Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1932/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “müqavilələrin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Cavabdeh vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə, bina 3-də yerləşən və aşağıda qeyd edilən mənzillərə dair MMC ilə cavabdeh arasında ##.##.2023-cü il tarixdə bağlanmış aşağıda qeyd edilən müqavilələrin əhəmiyyətsiz hesab edilməsi, həmin mənzillərdən cavabdehin çıxarılması, mənzillərin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - həmin binanın VIII mərtəbəsində yerləşən, ümumi sahəsi 172,33 kv.m. olan 4 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XI mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m. olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIII mərtəbəsində yerləşən, ümumi sahəsi 85,96 kv.m.olan 2 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIII mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIV mərtəbəsində yerləşən, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XVI mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XVII mərtəbəsində yerləşən, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin arvadı X3 MMC-nin əvvəlki təsisçilərdən biri olmuş, lakin təsisçiliyi faktiki olaraq cavabdeh özü həyata keçirmişdir. 2024-cü ilin sentyabr ayında MMC-nin təsisçisi dəyişilmiş və Ceyhun Bədəlov yeni təsisçi təyin edilmişdir. Ceyhun Bədəlov tərəfindən MMC-nin maliyyə vəziyyəti yoxlanılarkən, müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən mənzillər ilə bağlı cavabdeh tərəfindən MMC-yə heç bir ödəniş olmadığı halda MMC-nin adından cavabdeh ilə yuxarıda qeyd edilən müqavilələr bağlanmışdır. Bunun səbəbləri araşdırıldıqda isə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı MMC-nin təsisçisi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhəri, Bayıl qəs. ərazisidə yerləşən torpaq sahəsinin əldə edilməsi üçün 1.100.000 manat məbləğində pul vermiş və MMC-yə də külli miqdarda vəsaitlər qoyacağını vəd edərək, həmin müqavilələri bağlamağa nal olmuşdur. O, başqa biznes üçün yuxarıda qeyd olunan torpaq sahəsinin əldə edilməsi məqsədi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verdiyi külli miqdarda pul vəsaitinə görə həmin mənzillərə dair formal tərtib olunmuş müqavilələri girov kimi özündə saxlamışdır. Lakin sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən cavabdehə pul vəsaitinin tam qaytarılmasına baxmayaraq cavabdeh öz vədinə əməl etməmiş, MMC-yə heç bir sərmayə etməmiş və heç bir ödəniş etmədiyi mənzillərə dair ona verilmiş əhəmiyyətsiz müqavilələri MMC-yə qaytarmamış və mənzilləri MMC-yə təhvil verməmişdir. Mübahisəli müqavilələr mənzillərin faktiki alğı-satqısını deyil, başqa maliyyə münasibətlərini təmin etmək məqsədi ilə formal olaraq tərtib edilmiş və bununla da başqa əqdi pərdələmişdir. Bu səbəbdən iddiaçı həmin müqavilələrin Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd kimi əhəmiyyətsiz hesab edilməsini, cavabdehin müqavilələrin predmetini təşkil edən mənzillərdən çıxarılmasını və mənzillərin boşaldılaraq MMC-yə təhvil verilməsini xahiş etmişdir. b) tərəflərin və üçüncü şəxslərin izahatları barədə məlumat
3. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin əsaslarına uyğun izahat vermişdir.
4. Cavabdehin vəkilləri (nümayəndələri) vəkil2 və vəkil3 iddiaya qarşı təqdim etdikləri yazılı etirazın məzmununa uyğun izahat verərək, bildirmişlər ki, MMC iddia tələbini cavabdehə həmin mənzillərin verilməsinin səbəbi kimi cavabdehin arvadı Ellada Umudovanın MMC-nin təsisçisi olmasını və cavabdehin də MMC-yə külli miqdarda pul qoyacağı vədinin olmasını göstərsə də, bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Əslində bu belə deyil. Belə ki, cavabdeh ilə MMC-nin təsisçısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, başqa sözlə isə MMC arasında olmuş pul söhbəti həmin mənzillər ilə bağlı olmamışdır. Cavabdeh həmin mənzilləri MMC-dən satın almış, bununla bağlı aralarında müqavilələr bağlanmış, MMC pulun ödənilməsini təsdiq edən “xxxx” vermişdir. Cavabdehin arvadının təsisçisi olduğu bir müəssisənin bazara çıxardığı bir məhsulun həmin ailədən olan digər bir üzvünün alınmasını məhdudlaşdıran mövcud qanunvericilik aktlarında hər hansı bir normativ hüquqi akt yoxdur. Həmin müqavilələrin bağlanması zamanı cəmiyyət tərəfindən digər şəxslərə qarşı hansı bazar münasibətləri tətbiq edilmişdirsə eyni ilə ona da həmin münasibət göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” qərarına və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir.
5. İş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini dəstəkləyərək, bildirmişdir ki, o özü MMC-nin təsisçisi, qardaşı Rəfail isə investor olmuşdur. Onlar cavabdehə etibar etdikləri üçün cavabdeh ilə əməkdaşlıq etmişlər. Onlar cavabdehin “xxxx”nə də cəlb etmişlər. Həmin layihədə cavabdehin 17,5 % payı var. Layihəyə əsasən MMC-nin tikdiyi binanın layihə rəhbəri o olacaqdı, ilk əvvəl səmərəli iş apardı, sakinləri rahat şəkildə münasib qiymətlərə oradan köçürdü, amma sonradan cavabdeh layihədən uzaqlaşdı. Cavabdehin “xxxx”ndə verdiyi 1.100.000 manat pul məbləğinin əvəzində cavabdehə girov kimi iddia ərizəsində qeyd edilən mənzillər verilmiş, layihə uğurlu olmadığı üçün həmin pul məbləğinin çox hissəsi cavabdehə qaytarılmış, lakin axırıncı qalıq qalan 250.000 manat notariat ofisində qaytarılması üçün onu gözləmişlər, cavabdeh isə pulu götürməyə gəlməmişdir. Aralarında olan razılığa görə pul tam şəkildə qaytarıldıqdan sonra cavabdeh həmin mənzilləri və mənzillərə aid sənədləri qaytarmalı idi. Bugün cavabdehin qaytarmadığı mənzillərdə digər təsisçilərin və investorların haqqı var. 5 mənzilə aid olan pulu hazırlamışlar, cavabdehin arvadının adına “xxxx”ndə 10% payı var. Bugünki gündə cavabdeh nə mənzilləri qaytarmır, nə də ki, danışdıqları kimi “xxxx”ndə olan 10 % payı qaytarmır. Cavabdeh mənzilləri qaytarmadığı üçün digər investorlar da layihəni davam etdirmək üçün xərc çəkmirlər. Hazırda həmin layihə yarımçıq qalmışdır.
6. İş üzrə digər üçüncü şəxs olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini dəstəkləyərək, bildirmişdir ki, o, MMC-nin təsisçisidir. Təsis payını başqa şəxsdən almışdır. Cavabdehin layihəyə verdiyi pul müqabilində mənzillərə dair girov kimi cavabdeh ilə müqavilələr bağlanmışdır. Sonuncu dəfə qalıq qalan 250.000 manat cavabdehə notariat ofisində qaytarılmalı idi, lakin cavabdeh pulu götürməyə gəlməmiş, mənzilləri və mənzillərə aid sənədləri də qaytarmamışdır.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.02.226-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşmış hüquqi mövqe nəzərə alındıqda müəyyən edilir ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış və yuxarıda qeyd edilən “Alğı-satqı müqavilələrinin” formal, yəni digər əqdi pərdələmək və ən əsası bu müqavilənin bağlanmasında tərəflərin niyyətlərinin dəqiq müəyyən edilməsi baxmından iş üzrə tərəflərin davranışı, aralarında formalaşan münasibətlər, onların yazışmaları, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışı, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsi, hərəkətlərin baş vermə vaxtı və s. nəzərə alınmalıdır. İşin hallarından görünür ki, iddiaçı MMC tərəfindən cavabdehin adına rəsmiləşdirilmiş mübahisəli müqavilələrin real alğı-satqı münasibətlərini əks etdirmədiyi, başqa əqdi pərdələmək məqsədi ilə formal olaraq bağlandığı və cavabdehin həmin müqavilələr üzrə mənzillərin dəyərini ödəmədiyi barədə mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Məhkəmə, iddiaçı tərəfin iddianın əsası kimi istinad etdiyi hallara və iddiaya etirazının dəlilləri ilə bağlı verdikləri izahatlarını iddianın əsaslı olması üçün yetərli sübut kimi qiymətləndirmir. Cavabdehin “xxxx” ilə bağlı müəyyən məbləğdə pul vəsaitini MMC-nin təsisçisinə verməsi, sonradan həmin vəsaitin qaytarılması ilə bağlı tərəflər arasında hesablaşmaların aparılması və mənzillərin qaytarılması məsələsinin müzakirə edilməsi tərəflər arasında maliyyə münasibətlərinin mövcudluğunu göstərsə də, bu hallar mübahisəli mənzillərə dair MMC ilə cavabdeh arasında bağlanmış müqavilələrin yalan əqd kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Rayon Məhkəməsi mübahisəli müqavilələrdə konkret mənzillərin, onların sahələrinin və satış qiymətlərinin göstərilməsi, həmin müqavilələrin MMC ilə cavabdeh arasında bağlanmasını və mənzillərin tam dəyərinin ödənilməsinə dair MMC tərəfindən “xxxx” verilməsini nəzərə almışdır. İddiaçı MMC-nin sonradan müqavilələr üzrə ödənişlərin MMC-nin hesabına daxil olmadığını bildirməsi isə, müqavilələrin bağlandığı zaman tərəflərin həqiqi iradəsinin alğı-satqı deyil, başqa əqdi pərdələməyə yönəldiyini təsdiq edən kifayət qədər mötəbər sübut hesab edilə bilməz. Bu əsaslarla Rayon Məhkəməsi mübahisəli müqavilələrin Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqd olduğunu müəyyən etməyərək, onların əhəmiyyətsiz hesab edilməsi, cavabdehin həmin mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq Cəmiyyətə təhvil verilməsi barədə iddia tələblərinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Bundan başqa Rayon Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən 1 il ərzində irəli sürülə bilər. Bu normanın tələbinə əsasən, əgər iddiaçı MMC-nin iddia etdiyi kimi müvafiq müqavilələr əhəmiyyətsiz əqd olsaydı belə, həmin əqdlərin əhəmiyyətsiz əqd hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müddət 2024-cü ilin sentyabr və noyabr ayında bitmişdir. Mübahisələndirilən müqavilələr 2023-cü ilin sentyabr və noyabr ayında bağlanmış və iddiaçı MMC-nin iddiasını əsaslandırdığı hallar mövcud olsa idi müqavilələr bağlanan vaxtdan 1 il ərzində müvafiq müqavilələrin əhəmiyyətsizliyinin mübahisələndirilməsi üçün iddia irəli sürülməli idi. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq müqavilələrin etibarsızlığının mübahisələndirilməsi üçün hazırki mübahisəyə cavabdeh tərəfin etirazda qeyd etdiyi kimi iddia müddəti deyil, kəsici müddət tətbiq olunmalıdır. Son nəticədə iddia tələbi yuxarıda qeyd edilən hər iki əsasla rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
9. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
11. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə əvvəlki apellyasiya baxışı iclaslarında iştirak edərək, apelyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin, habelə iddia tələbinin məzmununa uyğun izahat vermişdir. O, apellyasiya baxışı iclasının növbəti iclasına gəlməmiş və ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
12. İş üzrə üçüncü şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
13. Yuxarıda göstərilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının vəkilinin (nümayəndəsinin) və iş üzrə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. Cavabdehin vəkili (nümayəndəsi) vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iddiaçı MMC-nin təsisçilərinin ##.##.2024-cü il tarixli iclas protokolundan görünür ki, cavabdehə 250.000 manat məbləğində pulun qaytarılması, onun götürdüyü 5 mənzilin geri qaytarılması, beton borcunun betonla ödənilməsi, 131,66 kv.m mənzilin geri qaytarılması, obyektlər üzrə xxxx təsisçilərə təqdim edilməsi, Rəfail Qarayevin 10 faizlik payının bina tikilib başa çatanadək saxlanılması, Rəşad Ağaməmmədovun müəssisənin direktoru təyin edilməsi, dəymiş ziyana görə cavabdeh, Rövşən Abıyev və Yusif Bağırov tərəfindən 100.000 manat ödənilməsi, habelə ofisin yerinin dəyişdirilməsi və yeni direktor tərəfindən təhvil-təslim aktının alınması barədə qərarlar qəbul edilmişdir.
17. Cavabdehin imzaladığı ##.##.2023-cü il tarixli və sonuncu tarixi qeyd olunmayan aktlardan görünür ki, xxxx üçün ondan alınmış 930.000 manat vəsaitin 130.000 manatı geri qaytarılmış, qalan 800.000 manat borcun 244.000 manatı 7-ci mikrorayonda yerləşən “xxxx” firmasına məxsus 61 kv.m qeyri-yaşayış sahəsinin verilməsi, 268.000 manatı isə pul şəklində ödənilməklə, cavabdehə 288.000 manat borc qalmışdır.
18. Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin ##.##.2024-cü il tarixli çıxarışına əsasən, “xxxx” MMC ##.##.2020-ci ildə qeydiyyata alınmışdır. Çıxarışda MMC-nin təsisçiləri və onların nizamnamə kapitalındakı əvvəlki və hazırkı payları göstərilmişdir. Hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 payı 30%, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 payı 15%, digər təsisçilərin payları isə dəyişməz olaraq qalmışdır. MMC-nin qanuni təmsilçisi Ceyhun Bədəlovdur.
19. MMC təsisçilərinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Rəşad Əliyev direktor vəzifəsindən azad edilmiş, Ceyhun Bədəlov direktor vəzifəsinə təyin edilmişdir.
20. MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, MMC-də aparılmış daxili araşdırmanın nəticələrinə əsasən, cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddia ərizəsində qeyd edilən ünvanda yerləşən aşağıdakı mənzillərə dair sənədlər cavabdehə təqdim edilmişdir: - həmin binanın VIII mərtəbəsində yerləşən, ümumi sahəsi 172,33 kv.m. olan 4 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XI mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m. olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIII mərtəbəsində yerləşən, ümumi sahəsi 85,96 kv.m.olan 2 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIII mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XIV mərtəbəsində yerləşən, ümumi sahəsi 84,48 kv.m.olan 2 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XVI mərtəbəsində yerləşən, ümumi sahəsi 35,70 kv.m.olan 1 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə; - binanın XVII mərtəbəsində yerləşən, ümumi sahəsi 168,36 kv.m.olan 4 otaqlı *** saylı mənzilə dair bağlanmış Y/*** nömrəli müqavilə. Bununla belə, alqı-satqı müqaviləsində nəzərdə tutulan ödənişlərin MMC-nin hesabına daxil olmadığı, həmin ödənişlərlə bağlı hər hansı bank və ya kassa əməliyyatının qeydə alınmadığı müəyyən edilmişdir.
21. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, MMC-nin həyata keçirdiyi layihədə investordur. Cavabdeh, “xxxx”sinin 10 faiz payına şərik olub, cavabdeh ilə (MMC-nin təsisçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qardaşı) Rəfail Qarayev arasında layihə ilə bağlı mübahisə oldu. Cavabdeh layihə üçün verdiyi 1.100.000 manatdan hissə-hissə ona qaytarılıb, sonuncu 250.000 manatı isə o özü gəlib götürmədi. Çayxanada danışıb, razılaşıb protokol imzalayıblar. 250.000 manat qaytarıldığı təqdirdə mənzilləri qaytaracaqdı. O da 250.000 manatı alıb mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1la notariusun yanına getmiş, lakin cavabdeh gəlməmişdir, telefona öncə cavab vermiş, daha sonra cavab verməmişdir, o da təsisçilərin WhatsApp qrupuna bu barədə məlumat vermişdir. Rəfael Qarayev problemi olan hər kəsin pullarını qaytarıb. Protokola imza etsə də cavabdeh mənzilləri qaytarmır. Bir yatırımdan qazanıb, amma digər yatırımdan gəlir əldə etməyib, hamının pulu batıb “xxxx”ndə, amma cavabdeh qaytarılan puldan əlavə gəlir əldə etmək istəyir, onun mənzilləri qaytarmaması düzgün deyil.
22. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı MMC ilə cavabdeh arasında ##.##.2023-cü il tarixdə yuxarıda qeyd edilən mənzillərə dair müqavilələr bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə iddiaçı MMC – icraçı, cavabdeh isə alıcı kimi göstərilmişdir. Müqavilələrdə müvafiq mənzillərin nömrəsi, sahəsi və digər fərdiləşdirici əlamətləri, habelə satış qiyməti müəyyən edilmişdir. Müqavilələr üzrə iddiaçı MMC tərəfindən cavabdehin adına müvafiq “Maliyyə arayışları” da verilmişdir ki, həmin arayışlarda müvafiq mənzillərin tam dəyərinin cavabdeh tərəfindən ödənildiyi göstərilmişdir.
23. Hazırda iddiaçı MMC həmin müqavilələrin əhəmiyyətsiz hesab edilməsi, həmin mənzillərdən cavabdehin çıxarılması, mənzillərin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir və bu kimi tələbini onunla əsaslandırır ki, iddiaçı MMC-nin təsisçisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həyata keçirtdiyi “xxxx” ilə bağlı cavabdeh tərəfindən sonuncuya 1.100.000 manat məbləğində pul vəsaiti verilmiş və qeyd edilən 7 ədəd müqavilə və 7 ədəd “Maliyyə arayışları” da həmin vəsaitin layihəyə qoyulmasının təminatı olaraq rəsmiləşdirilmişlər. Həmin müqavilələr əslində müstəqil alğı-satqı münasibətini əks etdirməmiş, cavabdehin verdiyi pul vəsaitinin qaytarılmasının təminatı məqsədilə formal olaraq bağlanmışdır. Sonradan həmin pul vəsaiti cavabdehə qaytarılsa da, cavabdeh həmin sənədləri və mənzilləri MMC-yə təhvil verməmşdir.
24. İddiaçı bu mövqeyini yuxarıda qeyd olunan ##.##.2023-cü il tarixli aktlar, ##.##.2024cü il tarixli sənəd, cavabdehin həmin sənəddə və səs yazısında əks olunan izahatları, şahid Vüsal Əliyevin ifadəsi, habelə üçüncü şəxslərin izahatları ilə əsaslandırmışdır. İddiaçı, həmçinin ##.##.2025-ci il tarixli aktda müqavilələr üzrə ödənişlərin cəmiyyətin hesabına daxil olmamasına dair qeyd olunmasına, müqavilələrin notariat qaydasında təsdiq edilməməsinə və cavabdehin faktiki olaraq cəmiyyətin fəaliyyəti və maliyyə münasibətlərində iştirak etməsinə istinad etmişdir.
25. Cavabdehin mövqeyinə görə isə, onun “xxxx” ilə bağlı müəyyən maliyyə münasibətlərində iştirakı mübahisəli müqavilələr üzrə mənzillərin onun adına formal olaraq rəsmiləşdirildiyini göstərmir. Cavabdeh mübahisəli mənzillərə dair müqavilələrin onunla iddiaçı MMC arasında bağlandığını, müqavilələrdə konkret mənzillərin və onların qiymətlərinin müəyyən edildiyini, həmin mənzillərin dəyərinin tam ödənilməsinə dair cəmiyyət tərəfindən xxxx verildiyini əsas götürərək, iddia tələbinin əsassız olduğunu bildirmişdir.
26. Qeyd olunanları nəzərə alan Məhkəmə bildirir ki, tərəflər arasında müqavilədənkənar maliyyə münasibətlərinin mövcudluğu, sonradan həmin münasibətlər üzrə hesablaşmaların aparılması və ya tərəflərdən birinin müəyyən pul vəsaitinin qaytarılmasını tələb etməsi, özlüyündə əvvəl bağlanmış konkret müqavilələrin yalan əqd olduğunu sübut etmir.
27. Hazırkı iş üzrə isə iddiaçının istinad etdiyi sübutlar cavabdehin “xxxx” ilə bağlı maliyyə münasibətlərinin iştirakçısı olduğunu göstərsə də, hər bir mübahisəli müqavilənin bağlandığı anda tərəflərin hansı başqa əqdi pərdələmək niyyətində olduqlarını, konkret müqavilələrin hansı gizli hüquqi münasibəti əvəz etdiyini və bütün yeddi mənzilin həmin təminat münasibətinin predmeti olduğunu birbaşa müəyyən etməyə imkan vermir.
28. Bu baxımdan, MMC-nin təsisçilərinin ##.##.2024-cü il tarixli iclasının protokolu kimi qələmə verdikləri sənədə istinadla irəli sürülən iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab edilib, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın isə təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki həmin sənəddə cavabdehə 250.000 manat vəsaitin qaytarılması və bunun müqabilində onun tərəfindən beş mənzilin qaytarılması məsələsi əks olunmuşdur. Halbuki hazırkı iddianın predmetini yeddi müqavilə təşkil edir. Sənəddə göstərilən razılaşmanın konkret olaraq hansı beş mənzilə aid olduğu, habelə digər iki mənzilə dair müqavilələrin həmin razılaşmanın predmetinə daxil edilməsinin hansı əsasla baş verdiyi iş materiallarından müəyyən olunmur.
29. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli sənədi cəmiyyətin təsisçilərinin iclasının hüquqi cəhətdən düzgün tərtib edilmiş protokolu kimi qəbul etməməsi ilə həmin sənəddə əks olunan məlumatları iş üzrə digər sübutlarla birlikdə qiymətləndirməsi arasında ziddiyyət yoxdur. Sənədin müəyyən hüquqi faktı təsdiq edən rəsmi korporativ sənəd kimi qəbul edilməməsi onun məzmununda əks olunan məlumatların iş üzrə digər sübutlarla müqayisəli şəkildə araşdırılmasını istisna etmir.
30. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin etirafından, səs yazısından və şahid Vüsal Əliyevin ifadəsindən tərəflər arasında pul vəsaitinin verilməsi və sonradan qaytarılması ilə bağlı münasibətlərin mövcud olduğu müəyyən edilsə də, bu hallar özlüyündə cavabdeh ilə iddiaçı MMC arasında 7 ədəd müqavilənin formal və başqa əqdi pərdələmək məqsədi ilə bağlanması nəticəsinə gəlmək üçün kifayət etmir.
31. İş materiallarında olan müqavilələrdə konkret mənzillər, onların sahələri və satış qiymətləri müəyyən edilmişdir. Həmin müqavilələr üzrə cəmiyyət tərəfindən verilmiş maliyyə arayışlarında isə mənzillərin tam dəyərinin cavabdeh tərəfindən MMC-yə ödənildiyi göstərilmişdir.
32. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin ##.##.2025-ci il tarixli aktda müqavilələr üzrə nəzərdə tutulan ödənişlərin cəmiyyətin hesabına daxil olmadığını göstərməsi də həmin müqavilələrin yalan əqd olmasını müəyyən edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilə üzrə pul vəsaitinin faktiki olaraq cəmiyyətin bank və ya kassa hesabına daxil olubolmaması maliyyə-hesablaşma məsələsidir. Əqdin yalan olub-olmaması isə müqavilənin bağlandığı anda tərəflərin həqiqi iradəsinin və hüquqi niyyətinin müəyyən edilməsindən asılıdır. Bu halların hər biri müstəqil hüquqi qiymətləndirmə tələb edir və birinin mövcudluğu digərinin avtomatik olaraq təsdiq edilməsi anlamına gəlmir.
33. Məhkəmə qeyd edir ki, eyni səbəbdən müqavilələrin notariat qaydasında təsdiq edilməməsi barədə apellyasiya şikayətinin dəlili də onların yalan əqd olması üçün kifayət edən əsas deyildir. Əqdin formasına dair qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə başqa əqdi pərdələmək məqsədinin mövcudluğu ayrı-ayrı hüquqi məsələlərdir. Buna görə də müqavilələrin formasına dair iradın mövcudluğu həmin müqavilələrin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsi mənasında yalan əqd hesab edilməsi üçün kifayət etmir (maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir).
34. Apellyasiya şikayətində cavabdehin faktiki olaraq MMC-nin təsisçisi və ya iştirakçısı kimi fəaliyyət göstərməsi barədə dəlil də nəticəni dəyişmir. Belə ki, cavabdehin cəmiyyətin təsisçiləri ilə yaxın münasibətlərdə olması, layihənin maliyyələşdirilməsində iştirak etməsi və ya cəmiyyətin fəaliyyəti ilə bağlı müəyyən məsələlərdə iştirak etməsi tərəflər arasında iqtisadi əlaqələrin mövcudluğunu göstərə bilər. Lakin həmin hallar konkret müqavilələrin bağlandığı anda tərəflərin başqa əqdi pərdələmək barədə qarşılıqlı iradəsini müstəqil şəkildə təsdiq etmir.
35. Qeyd olunanlara əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayətində sübutların araşdırılmaması və MPM-in 14.1-ci maddəsinin pozulması barədə irəli sürülən dəlillər əsassızdır. İş üzrə mövcud olan aktlar, protokol, müqavilələr, maliyyə arayışları, tərəflərin və üçüncü şəxslərin izahatları, şahid ifadəsi və digər sübutlar Rayon Məhkəməsi tərəfindən araşdırılmış və qiymətləndirilmişdir. Lakin həmin sübutların məcmusu iddiaçının irəli sürdüyü nəticənin təsdiq olunmasına kifayət etmir. Sübutdan tərəfin arzuladığı nəticənin çıxarılmaması həmin sübutun araşdırılmaması kimi qiymətləndirilə bilməz.
36. Bundan əlavə, iddiaçı MMC-nin apellyasiya şikayətində Rayon Məhkəməsinin Mülki Məcəllənin 354.1-ci maddəsini düzgün tətbiq etmədiyini, hazırkı iddianın yalan əqdin əhəmiyyətsizliyinin müəyyən edilməsi ilə bağlı olduğunu və bir illik müddətin belə tələbə şamil edilmədiyini bildirilir (maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər).
37. Məhkəmə hesab edir ki, bu dəlil də qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü tələblər yalnız müqavilələrin əhəmiyyətsiz hesab edilməsi ilə məhdudlaşmır. Çünki iddiaçı eyni zamanda cavabdehin həmin müqavilələrin predmetini təşkil edən mənzillərdən çıxarılmasını, mənzillərin boşaldılaraq cəmiyyətə təhvil verilməsini də tələb etmişdir. Bu baxımdan, iddia tələbləri müqavilələrin əhəmiyyətsizliyinin müəyyən edilməsi ilə yanaşı, həmin əqdlərin etibarsızlığından irəli gələn nəticələrin tətbiqinə də yönəlmişdir.
38. Bununla belə, apellyasiya şikayətinin həmin dəlilindən asılı olmayaraq, Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli 7 müqavilənin Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqd olduğunu kifayət qədər mötəbər və qarşılıqlı əlaqəli sübutlarla təsdiq edə bilməmişdir. Bu səbəbdən Mülki Məcəllənin 354.1-ci maddəsinin tətbiqi ilə bağlı dəlil Rayon Məhkəməsinin gəldiyi yekun nəticənin dəyişdirilməsi üçün əsas yaratmır. g) apellyasiya baxışının nəticəsi
39. Beləliklə, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrin tələblərin rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh və üçüncü şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.