Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2126/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona münasibətdə əsassız varlanma nəticəsində əldə etdiyi 9.700 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh əvvəllər rəsmi nikah münasibətlərində olmuş, bir müddət ərzində ailə həyatı qurmuşlar. Lakin tərəflər arasında yaranmış ziddiyyətlər nəticəsində ailə münasibətləri pozulmuş, hal-hazırda isə nikahın pozulması barədə mülki iş üzrə məhkəmə icraatı davam edir. Tərəflərin birgə yaşadıqları dövrdə və ondan sonrakı müddətdə, fərqli tarixlərdə və müxtəlif məbləğlərdə olmaqla cavabdeh iddiaçıdan cəmi 9.700 manat məbləğində borc almış, lakin sonradan, o cümlədən ayrıldıqdan sonra borcunu qaytarmamışdır. Belə olan halda hesab edilməlidir ki, cavabdeh iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Əsasız varlanmış şəxs isə bunun nəticəsində əldə etdiklərini məhrum olan şəxsə qaytarmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi bu mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinə əsasən iddia ərizəsində və təqdim edilmiş qəbzlərin tarixindən də görünür ki, cavabdehin öhdəlikləri 2021-ci ildə yaranmış, müqavilənin müddəti 2023-cü ildə bitmişdir. Odur ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş 2 illik iddia müddəti keçməsi səbəbindən rədd edilməlidir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı işin materiallarında olan, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən *(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2025-ci il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı daha əvvəl iddia irəli sürərək, yuxarıda qeyd edilən 9.700 manat məbləğində pulun, onunla cavabdeh arasında mövcud olmuş borc münasibətlərindən əmələ gəlmiş borc kimi qaytarılmasını əsası ilə cavabdehdən onun xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə bildirir ki, qeyd edilən iddia tələbi iddiaçı ilə cavabdeh arasında mövcud olmuş borc münasibətlərinə əsaslansa da, həmin işə baxmış məhkəmə tələbin hüquqi əsasına deyil, həcminə bağlı olmuşdur. Yəni həmin iddia ərizəsində iddiaçının bildirdiyi hüquqi əsasdan asılı olmayaraq məhkəmə həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilib-verilməməsini, verilibsə, qaytarılıb-qaytarılmamasını və ya həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasının mümkün olub-olmamasını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu baxımdan qəbul edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia ərizəsini icraata götürmüş, iddiaya dair iş üzrə yekun məhkəmə aktı olaraq qətnamə qəbul etmiş, başqa sözlə, işə mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in tələblərinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.2.). Bu hal iddia ərizəsi icraata götürüləndən sonra müəyyən edilərsə, onda hakim iş üzrə icraata xitam verməlidir (maddə 261.0.2.). Bu kimi hal apellyasiya icraatı zamanı aşkar edilərsə onda birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir (maddə 384.0.5.). Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-nin 261, 384 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X1 hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh hazırkı qərardaddan kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2126/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2126/2026
23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver