Məhkəmə qərarları › İş №e-2(3-6)-1950/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1950/2026

13.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1950/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İddiaçı İbrahim oğlunun ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “əmək stajı faktının müəyyən edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ərizəçi İddiaçı İbrahim oğlunun nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X14 iştirakları ilə, ərizəçi İddiaçı İbrahim oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin ##.##.1983-cü il tarixli, **l saylı əmrinin surətindən görünür ki, İddiaçı İbrahim oğlu “Bakı fəhləsi” sovxozunda baş şərabçı vəzifəsinə təyin olunur.

2. Azərbaycan SSR X2 Komitəsinin ##.##.1987-ci il tarixli, *** saylı əmri və “Azərüzümsənayenin” ##.##.1987-ci il tarixli, **-* saylı əmrlərinin surətindən görünür ki, İddiaçı İbrahim oğlu yenidən təşkil edilmiş Füzuli rayon №* üzüm emalı zavoduna direktor vəzifəsinə təyin olunmuşdur.

3. Azərbaycan Respublikası X13 filialının ##.##.2025-ci il tarixli, **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edilmişdir.

4. Ukrayna X10 Texnoloji İnstutunun **/** saylı, ##.##.2010-cu tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı İbrahim oğlu 1974-1979-cu illər ərzində X10 Texnoloji İnstutunun “şərabçılıq texnologiyası” ixtisası üzrə bitirmişdir.

5. Əmrlər Kitabçasının surətindən görünür ki, 1985-ci ilin müxtəlif dövrlərini əhatə edən zaman kəsiyində İddiaçı İbrahim oğlu Şərab zavodu direktoru qismində işçilər barəsində müvafiq əmrlər qəbul etmiş, müvafiq fotoşəkillər əsasında həmin əmrlər üzərində olan ştamp və möhürlərin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Azərüzüm sənaye” üzümün istehsalı və emalı üzrə Respublika sənaye birliyinə və Füzuli rayon * nömrəli üzüm zavoduna aid olması müəyyən olunur.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## ######## 2025-ci il tarixli vətəndaş Əliyev Vidadi İbrahim oğluna ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur “...ərizəçinin ##.##.1974-cü ildən ##.##.1979-cu ilədək təhsil aldığı illər də nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 9 il 3 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı qəbul edilmişdir. X13 filialının ##.##.2025-ci il tarixli **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993- cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2021ci il tarixli, **/**-**-**-**** nömrəli məktubuna əsasən TR05.1983-0 tarixli ** nömrəli əmr ilə Füzuli rayon Üzümçülük sovxozuna ərizəçinin işə qəbul olunmağı barədə məlumat aşkar edilsə də, işdənçıxma əmri barədə qeyd yoxdur. Həmçinin ##.##.1985-ci il tarixli 237k və ##.##.1987ci il tarixli **L nömrəli əmrlərlə Füzuli rayon * nömrəli Üzümçülük zavoduna direktor vəzifəsinə təyin olunmağı barədə qeydlər olsa da, işdən azad edilmə barədə məlumatlar aşkar edilməyib. Qeyd olunanlara əsasən, sözügedən müəssisələrdən əməkhaqqı alınmasını müəyyən etmək mümkün olmadığından həmin dövrlər ərizəçi Vidadi Valiyev Ibrahim oğlunun sosial sığorta stajınıza daxil edilməmişdir. Əlavə olaraq ərizəçinin ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək olan dövr üzrə Rusiya Federasiyasında əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilmir. Belə ki, ##.##.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən həmin müqavilənin tətbiqi üçün səlahiyyəti orqanlar inzibati saziş imzalamalıdırlar. Sözügedən inzibati saziş tərəflər arasında imzalanmamışdır. Həmçinin 2010-2017-ci illərə aid (Ukrayna Respublikasında əmək fəaliyyəti dövrləri üzrə) məcburi dövlət sosial sığorta haqları isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınarsa, əmək pensiyasının yenidən hesablanması zamanı həmin pensiya kapitalından istifadə ediləcəkdir...”.

7. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X3 Xidmətinin Füzuli Rayon Şöbəsinin ##.##.2026-cı il tarixli *** saylı arasından görünür ki, 1957-ci il təvəllüdlü, istefada olan R İddiaçı İbrahim oğlu həqiqətən ##.##.1974-cü il tarixdən ##.##.1979-cu il tarixədək M.V.Lomonosov adına X6 Texnologiya İnstitutunda ali təhsil almış, həmin İnstitutun hərbi kafedrasında hərbi hazırlıq keçmişdir. SSRİ Müdafiə Nazirinin ##.##.1979-cu il tarixli ** nömrəli əmri ilə ehtiyatda olan R hərbi rütbəsi verilmişdir. İddiaçı İbrahim oğlu 1988-ci ildə SSRİ Silahlı Qüvvələrində 60 gün müddətində hərbi təlim toplanışı keçmiş, Qırmızı bayraq X17 ##.##.1988ci il tarixli * nömrəli əmri ilə ehtiyatda olan R hərbi rütbəsi verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi İddiaçı İbrahim oğlu (Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun 1979-1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli X9 (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsi ilə bağlı əmək stajının təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, 1979-1993-cü il və 2010-2017-ci il tarixləri aralığındakı əmək stajının təsdiq edilməsi, ümumi sosial sığorta stajına daxil edilməsi və müvafiq şəkildə əmək pensiyasının yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, onun əmək stajı tam şəkildə nəzərə alınmamış və ümumi əmək stajına heç bir dəyişiklik edilməmişdir. Füzuli rayonu 1993-cü ilin avqustunda işğal edilmişdir. Nəticədə onun işdən çıxma əmri tərtib edilməmişdir. İşlədiyi müəssisə işğal edilmiş ərazidə olduğundan, zavod da işğal edildiyindən müəssisədən heç bir sənəd arxivə təhvil verilməmiş və yandırılaraq məhv edilmişdir. AR Milli Arxiv İdarəsinin ## ###### 2022-ci il tarixli məktubunda bu fakt öz təsdiqini tapmışdır. Zavodun iş qəbul ilə bağlı əmrlərinin qeydiyyatı kitabı və bəzi işə qəbul əmrləri müəssisənin kadrlar inspektoru tərəfindən xilas edilmişdir. Bundan əlavə 1979-cu il tarixdən etibarən onunla birlikdə eyni müəssisə tərkibində kadrlar inspektoru, operator və hüquqşünas işləmişdir. Müəssisənin əmrlər kitabında bütün qeyd edilmiş əmrlər barədə qeydlər mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tərəfindən ##.##.2025-ci il tarixində yenidən müraciət edilmişdir. Müraciətə maraqlı şəxs tərəfindən ## ######## 2025-ci il tarixli, *-**-*/*-V-******/*/**** saylı məktub ilə cavab verilmişdir. Məktubda bildirilmişdir ki, ərizəçinin ##.##.1974-cü ildən ##.##.1979-cu ilədək təhsil aldığı illər də nəzərə alınmaqla, ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 9 il 3 ay olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı qəbul edilmişdir. X13 filialının ##.##.2025-ci il tarixli **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin ##.##.2021-ci il tarixli, **/**-**-**-**** nömrəli məktubuna əsasən TR05.1983-0 tarixli ** nömrəli əmr ilə Füzuli rayon Üzümçülük sovxozuna onun işə qəbul olunmağı barədə məlumat aşkar edilsə da, işdən azad olma barədə qeyd yoxdur. Həmçinin ##.##.1985-ci il tarixli 237k və ##.##.1987-ci il tarixli **L nömrəli əmrlərlə Füzuli rayon * nömrəli Üzümçülük zavoduna direktor vəzifəsinə təyin olunmağı barədə qeydlər olsa da, işdən azad edilmə barədə məlumatlar aşkar edilməyib. Qeyd olunanlara əsasən, sözügedən müəssisələrdən əməkhaqqı alınmasını müəyyən etmək mümkün olmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq onun ##.##.1997-ci ildən ##.##.2005-ci ilədək olan dövr üzrə Rusiya Federasiyasında əmək fəaliyyəti də sosial sığorta stajına daxil edilmir. Belə ki, ##.##.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə əsasən həmin müqavilənin tətbiqi üçün səlahiyyəti orqanlar inzibati saziş imzalamalıdırlar. Sözügedən inzibati saziş tərəflər arasında imzalanmamışdır. Həmçinin 2010-2017-ci illərə aid (Ukrayna Respublikasında əmək fəaliyyəti dövrləri üzrə) məcburi dövlət sosial sığorta haqları isə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınarsa, əmək pensiyasının yenidən hesablanması zamanı həmin pensiya kapitalından istifadə ediləcəkdir. Ərizəçi tələb olunan faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar qaydada əldə etməyə cəhd etmiş, lakin həmin sənədlərin əldə edilməsi və ya bərpa edilməsi məlum səbəblərdən mümkün olmamışdır.

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ərizəyə yazılı etirazla müraciət edərək qeyd etmişdir ki, ərizəçi İddiaçı 1979-1993-cü illərdə Füzuli rayonunda sovxozda müxtəlif vəzifələrdə və 2010- 2017-ci illər üzrə Ukrayna Respublikasında işlədiyini və əməkhaqqı aldığını iddia edir. Qeyd edilməlidir ki, ərizəçi hüquqi fakt kimi təsdiqlətmək istədiyi əmək fəaliyyəti dövrlərini və iş yerlərini tam aydın göstərməmişdir. 2010-2017-ci illər üzrə Ukrayna Respublikasında işləməsi ilə əlaqədar məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra ərizəçinin müraciətinə baxılacağı bildirilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Respublikası Höküməti arasında təqaüd təminatı sahəsində əməkdaşlıq haqqında Sazişin 5-ci maddəsində qeyd edilir ki, təqaüdlərin hesablanması əmək stajına daxil edilən iş dövrünün əməkhaqqından (gəlirindən) aparılır. Qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin təqdim etdiyi sənədlərə nəzər yetirdikdə onun 2010- 2017-ci il tarixlərdə Ukrayna Respublikasında əmək fəaliyyəti dövrü öz təsdiqini tapmadığından hazırki iddianın rədd olunması haqqında qətnamə qəbul edlməsi xahiş olunur.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, özü də Füzuli rayonundandır. 1978-ci ildə Füzuli rayon Bakı Fəhləsi sovxozunda işləmişdir. Ərizəçinin 1979-cu ildə bir qrup gənc tələbə ilə Odessadan gələrək sovxozda işləməyə başlamasını bildirmiş, sonradan özü iş yerini dəyişmiş, ərizəçi isə Füzuli işğal olunanadək həmin sexdə direktor olmuşdur.

12. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirmişdir ki, özü Füzuli rayonunda anadan olmuşdur. 1976-cı ildən Bakı Fəhləsi sovxozunda işləmiş, həmin ildə hərbi xidmətə yollanmış, 1982-ci ildə Füzuli rayonu, Bakı Fəhləsi sovxozunda işləmişdir. Ərizəçini də əsgərləkdən gələndən sonra sovxozda əvvəlcə texnoloq, sonra isə Füzuli rayonu işğal olunanadək həmin sovxozun direktoru vəzifəsində çalışdığını bilir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilərək ərizəçi İddiaçı 1979-1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli X9 (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsinə dair (1979cu ildən 1983-cü ilədək Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozda üzümçü texnoloq kimi, daha sonra 1983-cü ildən 1993-cü ilədək olan dövr ərzində isə sonradan adı dəyişərək Füzuli rayonunun * nömrəli üzüm emalı zavodu kimi fəaliyyətini davam edən müəssisədə direktor kimi) hüquqi əhəmiyyətli faktı müəyyən edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi 1974-1979-cu illər ərzində Ukrayna Respublikası Odessa şəhərində təhsil almış, daha sonra isə Füzuli rayonuna qayıdaraq Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodunda iş fəaliyyətinə başlamış, texnoloq kimi işləmişdir. Daha sonra 1983-cü il tarixli əmrlə ərizəçi sözügedən sovxozda direktor vəzifəsinə təyin olunmuşdur. Onun bu fəaliyyətini təsdiqləyən hal həm şahid ifadələri, həmçinin də sovxoza məxsus əmrlər kitabında imzaladığı əmrlər, təşkilata məxsus möhürlərin olması bir daha təsdiq edir. Lakin şəxsin 1979-cu ildən sözügedən təşkilatda işləməyə başlaması hər hansı rəsmi arxiv arayışı, əmək kitabçası ilə deyil, yalnız şahid ifadələri ilə təsdiqlənir.

15. Bundan əlavə şəxs barəsində 1983-ci ildə sovxozun direktoru təyin olunması ilə əlaqədar əmri olsa da, onun sonrakı davamedici fəaliyyətini, yalnız əmrlər kitabı kimi təqdim etdiyi 1985-ci ilin müxtəlif dövrlərinə aid əmrlərin surəti və şahid ifadələri təsdiq edir. Lakin onun vəzifəyə təyin olunmasına dair əmri və özünün imzaladığı əmrləri yalnız ümumi dövrün qısa zaman kəsiyini əhatə etdiyindən və ərizəçinin sözügedən təşkilatda əmək fəliyyətinin fasiləsiz olaraq 1979-1993-cü illər ərzində davam etməsinə dair təqdim edilən tam əmək fəaliyyətini təsdiq edən rəsmi mənbələr olmadığından inzibati orqan tərəfindən qeyd olunan dövr fasiləsiz əmək stajı kimi qəbul edilməmişdir.

16. Həmçinin hamıya məlum hal kimi İ Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ##.##.1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon əhalisinin məcburi qaydada yaşadıqları yeri tərk etmələri, o cümlədən də rayonda mövcud bütün müəssisə və təşkilatların müharibə əsnasında fəaliyyətini dayandırması baş vermişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X13 filialının ##.##.2025ci il tarixli, **/A nömrəli arxiv arayışına əsasən Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozun 1979-cu ilə dair arxiv sənədləri ##.##.1993-cü il tarixində işğal zamanı yanğın nəticəsində məhv edildiyi qeyd olunmuşdur. Həmin dövrədək ərizəçi sovxozda işləmiş, lakin onun işdən çıxmasına dair müvafiq əmr olmadığından şəxsin əmək stajının müəyyən edilməsində çətinlik yaranmışdır. Halbuki, şəxs sözügedən təşkilatdan işdən əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə ayrılmamış, onun əmək fəaliyyəti 1993-cü ildə rayonun işğalı ilə məcburi qaydada dayandırılmışdır.

17. Məhkəmə öz qətnaməsində şəxsin işlədiyi müəssisə ilə yanaşı, tutuduğu vəzifələrin də göstərilməsini irəli sürülmüş tələbdən kənara çıxmaq kimi qiymətləndirməmiş və bunu gələcəkdə qətnamənin icrasında hər hansı bir çətinliyin yaranmasının qarşısının alınması üçün zəruri hesab etmişdir.

18. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 1.2, 13.1, 13.2, 13.3 və 13.4-cü bəndlərinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76.1, 76.2, 305.1, 305.2 və 307.2.5-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

19. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını, ərizənin 1979-1987-ci il tarixlərinə münasibətdə baxılmamış saxlanılması və 1988-1993-cü il tarixlərinə münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı;

