz manat, qırx qəpik) manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-də PME********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış, Əhədov Saməddin Sübhü oğlunun idarə etdiyi “Isuzu” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ##.##.2023-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsində hərəkət edən zaman yol hərəkəti qaydalarını pozmuş, nəticədə “xxxx” ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Mitsubishi Pajero” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında qərara əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs S.Əhədov müəyyən edilmişdir. “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X1 ## #### 2022-ci il tarixli qərarına əsasən # ###### 2022ci il tarixindən etibarən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü üzrə sığortalanmış əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi birbaşa olaraq zərərçəkənin mülki məsuliyyətinin icbari sığortaçısı tərəfindən həyata keçirilir. Məhz buna görə də ##.##.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs Cavabdeh “Mitsubishi Pajero” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün avtomobilinin icbari sığortaçısı “xxxx” ASC-yə müraciət etmişdir. “xxxx” ASC tərəfindən Cavabdeh hesabına ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1000 (bir min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”ya, bu Qaydanın tələbi əsasında imzalanmış “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” ##.##.2022-ci il tarixli Kollektiv Sazişə əsasən sığorta şirkətləri arasında hesablaşma aparılmış və “xxxx” ASC tərəfindən (Çünki zərərvuran-“Isuzu” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortası “xxxx” ASC-dədir) 1000 (bir min) manat məbləğində sığorta ödənişi “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Daha sonra əməkdaşların operativ araşdırmalarına və sorğular nəticəsində əldə etdiyi AR DIN BDYPI-nin ##.##.2023-cü il tarixli cavab məktubuna əsasən, ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi “Mitsubishi Pajero” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsiri üzündən baş verdiyindən o, AR Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan “Mitsubishi Pajero” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi əsassız olaraq Cavabdeh ödənilmiş və buna görə də cavabdehin həmin sığorta ödənişini Cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranmışdır. Nəticə etibarilə, Cəmiyyətdə sığortalanmış -“Isuzu” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü S.Əhədov barəsində inzibati tənbehvermə haqqında qərar ləğv olunduğundan cavabdehin hesabına ödənilmiş 1000 (bir min) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, belə olan təqdirdə, cavabdehin hesabına ödənilmiş 1000 (bir min) manat məbləğində pul vəsaitini Cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranır.
3. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilməmişdir.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Iddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olduğundan “Mitsubishi Pajero” markalı avtomobilə dəymiş zərərə görə sığorta ödənişi əsassız olaraq Cavabdeh ödənilmiş və buna görə də cavabdehin həmin sığorta ödənişini onlara geri qaytarmaq öhdəliyi yaranmışdır. Nəticə etibarilə, iddiaçı ASC-də sığortalanmış -“Isuzu” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Əhədov Saməddin Sübhü oğlu barəsində inzibati tənbehvermə haqqında qərar ləğv olunduğundan Cavabdeh hesabına ödənilmiş 1000 (min) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, o, əsassız varlanmış şəxs hesab olunmalıdır. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi.
9. Sübutların tədqiqi:
10. “xxxx” ASC-nin ##.##.2023-cü il tarixli Avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsindən görünür ki, “Isuzu” yük markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” ASC-də “avtonəqliyyat vasitələrinin icbari sığortası” növü üzrə sığortalanmışdır.
11. AD seriyalı ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mitsubishi minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.
12. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən olur ki, ##.##.2023-cü il tarixdə saat 14:10-da Yasamal rayonu, A.Şaiq küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.
13. Inzibati xəta haqqında ##.##.2023-cü il tarixli protokola əsasən, ##.##.2023-cü il tarixində, saat 14:10-da “Isuzu” yük markalı nəqliyyat vasitəsini idarə edən Əhədov Saməddin Sübhü oğlu tərəfindən Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
14. Inzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli TP seriyalı qərarın surətindən görünür ki, ##.##.2023-cü il tarixdə Isuzu yük markalı, 99-JH439 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Əhədov Saməddin Sübhü oğlu Bakı şəhəri, A.Şaiq küçəsində AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə olunmuşdur.
15. Mülki iş materiallarında olan ****** saylı, ##.##.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “xxxx” ASC tərəfindən Cavabdeh 1000 manat sığorta ödənişinin ödənilməsi müəyyən edilmişdir.
16. Mülki iş materiallarında olan ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1000 (min) manat məbləğində sığorta ödənişi Novruzova fuad Aqif oğluna ödənilmişdir.
17. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2023cü il tarixli, *-**-**/*-******/** saylı məktubundan görünür ki, ##.##.2023-cü il tarixdə vət. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs idarə etdiyi “Mitsubishi” markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisində Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin tələbin riayət etməyərək manevr etmə qaydasını pozduğu üçün əks istiqamətdə hərəkət edib dayanan Isuzu markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi “Mitsubishi” markalı avtomobilin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsiri üzündən baş verdiyindən o, IXM-nin 327-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
18. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, HD/HTŞ-*** nömrəli Novruzova fuad Aqif oğluna pretenziya məktubuna əsasən, sığorta ödənişinin – 1000 (min) manat məblən 3 gün ərizndə geri ödənilməsi xahiş edilmişdir.
19. Yasamal Rayon Polis Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-**** saylı məktubu ilə müəyyən edilir ki, ##.##.2023-cü il tarixdə sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində ##.##.2022-ci il tarixdə protokol tərtib edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
26. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
27. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
28. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
29. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
30. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu:
33. 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
34. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
35. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
36. 52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar Mərkəzi Bank tərəfindən müəyyən edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
42. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
49. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
50. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Belə ki, hazırkı işin halları ondan ibarətdir ki, ##.##.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs idarə etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “xxxx” ASC-də sığortalanmış “Mitsubishi” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, A.Şaiq küçəsi ilə hərəkət edən zaman Əhədov Saməddin Sübhü oğlunun idarə etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin könüllü sığortası” növü üzrə “xxxx” ASC-də sığortalanmış “Isuzu” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş Inzibati tənbeh vermə haqqında ##.##.2023-cü il tarixli TP seriyalı qərara əsasən, ##.##.2023-cü il tarixdə “Isuzu” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Əhədov Saməddin Sübhü oğlu Bakı şəhəri, A.Şaiq küçəsində AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün ****** saylı, ##.##.2023-cü il tarixli hesabata əsasən “xxxx” ASC tərəfindən 1000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
52. Iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-in birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.
53. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).
54. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).
55. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.
56. Iddia tələbinin qanuni əsasının tapılmasından sonra növbəti mərhələ iddiaçının bildirdiyi halların qanunun dizpozitiv şərtlərinə uyğun gəlib-gəlməməsini yoxlanılmasından ibarət olmalıdır.
57. Hazırkı mübahisənin müəyyən olunmuş hallarının istinad olunan normanın dispozitiv şərtlərinə uyğun olmadığı müəyyən edilir.
58. Iddiaçı iddia edir ki, ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsində təqsiri olduğu üçün “Mitsubishi” markalı avtomobilin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da barəsində inzibati protokol tərtib edilmişdir. Ona görə də, sığorta ödənişi əsassız olaraq avtomobilin mülkiyyətçisi Cavabdeh ödənilmişdir. Bu əsasla da sığorta ödənişinin geri qaytarılmasını tələb edir. Iddiaçı iddia tələbinin əsası kimi Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-**/*-******/** saylı məktubuna istinad edir.
59. Iddia tələbini təmin etməyən rayon məhkəməsinin sorğusu əsasında Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*-**** saylı məktubu ilə ##.##.2023-cü il tarixdə sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmadığı müəyyən olmuşdur.
60. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı Baş Dövlət Yol Polis Idarəsinin ##.##.2023-cü il tarixli, *-**-**/*-******/** saylı məktubuna istinad edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2023-cü il tarixli yol-nəqliyyat hadisəsində təqsirli olduğunu qeyd etsə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində inzibati xəta haqqında protokolu, IXM-nin 327.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında qərarı təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı baş vermiş hadisədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqsirini sübut edən mötəbər, əsaslı sübutlar verə bilməmişdir.
61. Eləcə də, mülki iş materiallarında olan Yasamal Rayon Polis Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan da müəyyən olur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində ##.##.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmamış, ##.##.2022-ci il tarixdə tərtib edilmişdir.
62. Qeyd edilənlərə əsasən, «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipinə əsasən, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı «əsaslı şübhə yeri qoymayan» sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.
63. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
65. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
66. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
67. Beləliklə, Məhkəmə hesab edir ki, rayon məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
68. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
69. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
70. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
72. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
73. Hazırkı halda iddianın qiyməti 1000 (min) manat olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
74. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
75. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.