Məhkəmə qərarları › İş №e-2(3-6)-2060/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2060/2026

13.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2060/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair ilkin, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması ümumi yığıncağın protokolu və qərarının etibarsızlığı, cavabdehin binadan çıxarılması və sair tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair ilkin, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması ümumi yığıncağın protokolu və qərarının etibarsızlığı, cavabdehin binadan çıxarılması və sair tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə ## ###### 2025-ci il tarixində məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 13137,93 manat; cavabdeh cavabdeh2 2172,00 manat; cavabdeh cavabdeh3 1922,55 manat; cavabdeh X7 10293,06 manat borcun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Cavabdeh cavabdeh3 ididaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması ümumi yığıncağın protokolu və qərarının etibarsızlığı, cavabdehin binadan çıxarılması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə ## ###### 2025-ci il tarixində məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin onunla bağladığı ## ###### 2024-cü il tarixli, PA- 24-*** №-li kommunal xidmət müqaviləsinin etibarsız hesab olunması, “xxxx” MMC-nin ** №-li kassa mədaxil orderi ilə ##.##.2024-cü il tarixdə ondan aldığı 5811 (beş min səkkiz yüz on bir) manat 61 qəpik pulu özünə qaytarılması, “xxxx” MMC-nin Yasamal rayonu, H.Cavid pr., 546-cı məhəllə, ** №-li Park Akademiya binasının yaşayış hissəsindən çıxarılması, “xxxx” MMC-nin Yasamal rayonu, H.Cavid pr., 546-cı məhəllə, ** №-li Park Akademiya yaşayış binasında idarəedici “xxxx” MMC olaraq ləğv olunması, Yasamal rayonu, H.Cavid pr., 546cı məhəllə, ** №-li Park Akademiya yaşayış binasının bütün sənəd, açar və sair lazımi qurğu avadanlıqları “xxxx” MMC-dən alıb Yasamal rayon Bələdiyyəsinə təhviltəslim etmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Ayrtən Əliyeva AZEMIS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Mariam Mustafayeva ilə mübahisə məhkəmədən kənar həll olunduğundan cavabdehlər sırasından onun çıxarılması və yekun məhkəmə qərarı çıxarılan zaman nəzərə almağı xahiş edilmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ## ###### 2026-cı il tarixində məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ##.##.2025-ci il tarixli ərizəsinə əlavə olaraq “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli protokol-qərarı etibarsız hesab etməklə, qətnamə çıxardıb, “xxxx” MMC-nin məhkəməni aldatması ilə bağlı hərəkətinə hüquqi qiymət verilməsi üçün xüsusi qərar qəbul edib aidiyyatı orqana araşdırmasından ötrü göndərilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia iddia qismən təmin edilərək, cavabdeh cavabdeh1 2458,58 (iki min dörd yüz əlli səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, cavabdeh cavabdeh2 1575,40 (bir min beş yüz yetmiş beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, cavabdeh cavabdeh3 1922,55 (bir min doqquz yüz iyirmi iki manat əlli beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçının özünə aid edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ## ### 2026-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli məktubuna əsasən, həmin qətnamədən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də ## ### 2026-cı il tarixində apellyasiya şikayətinin verildiyi bildirilmiş və apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. MPM-nin 384.0 və 384.0.6-cı maddəsi apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyi təqdirdə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarlma imkanını nəzərdə tutur.

12. Hazırkı vəziyyətdə apellyasiya şikayəti icraata qəbul olunmadığından və bu halda işin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı münasibətləri tənzimləyən norma olmadığından məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 13.4-cü maddəsi tətbiq olunmaqla iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair ilkin, cavabdeh cavabdeh3 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi, ödənilmiş pulun geri qaytarılması ümumi yığıncağın protokolu və qərarının etibarsızlığı, cavabdehin binadan çıxarılması və sair tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar