Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1915/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Qətnamə ilə hüquq və vəzifələrinə toxunan X2 və X1 nümayəndəsi və vəkili İsfəliyev Cilovxan Novruzəli oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsindən X2 və X1 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və ailə üzvləri, anası ## ####### 1967-cü il təvəllüdlü X2 və ## ###### 2005-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbinin təmin edilməməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən X2 və X1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verib. X2 (nümayəndəsi və vəkili İsfəliyev Cilovxan Novruzəli oğlu) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin ona aid hissədə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edib göstərib ki, iddiaçı İddiaçı onun oğludur, onunla Yəhya Hüseynovun birgə nikahından doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış *-***/**** saylı, ##.##.2007-ci il tarixli qətnaməsinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə hüququ tanınmış və oraya qeydiyyata alınmışdır. Xeyli müddət orada yaşamış, lakin sonradan mərhum ərinin digər nikahdan olan övladı Cavabdeh orada yaşamağına razı olmamış, bununla bağlı problemlər və münaqişələr yaranmış, beləliklə də oradan çıxmışdır. Başqa sözlə, onun mübahisəli yaşayış sahəsindən çıxarılmağı öz təşəbbüsü ilə deyil, kənar müdaxilə nəticəsində olmuşdur. Qətnamənin ləğv edilməsi üçün əsas odur ki, məhkəmə kobud prosessual pozuntu törətmişdir. Belə ki, o, tam fəaliyyət qabiliyyətli prosessual şəxsdir. İddiaçı onun adından məhkəmədə iddia qaldırmaq üçün heç bir səlahiyyət verməmişdir. Bu barədə hər hansı etibarnamə iş materiallarında yoxdur. Hazırki iddianı iddiaçı yalnız öz adından qaldıra bilərdi. İddia ərizəsindən görünür ki, İddiaçı özünün ailə üzvləri - anası ## ####### 1967-cü il təvəllüdlü X2 və ## ###### 2005-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qüvvədə olan prosessual qanunvericiliyə görə məhkəmə iddia ərizəsini İddiaçı dair hissədə rədd və ya təmin etməli, qalan hissədə isə baxılmamış saxlamalı idi, çünki oğluna onun adından iddia qaldırmaq üçün prosessual səlahiyyət verməmişdir. Göründüyü kimi, məhkəmə buna səlahiyyəti olmayan şəxs tərəfindən qaldırılmış iddia ərizəsini MPM-nin 259.0.3-cü maddəsinə əsasən qismən baxılmamış saxlamaq əvəzinə bütün iddia ərizəsini rədd etmişdir. Qətnamədə qeyd edilib ki, iddia ərizəsində İddiaçı tərəfindən irəli sürülsə də, tələbdə Aygün Mahmudova və iddiaçının yoldaşı Ləman Hüseynovanın da iddiaçı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi tələbi irəli sürüldüyündən məhkəmə hər üç şəxsə münasibətdə mübahisəni qiymətləndirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmənin bu mövqeyi absurddur və gülüncdür. Bu məsələlər MPM-lə tam tənzimlənir, burada məqsədəmüvafiqlikdən söhbət gedə bilməz. Bu yanaşma arzuolunmaz məhkəmə presedenti yarada bilər və yolverilməzdir. O, tam fəaliyyət qabiliyyətli şəxs kimi iddia ərizəsi qaldırmaq üçün oğluna etibarnamə verməmiş, iddia ərizəsini özü imzalamamışdır. Belə olan halda, məhkəmə hansı hüquqla onun mübahisəli mənzilə köçürülübköçürülməmə məsələsini araşdırmış və işi mahiyyəti üzrə həll etmişdir? Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin səlahiyyəti var ki, qətnaməni ləğv edərək iddia ərizəsini ona dair hissədə baxılmamış saxlasın. Qətnaməni rəsmi ərizə verməklə, ##.##.2025-ci il tarixdə əldə etmiş, qanunla nəzərdə tutulmuş 1 ay müddətində onu mübahisələndirmişdir. Bundan başqa, hazırki mərhələdə onun iş üzrə statusu işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxsdir. MPM-nin 364.2-ci maddəsinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən o, həm də, bu barədə (prosessual status və müddətin ötürülməmiş hesab edilməsi) qərardad çıxarılmasını da xahiş edir, çünki bu, birinci instansiya məhkəməsinin vəzifəsidir. X1 (nümayəndəsi və vəkili İsfəliyev Cilovxan Novruzəli oğlu) da apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin ona aid hissədə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini digər apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırıb. Məhkəmə iclasında şikayətçilər X2 və X1 nümayəndəsi və vəkili İsfəliyev Cilovxan Novruzəli oğlu apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, qətnamə qismən, yəni ## ####### 1967-cü il təvəllüdlü X2 və ## ###### 2005-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia baxılmamış saxlanılmalıdır. Çünki ## ####### 1967-cü il təvəllüdlü X2 və ## ###### 2005-ci il təvəllüdlü X1 hazırki iddia ilə məhkəməyə nə şəxsən müraciət edib, nə də iddiaçıya bununla bağlı səlahiyyət verməyiblər. Başqa sözlə, hazırki tələb üzrə iddia ərizəsi X2 və X1 tərəfindən imzalanmadığından, eləcə də onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Çünki birinci instansiya məhkəməsi X2 və X1 iddiası olmadığı halda onların hüquq və mənafelərinə toxunan qətnamə qəbul etmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.3, 384.0.5, 387.2.8, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: X2 və X1 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi qismən, yəni ## ####### 1967-cü il təvəllüdlü X2 və ## ###### 2005-ci il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1915/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1915/2026
01.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver