Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2217/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun cavabdehlr cavabdeh1 və cavabdeh2 qarşı (maraqlı şəxslər qismində maraqlı şəxs1 və maraqlı şəxs2 cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun, İddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun nümayəndəsi (vəkili) vəkil5, Cavabdeh cavabdeh1, Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil4, Cavabdeh cavabdeh2, Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2, Maraqlı şəxs maraqlı şəxs1, Maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi (vəkili) vəkil3 iştirakı ilə, İddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (maraqlı şəxslər qismində maraqlı şəxs1 və maraqlı şəxs2 cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun nümayəndəsi (vəkili) vəkil5 və maraqlı şəxs maraqlı şəxs1 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Pretenziya məktubunun surətindən görünür ki, cavabdehlərdən 10 gün ərzində borcun və kompensasiyanın ödənilməsi tələb edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində istifadə də olan **/** nömrəli * nömrəli qeyri-yaşayış sahəsinə dair cavabdeh2 1/3 hissədə, maraqlı şəxs2 2/3 hissədə paylı mülkiyyət hüquqları ##.##.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İpoteka verən maraqlı şəxs2, borc alan Letter Press MMC və ipoteka saxlayan “xxxx” ASC arasında bağlanmış 80 “İ” saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış ##.##.2008-ci il tarixli, 80 “İ” saylı kredit müqaviləsinə əsasən 600.000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində istifadədə olan **/** nömrəli * nömrəli qeyri-yaşayış binasıdır. “xxxx” ASC ilə maraqlı şəxs1 arasında bağlanmış ##.##.2008-ci il tarixli, 80 “İ” saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən sonuncuya 40 ay güzəşt müddəti olmaqla 600.000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ##.##.2024-cü il tarixli qiymətləndirmə hesabatının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının ##.##.2024-cü il tarixinə hesablanmış bazar dəyəri 1.490.000 manat, orta aylıq icarə dəyəri isə 7.300 manat təşkil edir. X4 ilə alıcılar cavabdeh2 və maraqlı şəxs2 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli ##.##.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsini cavabdeh2, 2/3 hissəsini isə maraqlı şəxs2 262.500 manata satmışdır. Kirayəyə verənlər cavabdeh2, maraqlı şəxs2 və kirayəçi maraqlı şəxs1 arasında bağlanmış ##.##.2006-cı il tarixli daşınmaz əmlakın əvəzsiz istifadə müqaviləsinin surətindən görünür ki, kirayəyə verənlər paylı mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini kirayəçinin əvəzsiz olaraq müvəqqəti istifadəsinə verməyi, kirayəçi isə həmin əmlakı müqavilədə nəzərdə tutulan vəziyyətdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayoln Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı cavabdeh2 cavabdehlər maraqlı şəxs1 və maraqlı şəxs2 qarşı “əmlakın naturada ayrılması və pul” tələbinə dair iddia ərizəsinə əsasən e-*(***)-***/**** saylı mülki iş vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı X1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (maraqlı şəxslər qismində maraqlı şəxs1 və maraqlı şəxs2 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 240.000 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatı ilə), vəkilə ödənilən 300 manat xərcin, 699,05 manat dövlət rüsumunun onun xeyrinə tutulması və qətnamənin icrasını təmin etmə tədbiri kimi cavabdehlərin pul vəsaitləri və əmlakı üzərinə mütənasib qaydada qadağa və həbs tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə dövlət reyestrində cavabdeh2 adına qeydiyyatda olan ümumi paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi **/** nömrəli ünvanında yerləşən ümumi sahəsi 730 kv.metr olan qeyri-yaşayış binasının 1/3 hissəsi məxsus olmuşdur. Həmin daşınmaz əmlak digər 2/3 hissə pay ilə maraqlı şəxs2 ilə birlikdə notariat qaydasında bağlanılmış 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 262.000 manat əldə edilmişdir. Sonradan cavabdeh2 ilə maraqlı şəxs2 və onun atası onun çoxdan tanıdığı maraqlı şəxs1 arasında birgə mülkiyyətdən istifadə ilə bağlı narazılıqlar yaranmışdır. Ona görə də cavabdeh Səfərəliyevlər əmlak payını satmaq istədiklərini və öz vəsaitlərini başqa formada istifadə etmək niyyətində olduqlarını bəyan etmiş və Əsədovlara cavabdehlərin payını almaq təklif olunmuşdur. Əsədovlar maddi imkanları çatmadığını bildirmişlər. Eyni zamanda maraqlı şəxs1 bununla bağlı tanıdığı və maraqlı olan adamlara bildirəcəyini demişdir. maraqlı şəxs1la görüş zamanı söhbət əsnasında əmlakda payçı olmaq imkanı barədə ona məlumat vermişdir. Rusiya Federasiyasında yaşayıb bizneslə məşğul olan bir şəxs kimi onun doğma vətənində daşınmaz əmlak əldə etmək maraqları və müəyyən maddi imkanları var idi. maraqlı şəxs1 çoxdan və yaxşı tanıdığı və etibar etdiyi üçün təklif onu ciddi maraqlandırmış və müzakirələrə başlamışlar və o, maraqlı şəxs1 onun adından danışıqlar aparmağı, əmlak payının qiymətini razılаşdırmadığı və sənədləşdirmə aparılmasını tapşırmış və xahiş etmişdir ki, ona məsələnin həllində kömək göstərsin. Mütəmadi telefon danışıqlarında o, hərdən Azərbaycana gələndə bir müddət bu məsələni müzakirə etmişlər və əmlak payını Səfərəliyevlərin 250.000 ABŞ dollarına satmağı təklif etdikləri aydın olmuşdur. Son olaraq belə razılaşmışlar ki, əmlak payının satılmasına görə qiymət 240.000 müəyyən edilsin, dаha dəqiqi həmin məbləğ tam və nağd şəkildə Səfərəliyevlərə verilsin və əlavə olaraq alqısatqının bütün sənədləşmə xərcləri onun üzərində qalsın. Bu razılaşmadan bir müddət sonra o, Azərbaycanda saxladığı 40.000 ABŞ dollarını maraqlı şəxs1 verərək, Səfərəliyevlərə çatdırmağı tapşırmış və Cabir bir neçə gündən sonra ona demişdir ki, 40.000 ABŞ dollarını Səfərəliyevlərə çatdıra bilməməklə tapşırığı yerinə yetirə bilməmişdir. Səfərəliyevlər isə danışılan məbləği tam gözlədiklərini və hissə-hissə verilməsinin onlar üçün uyğun olmadığını bildirmişlər. Bundan sonra o, xaricdəki bank hesablarındakı vəziyyəti dəqiqləşdirib 200.000 ABŞ dollarını cəmləşdirmiş və həmin məbləği iki hissədə olmaqla maraqlı şəxs1 ona göndərdiyi bank hesabına köçürmüşdür. Bir neçə gün sonra Cabir pulun çatdığını və bankdan çıxarılıb Səfərəliyevlərə təqdim olunduğunu bildirmişdir. O, sənədləşmənin tez bir zamanda aparılmasını istəmiş və Cabirə verdiyi 40.000 ABŞ dollarını da cavabdehlərə verməyi tapşırmış və sənədləşmə xərclərini aparmağı və məbləği ona bildirməyi xahiş etmişdir. Cabir cavabdehlərlə danışacağını söyləmiş və yenidən telefonla danışanda cavabdehlərin 40.000 ABŞ dollarını aldıqdan sonra ikibaşlı hərəkət etdiklərini, müxtəlif bəhanələr uydurduqlarını və əsəbilik yaratdıqlarını bildirmişdir. Amma həm də demişdir ki, cavabdehlər halal hərəkət edəcəklərini bildiriblər və bir qədər səbirli olub gözləməyin məsələnin müsbət həllinə tezliklə aparacağını söyləmişdir. Xeyli vaxt keçdikdən sonra Cabirlə danışanda demişdir ki, bunlar sənədləşmədən yayınır və deyirlər ki, əmlak bahalaşıb və əlavə 200.000 ABŞ dolları istəyirlər. O, bununla razılaşmamış və Cabirə demişdir ki, ödədiyi pulları qaytarsınlar. Cabir ona demişdir ki, bunlarla normal danışmaq alınmır. Dava-dalaş yaradırlar və hədə-qorxu gəlirlər. O, da sakitlik yaransın deyə gözləməyi və səbrli olmağı üstün tutmuşdur. Aylar, illər ötmüş və Səfərəliyevlərlə Əsədovların münasibətləri daha da kəskinləşmişdir. O, onlarla üzbəüz görüşüb məsələni araşdırmağı və vəziyyəti öyrənməyə çalışmışdır. Hay-küy və qeyri-normal söhbət yaranmış və o, başa düşmüşdür ki, Səfərəliyevlər 240.000 ABŞ dollarını Əsədovlardan alıblar, ancaq yenə də əlavə pul iddiasındadırlar. Söhbət nəticə vermədiyindən o, ayrılıb getmiş və Əsədovlara demişdir ki, onda onun pulu necə qaytarılacaqdır. Əsədovlar isə Səfərəliyevlərin mübahisəni kəskinləşdirdiklərini və onlardan böyük məbləğdə pul tələb etdiklərini bildirmişlər və bir qədər sonra ona məlum olmuşdur ki, Səfərəliyevlər Əsədovlara qarşı məhkəmə iddiası qaldırıblar və bunların davası uzun çəkəcəkdir. Ona görə də Səfərəliyevlərlə görüşməyin mənasız olacağını düşünərək, ## ######## 2025-ci ildə cavabdehlərə yazılı pretenziya ilə müraciət etmişdir ki, ya daşınmaz əmlakda olan payı onun adına keçirsinlər, ya da ödədiyi 240.000 ABŞ dollarının üzərinə bank uçot faizi üstəgəl 2% illik faiz hesablamaqla ona qaytarsınlar. Pretenziyanı Səfərəliyevlərin özlərinin göstərdikləri ünvana sifarişli və bildirişli qaydada rəsmi poçtla göndərmiş, lakin cavabdehlər qəsdən burada yaşamırlar deyə pretenziyanı qəbul etməmişlər, bu günədək cavabdehlərdən hər hansı münasibət bildirilməyib və cavab gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər və onların nümayəndəsi və vəkili vəkil4 iddianı qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdilər. Həmin qeyri-yaşayış sahəsi 2006-cı ildə üçüncü şəxslərlə cavabdehlər tərəfindən birgə əldə edilmişdir, lakin münasibətləri pozulduğu üçün 2009-cu ildən həmin qeyri-yaşayış sahəsinə cavabdehləri buraxmırlar. Hazırda bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Ümumiyyətlə iddiaçı cavabdehlərə pul verməmiş, bu işdə hansı səbəbdən onların cavabdeh qismində göstərilməsi barədə məlumatı yoxdur. Cabirin həmin obyektin alınmasında öz vəsaiti olmayıb, o, həmin pulu Misirdən almışdır. Cabir ilə obyektin üstündə cavabdehlərin mübahisəsi cavabdehlərə çatası əldə olunmuş fayda ilə bağlı olmuşdur. Belə ki, cavabdehlər 50%-dən çox vəsaiti qeyri-yaşayış sahəsinin alınmasına xərcləmişdir. 2009-cu ildən 2024-cü ilədək ümumiyyətlə iddiaçı pulunu cavabdehlərdən tələb etməyib və tələb edə də bilməz, çünki iddiaçı cavabdehlərə birbaşa pul verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili vəkil2 iddianı qəbul etməyərək, cavabdehlərin nümayəndəsi və vəkili vəkil4 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman maraqlı şəxs maraqlı şəxs1 bildirdi ki, iddiaçı ilə uzun illərdi ki, dostdurlar. O, firma yaratmaq istəyib, Səadəti o, özü bu firmaya şərik etmək istəmişdir. O, da razılaşmışdır. Sonradan onlar yer axtarmağa başlamışlar. Yeri tapandan sonra obyektə şərikə pul qoyub, obyekti əldə etmişlər. 2009-cu ilə qədər həmin obyektin təmiri və abadlaşdırma işlərini aparmışlar, 250 min manatdan artıq Səadat ora pul verməmişdir. Sonradan o, Misirdən ona əlavə vəsaitin verilməsini xahiş etmiş, Misir ona 600.000 ABŞ dolları vəsait göndərmişdir. Həmin pulu bankın depozitinə qoymuş, çünki o, pulu Almaniyaya göndərməli idi. Səadət ona demişdir ki, bu pulu bu obyektə yatırım etsin, 4% və 6% əldə etsinlər. Bu pulu onlar xərcləmişdirlər. Məhkəmə iclasında iştirak edən zaman maraqlı şəxs maraqlı şəxs1 vəkili və nümayəndəsi vəkil3 iş üzrə ekspertizanın təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs maraqlı şəxs2 məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (maraqlı şəxslər qismində maraqlı şəxs1 və maraqlı şəxs2 cəlb edilməklə) “pul” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o, halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçı tərəfindən tələb edilən pul vəsaitinin cavabdehlərin bank hesabına köçürməsi, həmçinin nağd şəkildə ödənilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehlərin ona 240.000 ABŞ dolları məbləğində borcunun olmasını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun nümayəndəsi (vəkili) vəkil5 və maraqlı şəxs maraqlı şəxs1 Sabir oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyatorların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026 tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (maraqlı şəxs1 Əli oğlu və maraqlı şəxs2 üçüncü şəxslər qismində məhkəmə prosesinə cəlb edilməklə) qarşı cavabdeh2 və cavabdeh1 müştərək qaydada 240.000 (iki yüz qırx min) ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatı ilə), vəkilə ödənilən 300 manat xərcin, 699,05 manat dövlət rüsumunun tutulması barədə iddiası rədd edilmişdir. Qətnamə ümumiyyətlə əsaslandırılmamış, işdə çoxsaylı sübutlar, əlyazmalar, cavabdehlərin tələb edilən vəsaiti almaları haqda məhkəmə iclaslarında izahat-etirafları, səs yazıları, səs yazılarının stenoqrafik çıxarışı olduğu, keçirilmiş məhkəmə iclaslarında saatlarla müzakirə, araşdırma aparıldığı halda məhkəmə bu vacib məqamlara təkzib verə və ya əks dəlil irəli sürə bilmədiyi üçün onları gizlətmiş, qətnamədə əks etdirməmişdir. Qətnamədə hamıya bəlli olan ümumi qanunvericilik normaları, ümumi sözlər qeyd edilmiş, işin mahiyyətinə bircə cümlə ilə toxunulmuşdur ki, “iddiaçı tərəfindən tələb edilən pul vəsaitinin cavabdehlərin bank hesabına köçürməsi, həmçinin nağd şəkildə ödənilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdehlərin ona 240.000 ABŞ dolları məbləğində borcunun olmasını mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir.” Sual yaranır: bu boyda və saatlarla, aylarla davam edən məhkəmədəki müzakirələr gizlədilib, ört-basdır ediləcəkdisə, onların aparılmasının mənası nə idi? Onlar obyektiv həqiqəti üzə çıxarmaq üçün idi, yoxsa gizlədilmək üçün? Cavabdehlərə dövlət reyestrində cavabdeh2 adına qeydiyyatda olan ümumi paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi **/** nömrəli ünvanda yerləşən ümumi sahəsi 730 kv.metr olan qeyri-yaşayış binasının 1/3 hissəsi məxsus olmuşdur. Həmin daşınmaz əmlak digər 2/3 hissə pay ilə maraqlı şəxs2 ilə birlikdə notariat qaydasında bağlanılmış 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 262.000 manata əldə edilmişdir. Sonradan cavabdeh2 ilə maraqlı şəxs2 və maraqlı şəxs1 arasında birgə mülkiyyətdən istifadə ilə bağlı narazılıqlar yaranmışdır. Ona görə də cavabdeh Səfərəliyevlər əmlak payını satmaq istədiklərini və öz vəsaitlərini başqa formada istifadə etmək niyyətində olduqlarını bəyan etmiş və Əsədovlara onların payını almaq təklif olunmuşdur. Əsədovlar maddi imkanları çatmadığını bildirmişlər. Eyni zamanda maraqlı şəxs1 bununla bağlı tanıdığı və maraqlı olan adamlara bildirəcəyini demişdir. maraqlı şəxs1la görüş zamanı söhbət əsnasında o, əmlakda payçı olmaq imkanı barədə ona məlumat vermişdir. Rusiya Federasiyasında yaşayıb bizneslə məşğul olan bir şəxs kimi iddiaçının doğma vətənində daşınmaz əmlak əldə etmək maraqları və müəyyən maddi imkanları olmuşdur. maraqlı şəxs1 çoxdan və yaxşı tanıdığı və etibar etdiyi üçün təklif onu ciddi maraqlandırmış və müzakirələrə başlamış və iddiaçı maraqlı şəxs1 onun adından danışıqlar aparmağı, əmlak payının qiymətini razılаşdırmadığı və sənədləşdirmə aparılmasını tapşırmış və xahiş etmişdir ki, ona məsələnin həllində kömək göstərsin. Mütəmadi telefon danışıqlarında və iddiaçı hərdənbir Azərbaycana gələndə bir müddət bu məsələni müzakirə etmiş və əmlak payını Səfərəliyevlərin 250 min ABŞ dollarına satmağı təklif etdikləri aydın olmuşdur. Son olaraq belə razılaşılmışdır ki, əmlak payının alınmasına görə qiymət 240 min müəyyən edilsin, dаha dəqiqi həmin məbləğ tam və nağd şəkildə Səfərəliyevlərə verilsin və iddiaçı əlavə olaraq alqısatqının bütün sənədləşmə xərcləri üzərində qalsın. Bu razılaşmadan bir müddət sonra iddiaçı Azərbaycanda saxladığı 40 min ABŞ dollarını maraqlı şəxs1 verərək Səfərəliyevlərə çatdırmağı tapşırmış və Cabir bir neçə gündən sonra ona demişdir ki, 40 min ABŞ dollarını Səfərəliyevlərə çatdıra bilməmiş, tapşırığı yerinə yetirə bilməmişdir. Səfərəliyevlər isə danışılan məbləği tam gözlədiklərini və hissə-hissə verilməsinin onlar üçün uyğun olmadığını bildirmişlər. Bundan sonra iddiaçı xaricdəki bank hesablarındakı vəziyyəti dəqiqləşdirib 200.000 (iki yüz min) ABŞ dollarını cəmləşdirmiş və həmin məbləği 2 hissədə olmaqla maraqlı şəxs1 ona göndərdiyi bank hesabına köçürmüşdür. Bir neçə gün sonra Cabir pulun çatdığını və bankdan çıxarılıb Səfərəliyevlərə təqdim olunduğunu bildirmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən cavabdehlər iddiaçının 3-cü şəxslər vasitəsi ilə aldıqları və iddia tələbində qeyd edilən vəsaiti Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi **/** nömrəli ünvanında yerləşən ümumi sahəsi 730 kv.metr olan qeyri-yaşayış binasının özlərinə məxsus 1/3 hissəsinin iddiaçının adına keçirəcəkləri ilə əlaqədar almışlar. Pul vəsaitini aldıqdan sonra payı iddiaçının adına keçirməmiş, daha əvvəlki razılaşmadan fərqli daha böyük vəsait tələb etmişlər. Bu hərəkətlə əldə edilmiş razılaşmanı cavabdehlər icra etməmiş, payı iddiaçının adına keçirməmiş, razılaşmamüqavilə şərtlərini pozmuşlar. Azərbaycan Respublikası MM-in 424.5 maddəsinə əsasən müqavilə tərəfi şərtləri pozduqda digər tərəf özünün icrası nəticəsində düşdüyü ziyana qarşı tərəfdən tələb edə bilər. İddiaçı ziyan şəklində məhkəmədə yalnız verdiyi pul vəsaitini tələb etmişdir, həmin vəsaitin 2009-cu illə müqayisədə dəfələrlə dəyərdən düşməsini, faizləri, qiymətlərin bir neçə dəfə qalxmasını tələbdə qeyd etməmişdir. Məntiqli sual ortaya çıxır payı vermirsənsə, pulunu niyə qaytarmırsan? Cavabdehlərin payı vermədikləri halda aldıqları pulları qaytarmaması, özlərində saxlaması cığallıqdır. İddiaçının pulu cavabdehlərə təqdim etmək üçün üçüncü şəxslərə göndərməsi, cavabdehlərin üçüncü şəxslərdən pul almaları, pulun hansı məqsədlə təqdim edilməsi, pulun iddiaçının olmasını cavabdehlərin bilməsi, pulun alınması üçün başqa hər hansı digər əsasın, borc münasibətinin olmaması iş üzrə sübuta yetilir və Azərbaycan Respublikası MPM-in 404.2-ci maddəsinə uyğun olaraq tərəflərin razılaşmaya qədərki danışıqlar və yazışmalar, münasibətlərində yaranmış təcrübə, sonrakı hərəkətləri ilə təsdiq edilir. Məhkəmə bütün bunlara əhəmiyyət verməmiş, onları kənara qoymuşdur. İddiaçı sənədləşmənin tez bir zamanda aparılmasını istəmiş və Cabirə ona verdiyi 40 min ABŞ dollarını da onlara verməyi tapşırmış və sənədləşmə xərclərini aparmağı və məbləği ona bildirməyi xahiş etmişdir. Cabir onlarla danışacağını söyləmiş və yenidən telefonla danışanda cavabdehlərin 40 min ABŞ dollarını aldıqdan sonra ikibaşlı hərəkət etdiklərini, müxtəlif bəhanələr uydurduqlarını və əsəbilik yaratdıqların bildirmişdir. Amma o, həm də demişdir ki, onlar halal hərəkət edəcəklərini bildiriblər və bir qədər səbrli olub gözləməyin məsələnin müsbət həllinə tezliklə aparacağını söyləmişdir. Xeyli vaxt keçdikdən sonra Cabirlə danışanda o, bildirmişdir ki, bunlar sənədləşmədən yayınır və deyirlər ki, əmlak bahalaşıb və əlavə 200 min ABŞ dolları istəyirlər. İddiaçı bununla razılaşmamış və Cabirə demişdir ki, ödədiyi pulları qaytarsınlar. Cabir ona demişdir ki, bunlarla normal danışmaq alınmır. Dava-dalaş yaradırlar və ona hədə-qorxu gəlirlər. İddiaçı da sakitlik yaransın deyə gözləməyi və səbrli olmağı üstün tutmuşdur. Aylar, illər ötmüş və Səfərəliyevlərlə Əsədovların münasibətləri daha da kəskinləşmişdir. İddiaçı onlarla üzbəüz görüşüb məsələni araşdırmağa və vəziyyəti öyrənməyə çalışmışdır. Hay-küy və qeyri-normal söhbət yaranmış və iddiaçı başa düşmüşdür ki, Səfərəliyevlər 240 min ABŞ dollarını Əsədovlardan alıblar, ancaq yenə də əlavə pul iddiasındadırlar. Söhbət nəticə vermədiyindən iddiaçı ayrılıb getmiş və Əsədovlara demişdir ki, onda onun pulu necə qaytarılacaq. Əsədovlar isə Səfərəliyevlərin mübahisəni kəskinləşdirdiklərini və onlardan böyük məbləğdə pul tələb etdiklərini bildirmişlər və bir qədər sonra iddiaçıya məlum olmuşdur ki, Səfərəliyevlər Əsədovlara qarşı məhkəmə iddiası qaldırıblar və bunların davası uzun çəkəcəkdir. Ona görə də Səfərəliyevlərlə görüşməyin mənasız olacağını düşünərək, ## ######## 2025-ci ildə onlara yazılı pretenziya ilə müraciət etmişdir ki, ya daşınmaz əmlakda olan payı onun adına keçirsinlər, ya da onlara ödədiyi 240 min ABŞ dollarının üzərinə bank uçot faizi üstəgəl 2% illik faiz hesablamaqla ona qaytarsınlar. Pretenziyanı Səfərəliyevlərin özlərinin göstərdikləri ünvana sifarişli və bildirişli qaydada rəsmi poçtla göndərmiş, lakin onlar qəsdən burada yaşamırlar deyə pretenziyanı qəbul etməmişlər. ##.##.2026-cı il tarixli iclas protokolunda hakimin işdə olmamasına baxmayaraq qeyd edilmişdir ki, saat 09:30-da hakim iclası açdı, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etmir, məhkəmə iclası saat 09:45-də bağlı elan edildi. Axı həmin saatda hakim məhkəmədə olmayıb, iclas keçirilməyib, iclas bağlanmayıb və əksinə iddiaçı və üçüncü şəxslər məhkəmədə olublar. Göründüyü kimi protokolda real faktlar təhrif edilib. Məhkəmə iclas protokolunun heç birində cavabdehin izahatı, əl yazısı və səs yazısının müayinəsi, dinlənilməsinə dair bir cümlə də yazılmayıb. Halbuki məhkəmə iclaslarında cavabdeh səs və əl yazılarının ona məxsus olmasını, bu səbəbdən ekspertiza keçirilməsinə etiraz etdiyi bildirmiş, dəfələrlə izahat vermişdir ki, o, iddiaçı tərəfindən göndərilən 240 min ABŞ dolları vəsaitini üçüncü şəxslərdən almışdır. Məhkəmə iclaslarının 1-2 saat davam etməsinə baxmayaraq, protokolda iclasda deyilənlər haqda bir cümlə də olsun yazılmayıb. Yalnız ##.##.2026-cı il tarixli iclas protokolunda iddia ərizəsi köçürülüb, cavabdehin izahatı isə yenə də əks etdirilməyib, gizlədilib. Məhkəmə iclaslarının 1-2 saat davam etməsinə baxmayaraq protokollarda iclasın 15 dəqiqə davam etdiyi qeyd edilib. Təkcə ##.##.2025-ci il tarixdə keçirilən ilk iclas 34:30 dəqiqə davam edib. Qalan protokoların audio və videoyazısı ilə məhkəmədəki texniki problemlərlə əlaqədar tanış olmaq mümkün olmamışdır. Həmin iclasın özündə (dəq: 20:00) cavabdehin pul almağını dəqiqələrlə etiraf edir. Bunların heç biri protokolda yoxdur. Saatla iclasda müzakirə aparıb, izahat verib sonra onlar gizlədəcəkdilərsə mənası nə idi, niyə zaman itirilirdi? Bəs iclas katibi, Azərbaycan Respublikası MPM-in 271-ci maddəsinin tələbi nədən ötrüdür? Axı qanundan çıxarılmayıb bu maddə. Daha sonra işin məhkəmə baxışına hazırlıq iclası ##.##.2026-cı il tarixə, saat 09:30 təyin edilsədə həmin günü, eyni saatda iddiaçının vəkili Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində olmuş, zal bağlı olmuş, məhkəmə katibi ilə telefon əlaqəsi saxladıqda o, bildirilmişdir ki, hakim Rəşad Qoşqarlı Bakı şəhəri üzrə bütün məhkəmə hakimlərinin Bakı Apellyasiya Məhkəməsində 2025-ci ilin yekunlarına dair keçirilən iclasda iştirak edir və məhkəmə iclası olmayacaqdır, növbəti iclasla bağlı əlavə məlumat veriləcəkdir. Həqiqətən də həmin günü Bakı şəhəri üzrə olan bütün məhkəmə məhkəmələrdə məhkəmə iclasları, hətta Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclaslar təxirə salınmış, tədbirlə əlaqədar iclaslar baş tutmamışdır, bu hal hamıya bəllidir. ##.##.2026cı il tarixdə axşam saatlarına “e-mehkeme portalı”na məlumat yerləşdirildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı işin məhkəmə baxışı ##.##.2026-cı il il tarixə, saat 12:15-ə təyin edilmişdir, bir qədər sonra isə bununla bağlı qərardad portala yerləşdirilmişdir. Daha sonra e-*(***)-****/**** saylı işin əlaqəli iclasla bölməsində guya ##.##.2026-cı il tarixdə, saat 09:30-a təyin edilmiş iclasın keçirilmiş kimi qeyd edildiyi görünmüşdür. Halbuki hakimin məhkəmədə olmaması ilə əlaqədar iclas baş tutmamışdır. Təəccüblüdür, məhkəmənin tələsməsi, reallığı təhrif etməsi anlaşılan deyildir. Hesab edir ki, Azərbaycan Respublikası MPM-in 167-ci maddəsinin tələblərinə əməl edilməyib, ona görə ki, iddiaçı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilməyib, iddiaçıya təqdim olunmuş yazılı sənədləri tamamlamaq, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif verilməyib, tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif verilməyib, tərəflərin barışması üçün tədbirlər görülməyib, tərəflərin vəsatətlərinin olub-olmaması müzakirə edilməyib. İddiaçı ilə işin məhkəmə baxışına təyin ediıməsi məsələsi müzakirə edilmədən bu haqda qərardad qəbul edilə bilməzdi. İş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdeh dəfələrlə bildirmişdir ki, iddiaçı tərəfindən göndərilən 240 ABŞ vəsaiti alıb. Cavabdehin vəkillərinin iştirakı ilə verdiyi bu izahat ən mötəbər sübutdur. Buna baxmayaraq məhkəmə qətnamədə qeyd edir ki, pulun bankla cavabdehlərə köçürülməsi barədə mülki işə hər hansı sənəd əlavə edilməyib. Anlamaq olmur səmimi etiraf, izahatdan böyük hansı sübut ola bilər? Məgər pul verilməsi yalnız bank köçürməsi ilə həyata keçirilə bilir? Əlbəəl pul vermək mümkün deyil? Bununla yanaşı məhkəmə iclasında cavabdehin əl yazısının ətraflı tədqiq etmək üçün ekspertiza keçirilməsi ilə bağlı verilmiş vəsatətə cavabdeh etiraz etmişdir ki, əlyazma özü tərəfdən yazılıb, icra edilmiş əlavə tədqiqat aparmağa ehtiyac yoxdur. Eyni zamanda bildirmişdir ki, iddiada qeyd edilən və payın satılması üçün pul vəsaitinin alınması ilə bağlı yazıdakı səslər ona məxsusdur, fonoskopik ekspertizaya ehtiyac qalmır. Bu boyda etiraflar olduğu halda necə qətnamədə yazmaq olar ki, vəsait verilməyib? Cavabdehin izahat və etirafları ən vacib sübut kimi əl yazısı və səs yazısında qeyd edildiyi üçün onları inkar edilməsi mümkünsüz olmuşdur. Əl və səs yazıları kimi maddi sübuta necə sübut yoxdur demək olar? Məhkəmə işdə olan və Rusiya Federasiyasından iddiaçı tərəfindən üçüncü şəxsə pul vəsaiti göndərilməsini təsdiq edən bank sənədlərinə də əhəmiyyət verməmişdir. Bu köçürmədən sonra pul üçüncü şəxs tərəfindən cavabdehə təqdim edilib. Qeyd edilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026 tarixli, e-*(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlu apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, Rusiya vətəndaşıdır. Cabir müəllimlə 1981ci ildən dostluq edirlər. Hal-hazırda o, biznesmen kimi Rusiyada işləyir. O, Səadəti 2000-ci illərin əvvəllərindən tanıyır. Onlar Cabirlə başqa bir nəşriyyatda işləyirdilər. Sonra onlar sözügedən binanı alanda Cabir ondan avadanlıqların alınmasında kömək etməsini xahiş etmiş, avadanlıqların pulunu o, müəssisə təsis edilən ərəfədə 800.000 Avro olaraq firmaya göndərmişdir. Həmin müəssisəyə o, cəmi 1.400.000 ABŞ dolları pul qoymuşdur. O, Səadətlə onların iş yerində çox görüşmüşdür. 2008–2009-cu illərdə Cabir ona Səadətin oranı satmaq istəməsini, Səadətin payını almaq üçün pul istəmişdir. O, problemin olmadığını nə qədər pul verməli olmasını soruşmuş, Cabir 240.000 ABŞ dolları pul ver, özüm həll edəcəyəm demişdir. Bundan sonra o, Cabirə 200.000 ABŞ dolları pul göndərmiş, 40.000 ABŞ dollarını da oralardan tapıb verməsini demişdir. Müəssisənin adını deyə bilmər, çünki üstündən 20 il vaxt keçmiş, adını xatırlamır, amma onların müəssisəsinə özünə məxsus pulu göndərmişdir. 240.000 ABŞ dolları pul göndərmiş, indiyə kimi də bu məsələ həll edilməmişdir. Bu günə kimi məhkəməyə Cabirlə dost olmasına görə müraciət etməmiş, qırx ildən çox dost olduqlarından Cabirin sözünə inanmışdır. Cabir ona Səadətin onunla görüşmək istəməsini demiş, o, hüquqi baxımdam heç kim olduğundan görüşmək istəməsə də, görüçə gəlmişdir. Cabir onun dostudur. O, Cabirə etibar etmişdir. Addan ada keçirmə məsələsini müzakirə edəndə Cabir ona Səadətin onunla görüşmək istəməsini demişdir. 2024-cü ilədə onlar Səadət və onun yoldaşı görüşmüşlər. O, biznesmen olduqlarından çalışıb dil tapmalarını, məhkəməyə getməmələrini demişdir. Səadət isə oranı bağlatdıracağını demişdir. O, çalışıb ümumi razılığa gəlmələrini, 20-30 nəfər ailənin müəssisədən dolanmasını, müəssisənin işləməsini desə də, Səadət isə müəssisəsni bağlatdıracağını deyirdi. Bundan sonra o, maklerlərini dəvət etmələrini, qiymət qoyulmasını, müsəssisənin kim gəlib alacağını demişdir. Çünki heç bir insan 30-33%-ə sahib olmaq istəməz, belə ki, idarəetmə başqasında olacaqdır. Bu məsələ beləcə də qaldı. O, onun puluna alınan payının qaytarılmasını, ya da onun pulunun qaytarılmasını tələb etmişdir. Bu gün tələb etdiyi 240.000 ABŞ dollar pulu o, Cabirə vermişdir. Ancaq bu pulu Cabirdən yox, Səadətdən ona görə tələb edirəm ki, Cabir deyir ki, Səadət də bilir ki, o pulu Səadət özü alıbdır. Səs yazısından da, əlyazmadan da aydın olur ki, o, pulu Səadətə vermişdir. Səs yazısında o, pulu Cabirə borc verdiyini ona görə deymişdir ki, o, hüquqi baxımdan orada heç kəsdir. Ona deyilir ki, sən buranın yiyəsisən. Ona görə də o, heç kəs olduğunu deyir. Onların Səadətgilin pulu alıb oradan çıxacaqları barədə danışıqları olsa da, Səadətgil oradan çıxmamışlar. Ona görə də o, səs yazısında pulu Cabirə borc olaraq verdiyini demişdir. Səadətin bu pulu ikidə bir ilə üçdə birin fərqi olaraq qəbul etməsi ilə bağlı dediklərilə o, razı deyil. 2006-cı ildə müəssisənin alındığını eşitmiş, Cabirin müəssisənin alınması üçün qoyduğu pulun isə onun puluna aidiyyəti olubolmadığını bilmir. Fakt o, Cabirə 1.000.400 pul göndərmişdir. Bu pulun hara qoyulduğunu isə bilmir. Verdiyi pulun müəssisə ilə bağlı nəyə sərf olunduğunu Cabirdən soruşmamış, bu günə qədər həmin pul geri qaytarılmamışdır. Səadət xanıma 240.000 ABŞ dolları pul göndərməsinin səbəbi Səadətin özünə məxsus olan 33 faizlik hissəni ona satması idi. 33 faizin 240.000 ABŞ dolları təşkil etməsini ona Cabir demişdir. 2006-cı ildə alınmış qeyri-yaşayış sahəsinin 2009-cu ildə də yenə 240.000 ABŞ dolları olmasının ona aidiyyəti yoxdur, ora 1 manata da satıla bilər. Onların müəssisəsinə o, milyondan çox dollar pul göndərmişdir. Pulu Cabir müəllimə göndərmişdir. Onlar Cabirlə dost olmuş, ondan müəssisə qurduğundan kömək etməyi xahiş etmiş, o, da kömək etmişdir. Pulu 2006-cı ildən 2015-ci ilə qədər Cabirə göndərmişdir. Səadət xanım orada mühasib olduğundan o, ondan soruşmalı deyildi. Yola getmədiklərindən payını satmaq istəməsini Səadət xanım ona 2008-ci, 2009-cu illərdə özü deyib. O, payını almaq üçün Səadətə Cabir vasitəsi ilə pul göndərməsini deməmişdir. 2009-cu ildə Səadət xanım özü şəxsən demişdi ki, o, çıxır və payını satır. Qiymətlə bağlı o, Səadətlə danışmamış, qiyməti ancaq ona Cabir müəllim demişdir. Cabir ona 240.000 ver özüm həll edəcəm demişdir. Sonra inflyasiya oldu, müəssisə i ləmədi, ba qarı dı. 2022-2023-cü illərdə ona aydın oldu ki, Səadət xanım payını satmır. O, Səadət xanıma pul göndərdiyi halda payını ona satmaması barəsində əlaqə saxlayıb soruşmamışdır. Çünki Cabir müəllim onun dostudur. İndiyə qədər o, bir dəfə də olsun ondan pulunu geri tələb etməmişdir. O, bu günə kimi ora 1.000.400 ABŞ dolları pul vermiş, bu günə qədər də verdiyi pulun nəyə xərcləndiyini soruşmamışdır. Alqı-satqı olsaydı da, onun adına edilməli deyildi. O, Səadət xanımın üçdə bir hissədəki payını alsaydı bu da Cabir müəllimin adına olacaqdı. Alqı-satqının nə vaxt olacağını onlar müəyyən etməli idilər. O, pulu 2009–2010cu illərdə vermişdir. Cabir müəllimin yaratdığı şirkətin təsisçisi özü və oğlu idi, sadəcə olaraq sərmayəni o, qoymuşdur. 2024-2025-ci illər idi. Cabir ona Səadət xanımın onunla görüşmək istəməsini demiş, Səadət ilə bir-iki dəfə görüşmüş, Səadət ona ona buranın pulunu sən vermisən deyib onunla danışmaq istədiyini deyirdi. O, hazırda bu iddianı ona görə irəli sürür ki, Cabir ona pulu Səadət xanıma verdiyini bildirmişdir. O, Səadət xanımdan pulunu tələb edirə. Dediyi kimi dostuna etibar etmiş, o da ona hər dəfə deyirdi ki, hər şey yaxşı olacaq. Müəssisə təzə açılan vaxtlarda Səadət xanım olub, onun müəssisəyə gəlib-getdiyini görmüşdür. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun nümayəndəsi (vəkili) vəkil5 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, səs yazısında onlar Misir müəllimlə bu günə qədər nə yol qət etmələri barədə danışmışlar. Misir müəllim heç obyektin neçəyə alınmasını belə bilmirdi. Sonra ona 86.000 pul verməsini demiş, o, da həmin pulun icarə haqqından çıxmasını demişdir. Misir müəllim başa düşmüşdür ki, Cabir ona yalan deyib. Diskdəki səs yazıları ona, Misirə, Cabir və Orxana aiddir. Onları 2024-cü ilin may ayında Misir müəllim ilə danışmağa çağırmışlar. Səs yazısının qeydə alındığından onların xəbəri olmamışdır. Görüşlərinin məqsədi binanın qiymətini çıxarmaq, müəyyən etmək idi. Binada səhv etmirsə, poliqrafiya işləri ilə məşğul olurlar. Müəssisə indi də işləməlidir. Binanın qiymətini müzakirə etmiş, iddiaçı tərəf iki ekspertə, onlar isə bir ekspertə müraciət etmişlər. İddiaçının çıxartdığı iki qiymət var idi. 1.000.200, 1.000.090 qiymət çıxartmışdılar. Onlar isə çıxardığı qiymət isə 1.490.000 idi. Bu pul onlara ödənilməli idi. Onlar öz haqlarının üzərindən danışırdılar. Belə ki, binanın yarı qiymətini onlar qoymuşduq, yarı qiymətini isə dostu Cabirin dediyinə görə Misir müəllim qoymuşdur. Qiyməti müəyyən etməklə onlara nə qədər borcları olduğunu, nə qədər ödəniş etməli olduqlarını müəyyən edəcəkdilər. Mart ayında Misir müəllim qiyməti müəyyən etməli olduqlarını demişdir. Cabir qiymətləndiriciyə müraciət ediləcəyini demişdi. Ona görə də onlar özlərinin seçdiyi ekspertə, iddiaçı tərəf də iki ekspertə müraciət etmişdir. 2008-ci ildə 600.000 kredit götürülmüşdü, o vaxt bankın müəyyən etdiyi likvid qiymət 1.000.250 idi. Bu qiyməti nə onlar, nə də qarşı tərəf müəyyən etmişdir. Bankın çıxardığı qiymət idi. 15 il keçdikdən sonra qiymətin 1.000.090 enməsi məntiqli deyil. Qiyməti çıxarmaqda niyyətləri 1\3 hissə ilə 1\2 hissə arasında olan fərqin onlara ödənilməsi idi. Misir müəllim binanın qiymətini heç bilmirdi. Misir nə edəcəklərini soruşduğundan onlar Misirə imkanının olmamasını deməsini, bu işə sərmayə qoymasına peşman olmasını öz pulunu istədiyini dediyini bildirib, qarşılıqda onların da öz pullarını istədiklərini bildirmişlər. Bundan sonra oranı sataq, pullarını götürmələrini təklif etmişlər. Cabir sata bilirlərsə qoy satsınlar demişdir. X3 heç kim olmasını, oranın pulunu onlar qoymasını demişlər. Sənəddə əmlakın üçdə bir hissəsi onların, üçdə iki hissəsi isə Cabirin oğlu Orxanın olması qeyd olunmuş, lakin qeyriyaşayış sahəsi 440.000 ABŞ dollarına alınmış, bu pulunun yarısını, yəni 220.000 ABŞ dollarını onlar, 220.000 dollarını isə Misir qoymuşdur. 2009-cu ildə Misir müəllim gəlib onlardan niyə ayrılmaq istədiklərini soruşmuş, onlar birlikdə işləməyin mümkün olmadığını demişlər. Təklif etdi ki, qiyməti çıxarılsın, onlar da razılaşmışlar. 2009-cu ildə onlara 200.000 ABŞ dolları verilmiş, həmin pul öz ehtiyaclarına, borclarının ödənilməsinə sərf olunmuşdur. Onlara verilən pul qarşı tərəfin onlara olan borcun ödənilməsi idi. Belə ki, qeyri-yaşayış sahəsi alınarkən onlar pulun yarısını versələr də, sənəddə onların payı 1\3 hissədə olması göstərilmişdir. Bu pulu onlara verməklə onlara olan borclarını qaytarmışlar. Yəni 1\2 hissə ilə 1\3 hissənin qiyməti arasında olan fərqi qaytarmışlar. Onlar Misir müəllimə qiymət deməmişlər. Misir müəllim demişdir ki, makler gəlsin, baxsın və qiymət çıxarsın. Onlar da maklerləri gətirsələr də, Cabir lazım olmadığını, fərqi ödəyəcəklərini demişdir. Onlar binanın yarı qiymətinin pulunu versələr də, onların adına ikidə bir yox, üçdə bir hissə sənədləşdirilmişdir. Ona görə də qarşı tərəf həmin o fərqi, yəni üçdə bir ilə ikidə birin fərqini onlara 200.000 ABŞ dollar olaraq ödəmişlər. Baxmayaraq ki, həmin obyektin likvid qiyməti 1.290.000 ABŞ dolları idi. Təsisçi kimi nizamnamədə onların da adı olmalı olduğu halda yazılmamış, nizamnaməni dəyişəcəklərini desələr də, nizamnamədə dəyişiklik aparılmamışdır. 200.000 ABŞ dollarını onlara Cabir vermişdir. Əslində fərq çox olmalı idi. Ümumi məbləğ 1.250.000 ABŞ dolları olduğundan qarşı tərəf 200.000 ABŞ dollarından əlavə onlara 344.000 ABŞ dolları da verməli idi. Danışıqlarda o, qarşı tərəfdən fərqin ödənilməsini tələb edirdi. Səs yazısında aparılan danışıqlarda obyekt satılmalı idi həmin pulun üçdə bir hissəsi onlara veriləcəkdi. Qalan məbləğ isə Misir müəllim artıq öz pulunu götürəcəkdi, yoxsa Cabir müəlliməmi bağışlayacaqdı, artıq bu onların şəxsi işləridir. Müəssisə satılsın, onlar öz pullarını alsınlar. Onlar ilk dəfə Misiri 2009-cu ildə görmüşlər. Misir müəllimi Cabir dəvət edib onlara təqdim etmiş, Cabir onun qoyduğu vəsaitin Misirə aid olmasını dediyindən onlar məsələni Mirsirlə müzakirə etmişlər. Səs yazılarında o, etdiyi ödənişlər barəsində danışmış, iki dəfə 20.000-20.000 ABŞ dollar olmaqla 40.000 ABŞ dolları pul ödədiyini bildirmiş, obyektə görə 240.000 ABŞ dolları ödəməsini demişdir. O, müəssisənin ehtiyacları üçün 40.000 ABŞ dolları pul qoymuşdur. Avadanlıqların alınmasına isə pul qoymamışdır. Çap maşınları ventilyatorun öhdəsinə qalmışdı, o da onları soyutmurdu. Ümumilikdə müsəssisəyə onların 260.000 ABŞ dolları pulları çıxmışdır. 220.000 ABŞ dolları binanın alınmasına pul qoymuş, 5.000 ABŞ dolları makler və digər xərclər üçün, 35.000 ABŞ dolları isə kondisionerin, mebel və digər tamamlanmamış işlərə sərf olunmuşdur. Cabir müəllimin dediyinə görə binanın təmirinə vəsaiti Misir müəllim qoymuşdur. Misir müəllimin nə qədər vəsait xərclədiyini isə onlar bilmir, çünki bunu Cabir Misirdən xahiş edib. Dostunun imkanlarının harada məhdudlaşa biləcəyini onlar bilmirlər. Birinci instansiya məhkəməsində o, qaldırdığı iddiada qeyri-yaşayış sahəsində payların bölünməsi ilə bağlı tələbi yanaşı, eyni zamanda onlara düşən hissədən Cabir müəllimin istifadə etdiyi 15 illik müddət ərzində toplanmış icarə haqqının məbləğini də tələb edir. Ekspert obyektin bu müddət ərzində icarəsinin qiymətini, əldən çıxmış faydanı da müəyyən etmişdir. 200.000 ABŞ dollarını o, 1\2 ilə 1\3 fərqi olaraq qəbul etmişdir. Əgər 2008-ci ildəki 1.000.250 qiymətləndirmə ilə hesablanma aparılsa 280.000-290.000 civarında məbləğ təşkil edir. Makler çağırıb qiymət çıxarılmış, Cabir müəllim özü demişdir ki, gətirmə, daha lazım deyil. Təqdim ounan qəbz onun tərəfindən yazılmış, nağd 270.000 verilib, nə qədər də köçürmə ilə verilib, onları qeyd etmişdir. 262.500 müqavilə üzrə olandır. Obyekt 440.000 ABŞ dollarına alınmayıb? Onun 1\2 220.000 ABŞ dolları təşkil edir. O, Cabir müəllimlə daha əvvəllər təhsil nəşriyyatında işləmiş, təhsil nəşriyyatında işləyərkən Misir müəllimin sadəcə adını eşitmiş, onu Cabirin dostu kimi 2009-dan tanımış, özünü isə görməmiş, təhsil nəşriyyatına Misir müəllimin heç bir aidiyyatı yoxdur. O, Misiri 2024-cü ilədək görmədiyini deməmişdir. Cabir onlara səbrli olmalarını, borcu olmasını deyirdi. O, ümumiyyətlə bu Cabirlə ünsiyyətə girmək, hətta üz-üzə gəlmək də istəmirdim. Çünki Cabir əvvəllər deyirdi ki, Mahir bu müəssisənin 50% işini görür. İndi isə Mahir ücün söyü söyür deyir. Bu adamla hansı adam bir yerdə işləyə bilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil4 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs maraqlı şəxs1 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, Misiri 45 ildir tanıyır, onlar həm qohum, həm də dostdurlar. Vəkillərin cavabdehlərin Misirlə heç bir əlaqəsinin olmaması barədə dedikləri yanlış fikirdir. 2004-cü ildə Səadət xanım köhnə nəşriyyatda işləyəndə maşın almaq üçün 810.000 Avro Almaniyaya pul köçürmüşlər. Misir müəllimin hesabına köhnə nəşriyyata maşınlar almışlar. Səadət xanım onun pullu dostu olmasını bildiyindən köməkləşib mətbəə yaratmalarını ona demişdir. Beləcə 2006-cı ildə onlar yer götürüb nəşriyatı yaratmışlar. Sonradan Səadət xanım onu da şərik götürməyi xahiş etmişdir. O, Səadətlə ailəvi dost olmuş, gediş-gəlişləri olmuşdur. Buna görə o, humanistlik edib Mahiri ora şərik etmişdir. 2006-cı ildə obyekti alınmış, Mahiri o, şirkətə menecer vəzifəsinə götürmüşdür. Müəssisə 2007-ci ildə fəaliyyətə başlamışdır. Müəssisənin yerləşdiyi qeyri-yaşayış sahəsinin 1/3 hissəsi Mahirin payına, 2/3 hissəsi isə onun oğlu Orxanın payına düşmüşdür. Payaların pulu onun tərəfindən verilmişdir. Qeyri-yaşayış sahəsinin dəyəri 440.000 ABŞ dollarına danışılmışdır. Müqavilədə qiymət 262.000 manat hissəsi əmlakın alqı-satqısına ödənilmişdir. O, Misir müəllimə kömək üçün müraciət etmiş, o da nə kömək lazımdırsa edərəm, sən müəssisəni yarat demişdir. Misir nəşriyyat avadanlıqlarının alınmasında köməklik etmiş, bütün avadanlıqların pulunu o, vermişdir. 2006-cı ildə obyektin alınması üçün verilmiş pul onun özünə məxsus olmuşdur. Sonradan cavabdehlər ona şərik olmuşlar. 440.000 ABŞ dolları əmlaka pul verilmiş, 262.000 manat alqı-satqıya verilib. Səadət öz qeyd kağızında yerdə qalan pulun hara xərclənməsini göstərmişdir. O, Səadətə inandığı üçün bütün maliyyə işlərini ona tapşırmışdır. Onun şirkətdə işi sifarişləri götürmək, işi təşkil etmək idi. O, 2009-cu ildə Misir müəllimi Bakıya dəvət edərək mübahisələrinin yaranmasını bildirib, onun da iştirak etməsini xahiş etmişdir. Cavabdehlər Misir müəllimi çox gözəl tanıyırlar, Misir müəllim gəlib cavabdehlər qarşısında obyektin satılması barədə şərt qoymuşdur. Maklerin qoyduğu qiymətlə o, razılaşmamışdır. Bundan sonra o, nə qədər pul istəyirlərsə onu verməyi onlara təklif etmiş, Misir müəllim ona 200.000 pul göndərəcəyini, 40.000 də onda olan pulu cəmi 240.000 pulu ona vermiş, o, da Mahirlə Səadəti çağırıb öz otağında onlara vermişdir. O, bir kağıza imza atmağı təklif etsə də, onlar aramızda kişi söhbəti olmasını, onlar şərik olanda 1/3 hissə ilə bağlı nəisə yazmışdıqmı demişlər. 2009-cu ildə o, Mahirsiz işi davam etdirməyi çox təkid etsə də, Səadət xanım 2024-cü ilə qədər xahiş etdi ki, Mahirin əmək kitabçasını korlama, işdə qalsın. İşə gəlmədiyi halda o, hər ay 400 manat Mahirə əmək haqqı vermişdir. Cavabdehlər razılığa gəlmədilər, çox pul istədilər, onun da pulu olmadığına görə o pulu verə bilməmişdir. Səadət xanım onun işdə işçisi kimi qalmış, 2024-cü ilə qədər ona əmək haqqı vermişdir. Onlar 240.000 pulu 200.000 pulun qarşılığında vermişlər. Yerdə qalanın da halallaşaq demişdir. 40.000-50.000 nə istəyirsənsə verirəm, Misirə həmin 1/3 hissədə payı verin demişdir. Cavabdehlə dedi ki, xeyr, bu pul onun qiyməti deyildir. Cavabdehlər dəfələrlə onların səsini yazdıqlarından o, da onların səsini yazmağı təklif etmişdir ki, 240.000 pulu etiraf etsinlər, onlar da etiraf etmişlər. Misir müəllim soruşdu ki, 240.000 pulu almısanmı? Dedi ki, bəli, almışam. Onun təklifi belə olub ki, gedək alqı-satqı edək, 40.000-50.000 pulu mən sizə verim. Mahir bununla razılaşmamış, çox pul istəmişdir. Birinci dəfə Elxan müəllimlə görüşəndə ondan 500.000 pul, ikinci dəfə görüşəndə 750.000 pul istəmişdir. Düşünmüşdür ki, üçüncü dəfə 1.000.000 pul istəyəcək. 200.000 pulu Misir müəllim ona bank vasitəsilə göndərmiş, 40.000 pulu da o, özü hazırlamışdır. O, cavabdehlərə vermək üçün fikrində 250.000 pul tutmuşdur. Obyektin alqı-satqısı ilə bağlı danışıqları o, aparmış, qiyməti razılaşmışdır. Səadət xanım ona şərik olmağı təklif etmiş, o, da şəriksinizsə gəlin alqı-satqıda iştirak edin demişdir. O, gizli heç bir şey etməmiş, Mahir, onun oğlu bir yerdə gedib satıcı ilə görüşmüşlər. Maliyyə hesabatını Səadətə həvalə etdiyindən hesabat onun tərəfindən aparılmışdır. Misir müəllim 200.000 ABŞ dollarından əlavə başqa məqsədlər üçün ona pul göndərmişdir. Pul göndərərkən təyinatı qeyd olunmurdu. O, müəssisənin inkişafı, avadanlıq almaq üçün 600.000 manat sahibkarlıq fondundan kredit götürmüş, krediti də özü bağlamış, Mahir kredit üzrə ödəniş etməmişdir. Birgə fəaliyyətlərini davam etdirməyə ümidləri olduğundan o, 2009-cu ildə Saədətə 240.000 verdikdən sonra əmlakdakı payını ona vermədiyi 15-16 ildə məhkəməyə müraciət etməmişdir. Cavabdehlər də, o da, qiymətləndiriçi dəvət edib əmlakı qiymətləndirmişlər. Əmlakın qiyməti qalxmamış, bu gün də əmlakın qiyməti 1.000.200 civarındadır. O, sonradan Misir müəllimin göndərdiyi pul hesabına obyektdə tikinti işləri aparmışdır. 600.000 pula avadanlıq almış, avadanlıqların pulu 3.000.000 Avro təşkil etmişdir. Misir həm əmlakın, həm də avadanlığın alınması üçün ona pul göndərmişdir. Misir ona 200.000 ABŞ dollarını ona Səadət xanımı razı salmaq üçün göndərmişdir. Lakin o, Səadəti razı sala bilməmiş, verdiyi pulu aralarında müqavilə olduğu üçün 15-16 il ona görə tələb etməmişdir. Cavabdehlər öz paylarını ona əvəzsiz verməli idilər. Pul Misir müəllimin olsa da ona göndərilmişdir. Pulun göndərilməsinin səəbəbi müəssisənin inkişaf etdirmək idi. 250.000 pulun qaytarılması barədə onun tərəfindən iddia qaldırmamışdır. Pul Misir müəllimin olduğu üçün iddianı Misir qaldırmışdır. O, Səadət xanıma qarşı iddia qaldırmamışdır. Çünki əmlakını satan Səadət idi. O, niyə görə iddia qaldırmalıdır. Onlar ümidli idilər ki, birgə fəaliyyətlərini davam etdirəcəklər. Səadət şirkətdə ştatda işçi olmuş, Mahir işdən çıxmışdır. Misir müəllimin göndərdiyi 1.000.400 pulla avadanlıq alınmışdır. Müəssisənin 1 nəfər təsisçisi, 20 nəfər işçisi var. Təsisçi onun oğlu Orxandır. O, müəssisədə icraçı direktor olaraq fəaliyyət göstərir. Səadət xanımla aralarında onun da təsisçilərdən biri olması barədə danışıqlar heç vaxt olmamış, Səadət xanımla aramızda verilmiş 200.000 pulun 1/2 hissə ilə 1/3 hissənin fərqi olaraq qəbul edilməsi barədə heç vaxt danışıq olmamışdır. Müəssisə 440.000 ABŞ dollarına alınmışdır. Müqavilədə isə 262.000 manat göstərilmişdir. Müqavilədə əmlakın qiyməti düzgün göstərilməmişdir. Səsdət xanım yazdığı kağızda qalan pulun nəyə xərclənməsini göstərmişdir. Faktiki olaraq müəssisə 440.000 ABŞ dollarına alınmışdır, o vaxtlar dollar daha ucuz idi. Müqavilədəki 262.000 isə manatla idi. Obyekti satan adama 460.000 ABŞ dolları pul vermişlər. Bu pulun içərisində nağd qaydada satıcıya verilən pul da var idi, maklerin pulu da var idi. Həmin ödənişlərin hamısının siyahısını Səadət xanım özü aparırdı. Səadət xanımın verdiyi sənədə görə 270.000 ABŞ dolları pul ödənilmi dir. Səadət xanımın yazdığı kağızdakı xərclənən pullar müqaviləki məbləğ ilə birlikdə ümumi olaraq xərclənən vəsait idi. 440.000 ABŞ dollarının 220.000 ABŞ dollarını Səadət xanım, 220.000 ABŞ dollarını isə o, qoymuşdur. Həmin 220.000 ABŞ dolları onun öz pulu idi, Misir müəllimin bu pula heç bir aidiyyatı yoxdur. Hər birinin yarıyarı pul qoymasına baxmayaraq, əmlakın bölgüsündə paylar 1/3 və 2/3 hissələr şəklində idi. Bunun da səbəbi o idi ki, o, müəssisəni təsis edəndə Səadət xanım orada yox idi. Səadət xanım köhnə nəşriyyatda onunla birlikdə 1993-cü ildən 2007-ci ilə qədər işləmişdir. O, isə müəssisəni 2006-cı ildə yaratmışdır. Səadət xanım hardansa bunu eşitmişdir. Səadət xanım ona niyə ona demədiyini soruşmuşdur. Onlar Səadət xanımla 15 ildir ki, ailəvi dostdurlar. O, Səadətə şərik olmaq istəməsini bilmədiyini, artıq gec olmasını, sənədləri təqdim etməsini, gələcəkdə nizamnaməni dəyişəcəyi halda onu da şərik edəcəyini demişdir. Sonradan onların, xüsusi ilə də Mahirin özünü yaxşı aparmadığını görmüşdür. Mahir iddia edirdi ki, o, hər kəsə Mahirin də bu binanın təsisçisi olmasını desin. O, isə Mahirə bunun nə aidiyyatı olmasını demişdir. Səadət xanım baş mühasib kimi işə qəbul edilib işləyirdi, əmək haqqı alırdı, işçilərin əmək haqqını da o tənzimləyirdi. O, Səadətə demişdir ki, o, digər sahə ilə maraqlanır, bu sahə isə tamamı ilə ona aiddir. Misir müəllim isə nəşriyyat avadanlıqlarının alınması üçün 1.000.400 pul göndərmişdir. Onun bir cəhətdən düz edib Səadət xanımı yarı paya şərik etməmişdir. Amma səhvi də orada olub ki, onlara inanıb 1/3 hissəyə şərik etmişdir. Qəbul edirəm ki, 1/3 hissə onlarındır, amma aralarında 1/2 hissənin onlara verilməsi ilə bağlı heç nə yoxdur. 2009-cu ildə Misir müəllimi o, özü dəvət etmişdir, çünki Səadətgil küsüb gedirdilər. O, demişdir ki, gəlib danışıb, barışıq etsinlər. Misir müəllim də gəlmiş, onlar makler gətirdilər. Makler gəlib həyətə baxmış, hansı qiyməti deməsini o, bilmir. Ümumiyyətlə torpaq onların mülkiyyətində deyil, amma makler də gəlib torpağı görüb, binanı görüb deyir ki, qiyməti müəyyən edib. Səadət xanım dedi ki, o, öz 1/3 hissədə payını satıb gedir. O, da ona görə Misir müəllimi dəvət etmiş, Səadət xanımın payını 250.000-ə satdığını demiş, Misir də ona 240.000 pul vermişdir. Birinci dəfə müəssisəni alanda 2006-cı ildə alqı-satqı notariusda təsdiq edilmişdir. 2009-cu ildən 2024-cü ilə qədər Misir müəllim verdiyi 240.000 ABŞ dollarını tələb etməmişdir. Çünki ona inanmış, bilirdi ki, o pulu Səadət xanıma vermişdir. 2009-cı ildə Misir müəllim gəlib-gedirdi. Onlar Səadət xanımla bir yerdə Misir müəllimlə görüşürdülər. O, 1/3 hissənin nə vaxt onun adına keçiriləcəyini Səadət xanımdan soruşmamışdır. Çünki onun ayrılmaq fikri yox idi. O, onların bir yerdə işləməkdə davam edəcəklərini fikirləşmişdir. Sonra cavabdehlərin söyüş və hədə-qorxuya keçmələrini görmüş, Misir müəllimə pul verməsini, onu gələcəkdə ora şərik edəcəyini demişdir. Qiymətləndiricini əvvəlcə cavabdehlər çağırmışlar. Misir müəllimlə aralarında olan danışıqda öz payını satdığını deyəndə Misir müəllim də dedi ki, qiymətləndiricini çağırın. Müəyyən edilsin ki, qiyməti nə qədərdir. Səs yazısında o, da iştirak etmişdir. Danışanlardan biri də odur. Səsi onun oğlu Orxan yazmışdır. Həmin danışıqlarda Səadət xanıma 2009-cu ildə üçdə bir hissədə payının pulunun verilməsi, buna baxmayaraq həmin hissənin onun adına keçirilməməsi barədə onun ya da Misir müəllim tərəfindən hər hansısa bir söz deyilməyib, ona görə ki, 2024-cü ilə qədər, yəni həmin səs yazısına qədər o, Mahirlə üç-dörd dəfə görüşmüş, hansı ki, həmin görüşlərə Səadət xanım gəlməmişdir. O, demişdir ki, halallıq üçün həmin o 1/3 hissə ilə 1/2 hissənin fərqi nədirsə, yəni 30.000-40.000 pulu o, Mahirə verib danışıb razılaşaraq ayrılsınlar. Onlar səsin yazıldığı gün yığışmışlar ki, aralarında danışıb razılaşsınlar, o, dəfələrlə 240.000 pulu Səadət xanıma demiş, o da hər dəfədə deyirdi ki, sübut et. O, 200.000 ABŞ dollarını kabinetində onlara verəndə ona bu kişi sözüdür demişlər. O, da ortada kişi sözü olduğuna görə demişdir ki, yaxşı olsun belə. 40.000 ABŞ dollarını da sonradan çağırıb Mahirin özünə vermişdir. 