Məhkəmə qərarları › İş №e-2(3-6)-2177/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2177/2026

03.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2177/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026- ci il tarixli qərardadından İddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2022-ci il tarixdə 1994-cü il buraxılışlı "Opel Omega" markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti-Dərnəgül yolu ünvanında yerləşən "Opel Servis"-də işləyən Aydın adlı şəxsdən 2.100 manata almışdır. O sözügedən avtomobilin pulunu Aydına verdikdən sonra Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən “* saylı Asan Xidmət" mərkəzinin içərisində olan notariat ofisində Aydın həmin avtomobili idarə etməyi üçün ona baş etibarnamə vermişdir. Bundan sonra avtomobili bir müddət baş etibarnamə əsasında idarə etmişdir. Həmin müddətdə də avtomobili bir dəfə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində texniki baxışdan keçirmişdir. Baş etibarnamənin müddəti tamam olduqdan sonra ikinci dəfə baş etibarnamə almaq üçün avtomobilin mülkiyyətçisi Adil Kərimova müraciət etmişdir. Sonuncu ** saylı notariat ofisində ona ## #### 2023-cü tarixli baş etibarnamə vermişdir. Bundan sonra bir il də avtomobili Adil Kərimovdan aldığı baş etibarnamə əsasında idarə etmişdir. İkinci dəfə avtomobilin texniki baxış vaxtı çatan zamanda qeyd olunan avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində texniki baxışdan keçirmişdir. Daha sonra avtomobili öz adına rəsmiləşdirmək üçün ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə getmişdir. Avtomobilin adına rəsmiləşdirilməsi üçün əvvəlcə avtomobillərin texniki baxışdan keçmə məntəqəsinə avtomobili təhvil vermişdir. Texniki yoxlanış zamanı avtomobilin ban nömrəsinin və mühərrik nömrəsinin qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd olunan məlumatlar uyğun gəlmədiyi üçün də avtomobilin onun adına rəsmiləşdirilməsi prosesi baş tutmamışdır. Bundan sonra BDYPİ tərəfindən məsələnin araşdırlması üçün müvafiq materiallar məktubla Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi RPİ-nin İŞ-də müvafiq araşdırma aparılmış və ## ####### 2024cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdir. Qeyd olunan qərarla da müəyyən edilmişdir ki, "Opel Omega" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu dəfə iddiaçıya satılmışdır. Eləcə də onun, nə də avtomobili ona satmış şəxslərin əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri mövcud deyildir. "Opel Omega" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı 2100 manat ödəniş etməklə əldə etmişdir və həmin vaxtdan da avtomobil onun sahiblik və istifadəsindədir. Lakin qeyd etdiyi kimi göstərilən səbəblərə görə avtomobili öz adına rəsmiləşdirməyi mümkün olmamışdır. Hal-hazırda iddiaçının sahiblik və istifadəsində olan avtomobilə dair avtomobilin sonuncu mülkiyyətçisi olmuş Adil Kərimovun da adına qeydiyyat şəhadətnaməsi mövcud olmadığından, avtomobili həmin şəxsdən də hər hansı bir qaydada əldə etməyi qeyri-mümkündür. Ona görə də tərəfindən müvafiq ərizə ilə cavabdeh Baş Dövlət Yol Polis İdarəsinin rəisinə müraciət edilərək "Opel Omega" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda kimin mülkiyyətində olması barədə məlumat verilməsini, eləcə də həmin avtomobilin iddiaçının adına rəsmiləşdirilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir."Opel Omega" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının mülkiyyət hüququnun tanınaraq həmin avtomobilə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı mülkiyyət hüququnun tanınmasına dair ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı İddiaçı məhkəməyə şikayət verərək qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün əsaslandırılmasını tələb etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Аvropa Konvensiyası məhkəmə qərarlarının əsaslandırılması hüququnun təmin edilməsini tələb edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən müəyyən edilmişdir ki, dövlətdaxili məhkəmələr çıxardıqları qərarları əsaslandırmalıdırlar. Lakin hazırkı halda, birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(5-93)-461/2026, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarın 5.1-ci maddəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilmişdir. İddiaçı ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək iddia ərizəsinin icraata qəbul edilərək mahiyyət üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.İ ddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək "Opel Omega" markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda kimin mülkiyyətində olması barədə məlumat verilməsini, eləcə də həmin avtomobilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**/*- *****/** saylı kompüter uçot bazasının məlumatlarına əsasən "Opel Omega" markalı, **-MU- *** dövlət qeydiyyat nişanlı, 1994 buraxılış lli, WOL000026R1098809 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsi ##.##.2022-ci il, ##.##.2023-cü il tarixlərdə İddiaçı etibar edilmişdir. Avtomobilinin hazırki sahibi-mülkiyyətçi X2r. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, texniki yoxlama zamanı avtomobilin ban nömrəsi və mühərrik nömrəsi qeydiyyat şəhadətnaməsi ilə uyğun gəlmədiyindən avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmçinin iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi ərizəçinin tələbi inzibati orqanın hərəkətsizliyindən qaynaqlanmış və inzibati orqan tərəfindən avtomobilə qeydiyyat vəsiqəsinin verilməklə mülkiyyətin qeydiyyata alınması ilə əlaqədar olmuşdur. Bu səbəbdən qeyd edilən ərizənin mahiyyəti inzibati akt olmaqla mülki mühakimə icraatı qaydasında hazırki iddiaya baxılması mümkünsüzdür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, mülki işin icraatına xitam vermişdir. Bu səbəbdən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar