Azərbaycan Respublikası adından Əlavə qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1999/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş əlavə qətnamənin çıxarılması məsələsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 7.796 manat, mənəvi zərərin əvəzi kimi 20.000 avro, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat məbləğində xidmət haqqı və ödənilmiş 240 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, maddi ziyanın əvəzi olaraq 657.50 usd, 690 avro (ödəniş gününə olan manat məzənnəsi ilə) və 4.228 manat, mənəvi ziyana görə isə 300 manat məbləğində pul vəsaitinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 240 manat dövlət rüsumunun 120 manat hissəsinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi, qalan hissəsinin iddiaçının özünə aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Hazırda iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)-****/**** saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən hüquqi yardım göstərilməsinə görə iddiaçı tərəfindən faktiki ödənilmiş 300 (üç yüz) manat məbləğində vəsaitin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən, İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunduğundan, hüquqi yardım göstərilməsinə görə iddiaçı tərəfindən faktiki ödənilmiş 300 (üç yüz) manat məbləğində vəsaitin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi kollegiyanın mövqeyi qətnamənin əsaslandırıcı hissəsində öz əksini tapsa da, nəticə hissəsində həmin mövqe əks olunmamışdır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş üzrə çıxarılmış qətnamənin nəticə hissəsində məhkəmə xərcləri haqqında məsələ həll edilmədiyindən, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 229 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT ETDİ: Hüquqi yardım göstərilməsinə görə iddiaçı tərəfindən faktiki ödənilmiş 300 (üç yüz) manat məbləğində vəsait cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilsin. Əlavə qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1999/2026
Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №e-2(3-6)-1999/2026
31.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver