Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1786/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh4 və cavabdeh2 qarşı “torpağın və tikilinin boşaldılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi (övladı) X1, cavabdehlər cavabdeh1 və cavabdeh4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizələr ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin alğı-satqısına görə cavabdeh cavabdeh1 ona beh kimi verdiyi 50.000 manat məbləğində pulun ondan alınaraq cavabdeh cavabdeh1 qaytarılması, cavabdeh cavabdeh1 və sonuncunun ailə üzvləri olan digər cavabdehlərin həmin evdən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin torpaq sahəsindən və evdən çıxarılmaları, həmin sahələrin boşaldılması və onun (iddiaçının) istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən ev və torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bu hal “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışda” öz əksini tapır. İddiaçı, qeyd edilən torpaq sahəsində başqa bir fərdi yaşayış evi inşa etdirmiş və 2024-cü ildə bu, yəni sonradan inşa etdirdiyi evi satmaq qərarına gəlmişdir. Evi almaq istəyən cavabdeh cavabdeh1 ilə iddiaçı evin 70.000 manata alğı-satqısı haqqında razılığa gəlmiş və cavabdeh1 iddiaçıya 50.000 manatı beh kimi ödəmiş, qalan 20.000 manatı isə bir neçə ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 50.000 manatı qəbul etmiş iddiaçı bunun əvəzində cavabdeh1 özünü və ailə üzvlərini öz evinə qeydiyyata salmış və həyətdə sonradan inşa etdirdiyi, yəni sənədi olmayan evin açarlarını cavabdeh1 təhvil vermişdir. Bundan sonra 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh1 qalan 20.000 manatı iddiaçıya ödəməmişdir, baxmayaraq ki, iddiaçı, cavabdeh1 dəfələrlə müraciət edərək, pulun ödənilməsini tələb etmişdir. Odur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, çünki cavabdehlər evi boşaltmaqdan da imtina edirlər. b) tərəflərin birinci instansiya zamanı verdikləri izahat barədə məlumat
3. İş üzrə iddiaçı məhkəmə iclaslarında iştirak edərək, iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir.
4. Cavabdeh cavabdeh1 iddia tələbini etiraf edərək, bildirmişdir ki, o, iddiaçı ilə razılığa gəlmişdir ki, iddiaçı ondan aldığı 50.000 manatı qaytaracaq və o, ailə üzvləri – iş üzrə digər cavabdehlər ilə birlikdə evdən çıxacaq. İddiaçı pulu hələdə qaytarmasa da, onlar evdən artıq çıxmış və evi iddiaçıya təhvil vermişlər.
5. İş üzrə digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarında iştirak etməmişlər. Bu səbəbdən də, Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh cavabdeh1 tərəfindən iddiaçıya ödənilmiş 50.000 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq cavabdeh cavabdeh1 ödənilməsini, mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının sahibliyinə qaytarılmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “satıcı” olaraq iddiaçı ilə “alıcı” olaraq cavabdeh cavabdeh1 arasında əmlakın alğı-satqısı qanunla müəyyən edilmiş forma və qaydada, yəni yazılı və notarial qaydada bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə daşınmaz əmlak ilə bağlı bu kimi müqavilələr notariat orqanında yazılı qaydada bağlanmalıdır. Belə olan halda qəbul edilməlidir ki, onların arasında əldə olunmuş razılaşma etibarsızdır və “alıcı” tərəfindən “satıcıya” ilk olaraq ödədiyi 50.000 manat məbləğində pulun “satıcıda” qalmasının, habelə “alıcının” özünün və ailə üzvlərinin həmin tikilidə yaşamalarının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, cavabdehlərin həmin evdən və torpaq sahəsindən istifadə hüquqları yaranmamışdır. Bu kimi hüquqlar yaranmadığından onlara xitam verilməsi də mümkün deyil. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, “alıcı” cavabdeh1 və onun ailə üzvləri – iş üzrə digər cavabdehlər mübahisəli torpaq sahəsindən və evdən artıq çıxmışlar və özlərinə məxsus əşyaları da özləri ilə aparmışlar. İşin bu halı müəyyən edildiyindən hesab edilməlidir ki, iddianın “cavabdehlərin mübahisəli torpaq sahəsindən və evdən çıxarılmaları, həmin sahələrin boşaldılması haqqında” hissəsinin təmin edilməsi üçün əsas qalmamışır. Buna görə də, iddia qismən təmin edilməli, 50.000 manat iddiaçıdan alınaraq cavabdeh cavabdeh1 qaytarılmalı, mübahisəli torpaq sahəsi və ev iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddianın bir qismini təmin etməməklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Əslində isə iddia tam həcmdə təmin edilməli idi. 9.1. Bundan başqa qeyd edilməlidir ki, ##.##.2026-cı il tarixli məhkəmə iclasının təxirə salınması haqqında iddiaçı tərəfindən Rayon məhkəməsinə ərizə təqdim edilmiş və ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının səhhəti problem yaranmış, iddiaçının vəkili (nümayəndəsi) işə başqa iş üzrə məhkəmə baxışı iclasında iştirak etməlidir. Bunlara baxmayaraq, Rayon Məhkəməsi həmin vəsatəti nəzərə almadan işə baxmışdır. 9.2. Eyni zamanda qeyd edilməlidir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə iddiaçının məhkəmə iclasında iştirak etdiyi qeyd etsə də, əslində nə iddiaçı, nə də onun vəkili (nümayəndəsi) həmin iclasda iştirak etməmişlər. 9.3. Daha sonra qeyd olunmalıdır ki, cavabdehlər mübahisə evdə yaşadıqları dövrdə evə 16.687,19 manat məbləğində ziyan vurulmuşlar Bu hal ##.##.2026-cı il tarixli müstəqil ekspert rəyində öz təsdiqini tapır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Əslində isə həmin məbləğ 50.000 manatdan çıxılmalı idi. 9.4. Həmçinin qeyd edilməlidir ki, iddiaçının vəkili (nümayəndəsi) ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, iddiaçı ilə cavabdehlər aralarında yaranmış mülki mübahisəni məhkəmədən kənar qaydada həll edə bilərlər və buna görə də işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin Rayon Məhkəməsi işin baxılmamış saxlamamış, işə baxmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. İddiaçının – apellyatorun nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Cavabdehlər cavabdeh1 və cavabdeh4 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, onlar həmin evdən artıq çıxmış və bu barədə Rayon Məhkəməsinə məlumat vermişlər. Onlar həmin evdə yaşadıqları dövrdə evə hər hansı bir ziyan vurmamışlar. Onlar mübahisəli evdən hələ işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman çıxsalar da, iddiaçı onlardan aldığı 50.000 manat məbləğində pulu onlara hələdə qaytarmamışdır. Mübahisəli evi alan ərəfədə iddiaçı və iddiaçının oğlu – hazırkı işdə iddiaçını nümayəndə kimi təmsil edən Nihad Məmmədov onlara “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” göstərərək, “Çıxarışın” mübahisəli evə aid olduğunu bildirmişlər. Lakin sonra müəyyən edilmişdir ki, həmin “Çıxarış” mübahisəli evə deyil, həmin torpaq sahəsində yerləşəm digər, yəni daha əvvəl və qanuni əsasla inşa edilmiş evə aiddir. Buna görə də, iddiaçı ilə onların arasında narazılıq yaranmışdır.
12. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
13. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini qət etsə də, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişlər.
14. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətinin və iddiaçının nümayəndəsinin apellyasiya icraatı zamanı verdiyi izahatın məzmunundan görünür ki, iddiaçı, iddianın bir qisminin təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir.
15. Odur ki, bunları, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-ci maddəsinin tələblərini nəzərə almış məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, MPM-in “Ərizənin baxılmamış saxlanılmasının əsasları” adlı 259-cu maddəsində iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola biləcək konkret hallar müəyyən edilmişdir. Həmin hallara görə deyil, başqa hallara, o cümlədən apellyasiya şikayətində qeyd edilən və hazırkı qətnamənin 9.4-cü bəndində göstərilən hala görə ərizənin baxılmamış saxlanılması qanunverici tərəfindən müəyyən edilməyib.
18. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş “ərizənin baxılmamış saxlanılması haqqında” ərizəsini nəzərə almayıb, işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
19. MPM-in 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
20. İddiaçı tərəfindən baxılması üçün Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindən və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizələrdən görünür ki, iddiaçı cavabdehlərə qarşı “evə vurulmuş 16.687,19 manat məbləğində ziyanın cavabdehlərdən iddiaçının xeyrinə tutulması və həmin məbləğin cavabdehlərə qaytarılmalı olan 50.000 manatdan çıxılması haqqında” iddia tələbi irəli sürməmişdir.
21. Əksinə iş materiallarından görünür ki, o, cavabdeh cavabdeh1 ona beh kimi verdiyi 50.000 manat məbləğində pulun ondan alınaraq cavabdeh cavabdeh1 qaytarılmasını xahiş etmişdir.
22. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətində qeyd edilən və hazırkı qətnamənin 9.3-cü bəndində göstərilən dəlil əsassızıdır. Rayon Məhkəməsi irəli sürülmüş tələbdən kənara çıxmamaqda haqlı olmuşdur.
23. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və bunu onunla izah etmişdir ki, onun özünün səhhətində problem yaranmış, onun vəkili (nümayəndəsi) işə başqa iş üzrə məhkəmə baxışı iclasında iştirak etməlidir (iş v. 103).
24. Rayon Məhkəməsi məhkəmə baxışı iclasında həmin ərizənin əsaslılığını müzakirə edərək, təmin etməmişdir.
25. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, ərizədə qeyd edilən halları təsdiq edə biləcək sübutlar ərizəyə əlavə edilməmişdir. Buna görə də, hesab edilməlidir ki, məhkəmə baxışının təxirə salınması formal və işin icraatının əsassız olaraq uzatmağa xidmət edir.
26. Məhkəmə Rayon Məhkəməsinin bu yanaşmasını əsaslı hesab edir. Çünki nəzərə alınasa ki, iş üzrə tərəflərin məhkəmələrə etdikləri hər bir prosessual müraciət əsaslanmalı və sübuta söykənməlidir, onda qəbul edilməlidir ki, iddiaçı, onun səhhətində problemin yaranmasını təsdiq edə biləcək tibb arayışını, onun vəkilinin (nümayəndəsinin) isə işə başqa iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak etməsini təsdiq edə biləcək məhkəmə bildirişini Rayon Məhkəməsinə təqdim etməli idi. Lakin işin materiallarından görünür ki, iddiaçı bu kimi sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir.
27. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətində qeyd edilən və hazırkı qətnamənin 9.1-ci bəndində göstərilən dəlil əsassızıdır. Rayon Məhkəməsi “iclasın təxirə salınması haqqında” iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmuşdur.
28. Qeyd edildiyi kimi iddiaçı və onun vəkili (nümayəndəsi) sonuncu iclasda –##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər.
29. Rayon Məhkəməsi onların gəlməməsini işin baxılmasına mane olmayan hal kimi qiymətləndirmiş və işə iddiaçının özünün, onun vəkilinin (nümayəndəsinin) iştirakı olmadan baxaraq iş üzrə qətnamə qəbul etmişdir.
30. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, işə iddiaçı tərəfin iştirakı ilə baxılmış və qətnamədə iddiaçının izahatını da təsvir etmişdir.
31. İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, onun sonuncu iclasda iştirak etmədiyi halda onun məhkəmə baxışında iştirak etməsinin qətnamədən qeyd edilməsi qətnamənin əsassız olması kimi qiymətləndirlməlidir (bax: hazırkı qətnamənin 9.2ci bəndinə).
32. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı özü şəxsən heç bir məhkəmə iclasında iştirak etməsə də, onun vəkili (nümayəndəsi) yalnız sonuncu məhkəmə baxışı iclasında iştirak etməmiş, əvvəlki iclaslarda iştirak etmiş və təmsil etdiyi şəxsin mövqeyinə uyğun olan izahatlar vermişdir. Rayon Məhkəməsi isə iş üzrə qəbul etdiyi qətnamədə iddiaçının vəkilinin (nümayəndəsinin) deyil, iddiaçının özünün iştirak etdiyi və izahat verdiyi qeyd etmişdir.
33. Məhkəmə bildirir ki, bu hal texniki səhv kimi qəbul edilməlidir. Bu kimi texniki səhv mövcud olsa da, həmin səhv qətnamənin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Çünki son nəticədə qətnamə iddiaçı tərəfin mövqeyini özündə əks etdirir. Buna görə də, qəbul edilməlidir ki, müzakirə edilən bu dəlilin əsaslı hesab edilərək, təmin edilməsi üçün əsas yoxdur.
34. Apellyasiya baxışının predmeti olan hissədə işin halları ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və həmin sahədə yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu bildirsə də, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, ev iddiaçının mülkiyyətində olsa da, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir.
35. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı, qeyd edilən torpaq sahəsində başqa bir fərdi yaşayış evi inşa etdirmiş və 2024-cü ildə bu, yəni sonradan inşa etdirdiyi evi satmaq qərarına gəlmişdir. Evi almaq istəyən cavabdeh cavabdeh1 ilə iddiaçı evin 70.000 manata alğı-satqısı haqqında razılığa gəlmiş və cavabdeh1 iddiaçıya 50.000 manatı beh kimi ödəmiş, qalan 20.000 manatı isə bir neçə ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 50.000 manatı qəbul etmiş iddiaçı bunun əvəzində cavabdeh1 özünü və ailə üzvlərini öz evinə qeydiyyata salmış və həyətdə sonradan inşa etdirdiyi, yəni sənədi olmayan evin açarlarını cavabdeh1 təhvil vermişdir.
36. Apellyasiya baxışında iştirak etmiş cavabdeh cavabdeh1 və onun arvadı cavabdeh cavabdeh4 Məhkəməyə verdikləri izahatlarda bildirmişlər ki, evi alan ərəfədə iddiaçı və iddiaçının oğlu – hazırkı işdə iddiaçını nümayəndə kimi təmsil edən Nihad Məmmədov onlara “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışı” göstərərək, “Çıxarışın” mübahisəli evə aid olduğunu bildirmişlər. Lakin sonra müəyyən edilmişdir ki, həmin “Çıxarış” mübahisəli evə deyil, həmin torpaq sahəsində yerləşəm digər, yəni daha əvvəl və qanuni əsasla inşa edilmiş evə aiddir. Buna görə də, iddiaçı ilə onların arasında narazılıq yaranmışdır. Onlar mübahisəli evdən hələ işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman çıxsalar da, iddiaçı onlardan aldığı 50.000 manat məbləğində pulu onlara hələdə qaytarmamışdır.
37. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394 və 647-ci maddələrinin tələblərinin mənasına görə, daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr notariat orqanında yazılı qaydada bağlanmalıdır.
38. Lakin işin hallarından müəyyən edilir ki, “satıcı” olaraq iddiaçı ilə “alıcı” olaraq cavabdeh cavabdeh1 arasında əmlakın alğı-satqısına dair müqavilə notarial qaydada bağlanmamışdır.
39. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
40. Göründüyü kimi, “satıcı” olaraq iddiaçı ilə “alıcı” olaraq cavabdeh cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə və evə dair bağlanmış əqd etibarsız olduğundan “alıcının” özünün və ailə üzvlərinin – digər cavabdehlərin həmin evdən və torpaq sahəsindən istifadə etmək hüquqları yaranmamışdır.
41. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehlər yuxarıda qeyd edilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.
42. Bu hal mövcud olsa da, yenə də qəbul edilir ki, cavabdehlərin mübahisəli sahələrdən istifadə etmək hüquqları yaranmamışdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
43. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, yaranmamış hüquqa xitam verilməsi mümkün deyil. Buna görə də, qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “cavabdehlərin mübahisəli evdən və torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi
44. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Bu baxımdan Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
47. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamə dəyişdirilmədən saxlanıldığından Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
48. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
49. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.