2006-cı illə 2009-cu il arasında obyektin qiymətində fərqin olması ona məlum deyil. Onun götürdüyü kreditlərin binaya heç bir aidiyyəti yoxdur. Mən nə qədər kredit götürmüşdürsə hamısını ödəmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi (vəkili) vəkil3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs maraqlı şəxs2 rəsmi qaydada məlumat verilmiş, lakin maraqlı şəxs maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə maraqlı şəxs maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən apellyatorlar tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddiaçının və maraqlı şəxsin birgə verdikləri apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Həqiqət” anlayışı həmçinin hüquqda, xüsusilə prosessual hüquqda əhəmiyyət kəsb edən məsələlərdən biridir. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Hazırkı mülki iş üzrə iddiaçı M.Ə.Əlirzayev 2009-cu ildə öz dostu maraqlı şəxs1 vasitəsi ilə cavabdeh cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində **/** nömrəli 730,0 kv.m. ümumi, - kv.m. əsas, 730,0 kv.m. köməkçi sahədən ibarət * nömrəli qeyri-yaşayış sahəsində cavabdeh2 1/3 hissədə payının alqı-satqısı üçün 240.000 ABŞ dolları verməsini, tələbində istinad etdiyi halların, cavabdeh cavabdeh1 əlyazması ilə, maraqlı şəxs1 bank hesabından çıxarışla, tərəflər arasında aparılmış danışıqların səs yazısı ilə təsdiq olunmasını bildirir. Cavabdeh cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirib qeyd edir ki, 2006-cı ildə Bakı şəhəri, Binəqədi rayonu, Rəcəbli Əhməd küçəsində **/** nömrəli 730,0 kv.m. ümumi, - kv.m. əsas, 730,0 kv.m. köməkçi sahədən ibarət * nömrəli qeyri-yaşayış sahəsi faktiki olaraq 440.000 ABŞ dollarına alınmış, həmin vəsaitin yarısı, yəni 220.000 ABŞ dolları onlar tərəfindən verilsə də, daşınmaz əmlakda onların payı 1/3 hissə olaraq qeyd edilmiş, 2009-cu ildə ona verilən pul vəsaiti isə daşınmaz əmlakın 1\3 hissəsi ilə 1\2 hissəsinin dəyərinin fərqi olaraq ona ödənilmiş pul vəsaitidir. Belə ki, 2009-cu ildə onların özlərinə məxsus payı iddiaçıya satmaq fikirləri olmamış, bu barədə onunla hər hansı bir danışıq aparılmamışdır. Məhkəməyə təqdim olunan əlyazma onun tərəfindən yazılmış, həmin əlyazmada pul vəsaitinin xərclənməsi ilə bağlı qeydlər aparılmışdır, səs yazısında isə o, əmlakın 1\3 hissəsi ilə 1\2 hissəsinin dəyərinə görə ona ödənilmiş fərqə görə aldığı pul vəsaitini qeyd etmiş, daha sonra paylı mülkiyyətlərində olan daşınmaz əmlakın satılaraq hər biri öz payının dəyərini götürüb ayrılmaları barədə danışmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, sübutlar işə aid olmaqla mübahisə ilə əlaqəli olmalıdır. İddia tələbində istinad etdiyi halları ilkin olaraq sübut etmək vəzifəsi daşıyan iddiaçının təqdim etdiyi sübutlar tələbində istinad etdiyi hallın, yəni 2009-cu ildə cavavabdeh cavabdeh1 daşınmaz əmlakda olan payın alınması üçün 240.000 ABŞ dolları verməsinin təsdiq edilməsi qənaətinə gəlinməsi üçün mötəbər, təkzib olunmaz sübut növü olaraq qəbul edilib, qiymətləndirilə bilməz. Belə ki, səs yazısında aparılan danışıqlardan aydın müəyyən olunur ki, tərəflər birgə fəaliyyətlərinin davam etdirilməsinin mümkün olmaması səbəbindən paylı mülkiyyətdə olan daşınmaz əmlakın satılması ilə bağlı danışıqlar aparmış, danışıqlarda iştirak edən iddiaçı M.Ə.Əlirzayev, maraqlı şəxs maraqlı şəxs1 eləcə də, digər şəxslər 2009-cu ildə iddiaçı M.Ə.Əlirazayevlə cavabdeh cavabdeh1 arasında qeyri-yaşayış sahəsində olan payın alqısatqısı ilə bağlı danışığın olması, bu məqsədlə maraqlı şəxs1 vasitəsi ilə S.M. Səfərəliyevaya 240.000 ABŞ dolları pul verilməsi, cavabdeh cavabdeh1 həmin pul vəsaitinin geri qaytarılmasının tələb edilməsi barədə hər hansı bir məlumatın olmadığı müəyyən olunur. İddiaçı tərəfindən təqdim olunan əlyazmada da, iddiaçı M.Ə.Əlirazayevin cavabdeh cavabdeh1 qeyri-yaşayış sahəsində olan payın alqı-satqısı ilə bağlı 240.000 ABŞ dolları pul vəsaitinin verməsinə dair hər hansı bir məlumat öz əksini tapmamışdır. Maraqlı şəxs maraqlı şəxs1 hesabına iddiaçı M.Ə.Əlirazayevin pul göndərməsi faktı isə həmin pulun cavabdeh1 məhz daşınmaz əmlakda olan payın alqı-satqısı məqsədi ilə verilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, məhkəmə iclasında cavabdehlər izahatlarında 2009cu ildə M.Ə.Əlirazyevə payın satılması ilə bağlı aralarında danışıqların, razılaşmanın olmadığını, bu məqsədlə onlara pul verilmədiyini göstərmişlər. Daha sonra maraqlı şəxs maraqlı şəxs1 dostu iddiaçı M.Ə.Əlirazayevin ona verdiyi 240.000 ABŞ dollarının qeyri-yaşayış sahəsində olan payın dəyəri olaraq cavabdeh S.M. Səfərəliyevaya verməsini bildirsə də, Məhkəmə kollegiyasının iclasında qeyri-yaşayış sahəsinin 2006-cı ildə faktiki olaraq 440.000 ABŞ dollarına alınmasını, həmin pul vəsaitinin yarısı olan 220.000 ABŞ dollarının cavabdeh cavabdeh1 tərəfindən verilməsini etiraf etməklə faktiki olaraq cavabdehin pulun hansı məqsədlə ona verilməsini təsdiq etmişdir. Bundan başqa 2009-cu ildən etibarən maraqlı şəxs maraqlı şəxs1 iddia ərizəsində göstərilən güya baş tutmayan alqı-satqı müqaviləsi üzrə Səfərəliyevlərə qarşı hər hansı bir tələb irəli sürməməsi, iddiaçı M.Ə.Əlirzayevin isə 16 ildən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi də, kollegiyaya 2009-cu ildə iddiaçı ilə cavabdehlər arasında payın alqı-satqısı ilə bağlı razılaşmanın olmaması, bu məqsədlə cavabdeh cavabdeh1 240.000 ABŞ dolları verilməməsi qənaətinə gəlməyə əsas verir. Kollegiya apellyatorların apellyasiya şikayətində qeyd etdikləri digər dəlillər üzrə qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hazırkı işdə isə birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya iddiaçı tərəfin iş üzrə ekspertizaların təyin edilməsinə dair vəsatətlərinə münasibət bildirib qeyd edir ki, ekspertiza tədqiqatına təqdim olunması təklif olunan sübutların yoxlanılması üçün prosessual əsaslar olmadığından vəsatətlər təmin edilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Əlirzayev (Alırzayev) Misir Əli oğlunun nümayəndəsi (vəkili) vəkil5 və maraqlı şəxs maraqlı şəxs1 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2217/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2217/2026
07.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver