Məhkəmə qərarları › İş №e-2(3-6)-1746/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1746/2026

12.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-1746/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: " müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması ”) hakimlәr X2 (sәdrlik edәn vә mәruzәçi), Babayev Fuad Fikrәt oğlu vә X1 qızından ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Əmanәtlәrin Sığortalanması Fonduna qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb olunmaqla) «müәyyәn öhdәliklәrin cavabdehin üzәrinә qoyulması» tәlәbinә dair mülki iş üzrә qәbul edilmiş Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qәrardadından iddiaçı tәrәfindәn verilmiş şikayәt üzrә mülki işә Bakı Apelyasiya Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müәyyәn etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Əmanәtlәrin Sığortalanması Fonduna qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb olunmaqla) iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, LPO QSC “xxxx” KB vә İddiaçı arasında bağlanmış ##.##.2008-ci il tarixli, ***A***** №-li kredit müqavilәsi üzrә onun öhdәliyinә müddәtin keçmәsinә görә xitam verilmәsi, Azәrbaycan Respublikasının Mәrkәzi X4 borcunun olması barәdә mәlumatın silinmәsi vә onun QSC “xxxx” KB-yә hәr hansı borcunun olmaması barәdә mәlumatın ona vә Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs MMC-yә tәqdim edilmәsi öhdәliyinin Dövlәt rüsumunun ödәnilmәsi haqqında mәlumat Ərizәni imzalayan şәxs haqqında mәlumat: cavabdeh Əmanәtlәrin Sığortalanması Fondunun üzәrinә qoyulması barәdә qәtnamә qәbul edilmәsini Mәhkәmәdәn xahiş etmişdir.

2. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Əmanәtlәrin Sığortalanması Fonduna qarşı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs Mәhdud Mәsuliyyәtli Cәmiyyәti müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb olunmaqla) «müәyyәn öhdәliklәrin cavabdehin üzәrinә qoyulması» tәlәbinә dair mülki iş üzrә icraata xitam verilmәsi qәrara alınmışdır.

3. Mәhkәmәnin mövqeyi ondan ibarәt olmuşdur ki, iddiaçı İddiaçı cavabdeh lәğv prosesindә olan QSC «xxxx» Kommersiya Bankına qarşı "müddәtin keçmәsi sәbәbindәn müqavilә üzrә ohdәliyә xitam verilmәsi" tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, ##.##.2008-ci il tarixli Kredit Müüqavilәsi üzrә onun öhdәliyinә müddәt keçmәsinә görә xitam verilmәsi, AR Mәrkәzi X4 borcunun olması barәdә mәlumatın silinmәsi vә onun QSC «xxxx» Kommersiya Bankına hәr hansı borcunun olmaması barәdә arayışın ona vә Mәrkәzi Banka tәqdim edilmәsi öhdәliyinin cavabdeh lәğv prosesindә olan QSC «xxxx» KB-nin üzәrinә qoyulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Qanuni qüvvәsini almış Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ## ######## 2018ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsinә әsasәn iddiaçı İddiaçı cavabdeh LPO cavabdeh1Cәmiyyәti "xxxx" Kommersiya Bankına qarşı ## ###### 2008-ci il tarixli, ***A***** saylı kredit müqavilәsi üzrә öhdәliyinә tәlәb etmә müddәtinin keçmәsinә görә xitam verilmәsi, Mәrkәzi Bankın reyestr mәlumatından borcunun olması barәdә mәlumatın silinmәsi vә cavabdehә borcunun olmaması barәdә arayışın verilmәsi barәdә iddiası tәmin edilmәmişdir.

4. Göründüyü kimi, İddiaçı cavabdeh Əmanәtlәrin Sığortalanması Fonduna qarşı iddia әrizәsi ilә Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinә müraciәt etmiş, eyni hüquqi vә faktiki әsaslara söykәnmәklә eyni müqavilә üzrә ohdәliyә xitam verilmәsini yenidәn xahiş etmiş, halbuki o, bu mәsәlәdә pozulduğu ehtimal edilәn hüquqlarının bәrpası üçün qanunvericiliklә ona verilmiş mәhkәmә müdafiәsi imkanlarından artıq istifadә etmişdir. Belә ki, qeyd edilәn iddianın («müddәtin keçmәsi sәbәbindәn müqavilә üzrә ohdәliyә xitam verilmәsi») vә hal-hazırda Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin icraatında olan iddiaçı İddiaçının cavabdeh Əmanәtlәrin Sığortalanması Fonduna qarşı olan iddianın («müәyyәn öhdәliklәrin cavabdehin üzәrinә qoyulması») qanuni әsasları vә predmeti habelә iş üzrә cәlb edilmiş tәrәflәr eyni olub, hәr hansı bir fәrqli hallar mövcud deyildir, iddia isә formal xarakter daşıyır.

5. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2, 262.1 vә 262.4-cü maddәlәrinә istinadla әsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Mәhkәmәnin hәmin qәrardadından narazı qalan İddiaçı şikayәt verәrәk, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrardadının lәğv edilmәsini vә iddianın tәmin edilmәsini xahiş etmişdir.

7. Şikayәt onunla әsaslandırılmışdır ki, onunla LPO “xxxx” QSC arasında bağlanmış ##.##.2008-ci il tarixli, ***A***** №-li kredit müqavilәsinә әsasәn, Bank tәrәfindәn ona kredit müqavilәsi üzrә öhdәliklәrin icrasının tәminatı olaraq Timur Rzayevә mәxsus Bakı şәhәri, Nәsimi rayonu, S.Vurğun küçәsindә yerlәşәn ** №-li evin ** №-li mәnzili Bankın xeyrinә ipoteka ilә yüklü edilmişdir. Qeyd edir ki, o, kredit müqavilәsinin tәrәfi olsa da, o, müqavilә üzrә götürdüyü 85.200 manat krediti özü üçün götürmәmişdir. Belә ki, o, hәmin müqavilәni Timur Rizayevin xahişi ilә bağlamış vә Bankdan borc aldığı 85.200 manatı da Timur Rizayevә vermişdir. Lakin sonradan Timur Rizayev onu aldatmış, aldığı borcu Banka tam şәkildә qaytarmamış, ipoteka ilә yüklü etdiyi mәnzili isә Bankın işçilәri ilә birlәşәrәk, ipotekadan azad etdirmişdir. Belәliklә dә, ##.##.2008-ci il tarixli, ***A***** №-li kredit müqavilәsi üzrә icra edilmәmiş öhdәliklәr, müqavilәdәn bәhrәlәnmәmiş onun üzәrindә qalmışdır. Daha sonra, o, iddia әrizәsi ilә Sәbail Rayon Mәhkәmәsinә müraciәt edәrәk, ##.##.2008-ci il tarixli, ***A***** №-li kredit müqavilәsi üzrә yaranmış öhdәliyi müddәtin keçmәsi әsası ilә xitam verimәsini mәhkәmәdәn xahiş etmişdir. Hәmin iddia әsasında başlanmış mülki işә baxmış Sәbail Rayon Mәhkәmәsi, iş üzrә qәbul etdiyi ##.##.2017-ci il tarixli, 2(009)- ***/**** №-li qәtnamәsi ilә iddianı tәmin etmiş, LPO «xxxx» KB ilә İddiaçı arasında bağlanılmış ##.##.2008-ci il tarixli 100A05808№-li Kredit Müqavilәsi üzrә onun öhdәliklәrinә tәlәb etmә müddәtinin keçmәsi ilә әlaqәdar xitam verilmәsi, onun Kredit Müqavilәsi üzrә borcunun olması barәdә mәlumatların Azәrbaycan Respublikası Mәrkәzi Bankının Reyestr Mәlumatından silinmәsi üçün, onun hәmin Kredit Müqavilәsi üzrә borcunun olmamasına dair arayışın ona vә Azәrbaycan Respublikasının Mәrkәzi Bankına verilmәsini qәt etmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsi ilә Sәbail Rayon Mәhkәmәsinin ##.##.2017-ci il tarixli qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmiş, qәtnamә dәyişdirilmәdәn saxlanılmışdır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kolleglyasının ##.##.2018-ci il tarxili, *(***)-****/** saylı qәrarı ilә cavabdeh lәğv prosesindә olan QSC "xxxx" Kommersiya Bankının kassasiya şikayәti tәmin edilmiş, Bakı Apellyasiya Mәhkәmәsi MK-nın ##.##.2017-ci il tarixli qәtnamәsinin lәğv edilmәsi, işin yeni apelyasiya baxışına qaytarılması qәrara alınmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsi ilә cavabdeh LPO QSC "xxxx" KB-nin apellyasiya şikayәti tәmin edilmiş, Sәbail Rayon Mәhkәmәsinin ##.##.2017-ci il tarixli qәtnamәsi lәğv edilmiş, onun cavabdeh QSC "xxxx" KB-yә qarşı müqavilә öhdәliyinә tәlәb etmә müddәtinin keçmәsinә görә xitam verilmәsi vә sair tәlәb barәdә iddiası tәmin edilmәmişdir. Onun iddiasını tәmin etmәyәn apelyasiya vә kassasiya instansiyası mәhkәmәlәri mövqeyini onunla әsaslandırmışlar ki, onun cavabdeh LPO QSC "xxxx" KB-nin qarşısında kredit öhdәliyinә Mülki Mәcәllәnin 551.1-ci maddәsindә müәyyәn edilmiş 10 illik müddәt şamil olunmalıdır. Lakin baxılan iş üzrә hәmin müddәt keçmәmişdir. Göründüyü kimi, hazırki iş üzrә Nәsimi Rayon Mәhkәmәsinin istinad etdiyi Bakı Apelyasiya Mәhkәmәsinin ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsindә, habelә Ali Mәhkәmәnin ##.##.2018-ci il tarxili, *(***)-****/** saylı qәrarında onun iddiasının rәdd edilmәsi üçün әsas – işә baxılan zaman ##.##.2008-ci il tarixli 100A05808№-li Kredit Müqavilәsi üzrә Mülki Mәcәllәnin 551.1-ci maddәsindә nәzәrdә tutulan 10 ilik müddәtin keçmәmәsi olmuşdur. Hazırda sözügedәn müqavilәnin bağlanmasından 18 il 1 ay 9 gün müddәt keçmişdir. Lakin LPO QSC “xxxx” KB vә ya onun lәğvejdicisi olan Əmanәtlәrin Sığortalanması Fondu tәrәfindәn kredit borcunun ödәnilmәsi ilә bağlı ona qarşı heç bir pretenziya vә xәbәrdarlıq göndәrilmәmiş, mәhkәmә mübahisәsi açılmamışdır. Odur ki, hesab edir ki, Mülki Mәcәllәnin 551.1-ci maddәsinә әsaslanaraq, onun cavabdeh qarşısında yaranmış öhdәliklәrin icra edilmәsini tәlәb etmәk hüququna müddәtin keçmәsinә görә xitam verilmәsini tәlәb etmәkdә haqlıdır. Lakin Nәsimi Rayon Mәhkәmәsi, hәmin iddia әsasında başlanmış mülki iş üzrә icraata MPM-in 261.0.2-ci maddәsinә әsasәn xitam vermişdir. Halbuki, hәm onun 2017-2018-ci illәrdә irәli sürdüyü tәlәb üzrә 10 ilik tәlәb etmә müddәti keçmәmiş, hәm qeyd olunan tәlәb dәyişәn tәlәblәrә aiddir, hәm dә bu iş üzrә tәrәflәr dә fәrqlidir. O, mәhz tәlәb etmә müddәti (10 il) keçdikdәn sonra müvafiq iddia ilә mәhkәmәyә müraciәt etmişdir. Belә olan halda, birinci instansiya mәhkәmәsi, hәmin iddianı “eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olmasına istinad edәrәk, icş üzrә icraata xitam vermәsi, maddi vә prosessual hüquq normalarının pozulması ilә nәticәlәnmişdir. Çünki, hazırki, iş üzrә tәrәflәr arasında mövcud münasibәtlәrә müddәt baxımından yenidәn baxılması mümkündür. Onun 2017-2018-ci illәrdә irәli sürdüyü tәlәb üzrә 10 ilik tәlәb etmә müddәti keçmәmiş, qeyd olunan tәlәb dәyişәn tәlәblәrә aid olmaqla yanaşı, hazırki iş üzrә cavabdeh dә fәrqlәnir. O, mәhz tәlәb etmә müddәti (10 il) keçdikdәn sonra müvafiq iddia ilә mәhkәmәyә müraciәt etmişdir. Belә olan halda, birinci instansiya mәhkәmәsi, hәmin iddianı “eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olmasına istinad edәrәk, iş üzrә icraata xitam vermәsi barәdә qәrardad qәbul etmәklә iş üzrә maddi vә prosessual hüquq normalarının pozmuşdur.

8. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin 2(006)-5576/2025 saylı ## #### 2026-cı il tarixli qәrardadı ilә iddiaçı İddiaçı Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, 2(006)-5576/2025 nömrәli qәrardadından vermiş olduğu şikayәti tәmin etmәmiş, baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

9. 82.3-cü maddәsinә әsasәn, bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir.

10. 233.3-cü maddәsinә әsasәn, qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrinin, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr.

11. 261.0.2-ci maddәsinin tәlәblәrinә görә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa, hakim iş üzrә icraata xitam verir.

12. 262.1-ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәsi barәdә mәhkәmә qәrardad çıxarır.

13. 262.4-cü maddәsinә әsasәn işin icraatına xitam verildikdә, eyni tәrәflәr arasında, eyni predmet haqqında vә eyni әsaslar üzrә mübahisә barәsindә mәhkәmәyә tәkrar müraciәt edilmәsinә yol verilmir.

14. 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin olunmalı, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrardadı lәğv edilmәli, mülki iş, aşağıda qeyd olunan mәsәlәlәr nәzәrә alınmaqla yenidәn baxılması üçün hәmin mәhkәmәyә qaytarılmalıdır.

16. İşin mübahisәli halları kontekstindә nәzәrә alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddәsi iş üzrә icraata xitam verilmәsi üçün eyni tәrәflәr arasında, eyni tәlәb deyil, mәhz eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olmasını yetәrli hesab edir.

17. Mәlum olduğu kimi, qüvvәdә olan prosessual qanunvericilikdә iddianı fәrdilәşdirәn iki elementә rast gәlmәk olar: iddianın predmeti vә onun әsası (mәsәlәn, MPM-in 53, 153-cü maddәlәri). Bu elementlәr nәinki iddianı, hәmçinin iş üzrә prosesin özünü konkretlәşdirmәyә, onun hәcmini, xarakterini, mәhkәmәnin fәaliyyәtinin istiqamәtini vә xüsusiyyәtlәrini müәyyәn etmәyә imkan verir.

18. Prosesdә iddianın predmeti dedikdә, iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar. İddianın predmeti, barәsindә qәrar qәbul olunması xahiş edilәn subyektiv hüquq olduğu üçün iddianın obyektinә aid olan konkret hәrәkәtlәrin yerinә yetirilmәsi, әşyaların alınıb verilmәsi kimi tәlәblәrlә eynilәşdirilmәmәlidir.

19. İddianın әsasını isә irәli sürülәn iddia tәlәblәrinin әsaslandırıldığı hüquqi faktlar tәşkil edir. İddianın әsası adәtәn bir faktdan deyil, iddianın faktiki tәrkibi hesab olunan faktların mәcmusundan ibarәt olur. İddiaçı iddianın faktiki әsaslarını göstәrmәklә yanaşı, iddiaçı qanuna vә digәr normativ-hüquqi aktlara, habelә cavabdeh tәrәfindәn pozulduğunu güman etdiyi hüquq normasına da istinad etmәyә haqlıdır. Bu isә iddianın hüquqi әsasını tәşkil edir.

20. Yuxarıda göstәrilәnlәri konkretlәşdirәrәk mәhkәmә kollegiyası qeyd edir ki, iddia tәlәblәrinin eyni olması qәnaәtinә gәlmәk üçün yalnız iddianın predmetinin vә ya әsaslarının eyni formada ifadә olunmasına formal yanaşılmamalıdır. Bu baxımdan, iddia tәlәblәrinin eyniliyinin müәyyәn edilmәsi zamanı yalnız tәrәflәrin vә tәlәb predmetinin formal uyğunluğu kifayәt hesab edilә bilmәz. Belә ki, oxşar iddia tәlәblәrinin eyni predmetli vә әsaslı olub-olmamasının müәyyәnlәşdirilmәsi zamanı hәmin tәlәblәrә iddiaçının subyektiv hüququ, onun qanunla qorunan marağı, bütövlükdә hüquq münasibәtlәrinin xarakteri vә iddia tәlәblәrinin әsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şәklindә qiymәt verilmәlidir.

21. İş materiallarına әlavә edilmiş Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2018-ci il tarixli, *(***)-****/**** saylı qәtnamәsindәn görünür ki, iddiaçı İddiaçı cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankına qarşı ##.##.2008-ci il tarixli, ***A***** saylı kredit müqavilәsi üzrә öhdәliyinә tәlәb etmә müddәtinin keçmәsinә görә xitam verilmәsi, Mәrkәzi Bankın reyestr mәlumatlarından borcunun olması barәdә mәlumatın silinmәsi vә cavabdehә borcunun olmaması barәdә arayışın verilmәsi barәdә iddiası tәmin edilmәmişdir.

22. Mәhkәmә hәmin iş üzrә belә nәticәyә gәlәrәk iddiaçının cavabdeh qarşısında kredit öhdәliyinә Mülki Mәcәllәnin 551.1-ci maddәsindә nәzәrdә tutulmuş 10 illik müddәtin tәtbiq edilmәli olmasına, baxılan iş üzrә isә hәmin müddәtin keçmәmәsinә istinad etmişdir.

23. Hazırkı iş üzrә isә iddiaçı qanuni qüvvәyә minmiş qәtnamәdәn sonra әmәlә gәlmiş yeni hallara istinad etmәklә, әvvәlki iddia tәlәblәrinin әsaslandığı hüquqi faktların tәrkibini dәyişdirmiş, Mülki Mәcәllәnin 551.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtin başa çatması faktını yeni әsas kimi göstәrәrәk yenidәn mәhkәmәyә müraciәt etmişdir. Belәliklә, iddiaçı әvvәlki işә baxmış mәhkәmәnin müәyyә etdiyi hüquqi vәziyyәtdәn fәrqli yeni hüquqi vәziyyәtin (kredit müqavilәsinin bağlanmasından 17 ilin keçmәsi) yarandığını iddia etmiş vә qanunun ona verdiyi hüquqi imkandan istifadә etmişdir.

24. Belә olan halda, hazırkı iddia әvvәlki iş üzrә artıq hәll edilmiş mübahisәnin tәkrarı kimi deyil, sonradan yaranmış yeni hüquqi faktlara әsaslanan müstәqil tәlәb kimi qiymәtlәndirilmәlidir, buna görә dә res judicata prinsipinin tәtbiqindәn imtina edilmәlidir.

25. Mәhkәmә kollegiyası izah edir ki, hüquqi müәyyәnlik prinsipi digәr tәlәblәrlә yanaşı, әn ümumi mәnada mövcud hüquqi vәziyyәtә aid aydınlığı vә müәyyәnliyi nәzәrdә tutur. Bu baxımdan, mәhkәmәlәr tәrәfindәn qәbul olunmuş qәrarlarda hәll olunan işә aid bütün zәruri mәsәlәlәrә aydınlıq gәtirilmәli, ziddiyyәtli mәqamlar aradan qaldırılmalıdır. Azәrbaycan Respublikasının adından çıxarılan mәhkәmә aktlarında işin әdalәtli hәllini şübhә altına alan, ziddiyyәtlәr yaradan vә mübahisә üzrә iştirakçıların konstitusiya mәhkәmә müdafiәsi hüququna tәsir göstәrәn müddәalar olmamalıdır (Konstitusiya Mәhkәmәsi Plenumunun N.Babayevin şikayәti üzrә ## ###### 2011-ci il tarixli Qәrarı).

26. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, birinci instansiya mәhkәmәsi yuxarıda sadalanan әsaslarla mülki iş üzrә icraata xitam vermәklә haqlı olmamış, iddiaçının әdalәt mühakimәsinә çatımlıq hüququnu pozmuşdur. Ona görә dә hәmin qәrardad lәğv olunmalı, iş, bu qәrardadın әsaslandırıcı hissәsindә göstәrilәn hallar nәzәrә alınmaqla mahiyyәti üzrә baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir.

27. Mülki Prosessual Mәcәllәnin 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququna malikdir.

28. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398-402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

QƏRARA ALDI:

Şikayәt tәmin edilsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qәrardadı lәğv edilsin. İş bu qәrardadın әsaslandırıcı hissәsindә göstәrilәn hallar nәzәrә alınmaqla mahiyyәti üzrә baxılması üçün Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar