Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2103/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Abdi oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X14 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 103.10 kv.m. olan yaşayış evi və 1,05 ha torpaq sahəsi X2, X11, X9, İddiaçı, X7, X10, X8 birgə mülkiyyətindədir.
2. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ## ###### 2025-ci il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh 3 ay 28 gün müddətinə X2 “Cadillac Escalade” minik markalı **-KE-*** d.q.n-li nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətlərini etmişdir.
3. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ## #### 2025-ci il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh 1 il müddətinə X1 “Cadillac Escalade” minik markalı **-KE-*** d.q.nli nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətlərini etmişdir.
4. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, **/*-**-**/*-*-***** saylı məktubun surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 avtomobilə görə ödədiyi 5.000 manat məbləğinin, iddia ərizəsinin hazırlanması üçün 72,60 manat xərcin, avtomobili almaq üçün götürdüyü kreditin faizi olan 1.288,88 manat məbləğinin, gediş-gəliş xərci olan 280 manat məbləğinin, cəmi 6.641,48 manat məbləğinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı minik avtomobili almaq üçün müəyyən məbləğdə pul toplamışdır. Avtomobil almaq istəyini bir neçə nəfərə, o cümlədən həmkəndlisi hazırda Sankt-Peterburq şəhərində yaşayan X3 demişdir. Dekabr 2024-cü il tarixdə iddiaçıya telefonla zəng edilərək bildirilib ki, Bakı şəhərində yaşayan tanışı Tural Hacızadə adında şəxs "Cadıllas" markalı avtomobilini satır. X15 bildirdi ki, tanışı Tural avtomobili Qəbələ rayonunda torpaqlarda barter etməyə razırdır. Iddiaçı telefon nömrəsini həmkəndlisindən əldə etdi və cavabdehlə telefonla danışıq etdi. Cavabdehlə razılığa gəldi ki, ilkin olaraq iddiaçı alıcı olaraq avtomobilə baxsın. Bu məqsədlə iddiaçı ##.##.2025-ci il tarixdə qızı Aylinlə Bakı şəhərinə gedib. Tanışı Vüqar adlı şəxsdən xahiş edib ki, avtomobilə baxmağa onlarla getsin. O da razı olub və həmin gün onlar Buzovnada yerləşən "Albalı" marketin park yerində avtomobilə baxış keçiriblər. Cavabdehlə iddiaçı razılaşıblar. Tanışı Vüqar, qızı Aylin və iddiaçı avtomobili servisə aparıb yoxladıblar, tam müayinədən keçiriblər. Iddiaçı avtomobili almaq qərarına gəlib. Özünün deməsinə görə, direktoru olduğu "Albalı" marketdə onun iş yerinə qayıdıb onun iş kabinetində oturdular. Maşın alqı-satqısı ilə bağlı belə razılığa gəldilər ki, avtomobilin dəyəri olaraq iddiaçı cavabdehə 5.000 manat pul və 07 sot torpaq verəcək. Bu söhbətlərdə Vüqar və iddiaçının qızı iştirak ediblər. Söhbətdən sonra cavabdeh öz işçisini çağırıb, işçiyə onları yola salmağı tapşırdı. Işçi də sözü gedən avtomobilin sükanının arxasında oturub "Şamaxinka" adlanan yerə qədər onları yola saldı. Bu "xidmətinə" görə 50 manat pul alıb gedib. Iddiaçı avtomobili özü sürüb yaşadığı Vəndam qəsəbəsinə gəlib. Sonrakı gün həyat yoldaşının qızıllarını aparıb “Bank of Baku”nun Şəki şəhərində yerləşən şöbəsində girov qoyub 2.400 manat götürdü, eləcə də həmin günü qaynı Ağammədov Rahil də iddiaçıya kömək etmək məqsədi ilə öz adına 2.600 manat kredit götürüb iddiaçıya verdi. Iddiaçı da 2.600 manatdan, 2.400 manat isə iddiaçıya məxsus telefondakı “BirBank” tətbiqindən Tural Hacızadənin verdiyi **************** nömrəli karta ödəyib. Bir neçə gün sonra cavabdeh Coşqun adlı bir nəfərlə Vəndam qəsəbəsinə gəlib. Danışdıqları kimi avtomobilin əvəzinə verəcəyi torpağı göstərib. Göstərdiyi torpağın yeri ilə sənədləri iddiaçının atası X4 adına olması ilə razılaşmadıqda qərara aldılar ki, avtomobili aparsınlar, iddiaçı onlara verdiyi 5.000 manat pulun geri qaytarılmasını tələb edib. Cavabdeh iddiaçıya söz verib ki, pul onda qalsın. 3 ay müddətində torpağın sənədlərini və ya avtomobilin qiymətinin qalan 20.000 manat gətirib avtomobili aparmağını deyib. Iddiaçı sözü gedən pulu düzəldib ona zəng edib. Bakıya gedib avtomobili götürməyi razılaşıblar. Iddiaçı sonrakı gün deyilən pulu götürüb Bakıya yola düşüb. Bir gün iddiaçıya "ora gəl, bura gəl" deyib Bakı şəhərinin rayonlarını "gəzdiribər". Axşama yaxın telefonlarına zəng çatmayıb. Iddiaçı çıxıb rayona gələndən sonra cavabdehlə əlaqə yarada bilib. Telefon danışıqlarında o iddiaçıya bildirib ki, sözügedən avtomobili satıb. Iddiaçıya borclu olduğu 5.000 manat pulu qaytarmaq fikiri yoxdur deyib.
7. Cavabdeh Cavabdeh iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, avtomobilini pul ehtiyacı olduğu üçün turbo.az saytında satış elanına yerləşdirib. Yəni iddiaçı ilə əvvəldən hər hansı tanışlığı olmamışdır. Daha sonra iddiaçı mobil telefonla cavabdehə zəng edərək avtomobili almaq üçün Bakı şəhərinə gələcəyini bildirib. İddiaçı ilə aralarında cavabdehə məxsus “Cadillac Escalade” minik avtomobilinin 30.000 manata alqı-satqısı ilə bağlı razılıq əldə ediblər. Iddiaçı ilkin olaraq razılaşdırılmış məbləğdən müqavilə ödənişi hesabına 5.000 manatı beh şəklində iddiaçıya məxsus karta göndərib və qeyd edilən avtomobili isə özü ilə Qəbələ rayonuna aparıb. Cavabdeh isə avtomobilə dair iddiaçının qardaşının adına nəqliyyat vasitəsini idarəetmə hüququ verən etibarnamə verib. Iddiaçı ilə faktiki alqı-satqı barədə razılaşmaqlarına baxmayaraq etibarnaməni qardaşının adına verməyini xahiş edib və müvafiq olaraq onun vəsiqə məlumatlarını cavabdehə təqdim edib. Razılaşmaqlarına görə ödənişin digər hissəsini yəni 25.000 manatı isə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.7 ha. torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçirilmək şəklində ödəməyə söz verib və bunun üçün “Asan” Xidmət Mərkəzində işlərin həftə sonunadək qaydaya salınması üçün vaxt istəyib. Cavabdeh iddiaçının qeyd etdiyi vaxtda dostu Coşqun Qurbanovla birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsinə gediblər. Mülkiyyətə keçirilməli torpaq sahəsinin yerini iddiaçı cavabdehə göstərib, daha sonra onlar rəsmiləşdirilmə üçün “Asan” Xidmət Mərkəzinə getməyi iddiaçıya təklif etdikdə o bildirib ki, atası və qardaşı Qəbələdə deyil və deyib ki, gözləyin gəlsinlər. Dostu ilə bərabər iddiaçının atasının və qardaşının gəlməsini həmin gün axşamadək gözləsələr də onlar gəlməyib. Artıq axşam iddiaçı bildirib ki, qardaşı buradadır amma mobil telefonunu açmır. Beləliklə, cavabdehə rəsmiləşmənin baş tutmayacağı aydın olub. Bu zaman cavabdeh ona bildirib ki, cavabdeh özünə məxsus nəqliyyat vasitəsini özü ilə Bakıya aparır və etibarnaməni ləğv edir nə zaman torpaq mülkiyyətinə keçməsi ilə bağlı sənədləşmə işi həyata keçsə, cavabdeh təkrar baş etibarnamə verəcək. Iddiaçı cavabdehdən ##.##.2025-ci il tarixinədək rəsmiləşmə işləri üçün vaxt istəyib. Cavabdeh çarəsiz olaraq razılaşıb və nəqliyyat vasitəsini Bakıya gətirərək sürməmək şərti Ilə qaraja yerləşdirib. Qeyd edilən möhlət müddəti bitdikdə iddiaçıya zəng edib və sənədləşmə işlərinin nə yerdə olduğunu soruşub. Iddiaçı bildirib ki, atası, qardaşı və payçılar razı deyillər, xahiş edib ki, ##.##.2025-ci il tarixinədək iddiaçıya bir az da möhlət verilsin. Cavabdeh isə yenə bu təklifə ümid edərək razılaşıb. ##.##.2025-ci il tarixinədək olan möhlət müddəti birdikdə təkrar iddiaçıya zəng edib. O isə cavabdehi atası və qardaşı ilə əlaqələndirib. Onlar isə torpağın qeyd edilən hissəsinin cavabdehin mülkiyyətinə keçirilməsinə razılıq verməyəcəklərini bildirirərək iddiaçının cavabdehə verdiyi beh məbləğini qaytarmayacağı təqdirdə “kriminal aləmdəki” şəxslərin adını çəkərək hədələyiblər. Bu danışıqlar da nəticə vermədikdən sonra cavabdeh ##.##.2025-ci il tarixində avtomobilini faktiki olaraq baş etibarnamə əsasında dəyərindən aşağı satıb. Çünki avtomobilin iddiaçıda olduğu 1 həftə ərzində avtomobildə müəyyən cızıqlar var idi. Qeyd edilən halları məhkəmə şahid qismində Coşqun Qurbanov təsdiq edə bilər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının cavabdehə verdiyi məbləğ beh məbləğidir. Işin hallarından da göründüyü kimi aralarında olan alqı-satqı müqaviləsi beh vermiş iddiaçıdan qaynaqlanan hallar səbəbi ilə baş tutmamış və cavabdeh iddiaçının hərəkətləri nəticəsində avtomobilini həm gec, həm də dəyərindən aşağı məbləğə satmışdır (22.000 manat). Yuxarıda qeyd edilənləri nəzərə alınaraq iddia tələbi rədd edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus "Cadıllac" markalı avtomobilin satışı ilə bağlı sövdələşmənin olduğundan xəbəri olmuşdur. Turaldan eşitmişdir ki, alıcı (iddiaçı) maşına görə ona 5.000 manat beh ödəyib. Alıcı əlavə 6-7 sot torpaq da verəcəkdir. O, şəxsən torpağa baxmağa getmişdir. Torpaq alıcının qardaşının adına idi. Belə ki, razılaşmaya baxmayaraq, torpağa baxmaq üçün iddiaçının qardaşı və atası ilə əlaqə yaradıb görüşə bilmədilər.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 5.000 (beş min) manat pul vəsaiti və 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəlində tərəflər arasında “Cadillac Escalade” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı satqısına dair danışıqlar aparılmışdır. Iddiaçı cavabdehlə razılaşmışdır ki, avtomobilin müqabilində cavabdehə 5.000 manat pul və əlavə 0,07 ha torpaq sahəsi verəcəkdir. Iddiaçı qohumlarının razılığı olmadığından qohumları ilə birgə mülkiyyətdə sahib olduğu Qəbələ rayonunda yerləşən torpaq sahəsinin 0.07 ha hissəsini cavabdehə özgəninkiləşdirə bilməmişdir, bununla da avtomobilin alqı-satqısı baş tutmamışdır. Nəticədə, cavabdeh həmin avtomobili başqa şəxsə özgəninkiləşdirmişdir və iddiaçı ilə bağlamaq niyyətində olduğu alqı-satqı müqaviləsindən imtina etmişdir.
11. Məhkəmənin mövqeyinə görə qanunvericiliyin tələbinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi, sözügedən mənzilin alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə pul iddiaçı tərəfindən cavabdehə məxsus karta göndərilmiş, yəni həmin məbləğin beh kimi qəbul olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə riayət edilməmişdir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bağlanma formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Belə olan halda məhkəmə həmin məbləğin avans kimi ödənildiyi qənaətinə gəlir. Tərəflərin mübahisəsi ondan ibarətdir ki, cavabdeh iddiaçıdan aldığı 5.000 manat pulu beh kimi qiymətləndirir və qaytarmaqdan imtina edir, iddiaçı isə həmin məbləğin beh olduğunu təkzib edir və pulu geri tələb edir. Behin yazılı formasına riayət edilməmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, behin yazılı formasına riayət edilmədiyindən, həmçinin 5.000 manat məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halı olduğundan və tərəflərin arasında alqı-satqı baş tutmadığından, sözügedən məbləğ avans ödənişinə aid edilməlidir. Cavabdeh müqavilənin bağlanılmasından imtina etdiyindən ödənilmiş həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
13. Cavabdehin avtomobilə ziyanın dəyməsi barədə etirazlarına münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırki iddiaya alıcı qismində çıxış etmiş iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi üzrə baxılır. Yəni, cavabdehin iddiaçıya qarşı dəymiş ziyandan irəli gələn pul tələblərinə hazırki iddia çərçivəsində baxıla bilməz.
14. Iddiaçının avtomobil almaq üçün götürdüyü krediti ilə bağlı faizlərin cavabdehdən tutulmasına dair tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, bu faizlərin cavabdehin təqsiri ucbatından əmələ gəlmiş ziyan məbləği olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının avtomobil əldə emək üçün faizlə kredit götürməsi sonuncunun iradəsinə bağlı olmaqla, bağlanılacaq əqdin digər tərəfi üçün kredit faizlərini ödəmək öhdəliyi yaratmır.
15. Yol xərcləri və iddianın tərtibatı ilə bağlı xərclər hissəsində iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, həmin xərcləri təsdiq edəcək sübutlar iş materiallarında olmadığından, bu hissədə də iddia təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 329.2, 329.3, 442, 491.1-491.3, 598.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Işin hallarından görünür ki, iddiaçı cavabdehdən vaxt istəmiş. Cavabdeh də qeyd edilən vaxtda iddiaçının yaşadığı yerə gedərək müqavilə üzrə razılaşdırılmış qalıq məbləğin ödənilməsi üçün addım atmışdır. Lakin ilk dəfə iddiaçı qardaşının telefona cavab vermədiyini bildirmiş, daha sonra qardaşı və atasını yola gətirmək üçün əlavə vaxt istəmişdir. Bütün bunlar onu göstərir ki, alqı-satqı iddiaçıdan qaynaqlanan səbəblərə görə alqı-satqı baş tutmamışdır. Yəni müqavilənin icra edilməməsi üçün beh vermiş tərəfdən qaynaqlanan səbəblər meydana çıxmışdır. Məhkəmə işdə olan tərəflərin izahatlarını nəzərə almadan məbləğin avans olması qənaətinə gəlmişdir. Halbuki həm cavabdehin, həm də şahidin iş üzrə verdiyi izahatları nəzərə almamışdır. O, avtomobilini pul ehtiyacı olduğu üçün turbo.az saytında satış elanına yerləşdirmişdir. Yəni iddiaçı ilə əvvəldən hər hansı tanışlığı olmamışdır. Daha sonra iddiaçı mobil telefonla ona zəng edərək avtomobili almaq üçün Bakı şəhərinə gələcəyini bildirdi. İddiaçı ilə aralarında cavabdehə məxsus “Cadillac Escalade” minik avtomobilinin 30.000 manata alqısatqısı ilə bağlı razılıq əldə etdilər. Iddiaçı ilkin olaraq razılaşdırılmış məbləğdən müqavilə ödənişi hesabına 5.000 manat beh şəklində cavadehə məxsus karta göndərdi və qeyd edilən avtomobili isə özü ilə Qəbələ rayonuna apardı. Razılaşmaları belə oldu ki, ödənişin qalan digər hissəsini yəni 25.000 manatı isə iddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən ona məxsus olduğunu dediyi 0.7 ha. torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçirmək şəklində ödəyəcək və bunun üçün “Asan” Xidmət Mərkəzində işlərin həftə sonunadək qaydaya salınması üçün ##.##.2025-ci il tarixinədək vaxt istədi və cavabdeh nəqliyyat vasitəsinə dair iddiaçının xahişi ilə qardaşının adına etibarnamə verdi və iddiaçı avtomobili özü ilə Qəbələ rayonuna apardı. O, iddiaçının qeyd etdiyi vaxtda yəni 5000 (beş min) AZN vəsaiti aldıqdan 1 həftə sonra dostu Coşqun Qurbanovla birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsinə getdi. Mülkiyyətinə keçirilməli torpaq sahəsinin yerini iddiaçı cavabdeh\ göstərdi, daha sonra onlar rəsmiləşdirilmə üçün “Asan” Xidmət Mərkəzinə getməyi iddiaçıya təklif etdikdə o bildirdi ki, atası və qardaşı Qəbələdə deyil və gözləyək gəlsinlər. Dostu ilə bərabər iddiaçının atasının və qardaşının gəlməsini həmin gün axşamadək gözləsələr də onlar gəlmədi. Artıq axşam iddiaçı bildirdi ki, qardaşı buradadır amma mobil telefonunu açmır. Beləliklə, həmin vaxt cavabdehdən asılı olmayan iddiaçıdan qaynaqlanan səbəblərə görə alqı-satqı üzrə iddiaçının ödəməli olduğu vəsaitin ona ödənilməsi baş tutmadı. Iddiaçı ondan nəqliyyat vasitəsinin alqı-satqısı üzrə qalan vəsaitin yuxarıda qeyd edilən torpaqla ödənilməsi yəni torpağın onun mülkiyyətinə keçirilməsi üçün atası və qardaşını razı salmaq üçün əlavə ##.##.2025-ci il tarixinədək əlavə vaxt istədi, o isə razılaşdı. Qeyd edilən müddət başa çatdıqda iddiaçı torpağın qeyd edilən hissəsinin onun mülkiyyətinə keçirilməsinə atası və qardaşının razılıq vermədiklərini bildirdi və ona verdiyi beh məbləğini qaytarmağı tələb etdi, beh məbləğini qaytarmayacağı təqdirdə “kriminal aləmdəki” şəxslərin adını çəkərək onu hədələdi. O, isə alqı satqının ondan qaynaqlanan səbəblə baş tutmadığını bildirdi, həmçinin bu qədər vaxt onu boşuna məşğul etdiyini və maşının dəyərinin aşağı düşdüyünü bildirərək behi qaytarmaqdan imtina edərək maşını ##.##.2025-ci il tarixində dəyərindən ucuz qiymətə satdı. Işin halarından göründüyü kimi iddiaçı tərəfindən ona verilən məbləğ beh məbləği olmasına baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq ona avans kimi hüquqi qiymət verilmiş və iddia əsassız olaraq təmin edilmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində Coşqun Qurbanov da öz ifadəsində qeyd etdiklərini təsdiq etmişdir. Lakin məhkəmə ona məlum olmayan səbəbdən bu cür mötəbər sübutları kənara qoyaraq beh məbləğinə avans olaraq yanaşmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh izahatında qeyd etdi ki, yazılanlar hamısı yalandır. Iddiaçı turbo.az saytından onun maşınını görüb, onunla danışıb. Maşını servisə aparmışlar, iddiaçı maşını bəyənib. Onun (cavabdehin) ofisinə getdilər, 5000 manat beh verdi və 7 sot torpaq verəcəyini bildirdi. Qardaşının adına etibarnamə verdilər və o, maşınla Qəbələyə getdi. Daha sonra o, (cavabdeh) torpağa baxmağa getdi, bəyəndi və götürmək istədiyini deyəndə ona bildirdi ki, torpaq onun deyil, atasınındır. Nə atası, nə də qardaşı zənglərinə cavab vermədi. O, 1 həftə həmin maşını sürüb. O, 1 həftə sonra maşını apardı və maşını qaraja yerləşdirdi. O, vaxt istədiyi üçün ona vaxt verdi ki, pulu düzəltsin və maşını götürsün. Lakin, o, ona həmin vaxt başa çatdıqdan sonra zəng vuranda iddiaçı bildirdi ki, pulu yoxdur. Daha sonra o, maşını aşağı qiymətə başqasına satdı.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında qeyd etdi ki, o, maşını bir həftə sürmüşdür. Cavabdeh maşını evdən aparanda o ona təklif etdi ki, sürdüyü günlər üçün 1000 manat pulu çıxsın, qalan pulu qaytarsın. Amma indi buna razı deyil, o, həmin maşına görə kredit ödəmişdir, indi də ödəyir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
27. Işin faktiki halları ondan ibarətdir ki, 2025-ci ilin yanvar ayının əvvəlində tərəflər arasında “Cadillac Escalade” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair razılaşma əldə edilmişdir. Iddiaçı cavabdehlə razılaşmışdır ki, avtomobilin müqabilində cavabdehə ilkin olaraq 5.000 manat pul və əlavə 0,07 ha torpaq sahəsi verəcəkdir. Iddiaçı tərəfindən 5000 manat pul cavabdehə ödənilmişdir. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair ## ###### 2025-ci il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh 3 ay 28 gün müddətinə iddiaçının qardaşı olan X2 “Cadillac Escalade” minik markalı **-KE-*** d.q.n-li nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətləri vermişdir. Bir həftə maşın iddiaçının sahibliyində olmuşdur. Razılığa əsasən cavabdehə verilməli olan torpaq bir neçə nəfərin ümumi mülkiyətində olduğundan torpaqla bağı razılaşma baş tutmamış, tərəflər müəyyən məbləğ ödəniş edilməsi ilə bağlı yenidən razılaşmışlar. Nəqliyyat vasitəsi ilə əlaqədar iddiaçının qardaşına verilmiş etibarnamənin müddətinin bir neçə ay olmasına baxmayaraq cavabdeh maşını sürüb aparmış, bir müddətdən sonra avtomobili satmışdır. Buna baxmayaraq, cavabdeh iddiaçıdan aldığı 5000 manatı geri qaytarmaqdan imtina etmişdir.
28. Cavabdeh iddiaçıdan aldığı 5.000 manat pulu beh kimi qiymətləndirərək qaytarmaqdan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi behin yazılı formasına riayət edilmədiyindən qeyd edilən məbləği avans kimi qiymətləndirmiş və müqavilənin baş tutmadığına istinad edərək iddianı həmin hissədə təmin etmişdir.
30. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində həmin məbləğin beh olduğunu iddia edərək müqavilənin baş tutumamasını iddiaçıdan qaynaqlandığını bildirir.
31. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında razılaşma predmeti olan avtomobilin alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə 5000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus karta göndərilmişdir. Tərəflər arasında yazılı və notarial qaydada təsdiq edilmiş beh müqaviləsi bağlanmamışdır.
32. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd etməyi vacib hesab edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. MM-in “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXIV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllə avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il ## #### tarixli */**** nömrəli Qərardadının 49-51-ci bəndləri). 33.Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin.
34. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də bir-birindən fərqləndirir.
35. Belə ki, MM-in 491.1-ci maddəsindən də göründüyü kimi, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 492-ci maddəsinə (bax bu qərarın 41-ci bəndinə) görə: 1) Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 2) Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
36. Göründüyü kimi, Mülki Məcəllə behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır.
37. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını MM-in 491.3-cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
38. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ödənilmiş 5000 manat vəsaitin beh kimi qəbul edilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğin avans olması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
39. Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddiaçının avans kimi ödədiyi 5000 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir.
40. Kollegiya qeyd edir ki, avtomobilin iddiaçının istifadəsində bir həftə müddətində olması ilə əlaqədar cavabdehə real zərər dəymişdirsə sonuncu bununla bağlı müstəqil iddia qaldırıla bilər.
41. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid edilsin. Qətnamədən cavabdeh tərəfə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov