Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2041/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İbrahimov Ceyhun Həsən oğlunun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddiaçı İbrahimov Ceyhun Həsən oğlunun cavabdehlər “xxxx” MMC-yə və cavabdeh2 ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, İbrahimova İradə Məmməd qızı və İbrahimov Həsən İbrahim oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İbrahimov Ceyhun Həsən oğlu apellyasiya şikayəti verərək tamamilə ləğv, iddiasının isə təmin olunmasını xahiş edib. Mülki iş apellyasiya icraatında olarkən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilən iddiaçının nümayəndəsi və vəkili İbrahimov Nizami Hafiz oğlu tərəfindən verilmiş ərizədə apellyasiya şikayətindən imtina etməsi nəzərə alınaraq qaytarılması xahiş edilib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı İbrahimov Ceyhun Həsən oğlunun apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı : İddiaçı İbrahimov Ceyhun Həsən oğlu tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2041/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2041/2026
16.06.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver