Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2037/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı İbrahim qızının iştirakı ilə, İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Təyyarə bileti çıxarışından görünür ki, Ayhan Tolga 15 may tarixində İstanbul-Bakı, 17 may tarixində isə Bakı-İstanbul istiqamətləri üzrə uçuş həyata keçirmişdir.
2. Təyyarə bileti çıxarışından görünür ki, Məhərrəmzadə Ceyhun 11 may tarixində Bakı- İstanbul istiqaməti üzrə uçuş həyata keçirmişdir. Təyyarə bileti çıxarışından görünür ki, Ölmez Orhan 15 may tarixində İstanbul-Bakı, 17 may tarixində isə Bakı-İstanbul istiqamətləri üzrə uçuş həyata keçirmişdir. Təyyarə bileti çıxarışından görünür ki, Şahin Ömer 11 may tarixində Bakı-İstanbul istiqaməti üzrə uçuş həyata keçirmişdir. Təyyarə bileti çıxarışından görünür ki, Şahin Ömer 15 may tarixində İstanbul-Bakı, 17 may tarixində isə Bakı-İstanbul istiqamətləri üzrə uçuş həyata keçirmişdir. Təyyarə bileti çıxarışından görünür ki, Şimşek Veysel 15 may tarixində İstanbul-Bakı, 17 may tarixində isə Bakı-İstanbul istiqamətləri üzrə uçuş həyata keçirmişdir.
3. ##.##.2025-ci il tarixli 1-507726919 qəbz nömrəli kart köçürməsinə dair çıxarışdan görünür ki, ******** nömrəli kart hesabından ******** nömrəli kart hesabına 1000 manat məbləğində köçürmə olunmuşdur.
4. ##.##.2025-ci il tarixli 1-472674248 qəbz nömrəli kart köçürməsinə dair çıxarışdan görünür ki, ******** nömrəli kart hesabından ******** nömrəli kart hesabına 1000 manat məbləğində köçürmə olunmuşdur.
5. ##.##.2025-ci il tarixli 18066096999 qəbz nömrəli kart köçürməsinə dair çıxarışdan görünür ki, ******** nömrəli kart hesabına 1500 manat məbləğində köçürmə olunmuşdur.
6. ##.##.2025-ci il tarixli çıxarışa əsasən mobil tətbiq vasitəsilə ******** nömrəli kart hesabına 1000 manat məbləğində köçürmə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı İbrahim qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 4510 manat pulun, iddia ərizəsinə görə ödənilmiş 65.1 manat dövlət rüsumunun ümumilikdə 4575.1 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh 2025-ci ilin may ayında iddiaçı İddiaçı İbrahim qızına müraciət edərək özü və qardaşı X4 adına Bakı-İstanbul istiqamətinə, daha sonra isə Cavabdeh özü daxil olmaqla onun tanışları Orhan Olmez, Tolga Ayhan, Veysel Şimşek adlı şəxslərin adlarına İstanbul- Bakı-İstanbul təyyarə biletlərinin iddiaçının hesabına alınmasını xahiş etmiş və həmin təyyarə biletlərinin pulunu özünün ödəyəcəyini bildirmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh adlarına bilet yazdırdığı şəxsləri tanımır və həmin şəxslərə biletləri Cavabdeh inandığı üçün yazılmış həmin biletlərin məbləğinin ödənilməsi öhdəliyi Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh təqdim etdiyi sənədlərə əsasən, iddiaçı tərəfindən ## ### 2025-ci il tarixə Bakı-İstanbul istiqamətində təyyarə biletləri yazılmışdır. Bundan sonra, təkrar Cavabdeh müraciəti əsasında Cavabdeh özünün və onun tanışları Orhan Olmez, Tolga Ayhan, Veysel Şimşek adlı şəxslərin adlarına və Cavabdeh təqdim etdiyi sənədlərə əsasən, iddiaçı tərəfindən ## ### 2025-ci il tarixə İstanbul-Bakı (gəliş), ## ### 2025-ci il tarixə Bakı-İstanbul (gediş) təyyarə biletləri yazılmışdır. Lakin cavabdeh sözügedən biletlərin borcundan müəyyən məbləğ ödəsədə geri qalan qalıq 4510 manatı yaxın zamanda ödəyəcəyinə söz versədə ödəməmişdir. İddiaçı son olaraq qeyd edir ki, təqdim etdiyi səsli və yazılı mesajları sübut kimi məhkəməyə təqdim etmişdir və cavabdeh özü və yaxınları üçün təyyarə biletləri sifariş verir.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ona ümumi yazılan biletlərin qiyməti 6810 manat etdiyini və özünün ümumi məbləğdən 4500 manat ödədiyini və geri qalan 2310 manat məbləğində öhdəliyinin qaldığını qeyd edərək, iddia ərizəsinə etiraz etdiyini bildirmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixl qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 4310 manat pulun tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi, cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63.1 manat pul tutularaq iddiaçı İddiaçı İbrahim qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X1).
11. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iş materiallarına əlavə edilmiş bilet çıxarışlarından görünür ki, cavadeh iddiaçı ilə razılığa gələrək, pulun onun tərəfindən ödəniləcəyinə təminat verərək özü və digər şəxslərin adına təyyarə biletlərini sifariş vermiş və iddiaçının hesabına biletlər alınmışdır. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində də cavadeh qeyd edilən halları və məbləği etiraf etmişdir. Eyni zamanda, ona ümumi yazılan biletlərin qiyməti 6810 manat etdiyini və özünün ümumi məbləğdən 4500 manat ödədiyini və geri qalan 2310 manat məbləğində öhdəliyinin qaldığını qeyd etsə də, borcu ödədiyini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ##.##.2025-ci tarixli mesaj fotoşəkillərindən görünür ki, cavabdeh tərəfindən borc tam ödənilməmişdir və qalıq borcun 5310 manat məbləği təşkil etdiyini qeyd etmiş və cavabdeh bu borc məbləğini qəbul etmişdir. Daha sonra iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli 1-507726919 qəbz nömrəli kart köçürməsinə dair çıxarışdan görünür ki, ümumi borcdan 1000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilmişdir. Məhkəmə nəticə olaraq hesab etmişdir ki, son ödənişdən sonra cavadehin ümumi borcu 4310 manat təşkil edir..
12. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 390-cı, 442-ci, 443-cü, 448-ci, 739.1-ci, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 88-ci, 213-cü, 217.4-cü, 218-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
13 Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın qismən, yəni 252 manat həcmində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hər ay 50 manat olmaqla rəsmi iş yeri olmadan və hər hansı bir qazancıolmadan borcunu ödəməyə hazırdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
d) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə iddianın qismən, yəni 2310 manat həcmində təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. İş materiallarından göründüyü kimi, cavadeh iddiaçı ilə razılığa gələrək, pulun onun tərəfindən ödəniləcəyinə təminat verərək özü və digər şəxslərin adına təyyarə biletlərini sifariş vermiş və iddiaçının hesabına biletlər alınmışdır. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində də cavadeh qeyd edilən halları və məbləği etiraf etmişdir. Eyni zamanda, ona ümumi yazılan biletlərin qiyməti 6810 manat etdiyini və özünün ümumi məbləğdən 4500 manat ödədiyini və geri qalan 2310 manat məbləğində öhdəliyinin qaldığını qeyd etsə də, borcu ödədiyini sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ##.##.2025-ci tarixli mesaj fotoşəkillərindən görünür ki, cavabdeh tərəfindən borc tam ödənilməmişdir və qalıq borcun 5310 manat məbləği təşkil etdiyini qeyd etmiş və cavabdeh bu borc məbləğini qəbul etmişdir. Daha sonra iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli 1-507726919 qəbz nömrəli kart köçürməsinə dair çıxarışdan görünür ki, ümumi borcdan 1000 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilmişdir. Qeyd edilənərə əsasən son ödənişdən sonra cavadehin ümumi borcu 4310 manat təşkil edir.
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini 4310 manat məbləğində olan hissədə təmin etmişdir.
28. Cavabdeh tərəfindən ödənilməli puldan geri qalan 2310 manat məbləğində öhdəliyinin qaldığını qeyd etsə də, borcu ödədiyini sübut edən dəlilləri nə birinci instansiya məhkəməsinə, nədə apellyasiya instansiyasına təqdim etməmişdir.
29. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya dəymiş ziyanın əvəzinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
30. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.