2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. X4 dair Füzuli rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə (qətnamə iş materiallarına əlavə edilir) əsasən göstərilmişdir ki, onun əmək kitabçası iş yerində qalmış, digər sənədlər hərbi əməliyyatlar zamanı yandırılaraq məhv edilmişdir. Hazırki işdə isə sözügedən şəxs şahid qismində dindirilərkən əmək kitabçasını təqdim etmişdir. Həmin əmək kitabçasının titul vərəqindəki qeydə əsasən ##.##.1976-cı il tarixində açıldığı qeyd edilmişdir. Qeyd edilən şahid ifadələri mötəbər deyildir. Bu səbəbdən həmin ifadəyə əsaslanmış məhkəmə aktı əsaslı sayıla bilməz. Şahidin ifadələri qeyri-mötəbərdir və ərizəçinin iddia etdiyi dövrlərlə üst-üstə düşmür. Füzuli rayonu * nömrəli X8 ##.##.2024-cü il tarixli arayışına əsasən ərizəçinin 1979-cu ilin avqust ayında Bakı Fəhləsi Şərab zavoduna texnoloq vəzifəsinə qəbul edildiyi, 1979-cu ilin noyabr ayında Fizüli rayon Aqrar-sənaye birliyinə, şərabçılıq şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi, ##.##.1983-cü ildə Bakı Fəhləsi sovxozuna baş şərabçı, ##.##.1987-ci il tarixində zavoda direktor vəzifəsinə təyin edildiyi göstərilmişdir. Göründüyü kimi qeyd edilən dövrlərə aid müvafiq məlumatlar mövcuddur. Qeyd edilən arayışın mövcudluğuna inzibati məhkəmənin münasibət bildirməsi zəruridir. Qeyd edilən xüsusatlar inzibati məhkəmə tərəfindən araşdırılaraq mötəbərliyi aşkar edilməlidir. Bu xüsusatlar məhkəmənin diqqətinə çatdırılmışdır. Həmçinin məhkəmə tərəfindən 1979-1993-cü illər üzrə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Məhkəmə faktı müəyyən edərkən ərizəçinin işlədiyini iddia etdiyi dövrləri dəqiq müəyyən etməmişdir. Belə ki, qətnamədə ərizəçinin 1979- 1993-cü illərdə işlədiyi qeyd edilmiş, lakin qeyd edilən dövrlərin ay və günləri aydınlaşdırılmamışdır. Məlumdur ki, məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Bu səbəbdən də ərizəçinin işlədiyi dövrlərin dəqiq göstərilməsi zəruridir. Qətnamədə qeyd edilmiş 1979-1993-cü illər şahidlərin və ərizəçinin əmək fəaliyyəti dövrləri (müvafiq ay, gün) tam göstərilmədiyindən onların eyni dövrdə, eyni müəssisədə işləməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə sözügedən dövrləri tam aydınlaşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə bu halı hərtərəfli araşdırmamış və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. İş materiallarından göründüyü kimi ərizəçinin məhkəməyə təqdim etdiyi şahid ifadələri mötəbər sayıla bilməz. Bu səbəbdən qeyd edilən dövrlərin hüquqi fakt kimi təsdiq edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı İbrahim oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

28.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 29.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 32.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 33.305.1.1-ci, 307.2.11-ci, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun

34.1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 35.31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu (01yanvar 2006-cı ilədək qüvvədə olmuş)

36.67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraqmüəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 37.69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyisənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin

38.16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbiifəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahidifadələrinə əsasən müəyyən edilmir. 39.17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli * saylı Qərarının

40.1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 41.13.1-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 42.13.3-cü bəndinə əsasən, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 43.13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, ərizə qismən təmin edilməlidir.

45. İş materiallarından görünür ki, ərizəçi 1979–1993-cü illərdə Füzuli rayonunda yerləşən * nömrəli X9 (əvvəlki adı – Füzuli rayonu “Bakı Fəhləsi” Şərab Zavodu) müxtəlif vəzifələrdə işlədiyini bildirərək həmin halın müəyyən edilməsini xahiş etmişdir. Beləliklə, ərizəçinin tələbi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə aiddir.

46. Prosessual qanunvericiliyə əsasən, məhkəmələr xüsusi icraat qaydasında yalnız o hallarda hüquqi əhəmiyyətli faktları müəyyən edə bilərlər ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam verilməsi üçün hüquqi əhəmiyyət kəsb etsin, bu faktı təsdiq edən sənədlərin başqa qaydada əldə edilməsi və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın, qanunvericilikdə həmin faktın məhkəmədənkənar qaydada müəyyən edilməsi nəzərdə tutulmasın və hüquq haqqında mübahisə mövcud olmasın.

47. Hazırkı iş üzrə müəyyən edilməsi tələb olunan fakt ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Belə ki, həmin fakt təsdiq olunduğu halda, ərizəçinin 1979–1993-cü illərdə göstərilən müəssisədə işlədiyi dövr əmək pensiyasının təyin edilməsi məqsədilə sığorta stajına daxil edilə bilər. Məhz bu səbəbdən, sözügedən faktın müəyyən edilməsi MPM-in 307.2.11-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi institutunun predmetinə daxildir.

48. Əmək stajının müəyyən olunması barədə tələbə baxılması üçün ikinci zəruri şərt də mövcuddur. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il # ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

49. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndlərində qeyd olunurdu ki, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

50. Göründüyü kimi qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənədlər təqdim edilə bilmədikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə əmək stajı müəyyən edilə bilər. Lakin bu halda, əmək fəaliyyətinə dair məlumatların təqdim edilə bilməməsi üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) baş verməli və həmin sənədləri (yəni mövcud olmuş sənədləri) başqa qaydada bərpa etmək qeyri-mümkün olmalıdır.

51. Baxılan işdə ərizəçi Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslərdəndir. O, məhkəməyə müraciət edərək bildirmişdir ki, əmək fəaliyyətini təsdiq edən sənədlər mövcud olmuş, lakin yaşadığı ərazidə aparılmış hərbi əməliyyatlar və işğal nəticəsində həmin sənədlər itirilmiş, hazırkı şəraitdə isə onların başqa qaydada əldə edilməsi və ya bərpası obyektiv olaraq mümkün deyildir. Bundan əlavə, iş materiallarından görünür ki, hazırkı işdə hüquq haqqında mübahisə mövcud deyildir. Maraqlı şəxs ərizəçinin müvafiq dövrdə işləməsi nəticəsində yaranan hüququnu mübahisələndirməmiş, etirazları yalnız həmin işləmə faktının sübuta yetirilibyetirilməməsi

52. ilə bağlı olmuşdur. Bu baxımdan, işə xüsusi icraat qaydasında baxılmasına mane olan prosessual hal mövcud deyildir.

53. Göstərilənlərə əsasən, ərizə üzrə tələbin xüsusi icraat qaydasında araşdırılması üçün qanunla nəzərdə tutulmuş şərtlər mövcud olmuş, işə bu qaydada baxılmasına mane olan hər hansı prosessual hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi yazılı sübutları və şahid ifadələrini məcmu halında qiymətləndirərək, onları hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün kifayət edən sübutlar hesab etmiş və ərizəni təmin etmişdir.

54. Belə ki, xüsusi icraat işlərinə xas prosessual xüsusiyyətlər nəzərə alınmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında ərizəyə baxılarkən məhkəmə ərizəçinin istinad etdiyi bütün halları və təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı, həmin sübutları məcmu halında qiymətləndirməlidir. Bu tələblərə əməl olunması qəbul edilən məhkəmə aktının prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

55. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## #### tarixli Qərarı).

56. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusundan da görünür ki, ərizəçi İddiaçı İbrahim oğlu 1979–1993-cü illərdə Füzuli rayonunun * nömrəli X9 (əvvəlki adı – Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, o, 1979–1983-cü illərdə üzümçü-texnoloq, 1983–1993-cü illərdə isə həmin müəssisənin direktoru vəzifəsində işləmişdir. Əmək fəaliyyətini təsdiq edən sənədlərin təqdim edilə bilməməsi Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində ərizəçinin yaşadığı ərazidə baş vermiş hadisələrlə əlaqədar üzrlü səbəbdən irəli gəlmiş, həmin sənədlərin başqa qaydada əldə edilməsi və ya bərpası isə obyektiv olaraq mümkün olmamışdır.

57. Maraqlı şəxsin apellyasiya şikayətində istinad etdiyi arayışın (iş vərəqi 33) ərizəçinin özü tərəfindən tərtib edildiyi və işğal olunmuş ərazini tərk edərkən müəssisənin direktoru qismində özündə saxladığı möhürlərlə (iş vərəqi 41) təsdiq edildiyi müəyyən edilmişdir. Bu səbəbdən, həmin arayış ərizəçinin əmək stajını təsdiq edən rəsmi və mötəbər sənəd kimi qiymətləndirilə bilməz. Bu arayışın varlığı da öz-özlüyündə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş şərtlərin mövcudluğunu istisna etmir.

58. Bununla belə, nəzərə alınmalıdır ki, əmək pensiyası hüququnun müəyyən edilməsi məqsədilə sığorta stajının hesablanması təqvim əsasında, yəni illər, aylar və günlər üzrə aparılır.

59. Hüquqi müəyyənlik prinsipi baxımından da, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

60. Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə X3 Xidmətinin Füzuli Rayon Şöbəsinin ##.##.2026-cı il tarixli *** saylı arasından görünür ki, 1957-ci il təvəllüdlü, istefada olan R İddiaçı İbrahim oğlu həqiqətən ##.##.1974-cü il tarixdən ##.##.1979-cu il tarixədək M.V.Lomonosov adına X6 Texnologiya İnstitutunda ali təhsil almış, həmin İnstitutun hərbi kafedrasında hərbi hazırlıq keçmişdir. SSRİ Müdafiə Nazirinin ##.##.1979-cu il tarixli ** nömrəli əmri ilə ehtiyatda olan R hərbi rütbəsi verilmişdir. İddiaçı İbrahim oğlu 1988-ci ildə SSRİ Silahlı Qüvvələrində 60 gün müddətində hərbi təlim toplanışı keçmiş, Qırmızı bayraq X17 ##.##.1988ci il tarixli * nömrəli əmri ilə ehtiyatda olan R hərbi rütbəsi verilmişdir.

61. Göründüyü kimi, İddiaçı İbrahim oğlu ##.##.1974-cü il tarixdən ##.##.1979-cu il tarixədək M.V. Lomonosov adına X6 Texnologiya İnstitutunda ali təhsil almış, həmin ali təhsil müəssisəsinin hərbi kafedrasında hərbi hazırlıq keçmişdir. SSRİ Müdafiə Nazirinin ##.##.1979cu il tarixli ** nömrəli əmri ilə ona ehtiyatda olan R hərbi rütbəsi verilmişdir. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Azərbaycan Respublikasına qayıtması və əmək fəaliyyətinə başlaması təxmini 1979-cu ilin sentyabr ayına təsadüf etmişdir.

62. Həmçinin nəzərə alınmalıdır ki, Füzuli rayonu ## ###### 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, nəticədə həmin ərazidə yaşayan şəxslərin, o cümlədən ərizəçinin əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirməsi imkanı məhdudlaşmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin Füzuli rayonunda yerləşən * nömrəli X9 (əvvəlki adı – Füzuli rayonu “Bakı Fəhləsi” Şərab Zavodu) ##.##.1979il tarixdən ##.##.1993-cü il tarixədək müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyətli cu63. fakt müəyyən edilməlidir.

64. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2026-cı il tarixli tarixli qətnaməsi “əmək fəaliyyəti ilə məşğul olduğu dövr“ hissəsində dəyişdirilsin. Həmin hissədə ərizə qismən təmin edilsin. Ərizəçi İddiaçı ##.##.1979-##.##.1993-cü illər ərzində Füzuli rayonunun * nömrəli X9 (əvvəlki adı - Füzuli rayonu "Bakı Fəhləsi" Şərab Zavodu) işləməsinə dair (##.##.1979-cu ildən 1983-cü ilədək Füzuli rayon Alxanlı kəndi, Bakı Fəhləsi adına sovxozda üzümçü texnoloq kimi, daha sonra 1983-cü ildən ##.##.1993-cü ilədək olan dövr ərzində isə sonradan adı dəyişərək Füzuli rayonunun * nömrəli üzüm emalı zavodu kimi fəaliyyətini davam edən müəssisədə direktor kimi) hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar