Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2269/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadından iddiaçı İddiaçı MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onunla birlikdə ünvan 1 məhəllə ünvanında tikilmiş yaşayış kompleksinin 2-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində 3 otaqlı *** nömrəli və 2-ci bina, 2-ci giriş, 17-ci mərtəbəsində 1 otaqlı *** nömrəli mənzillərində yaşayan ailə üzvləri və digər şəxslərin həmin mənzillərdən çıxarılması, mənzillərin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzillərdə aparılmış konstruktiv dəyişikliklərin əvəlki vəziyyətə gətirilməsi və yaxud bu mümkün olmadıqda mənzillərin əvvəlki vəziyyətə gətirilməsi üçün çəkiləcək xərclərin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** saylı mülki iş üzrə qəbul ediləcək məhkəmə qərarı qanuni qüvvəyə minənədək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair *(*-**)-***/**** saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 117.1, 117.2, 117.3, 118.1; Mülki Prosessual Məcəlləsinin 254.1, 54.1.4, 256.0.3, 258.1, 258.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan *(*- **)-***/**** saylı mülki iş Cavabdeh mənzillərin pay haqqı kimi “xxxx” MTK-ya (hazırda hüquqi varisi İddiaçı MTK-dır) ödədiyini iddia etdiyi pulların geri qaytarılması tələbi ilə bağlıdır. İş materiallarında olan pay müqavilələrini, maliyyə arayışlarını, ödəniş qəbzlərini nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki məhkəmə mübahisəsinin predmeti olan mənzillərə dair tərəflər arasında bağlanmış payçı müqavilələri üzrə hüquq münasibətlərinə hansı qaydada xitam verilməsi, payın məbləğinin qaytarılıb-qaytarılmamasının müəyyən edilməsi mənzildən çıxarılma tələbinə dair hazırki işə mahiyyəti üzrə baxılarkən məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli təsir göstərə bilər. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi İddiaçı şikayət vermiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olane-*(*-**)-***/**** saylı mülki iş üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki prosessual Məcəllənin 14.1, 172.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilərkən nəzərə alınmamışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə illərdi yaşamaqla öhdəsinə düşən kirayə haqqını vaxtında ödəməyərək iddiaçının mülkiyyət hüquqlarını pozmuş və bu günədək də bu hərəkətlərinə davam etmişdir. İddiaçı İddiaçı MTK tərəfindən qaldırılmış müvafiq iddia tələbindən də göründüyü kimi, iddia tələbi məhz həmin mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması ilə əlaqədar olmuşdur. Məhkəmə tərəfindən iş üzrə icraatın qeyri-müəyyən vaxtadək dayandırılması barədə qərardadın qəbul edilməsi iddiaçını qeyri-müəyyən vaxtadək mülkiyyət hüquqlarından məhrum etməklə iddiaçının məhkəmədə işinə ağlabatan müddətdə baxılması hüququnu da pozmuşdur. Məhkəmə tərəfindən iş üzrə icraat dayandırılarkən cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddiaçıya qarşı pul tələbi ilə bağlı iddiasının olmasını və həmin iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək icraatın dayandırılmasını məqsədəuyğun hesab etsə də, məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh Cavabdeh Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddianın məzmunundan da görünür ki, şəxs həmin mənzilin ona məxsus olmadığını və indiyədək ödədiyi kirayə haqqının əvəzini iddiaçı İddiaçı MTK-dan tələb edir. Bu fakt Cavabdeh həmin mənzilin qanuni mülkiyyətçisi olmadığını, mənzilə dair heç bir hüququnun olmadığını, tələbinin sadəcə pulun geri qaytarılması ilə əlaqədar olduğunu, mənzilə dair tələbinin olmadığını açıq-aşkar göstərir. Lakin məhkəmə bu faktı nəzərə almadan müvafiq mülki iş üzrə iddiaçı İddiaçı MTK-nın mənzildən çıxarılma tələbinin ödənilmiş kirayə haqqının geri qaytarılması ilə əlaqədar Cavabdeh iddiası üzrə həmin mülki iş üzrə yekun qərarın nəticəsindən asılı olmamasına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, həmin mülki iş üzrə iddianın təmin edilib-edilməməsinin müvafiq mülki iş üzrə mənzildən çıxarılma tələbinə heç bir aidiyyatı olmamış, iş üzrə icraatın dayandırılması iddiaçı İddiaçı MTK-nın mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, digər mülki iş üzrə əgər iddiaçının tələbi təmin olunaraq ona ödədiyi kirayə haqqının əvəzi qaytarıldığı halda yenə də şəxs həmin mənzildən çıxmalıdır. Beləliklə, pul tələbinin təmin edilib-edilməməsi şəxsin mənzildən çıxarılmalı olması faktını dəyişdirmir. Bu səbəbdən də, müvafiq mülki iş üzrə icraatın dayandırılması absurddur. Məhkəmə tərəfindən iş üzrə icraatın qeyri-müəyyən vaxtadək dayandırılması iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla məhkəmə işinə ağlabatan müddətdə baxılması prinsipinə tamamilə ziddir. Halbuki, iki mülki iş arasında əlaqə olsa da, həmin mülki işlər üzrə qəbul ediləcək yekun məhkəmə aktı digər məhkəmə işi üzrə yekun nəticəyə heç bir təsir göstərmir. Bu səbəbdən də, pul tələbi üzrə məhkəmə aktı qanuni qüvvəyə minənədək mənzildən çıxarılma tələbi üzrə məhkəmə işinin dayandırılması tamamilə əsassızdır. Məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilərkən nəzərə alınmamışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə illərdi yaşamaqla öhdəsinə düşən kirayə haqqını vaxtında ödəməyərək iddiaçının mülkiyyət hüquqlarını pozmuş və bu günədək də bu hərəkətlərinə davam etmişdir. İddiaçı İddiaçı MTK tərəfindən qaldırılmış müvafiq iddia tələbindən də göründüyü kimi, iddia tələbi məhz həmin mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması ilə əlaqədar olmuşdur. Məhkəmə tərəfindən iş üzrə icraatın qeyri-müəyyən vaxtadək dayandırılması barədə qərardadın qəbul edilməsi iddiaçını qeyri-müəyyən vaxtadək mülkiyyət hüquqlarından məhrum etməklə iddiaçının məhkəmədə işinə ağlabatan müddətdə baxılması hüququnu da pozmuşdur. Məhkəmə tərəfindən iş üzrə icraatın qeyri-müəyyən vaxtadək dayandırılması iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla məhkəmə işinə ağlabatan müddətdə baxılması prinsipinə tamamilə ziddir. Halbuki, iki mülki iş arasında əlaqə olsa da, həmin mülki işlər üzrə qəbul ediləcək yekun məhkəmə aktı digər məhkəmə işi üzrə yekun nəticəyə heç bir təsir göstərmir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, cavabdeh Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırılan iddia tələbi ilə bağlı həmin məhkəmənin icraatında olan *(*-**)-***/**** saylı mülki iş üzrə məhkəmə tərəfindən həmin mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-*(*-**)- ***/**** saylı mülki işlə birləşdirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 81, 88, 254-258, 267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin tələbləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Belə ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** saylı mülki iş Cavabdeh mənzillərin pay haqqı kimi “xxxx” MTK-ya (hazırda hüquqi varisi İddiaçı MTK-dır) ödədiyini iddia etdiyi pulların geri qaytarılması tələbi ilə bağlıdır. Qeyd edilən işin aidiyyəti olmasa belə, sübut növü kimi mümkünlüyü müəyyən edilə bilər və prosessual qanunvericilik də sübutlara öncədən qiymət verilməsi və müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməsinin yolverilməzliyini ehtiva edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88-ci maddələri). Şikayət verən iddiaçı tərəfindən verilən ərizədən də görünür ki, mülki işlər üzrə icraatların bir icraatda birləşdirilməsi barədə qərar qəbul edilmişdir. Bu hal tələblərin əlaqəli olduğunu və qəbul edilmiş qərardadın qanuniliyini bir daha təsdiq edir. Digər qərara münasibətdə isə bu hal hazırki iş üzrə icraatın təzələnməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün əsas ola bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı MTK-nın şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(*-**)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2269/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2269/2026
08.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver