Məhkəmə qərarları › İş №e-2(3-6)-1762/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1762/2026

12.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-1762/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mәmmәdov Mәmmәd Allahverdi oğlu (sәdrlik edәn vә mәruzәçi), Abbasova Günel Mәhәrrәm qızı vә X1 ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yә qarşı “pul tәlәbi barәdә” iddiasına dair mülki iş üzrә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli qәrardaddan iddiaçının verdiyi şikayәtә yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yә qarşı iddia әrizәsi ilә Rayon Mәhkәmәsinә müraciәt edәrәk, *(***)-****/**** saylı mülki işә baxılan zaman, hәmin iş üzrә iddiaçı olmuş Cavabdeh MMC-nin işә baxmış Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinә tәqdim etdiyi 40 әdәd qaimәdә qeyd olunan malların natura şәklindә ona (hazırkı iş üzrə iddiaçıya) geri qaytarılması vә ya hәmin malların mәblәğini tәşkil edәn 9.634 manatın MMC-dәn alınaraq, ona ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, hazırkı iş üzrә iddiaçı 2015-ci ildәn etibarәn tәxminәn 4 il әrzindә MMC-dә işlәmiş, 2019-cu ildә işdәn çıxarılmışdır. Daha sonra MMC iddia әrizәsi ilә iddiaçıya qarşı Sabunçu Rayon Mәhkәmәsinә müraciәt edәrәk, iddiaçı tәrәfindәn 2016-2019-cu illәr әrzindә götürülmüş vә 40 әdәd qaimәdә әks olunmuş 9.634,89 manat mәblәğindә malların geri qaytarılmamasını, elәcә dә hәmin malların dәyәrinin ödәnilmәsini göstәrmәklә hәmin zәrәrin iddiaçıdan tutulmasını xahiş etmişdir. Hәmin iddiaya dair *(***)-****/**** saylı işә baxmış Sabunçu Rayon Mәhkәmәsi qәbul etdiyi ##.##.2020-ci il tarixli qәtnamә ilә iddianın tәmin edilmәsini qәt etmişdir. Qәtnamә qәbul edilәn zaman pandemiya dövrü olduğundan hazırkı iş üzrә iddiaçı hәmin iş üzrә keçirilmiş heç bir mәhkәmә iclasında iştirak etmәmiş, mәhkәmә iclası barәdә xәbәri olmamış, bu sәbәbdәn dә, hәmin qәtnamә qanuni qüvvәyә minmiş vә icraya yönәldilmişdir. Hazırda hәmin qәtnamә Bakı Şәhәri Sabunçu Rayon İcra Şöbәsi tәrәfindәn icra edilmәkdәdir. Nәzәrә alınmalıdır ki, 9.634 manat dәyәrindә olan әmlakın iddiaçı tәrәfindәn MMC-yә qaytarılmasını tәsdiq edәn 40 әdәd qaimә iddiaçıda olduğundan, qaimәlәrdә göstәrilmiş mallar natura şәklindә, naturada şәklindә qaytarılması mümkün olmadıqda isә onların dәyәri MMC-dәn alınaraq iddiaçıya qaytarılmalıdır. Rayon Mәhkәmәsi iş üzrә qәbul etdiyi ##.##.2026-cı il tarixli qәrardadla mülki iş üzrә icraata xitam verilmәsini qәrara almışdır. Rayon Mәhkәmәsi bu mövqeyini onunla әsaslandırmışdır ki, eyni predmet barәsindә vә eyni әsaslar üzrә, eyni tәrәflәr arasında Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrәli qanuni qüvvәyә minmiş qәtnamәsi olduğundan iş üzrә icraata Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin (MPM) 261.0.2-ci maddәsinin tәlәblәrinә әsasәn xitam vermәlidir. İddiaçının hәmin qәrardaddan Rayon Mәhkәmәsinә şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini vә iddiaya mahiyyәti üzrә baxılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, hazırkı mülki iddianın әsasları әvvәlki iddianın әsaslarından fәrqlidir. Lakin Rayon Mәhkәmәsi bunu nәzәrә almamışdır. Bundan başqa qeyd edilmәlidir ki, hazırkı iddia әrizәsi 7 ay әrzindә Rayon Mәhkәmәsinin hakimi Vidadi Qasımov tәrәfindәn araşdırılmış, iş üzrә müvafiq ekspertizalar da tәyin edilmiş vә keçirilmişdir. İş ekspertizadan qayıtdıqdan sonra iş digәr hakimә - Ruslan Mirzәliyevә verilmiş vә o, yuxarıda göstәrilәn araşdırmaları nәzәrә almadan iş üzrә icraata xitam vermişdir. Şikayәtә baxmış Rayon Mәhkәmәsi, iş üzrә qәbul etdiyi ##.##.2026-cı il tarixli qәrardadla şikayәtin tәmin edilmәmәsini vә baxılması üçün şikayәtin, mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsini qәrara almışdır. Şikayәtә yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası (bundan sonra – Mәhkәmә) şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli, barәsindә şikayәt verilmiş qәrardad dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarından göründüyü kimi eyni tәrәflәr arasında mövcud tәlәblә bağlı artıq mәhkәmә mübahisәsi olmuş vә nәticәdә Sabunçu Rayon Mәhkәmәsinin qanuni qüvvәsini almış ##.##.2020-ci il tarixli qәtnamәsi (iş № *(008)-5444/2020) ilә hәmin iş üzrә cavabdehdәn (hazırkı iş üzrə iddiaçıdan) 40 әdәd qaimәdә qeyd edilәn malların mallar natura, naturada qaytarılması mümkün olmadıqda isә onların dәyәrinin tutularaq hәmin iş üzrә iddiaçı (hazırkı iş üzrә cavabdeh) MMC-yә verilmәsi qәt edilmişdir. Qeyd edilәn qәtnamә qanuni qüvvәyә minmiş vә icraya yönәldilmişdir. Hazırkı iş üzrә tәrәflәr üçün mәcburi xarakter daşıyan hәmin qәtnamә nәzәrә alındıqda müәyyәn edilir ki, hazırkı iş üzrә iddiaçı hazırda iddia qaldırmaqla 9.634 manat mәblәğindә malları 40 әdәd qaimә әsasında MMC-yә qaytarmasını göstәrmәklә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş işin hallarını yenidәn mübahisәlәndirir vә qüvvәdә olan qәtnamәnin әksinә yeni qәrar qәbul edilmәsini xahiş edir. MPM-in 261.0.2-ci maddәsinә görә isә, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam vermәlidir. Bu baxımdan qәbul edilmәlidir ki, Rayon Mәhkәmәsi hazırkı iş üzrә icraata xitam vermәkdә haqlı olmuşdur. Bununla yanaşı Mәhkәmә qeyd edir ki, iddia әrizәsi Rayon Mәhkәmәsinin icraatına daxil olduqdan sonra iş üzrә müәyyәn araşdırılmaların aparılması, iş üzrә ekspertizaların tәyin edilmәsi vә sair prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi MPM-in 261.0.2-ci maddәsindә qeyd edilәn әsasa görә iş üzrә icraata xitam verilmәsinin qarşısını almır. Buna görә dә, Mәhkәmә, qәrardaddan verilmiş şikayәti әsaslı saymır. Odur ki, yuxarıda göstәrilәnlәrә әsaslanan vә MPM-in 397, 398, 400, 402, 405-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutan Mәhkәmә QƏRARA ALDI: İddiaçı İddiaçı şikayәti tәmin edilmәsin. Hazırkı iş üzrә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2026-cı il tarixli qәrardad dәyişdirilmәdәn saxlanılsın. İddiaçı İddiaçı hazırkı qәrardaddan, qәrardad ona rәsmi qaydada verildiyi gündәn etibarәn, 10 gün müddәtindә, Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına MPM-in tәlәblәrinә, “MPM-ә әlavә 3-dә” müәyyәn edilmiş forma vә mәzmuna uyğun tәrtib edilmiş qaydada kassasiya şikayәti verә bilәr. Cavabdeh Cavabdeh MMC hazırkı qәrardaddan kassasiya şikayәti verә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar