Məhkəmə qərarları › İş №e-2(3-6)-1978/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1978/2026

13.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1978/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İslamov Rauf Ziyadxan oğlunun cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və İslamova Sərvinaz Hüseyn qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, İddiaçı İslamov Rauf Ziyadxan oğlunun cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və İslamova Sərvinaz Hüseyn qızı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi və əmlakların ipotekadan azad edilməsi” tələbinə dair mülki iş üzrə “iddia ərizəsinin geri qaytarılması” barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı İslamov Rauf Ziyadxan oğlu (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və İslamova Sərvinaz Hüseyn qızının mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı notariat ofisinin Bİ-796 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinin və Bakı şəhəri ** saylı notariat ofisinin Bİ1309 nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinin ləğv edilməsi, ##.##.2022-ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə “180M” ünvanında xüsusi mülkiyyətdə olan 0.0189 ha torpaq sahəsi, ##.##.2022-ci il tarixli, *YASEV********* nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.1222 ha torpaq sahəsi və üzərində yerləşən 328.9 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 6 otaqlı bağ evi, ##.##.2022ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1333 sahə ünvanında xüsusi mülkiyyətdə olan 0.1097 ha torpaq sahəsi, ##.##.2022-ci il tarixli, *TORPQ********* nömrəli İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 180 sahə ünvanında xüsusi mülkiyyətdə olan 0.0916 ha torpaq sahəsinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qərardadı ilə iddiaçı İslamov Rauf Ziyadxan oğlunun cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddia ərizəsinin verilməsinə görə iddiaçı İslamov Rauf Ziyadxan oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun (Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş, qəbz nömrəsi: 1949743372, tarix: ##.##.2026, saat 19:15:03) dövlət büdcəsindən qaytarılması qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı İslamov Rauf Ziyadxan oğlunun nümayəndəsi və vəkili Vəkil ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır. Həmçinin, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsi Vəkil Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(5-99)- ***/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildikdən sonra Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin hərəkətsizliyi, X4 təqsirli hərəkəti ilə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 180 sahə ünvanında xüsusi mülkiyyətdə olan 0,0916 ha torpaq sahəsi ##.##.2026-cı il tarixində hərracdan üçüncü şəxsə satılmışdır. Üçüncü şəxs qanunsuz olaraq hərracda protokol bağladığı üçün bankdan əmlakın ipotekadan azad edilməsi tələbini etməsi istisna olunmur. İddiaçı Rauf İslamov cavabdeh cavabdeh3 ASCyə borclu olduğu cəmi 99977,69 mant borcun 85000 manatının (86%) ödənilməsini təmin etmişdir. Bütün bunlara baxmayaraq, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahə ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan 0,0916 ha torpaq sahəsinin üçüncü şəxsə satılması iddiaçının mülkiyyət hüquqlarına toxunmuşdur və bu səbəbdən iddia ərizəsinin geri qaytarılmasına əsas olmuş hallar aradan qalxdığından qərardad ləğv edilməli və iddia ərizəsi üzrə icraat təzələnməli, işə mahiyyəti üzrə baxılmalıdır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Maddə 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materialları ilə müəyyən olunur ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsi Vəkil ərizə verərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

13. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbinə əməl edilərək iddiaçının vəsatəti ilə ərizə qaytarılmışdır.

14. Hazırkı halda iddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsi Vəkil şikayətinin dəlili odur ki, tərəflər arasında mübahisə məhkəmədənkənar qaydada həllini tapmamış, bununla da iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qalxmışdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsinin vəsatəti əsasında iddia ərizəsi geri qaytarılmış, sonradan tərəflər arasında mübahisənin həll edilməməsi birinci instansiya məhkəməsinin qərardadının qanuni olmaması kimi qiymətləndirilə bilməz.

16. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” ## ###### 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarına əsasən “...“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

17. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli * nömrəli qərarında qeyd edilir ki, “....iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPMnin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır”.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilən mövqedən də göründüyü kimi, MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla iddia baxılmamış saxlanıldıqda üzrlü səbəblər göstərildikdə iş üzrə icraatın təzələnməsi mümkündür.

19. Hazırkı halda isə iddiaçı İslamov Rauf Ziyadxan oğlunun vəkili və nümayəndəsi Vəkil şikayətində qeyd etdiyi əsaslara istinad etməklə iş üzrə icraatın təzələnməsi qanunvericiliyin tələbinə uyğun deyil.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ## ##### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar