Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1777/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, vəkili və nümayəndəsi vəkil4, Cavabdeh cavabdeh4, vəkili və nümayəndəsi Məmmədov Aydın Əli oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı "mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(001)- ****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı cavabdeh4 cavabdeh Tağıyeva Aynur İskəndər qızına qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh4 ilə Tağıyeva Aynur İskəndər qızı arasında ## ###### 2007-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 100 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan ##.##.2008-ci il təvəllüdlü X3, ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2017-ci il təvəllüdlü X2 adlı uşaqlarının anaları Tağıyeva Aynur İskəndər qızının yanında saxlanmalarının müəyyən edilməsi, məhkəmə xərclərinin əvəzi kimi 110 manat pul vəsaitinin Tağıyeva Aynur İskəndər qızından tutularaq cavabdeh4 ödənilməsi qət edilmişdir.
2. AN-İ seriyalı ******* nömrəli ##.##.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsində istifadədə olan 0.1248 ha torpaq sahəsində yerləşən * nömrəli, 9 mərtəbəli binada 2-ci mərtəbəsində 30.14 kv.m yaşayış sahəsindən ümumi sahəsi 100 kv.m ibarət 2 otaqlı ** nömrəli mənzil tam mülkiiyyəti cavabdeh4 43700 manata satmışdır.
3. AZ-İ seriyalı ****** nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, cavabdeh4 ilə TağıyevaAynur İskəndər qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2024cü il tarixdə 767 nömrə ilə qeyd edilmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsində istifadədə olan 0.1248 ha torpaq sahəsində yerləşən *a nömrəli, 9 mərtəbəli binada 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh4 adına ##.##.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Bakı şəhəri ** saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3 “A”, mənzil 39 (yeni qaydalarla: ünvan 1 1115) ünvanında yerləşən mənzilə dair cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış, Bakı şəhəri ** saylı dövlət notariat kontorunda reyestrdə ##.##.2006-cı il tarixdə, 4-Ə-302 nömrə ilə qeyd edilmiş ##.##.2006-cı il tarixli AN №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeyd edilən mənzillə bağlı cavabdeh cavabdeh4 adına ƏMDX DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2024-cü il, qeydiyyat nömrəsi 1124104308, reyestr nömrəsi 001011000255-05101-093005 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qeyd edilən mənzilə dair cavabdeh cavabdeh2 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı həyat yoldaşı ##.##.1995-ci il tarixdə vəfat edəndən sonra o, dul qalıb, başqası ilə ailə qurmamış, himayəsində qalan iki qızını və bir oğlunu təkbaşına saxlayıb, tərbiyə edib böyütmüşdür. Əri vəfat edəndən sonra iddiaçı özünə və ailə üzvlərinə aid bütün vacib məsələləri əvvəlcə doğma qardaşı və həmişə inanıb güvəndiyi Yaşar Tağıyevlə müzakirə edib razılığını aldıqdan sonra həll etmişdir. Hazırkı iddia üzrə cavabdeh cavabdeh4 iddiaçının qardaşı Yaşar Tağıyevin oğlu, Tağıyeva (Ağayeva) Aynur İskəndər qızı isə onun övladıdır. Qardaşı ilə məsləhətləşmədən sonra hələ yetkinlik yaşına çatmamış qızı Aynur Ağayeva el adəti ilə ##.##.2006-cı il tarixdə iddiaçının qardaşı oğlu hazırkı iddia üzrə cavabdeh cavabdeh4 nişanlanmışdır. Qardaşı Yaşar Tağıyev gələcək gənc ailənin yaşaması üçün ayrıca mənzil kirayə edilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə bununla razılaşmayıb qızının rahat yaşamasından ötrü öz vəsaiti hesabına Bakı şəhərində mənzil alacağını bildirmişdir. İddiaçının bu təklifi qardaşı Yaşar Tağıyevin də ürəyincə olmuşdur. Bu niyyətlə qardaşı Yaşar Tağıyev almaq üçün mənzil axtarıb tapmış, iddiaçı isə alınacaq mənzilə görə qardaşı vasitəsilə beh pul vermişdir. Həmin vaxtlar iddiaçının qızı Aynur Ağayeva hələ yetkinlik yaşına çatmamış, iddiaçının özünün şəxsiyyət vəsiqəsi isə rayonda qalmışdı. Belə vəziyyətdə qardaşı Yaşar Tağıyev vaxt uzanarsa, verilən behin qaytarılmayacağını iddiaçıya bildirib, mənzili hələlik öz oğlu cavabdeh4 adına alınmasını təklif etmiş, eyni zamanda oğlu ilə iddiaçının qızı evlənib sonuncu gəlin gələndən üç gün sonra mənzilin qızının mülkiyyətinə keçiriləcəyinə etibarlı vəd vermişdir. Dul qadın olan iddiaçı aralarındakı çox mehriban bacı-qardaş münasibətlərinə və qardaşının etibarlı vədinə tam inanıb pulunu özünün ödəyəcəyi mənzilin alqı-satqısı zamanı müqavilədə alıcı qismində qardaşı oğlu hazırkı iddia üzrə cavabdeh cavabdeh4 adının yazılmasına razılıq vermişdir. Ona görə də iddiaçı 59000 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində, ev *a nömrəli 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m. olan 2 otaqlı ** nömrəli mənzilin alınmasından ötrü qardaşı Yaşar Tağıyevə vermişdir. Bundan 5 il keçəndən sonra iddiaçının qızı ilə qardaşı oğlu olan kürəkəni hazırkı iddia üzrə cavabdeh cavabdeh4 arasında ailə münaqişələri baş vermiş, cavabdeh4 boşanmaq barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olduqda, hazırkı iddia üzrə cavabdeh cavabdeh4 iddiaçının qızına onu boşayacağı, öz adına olan mənzili satacağı və azyaşlı uşaqları ilə birlikdə onları mənzildən çıxaracağı ilə hədələmişdir. Halbuki, hazırkı iddia üzrə cavabdeh cavabdeh4 adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin iddiaçının pulu ilə alınmasını bütün yaxın qohumları bilir. Bu işlərdə əvvəldən axıradək birbaşa şahid olan iddiaçının qardaşı Yaşar Tağıyev isə təəssüf ki, vəfat etmişdir. Hazırda cavabdeh4 iddiaçının qızı cavabdeh Aynur Tağıyevaya qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3”A”, mənzil 39-dan (yeni qayda ilə AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsi, giriş 29, M2, m1) bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. cavabdeh4 iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh Aynur Tağıyevə ilə ##.##.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3”A”, mənzil 39-a köçüb orada yaşamağa başlamışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh Aynur Tağıyevə hal-hazırda onun mülkiyyətində olan mənzildə yaşayır, mənzilin giriş qapısının qıfılını dəyişdirib, onu mənzilinə buraxmır. Kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. “New Europe” agentliyinin vəkil sorğusuna verilən cavabına əsasən, Bakı şəhəri, 7-ci mikrorayonun ərazisində bir otaqlı mənzilin icarə haqqı hər ay üçün 300-350 manat civarındadır. Göründüyü kimi, gələcəkdə ailə qurandan sonra mülkiyyət hüququnun qızına veriləcəyi vədi ilə aldadılan iddiaçı öz pulu ilə aldığı mənzili hazırkı iddia üzrə cavabdeh cavabdeh4 adına alqı-satqı yolu ilə əldə edilməsinə şifahi razılıq vermişdir. Hazırkı iddia üzrə cavabdeh cavabdeh4 isə şifahi olaraq verdiyi vədinə əməl etməyib, pulunu iddiaçının ödədiyi mənzil üzərində mülkiyyət hüququnun onun qızı Aynur Tağıyevaya ötürülməsinə razılıq verməmişdir. Bununla da hazırkı iddia üzrə cavabdeh cavabdeh4 onun inamından və etibardan sui-istifadə etməsi nəticəsində iddiaçı öz pulu ilə aldığı mənzil üzərində mülkiyyət hüququndan məhrum olmuşdur. Hazırkı vəziyyətdə cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış, Bakı şəhəri ** saylı dövlət notariat kontorunda reyestrdə ##.##.2006-cı il tarixdə, 4-Ə-302 nömrə ilə qeyd edilmiş ##.##.2006- cı il tarixli AN № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmalı, həmin mənzilə dair alqı-satqı müqaviləsi cavabdeh cavabdeh2 ilə iddiaçı İddiaçı arasında bağlanmış sayılmalıdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X4)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçı ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilin alınmasına görə pulun onun tərəfindən ödənilməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan tamamilə rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü, 337-ci, 339-cu maddələrinə, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
14. İştirak etdiyi məhkəmə iclasında cavabdeh və vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişlər.
d) Tətbiq edilən hüquq 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
22. Hazırkı işin faktiki hallarına əsasən iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçı ##.##.2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilin alınmasına görə pulun onun tərəfindən ödənilməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. İddianın əsası olaraq qeyd edilən hallar (yəni mənzilin başqa şəxsin adına lınması səbəb kimi qeyd etdiyi-şəxsiyyətini təsdiq edənin sənədini rayonda qalması, qızının yetkinlik yaşına çatmaması və s.) iddianın təmini üçün qənaətə gəlməyə əsas ola bilməz.
23. İddiaçının mübahisələndirdiyi əqdin etibarsız hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun təhlil aparılmalıdır.
24. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.
25. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli Qərarı).
26. Bu halda, kollegiya belə qənaətə gəlir ki, cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış, Bakı şəhəri ** saylı dövlət notariat kontorunda reyestrdə ##.##.2006-cı il tarixdə, 4-Ə-302 nömrə ilə qeyd edilmiş ##.##.2006-cı il tarixli AN №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığına dair iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi əqdin etibarsızlığı ilə bağlı müddəaların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia əsassızdır.
27. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.