Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1904/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1904/2026 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə ## ### 2026 -cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən mənzil iddiaçı İddiaçı məxsusdur. Həmin mənzilə cavabdeh Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu A. Məhərrəmov küçəsi ev 35 ünvanında yerləşən ** nömrəli mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məmmədxan qızına qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 dəymiş zərərin əvəzi olaraq 7277 manat iyirmi qəpik məbləğində pulun, o cümlədən Hüquqi Yardım üçün ödənilən 1032 manat məbləğində pulun, mütəxəssis rəyinin əldə edilməsi üçün ödənilən 300 manat məbləğində pulun, o cümlədən dövlət rüsumu kimi ödənilən 106 manat 90 qəpiyin, 24 manat notariusa ödənilən rüsum, ümumilikdə 8740 manat 10 qəpiyin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. İddiaçı özü qeydiyyat ünvanında daimi yaşamaqdadır. İddiaçıya məxsus şəxsi mənzilin üst mərtəbəsində cavabdehin mülkiyyətində olan mənzil yerləşir. İddiaçı mülkiyyətində olan mənzildə daimi yaşamır və mülkiyyətində olan mənzili tam yeni təmirli halda qızına yaşaması üçün hədiyyə etmək niyyətindədir. Lakin cavabdehlərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka böyük həcmdə suz sızması baş vermiş və nəticədə iddiaçının mülkiyyətinə zərər dəymişdir. Hazırda iddiaçının mülkiyyəti yararsız hala düşmüş və iddiaçı öz mülkiyyətindən manesiz istifadə hüququndan məhrumdur. İddiaçı dəfələrlə cavabdehin həyat yoldaşı Telman Həsənova müraciət etsə də, cavabdeh tərəf mülkiyyətçinin pozulmuş hüquqlarını bərpa etmək niyyətində deyil. Bakı şəhər Nəsimi rayon İH-non MKTB-nin ** saylı Mənzil Kommunal İstismar sahəsinin təqdim etdiyi arayış ilə hadisənin baş verməsi və s. məsələlər öztəsdiqini tapır. İddiaçı tərəfindən əldə edilmiş mütəxəssis rəyindən aydın olur ki, iddiaçının mülkiyyətinə 7277 manat 20 qəpik məbləğində zərər dəymişdir.
4. Daha cavabdeh Cavabdeh Məmmədxan qızı əsl cavabdeh Cavabdeh ilə əvəz olunmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 2752 manat, mənəvi zərərin əvəzi kimi 4854 manat, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 300 manat, 23 manat notariusa ödənilən rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, ümumilikdə 5241 pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 AZN-nin 90 AZN-i cavabdeh Cavabdeh, qalan 60 AZN-in isə iddiaçı İddiaçı alınaraq alınaraq Az.MEM, VÖEN 1700326621, X8, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE00000000000002088501 hesabına köçürməsi qət edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsində buraxılmış yanlışlıq düzəldilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin nəticə hissəsində “cavabdeh Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 2752 manat, mənəvi zərərin əvəzi kimi 4854 manat, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 300 manat, 23 manat notariusa ödənilən rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, ümumilikdə 5241 (beş min iki yüz qırx bir manat) pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir” ifadəsi “cavabdeh Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 4854 manat, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 300 manat, 23 manat notariusa ödənilən rüsum və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 64 manat, ümumilikdə 5241 manat pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir” kimi oxunması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1111.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1,.88, 101.3, 103.1, 121.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş və iştirakı olmadan qərar qəbul olunmuşdur.Qətnaməni alıb tanış olduqda ona aydın oldu ki, qanunsuz və ədalətsiz qərar qəbul olunub.Belə ki, 2023-cü il tarixdə bu hadisə baş verdikdə həyat yoldaşı gedib onların mənzilinə baxdı və hətta mübahisəli mənzilə usta da apardı ki, ora dəyən ziyanı hesablasın.Hələ o vaxt həmin mənzilə usta baxanda bildirdi ki, buranın təmiri 200- 300 manat tutar. Onlara mənzili təmir etməyi təklif etdilər, onlar heç nə demədilər.Hətta bununla bağlı cavabdehə xəbərdarlıq məktubu da göndərmədən onu məhkəməyə veriblər və hakim də xəbərdarlıq məktubu olmadan qətnamə qəbul etmiş, cavabdehin izahatını dinləmədən hüquqlarını pozan qərar qəbul etmişdir. Bildirir ki, qəti olaraq ekspertizanın rəyi ilə razı deyil və hesab edir ki, yenidən təkrar ekspertiza keçirilməli və qonşu mənzilə dəyən ziyanın dəqiq məbləği düzgün aydınlaşdırılmalıdır. Hətta ekspertiza keçirilən zaman da iddiaçıya və ekspertə heç bir güvəni yoxdur ona görə də istəyir ki, ekspertiza cavabdehin iştirakı ilə keçirilsin.Həmçinin müstəqil ekspertiza keçirilməsini istəyir. Həmçinin hakim tərəfindən evə (yaşayış sahəsinə) baxış, məhkəmə araşdırılması zamanı sübutların toplanması və ya yerində yoxlanılması məqsədilə, qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir. Bu proses, adətən, əmlak mübahisələri, mənzilə giriş hüququ və ya ekspertiza rəylərinin yoxlanılması üçün zəruri olduqda, tərəflərin iştirakı ilə icra edilir. Bu məqsədlə həmin mənzilə hakim tərəfindən baxış keçirilməsin də istəyir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. İşə baxılmanın vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqram vurmuş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, mübahisələndirilən qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında baxılmanın mümkünlüyü nəzərə alınaraq kollegiya tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
18. Maddə 226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.
19. Maddə 226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
24. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər.
25. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki iş üzrə iddia qismən təmin edilmiş və qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Ona görə də qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ##.##.2022-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
37. ** saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən X4 ünvanlanmış ##.##.2023-cü il tarixli, ** nömrəli məktubdan görünür ki, tərəflərindən araşdırma aparılan zaman otaq və dəhlizdə aboy kağızlarının qopması tavan və divarda qurulmuş su izlərinin qismən yerləri görünürdü. Mənzilə baxış keçirilən zaman həmin mənzilin üst mərtəbəsinin sahibi Telman Həsənov (mülkiyyətçi Cavabdeh Məmməd qızı) həmin mənzilə dəvət olundu. Telman Həsənov bildirdi ki, onun mənzilindən aşağı su axıntısı olmamışdır. Lakin onun mənzilindən su axıntısı olmamasına baxmayaraq dəyən ziyan qarşılığında həmin mənzilin aboy kağızlarını dəyişib tavanın boyanmasını edə bilər. Lakin bununla razılaşmadığı üçün hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. –
38. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, **-***/** saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanına su axıdılma nəticəsində dəymiş ziyanın həcmi və dəyəri 7277.2 manat təşkil edir.
39. Mütəxəssis rəyinə əlavə edilmiş qəbzdən görünür ki, aparılmış mütəxəssis rəyinin dəyəri 300 manat təşkil edir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının **/**** nömrəli, ##.##.2024-cü il tarixli rəyindən görünür ki, 1-ci sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən ** saylı evin ** saylı mənzildə su sızması nəticəsində qüsurlar yarandığı, yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4496.0 manat məbləğində müəyyən olunmuşdur. 2-ci və 3-cü sual üzrə: ** saylı mənzilin tikililərin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan ** saylı mənzildən su axıdıldığı və nəticədə ** saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 4-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən ** saylı evin ** saylı mənzilində hal-hazırda su axıdılmasının davam etmədiyi müəyyən edilmişdir.
41. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-tikinti-texniki eksperizasının dəyəri 50 manat təşkil edir.
42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2023-cü il tarixli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35 ünvavında yerləşən ** nömrəli mənzil ##.##.2014-cü il tarixindən Cavabdeh adına qeydiyyatdan keçmiş, lakin ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ##.##.2023-cü il il tarixində X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir.
43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının */**** nömrəli, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş əşyalara dəymiş ziyan nəzərə alınmaqla, həmin əşyaların yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 358.00 manat müəyyən edilir.
44. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir.
45. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 106.90 manat məbləğində dövlət rüsumu, 23 manat məbləğində isə notarius rüsumu ödənilmişdir.
46. Mülki iş materiallarına fotoşəkillər əlavə edilmişdir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
49. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
51. Hazırki işdə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur. Bakı şəhəri Nəsimi rayonu A. Məhərrəmov küçəsi ev 35 ünvanında yerləşən ** nömrəli mənzil isə ##.##.2014-cü il tarixindən ##.##.2023-cü il tarixədək, yəni su sızmanın baş verdiyi tarixdə cavabdeh Cavabdeh mülkiyyətində olmuşdur. Bu səbəbdən məhkəmə Cavabdeh əsl cavabdeh kimi işə cəlb olunması qənaətində haqlı olmuşdur.
52. Məhkəmə kollegiyası iş materiallarında olan fotoşəkilləri, MKİS tərəfindən tərtib olunmuş məktubları və ekspert rəylərini əlaqəli şəkildə tədqiq edərək və işin bütün hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının yaşadığı mənzildə bəhs etdiyi qüsurlar cavabdeh Cavabdeh məxsus olduğu dövrdə mənzildən su axıdılması halı nəticəsində baş vermişdir.
53. Cavabdeh isə iddiaçının mənzilinə olan sızıntının onun yaşadığı mənzildən olmadığını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdeh tərəfin dəlillərindən görünür ki, o tutulan zərərin məbləğindən narazıdır, lakin zərərin həcmi və məbləği ilə də bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
54. Bununla da kollegiya belə qənaətə gəlir ki, məhkəmə araşdırmaları nəticəsində iddiaçının mənzilinə, həqiqətən də, cavabdehin mənzilindən su sızması və su sızma nəticəsində iddiaçıya 4854 manat məbləğində zərər dəyməsi müəyyən edilmiş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyinə istinadla müvafiq nəticəyə gəlmişdir.
55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği və vəkilə ödənilmiş 320 manat xidmət haqqı onu ödəmiş tərəfin özünə aid edilməlidir.
62. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev