Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2274/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2, Cavabdeh Allahvediyev Xalıqverdi Cəmil oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ilə X12 arasında ##.##.2012-ci il tarixində bağlanılmış və *** nömrəli akt qeydi ilə qeyd olunmuş nikah, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş ##.##.2013-cü il təvəllüdlü X7 onun yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, X12 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102 ünvanındakı * nömrəli mənzilin cavabdeh1 bağışlanılmasına dair ##.##.2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, ##.##.2014-cü il tarixli çıxarış ləğv olunmuş, həmin mənzildə 3/5 hissədə İddiaçı, 2/5 hissədə isə, X12 payları müəyyən olunmuş, İddiaçı azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qərara alınmışdır. Sadıqov Malik İman oğlu ilə X7 arasında ##.##.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* nömrəli müqavilənin surətindən görünür ki, Sadıqov Malik İman oğlu, ünvan 3 ünvanında yerləşən mənzilini Nihad Bəhruz oğluna sataraq, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 60.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. cavabdeh1 ilə X3 arasında ##.##.2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqısatqısına dair AN-İ seriyalı, ******* nömrəli müqavilənin surətindən görünür ki, cavabdeh1, ünvan 1 ünvanında yerləşən mənzilini X3, onun mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 117.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi, * saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə cavabdehlər X3 və cavabdeh1 qarşı “cavabdeh1 ilə, X3 arasında * saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində rəsmiləşdirilmiş ##.##.2020-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdeh X3 tərəfindən həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı (İddiaçı) hüququnun bərpası barədə ona dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilər. Qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilin satılması nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “mülkiyyət hüququnun pozulması ilə bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin hazırkı likvid bazar dəyərinə müvafiq olaraq 200.000 (iki yüz min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsi, vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat pulun cavabdeh2 alınaraq ona ödənilməsi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdeh cavabdeh1 tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdehlərin oğlu X12 arasında ##.##.2012-ci il tarixində bağlanılmış və *** nömrəli akt qeydi ilə qeyd olunmuş nikah, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş ##.##.2013-cü il təvəllüdlü X7 onun yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, X12 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanında yerləşən * nömrəli mənzilin, cavabdeh1 bağışlanılmasına dair ## #### 2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, bağışlama müqaviləsinin nəticələri aradan qaldırılaraq RX seriyalı, ******* nömrəli ##.##.2014-cü il tarixli çıxarış ləğv olunmuşdur. Qətnaməyə əsasən tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanında yerləşən * nömrəli mənzilin 3/5 hissəsinə Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının, 2/5 hissəsinə X12 pay hüququ müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından onun mənzilin mülkiyyətçisi olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin özgəninkiləşdirilməsi vəziyyətinin öyrənilməsi məqsədilə 4, 5, * saylı Bakı “Asan Xidmət” Mərkəzlərində notariat ofislərinə verilmiş ##.##.2024-cü il tarixli sorğuya * saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixli məktubla verilmiş cavabda həmin mənzilə dair qeydiyyatdan keçərək rəsmiləşdirilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” dair notariat işinin surəti təqdim edilmişdir. Notariat işində olan ##.##.2020-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin X3 117.000 (yüz on yeddi min) manata satılması müəyyən edilmişdir. Bu barədə iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Nizami Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi, * saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisi və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə cavabdehlər X3 və cavabdeh1 qarşı “cavabdeh1 ilə, X3 arasında * saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisində rəsmiləşdirilmiş ##.##.2020-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdeh X3 tərəfindən həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı (İddiaçı) hüququnun bərpası barədə ona dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilər. Qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, onun razılığı olmadan əmlakın satılmasının tamamilə qanunsuz olduğunu, belə olan halda, ər arvadın ümumi mülkiyyətində payın bərpasına, əgər mümkün deyilsə, həmin payın hazırkı bazar dəyəri əsasında kompensasiya ödənilməsinin tələb etmək hüququnun olduğunu bildirmişdir. Hazırda əmlakın orta bazar qiymətinin 250.000 (iki yüz əlli min) manat təşkil etdiyini (əmlak alqı-satqı saytı olan bina.az saytından ərazidə satılan oxşar mənzillərə dair məlumatlar əlavə olunur). Mübahisəli mənzilin orta likvid bazar dəyəri 2025-ci ildə minimum 200.000 (iki yüz min) manat təşkil etdiyini, məbləğin 3/5 hissəsi iddiaçıya məxsus olduğundan onun payı 133.000 manat təşkil etdiyini bildirmişdir. Belə ki, Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə iclası zamanı iddiaçının keçmiş qaynatası cavabdeh2 izahat verərək bildirmişdir ki, oğlu ilə gəlini hələ nikahda olarkən onların ayrılmaq üzrə olduqlarını görərək, oğlunun adında olan mənzili bağışlama müqaviləsi əsasında həyat yoldaşı Şükufənin adına keçirdi. Bakı Apellyasiya Məhkəməsində olan icraat zamanı isə bildirmişdir ki, “mən icra məmuruna zəng edərək, məsələni öz aramızda həll etdiyimizi və icra sənədinin geri qaytarılmasını xahiş etdim”. cavabdeh2 öz təqsirli hərəkətləri nəticəsində iddiaçının əmlak hüquqlarını pozmuş, nəticədə iddiaçı mülkiyyətindən məhrum olaraq, stress yaşamış, nəticədə maddi ziyan ilə bərabər ona mənəvi ziyan da vurulmuşdur. Bu pay üzərindəki qanuni hüquqları təmin edilmədiyinə görə iddiaçıya həm də mənəvi zərər dəymişdir. Mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir, halbuki bundan qat-qat da çoxdur. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin hazırkı likvid bazar dəyərinə müvafiq olaraq 222.000 (iki yüz iyirmi iki min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsi, vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat pulun cavabdeh2 alınaraq ona ödənilməsi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin bazar dəyərinin 3/5 hissəsi olan 123.000 (yüz iyirmi üç min) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqının və 413 (dörd yüz on üç) manat dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə istinad edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, * nömrəli mənzilə 3/5 hissədə Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının payının olması işin mübahisəsiz halıdır. Göründüyü kimi Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152-ci maddələrində təsbit olunmuş iddiaçının mülkiyyət hüququ pozulmuş, sözügedən əmlak üzərində iddiaçının 3/5 hissədə payının olması qüvvədə olan məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * saylı mənzilinə Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının, 3/5 hissədə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Bu baxımdan da cavabdeh cavabdeh1 tərəf əslində qanuni əsas baxımdan hüquqları olmadan əmlakın satışını həyata keçirməklə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla ona real zərər vurmuşdur. Lakin Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilin vicdanlı alıcı tərəfindən alınması nəzərə alınmaqla onun reyestr qeydiyyatına toxunulmamışdır. Bu baxımdan iddiaçının real zərəri (yəni əmlakın hazırda 3/5 hissəsinin onda olması halında satmaqla əldə edə biləcəyi) tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə tərəfindən mübahisəli əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmişdir. “xxxx” MMC-nin hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilinin 2024-cü il tarixinə bazar dəyəri 206.500 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan mütəxəssis rəyinin mötəbərliyini şübhə altına alan hallar müəyyən olunmadığından və hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olması nəzərə alınaraq Məhkəmə Kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilinin real bazar dəyərinin 205.000 manat müəyyən edilməsi daha ağlabatandır. Belə olan halda Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya dəymiş real zərərin məbləği 123.000 manat məbləğində müəyyən edilməklə cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh cavabdeh2 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə tələbi hissəsində qeyd etmişdir ki, iddiaçı həmin tələbini əsaslandırmaq üçün fiziki və mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliyi ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olmasını sübut etməlidir. Lakin o, məhkəməyə belə bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, 5.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili vəkil1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddia müddətinin şamil edilməyi halları təsbit edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Göründüyü kimi, qanunvericilik mülkiyyətçinin hansı tələbləri üzrə iddia müddətinin şamil edilmədiyi halı konkret müəyyən edib. İddiaçının tələbi də həmin qəlibdən olduğu üçün mübahisəli iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə cavabdehlərin etirazına münasibət bildirərək, qeyd etmişdir ki, etirazın əsası kimi qeyd olunan payın əvəzləşdirilməsi faktı məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Mübahisəli mənzildə iddiaçının 3/5 hissədə paya sahib olmasını təsdiq edən qətnamə isə ləğv olunmamış və qanuni qüvvəsini almışdır. Digər məhkəmə qətnamələri ilə mübahisəli mənzilin alqı-satqısının etibarsızlığına dair iddia tələbinin təmin edilməmə səbəbi əmlakı vicdanlı əldə edən alıcı olmuşdur. Lakin, cavabdeh cavabdeh1 iddiaçının mülkiyyət hüquqlarını pozmaqla əmlakın satışını həyata keçirmiş və iddiaçıya real zərər vurmuşdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, etiraz əsassızdır və təmin olunmamalıdır. Həmin qətnamədən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı pay hüququ olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilinin dəyəri məhkəmənin təyin etdiyi hesabata əsasən 206.500 manat məbləğində qiymətləndirilmişdir. Lakin məhkəmə bu mənzilin real bazar dəyərinin 205.000 manat müəyyən edilməsini daha ağlabatan hesab etmişdir, ancaq bunun səbəbini tam şəkildə əsaslandırmamış, hazırkı bazar iqtisadiyyatı şəraitində mənzil bazarında qiymətlərin dəyişkən olmasını iddiaçının ziyanına şərh etmişdir. Halbuki hamıya məlumdur ki, Bakı şəhərində daşınmaz əmlakın dəyəri azalmaq əvəzinə daim artmışdır. Həmçinin iddia ərizəsi verilərkən ərazidə kifayət qədər satışda olan oxşar mənzillərin qiyməti əmlak satış saytından əldə edilərək iş materiallarına əlavə edilmişdir. Əmlakların dəyəri yüksək olmasına baxmayaraq, iddiaçı likvid bazar dəyərinə yaxın məbləğ olan 222.000 manat dəyərləndirərək onun 3/5 hissəsi olan 133.000 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qiymətləndirmə rəyindən də az məbləğin cavabdehdən tutulmasını təmin etmişdir. Hesab edir ki, qətnamə bu hissədə də dəyişdirilərək iddia tələbi tam təmin edilməlidir. Digər tərəfdən iddiaçı İddiaçı iddia tələbini təşkil edən mənzildən payına düşən məbləğ ciddi bir məbləğdir, həmçinin onun və övladının haqqıdır və keçmiş qayınatası cavabdeh2 təqsirli hərəkəti nəticəsində az qalsın o bu məbləğdən məhrum ediləcəkdi. Düşünür ki, bu halda iddiaçının uzun müddət mülkiyyətindən məhrum edilməsilə keçirdiyi stressin yaratdığı mənəvi ziyan göz önündədir. Eyni zamanda, cavabdeh2 sözügedən evin iddiaçının keçmiş həyat yoldaşı ilə evli olduğu dövrdə, onun xəbəri olmadan keçmiş qayınanası cavabdeh1 bağışlanılmasına dair müqavilə bağlamasını təşkil etmiş, Nizami Rayon Məhkəməsində keçirilən proseslərdə özü bunu etiraf etmişdir. Nəticədə həmin dövrdə gəlini olan iddiaçı İddiaçı hüquqlarını pozmuşdur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2008-ci il tarixli plenum qərarı izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Bu qərarda qeyd edilir ki, zərərçəkən şəxs-İddiaçı fərdi xüsusiyyətləri nəzərə alınarkən bir sıra hallarla yanaşı onun qadın olması da diqqətəlayiq hal kimi qəbul edilməlidir. Lakin məhkəmə iddiaçının qadın olması, eyni zamanda, hadisələr baş verdiyi dövrdə himayəsində azyaşlı uşağının olması faktını nəzərə almamışdır. Hadisələrin cərəyan etdiyi dövrdə iddiaçı azyaşlı uşağının qayğısına qalmaqla məşğul idi, belə bir dövrdə üstəlik mülkiyyət hüquqları uğrunda mübarizə aparması mümkün olmamış, beləliklə də ondan gizli bu əməllər törədilmişdir. Qeyd edilən faktlar iddiaçıya psixoloji təsir göstərərək mənəvi iztirabını daha da artırmışdır. Məhkəmə tərəfindən işin halları obyektiv araşdırılmamış, iddiaçının maddi və mənəvi zərərlə bağlı olan hissədə tələbi düzgün qiymətləndirilməmişdir. Eyni zamanda iddiaçının mülkiyyətindən məhrum olmaqla yaşadığı stress, onun arxasından gizli işlər görülməsi və ona vurulmuş mənəvi ziyan göz ardı edilmişdir. Belə ki, İddiaçı xəbəri olmadan hələ keçmiş əriylə nikahda olduğu dövrdə onun payı olan mənzilin bağışlanması, daha sonra bu müqavilənin Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilərək ləğv edilməsi, ləğv edilmiş müqavilənin çıxarışı əsasında mənzili satmaq hüququ olmayan şəxs tərəfindən mənzilin satılması və bütün bunlar baş verərkən iddiaçının nəinki mənzildə olan payının məbləği ödənilmiş, hətta o evin satılması barədə xəbərdar edilməmişdir. Bu kimi hallar araşdırılıb düzgün qiymətləndirilməmişdir. Beləliklə də cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçı İddiaçı maddi zərərlə yanaşı 5.000 manat mənəvi zərər də vurulmuşdur. Məhkəmə isə mənəvi zərərlə bağlı sübutlarımızı diqqətə almamış, onlara hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim etdikləri iddia ərizəsində iddiaçı ona alınmış 2 otaqlı evlə bağlı heç bir qeyd aparılmır, sanki belə bir şey olmayıb. Lakin bununla bağlı təsdiqedici sənədlər cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmişdir. Həm alqı-satqı müqaviləsindən, həm də ödəniş qəbzindən görünür ki, mənzilin dəyəri cavabdehlər tərəfindən ödənilib və müqavilə də cavabdehlərin oğlu ilə bağlanıb. Cavabdehlər bunu məhkəməyə bildirəndə qarşı tərəfin vəkili demişdir ki, bu əvəzləşdirmə deyil, uşaqlarına ev bağışlayıblar. Bu zaman haqlı olaraq etirazlarını bildirdilər ki, əgər bir qadın boşanırsa, uşağı aparıb atasına, nənə-babasına göstərmirsə, aliment tələb edirsə, üstəlik də alınmasında heç bir iştirakı olmadığı evin 3/5 hissəsini tələb edib ələ keçirirsə, ona yenidən ev alıb bağışlamaq hansı məntiqə sığır. Qətnaməyə baxdıqda məlum olur ki, məhkəmə işin bu hallarına hüquqi qiymət verməmişdir. Qətnamənin əvvəlində etirazın olduğu bildirilsə də, məhkəmənin mövqeyində qeyd edilir ki, guya cavabdehlər etirazda göstərilənləri sübuta yetirə bilməmişdir. Amma sübuta yetirilməyin nə olduğuna aydınlıq gətirilmir. Çünki dəlillərinin əsası olaraq, alqı-satqı müqaviləsini və ödəniş qəbzini məhkəməyə təqdim etmişlər. Necə ola bilər ki, məhkəmə İddiaçı MİQ imtahanına hazırlaşdığı üçün 8 il ərzində qətnamənin icrası ilə maraqlanmadığını sübut kimi qəbul edir, lakin cavabdehlərin təqdim etdiyi rəsmi sənədləri isə nəinki sübut kimi qəbul etmir, ümumiyyətlə qətnamədə bu məsələyə toxunmur. Sanki belə bir şey olmayıb və cavabdehlər bu qədər məsələni sadəcə söz olaraq bildirib. Təbiidir ki, alınmasında iştirak etmədiyi mənzilin 3/5 hissəsinə iddia edib onu ələ keçirdən bir insan qətnamənin icrasını nəinki 8 il, heç 8 gün də gözləməzdi. Qətnamənin qəbul edilməsindən evin alınmasına qədər olan müddət isə onların ev axtarması ilə bağlı idi. Yəni, tərəflərindən belə bir təklif verilməsəydi və onlar da bu təkliflə razılaşmasaydı, əlbəttə qətnamə dərhal icra olunacaqdı. Qarşı tərəfin belə bir istəyinin olmaması, evin üzərində hər hansı məhdudiyyətin olmaması da sübut edir ki, məhz əvəzləşmə səbəbindən 8 il ərzində bu məsələ qaldırılmayıb. 8 illik MİQ imtahanı hazırlığını əsaslı hesab edən məhkəmə heç olmasa aidiyyəti qurumlara sorğu verərək iddiaçının doğrudan da MİQ imtahanında iştirak edib etmədiyini, edibsə bunun hansı illərdə baş verdiyini araşdırmayıb. Yəni, məhkəmə qərar qəbul edərkən iddiaçının şifahi mülahizəsini əsaslı hesab edib, cavabdehin isə sənədlərlə təsdiq olunan dəlillərinə hüquqi qiymət verməyib. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, mənzil bölgüsü ilə bağlı qətnamə qəbul edildikdən sonra ondan şikayət verilməmiş, əksinə bölgüdə qeyd edilən pay dəyərində mənzil alınaraq qarşı tərəfə təhvil verilmişdir. Beləliklə də, tərəflər arasında borcun ödənilməsinə dair hər hansı sənəd tərtib edilməsə də, faktiki olaraq məhkəmə qətnaməsi icra edilmişdir. Qətnamənin qəbul edildiyi vaxtdan 8 il ərzində bununla bağlı heç bir mübahisə olmaması da bunu bir daha təsdiq edir. Belə olan halda, 8 ildən sonra faktiki icra edilmiş qətnamənin icra olunmamasını iddia etmək, bunun müqabilində həmin paya nisbətdə hazırkı qiymətə uyğun pul məbləğinin tələb edilməsi qanunvericiliyin tələbindən də göründüyü kimi vicdanlı davranış deyildir. Baxmayaraq ki, məhkəmə prosesinin gedişində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir, lakin məhkəmə həmin ərizəni təmin etməmişdir. Hesab edirik ki, bu iddia birbaşa mülkiyyət hüququnun pozuntusu ilə bağlı deyil, pul tələbinə dairdir və bu səbəbdən də məhkəmə bununla bağlı iddia müddəti tətbiq etməlidir. Nizami Rayon Məhkəməsi iddiaçının mübahisələndirilən mənzilə 3/5 pay hüququnu tanıdıqdan sonra tərəflər iki şərt üzərində müzakirə aparıblar – onlardan biri 4 otaqlı evdən 3nün iddiaçının sərəncamına verilməsi, digər şərt isə həmin ərazidə iki otaqlı mənzilin alınaraq iddiaçıya verilməsi olub. Hər iki şərtlə bağlı qərar vermək üstünlüyü iddiaçıya verilib ki, o da iki otaqlı mənzilin alınması ilə razılaşıb. Mənzilin seçilməsində də iddiaçıya sərbəstlik verilib və qeyd edilən mənzilin alınması iddiaçı tərəfindən təklif olunub. Cavabdeh isə həmin mənzilin tam dəyərini ödəməklə satıcı ilə alqı-satqı müqaviləsi bağlayaraq mənzili qarşılıqlı razılıqla azyaşlı övladlarının adına alıb və onun himayəçisi kimi iddiaçının sərəncamına verib. Beləliklə də Nizami Rayon Məhkəməsinin icrası həm faktiki hallara, həm də işgüzar adətlərə uyğun olaraq icra edilmiş, mübahisə tamamilə həll edilmişdir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçıya 5 otaqlı mənzilin 3/5 hissəsinə uyğun qiymətdə 2 otaqlı mənzilin alınması, iddiaçının buna etiraz etməməsi, əksinə bunu qəbul etməsi və 8 il ərzində heç bir tələb irəli sürməməsi nəticəsində məhkəmə qətnaməsinin icrası tamamlanmışdır. İddiaçının hazırkı davranışı hüquqdan sui-istifadədir. Belə ki, o, məhkəməyə müraciət etmək hüququndan istifadə etdiyini bildirsə də, mübahisələndirdiyi məsələ öz həllini 8 il öncədən tapmışdır və bu, tərəflərin qarşılıqlı razılaşması ilə həyata keçirilmişdir. Cavabdehlərin və onların övladlarının faktiki icra etdiyi məhkəmə qərarının nəticələrini sənədləşdirməməsi əslində tərəflərin vaxtilə bir-birinə güvənməsi əsası ilə baş vermişdir. Çünki cavabdehlərin valideynləri ilə öncədən qohumluq münasibətində olmuşdur. Övladlarının ailəsi dağılsa da, valideynlər bunun nəticəsini, həmçinin ev alqı-satqısını birlikdə müzakirə etmiş, gəldikləri nəticənin sonradan mübahisələndirilə biləcəyini düşünməmişdir. Qarşı tərəfin hərəkətləri isə qanunvericiliyin tələbindən də göründüyü kimi güvənilmiş əvvəlki rəftara ziddir. Belə ki, məhkəmə qətnaməsindən sonra 2 otaqlı mənzilin alınaraq iddiaçının istifadəsinə verilməsi işin mübahisəsiz halıdır və ailənin dağılması, onlardan ev tələb olunmasından sonra iddiaçıya yenidən iki otaqlı mənzilin əvəzsiz verilməsi məntiqi deyildir. Bu sənədlərlə yanaşı, məhkəmə qətnaməsinin 8 il müddətinə tələb olunmaması ilə də sübuta yetirilir. Məhkəmə prosesi zamanı tərəflərin bərabərliyi və çəkişmənin faktlar əsasında həyata keçirilməsi prinsipi pozulmuşdur. Belə ki, iddiaçı öz tələbinin əsası kimi məhkəmə qətnaməsinə istinad etsə də, həmin qətnamənin icra edilmədiyini sübuta yetirə bilməmişdir. Cavabdeh isə həmin qərarın faktiki icra olunmasına, 2 otaqlı mənzilin alınaraq iddiaçıya təhvil verilməsinə dair sənədləri məhkəməyə təqdim etsə də, məhkəmə qeyd edilən xüsusatlara hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız bir cümlə ilə etirazda göstərilən halların sübuta yetirildiyini qeyd etsə də, həmin sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Məsələn, təqdim edilən sənədlər saxta, etibarsız, tamamilə fərqli adamlara məxsus olması, məhkəmə qərarından əvvələ təsadüf etməsi, fərqli predmet və s. olması məhkəmədə şübhələr yaratmışdır, yoxsa sadəcə olaraq məhkəmənin xoşuna gəlməmişdir deyə belə qeyd etmişdir. Hər bir halda sübutlara qiymət verilərkən onların əsaslı olub-olmaması bildirilirsə, bunun açıqlanması verilməli idi. Alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı Nizami Rayon Məhkəməsində iddiaçı tərəfindən qaldırılmış iddia ilə bağlı qəbul edilmiş yekun qətnamədə də (qətnamə iş materiallarına əlavə edilib) qeyd edilmişdir ki, 8 il ərzində MİQ imtahanına hazırlaşmaq və buna görə də məhkəmə qətnaməsinin icrasının tələb edilməməsinin ağlabatan olmadığı qeyd edilmişdir. Həmin iddianın təmin edilməməsinin səbəblərindən biri də məhz bu olmuşdur. Göründüyü kimi, dolayısı ilə, Nizami Rayon Məhkəməsi də qətnamənin 8 il öncə icra edilməsi faktını tanımışdır və buna görə də, qanunvericiliyin tələbinə əsasən işin bu halını təkrar sübut etməyə ehtiyac yoxdur. Məhkəmə iş üzrə yekun qərar qəbul edərkən, təqdim edilən sübutları hərtərəfli araşdırmamış, işə birtərəfli yanaşmış və nəticədə işin halları ilə uyğun gəlməyən qərar qəbul etmişdir. Belə ki, alqı-satqı müqaviləsi və ödəniş qəbzi ilə sübut olunur ki, məhkəmənin qətnaməsi faktiki olaraq icra olunmuş və bu səbəbdən də 8 il ərzində həmin qərarın icrası tələb edilməmişdir. İddiaçı 8 il ərzində məhkəmə qətnaməsinin icrasını tələb etməməsini MİQ imtahanına hazırlaşması ilə izah etmişdir. Məhkəmə isə onun bu mülahizəsini əsaslı hesab edərək iddia tələbini təmin etmişdir. Lakin nə iddiaçı bu mülahizəsini isbat edəcək sübutlar təqdim etməmiş, nə də məhkəmə bununla bağlı aidiyyəti orqanlara sorğu göndərməmişdir. Bu da sübut edir ki, məhkəmənin qətnaməsi heç bir mötəbər sübuta əsaslanmır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdeh etirazında göstərilənləri sübuta yetirə bilməmişdir. Halbuki, etirazın əsası kimi işə alqı-satqı müqaviləsi və ödəniş qəbzi əlavə edilmişdir. Əgər təqdim edilmiş sənədlər mötəbər sübut hesab edilmirsə, o zaman məhkəmə nədən bu qənaətə gəldiyini əsaslandırmalı idi. Lakin qətnamədə belə bir əsaslandırmaya rast gəlinmir. Göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Allahvediyev Xalıqverdi Cəmil oğlu cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh cavabdeh1 Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin - tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.4. Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib yeni qətnamə qəbul edə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Həmçinin iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iddia üzrə qənaəti işin bütün mühüm faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmır. Belə ki, irəli sürülmüş tələbin mahiyyəti üzrə iddiaçının izahatlarının təhlilinə əsasən və cavabdeh tərəfin təkidlə istinad etdikləri bağışlanma əqdi bağlandıqdan sonra yaranmış vəziyyətə qiymət verməməklə, yalnız iddiaçı tərəfin izahatları əsasında gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırkı tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. İddiaçı, cavabdeh1 onun mülkiyyət hüquqlarını pozmaqla əmlakın satışını həyata keçirməsini və iddiaçıya real zərər vurmasını mübahisələndirmiş, birinci instansiya məhkəməsinin bu zərərlə bağlı nəticəsi ilə qane olmayaraq iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Cavabdeh tərəfin istər iddiaya, istərsə iddiaçının apellyasiya şikayətinin dəlillərinə olan etirazdan və özünün apellyasiya şikayətinin dəlillərindən qeyd olunan payın əvəzləşdirilməsi faktına düzgün hüquqi qiymət verilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsi qeyd olunan payın əvəzləşdirilməsi faktı məhkəmə araşdırması zamanı öz əksini tapmamasını mübahisəli mənzildə iddiaçının 3/5 hissədə paya sahib olmasını təsdiq edən qətnamənin ləğv olunmaması və qanuni qüvvəsini alması, eləcə də digər məhkəmə qətnamələri ilə mübahisəli mənzilin alqı-satqısının etibarsızlığına dair iddia tələbinin təmin edilməmə səbəbi əmlakı vicdanlı əldə edən alıcı olmasına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * saylı mənzilinə Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının, 3/5 hissədə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının 3/5 pay hüququnun ##.##.2016-cı il tarixli qətnamə ilə müəyyən edilməsindən sonra həmin hüquqi hal mübahisələndirilməyərək hazırda yaranmış mübahisə həmin qətnamənin sonradan tərəflərin razılaşması və faktiki hərəkətləri nəticəsində icra edilib-edilməməsi ilə bağlıdır. Lakin məhkəmə sözügedən mənzilinə Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının, 3/5 hissədə mülkiyyət hüquqları qeydiyyata alınmamasının və köçürülməməsinin səbəblərinə dair cavabdeh tərəfin dəlilləri üzrə ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, iş materiallarından görünür ki, 2016-cı il tarixli qətnamədən sonra Hümbətova (Allahverdiyeva) Ülviyyə Məmiş qızının mübahisəli mənzilə 3/5 hissədə mülkiyyət hüquqları qeydiyyata alınmasına və köçürülməsinə dair heç bir əməli addım atılmamış, buna cəhd belə edilməmişdir. Cavabdeh tərəf bunu qətnamədən sonra tərəflər arasında iddiaçının həmin qətnamə ilə müəyyən edilmiş payının təmin olunması məsələsi müzakirə edilməsi, nəticədə iddiaçıya iki otaqlı mənzil alınması variantının təklif olunması və həmin mənzil seçildikdən sonra ##.##.2017-ci il tarixdə Sadıqov Malik İman oğlu ilə azyaşlı X7 arasında daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, həmin müqaviləyə əsasən mənzil 60.000 manat məbləğinə alınmış və onun dəyəri cavabdehlər tərəfindən ödənilmişdir. Beləliklə, iş üzrə hüquqi əhəmiyyət kəsb edən əsas məsələ həmin mənzilin hansı məqsədlə alınması olduğu halda birinci instansiya məhkəməsi bu mühüm və diqqətə layiq hala nəinki diqqət yetirməmiş, ümumiyyətlə bu istiqamətdə araşdırma aparmamışdır. Belə ki, əgər həmin mənzil 2016-cı il tarixli qətnamə ilə müəyyən edilmiş 3/5 payın əvəzi olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında iddiaçının azyaşlı övladının adına alınmaqla onların istifadəsinə verilibsə, o halda əvvəlki məhkəmə qətnaməsinin faktiki olaraq icra edildiyi və iddiaçının həmin qətnamədən irəli gələn tələbinin artıq təmin olunduğu nəticəsinə gəlmək mümkündür. Lakin birinci instansiya məhkəməsi işin bu mühüm halını lazımi qaydada araşdırmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə və mənzilin dəyərinin ödənilməsini təsdiq edən sənədlər cavabdehin etirazının formal deyil, konkret və obyektiv sübutlara əsaslandığını göstərir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi həmin sənədlərin mötəbərliyini, aidiyyatını, məzmununu və digər sübutlarla qarşılıqlı əlaqəsini araşdırmamış, onların hansı səbəbdən iddiaçının payının əvəzləşdirilməsini və ya əvvəlki qətnamənin faktiki icrasını təsdiq etmədiyini qətnamədə əsaslandırmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfin iddiaçının azyaşlı övladının adına alınmaqla onların istifadəsinə verilməsinin uşağın babası tərəfindən ona edilmiş hədiyyə olmaqla bunun Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qətnaməsinin icrası ilə heç bir əlaqəsi olmamasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, əvvəla Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. (Marine Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarı) Bu baxımdan, rəsmi alqı-satqı müqaviləsi və ödənişi təsdiq edən sənədlər kimi yazılı sübutlara ümumiyyətlə hüquqi qiymət verilməməsi məhkəmə qətnaməsinin əsaslandırılmış hesab edilməsinə imkan vermir. Digər tərəfdən, birinci instansiya məhkəməsi nikahdan 3 ay sonra alınmış evin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu iddia edən bir şəxsin (iddiaçının) 8 il ərzində həmin qərarın icrasını tələb etməməsini ağlabatan olmamaqla bu halın özünün məhkəmə qərarının icra olunması kimi nəzərə alınmalı olmasına diqqət yetirməmişdir. Halbuki, iddiaçının uzun müddət ərzində məhkəmə qətnaməsinin icrasını tələb etməməsinin səbəbi iş üzrə əhəmiyyətli hal olduğu halda, həmin halın yalnız tərəfin şifahi izahatı əsasında qəbul edilməsi və bunun müqabilində cavabdehin təqdim etdiyi rəsmi yazılı sübutların əsaslandırılmadan kənarlaşdırılması sübutların bərabər və obyektiv qiymətləndirilməsi prinsipi ilə uzlaşmır. Bu hal həmçinin Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin məzmununda əksini tapmışdır. Belə ki, qətnamədə göstərilmişdir ki, iddiaçı icra sənədinin icrası ilə bağlı hərəkətsizlik göstərmiş və iddiaçının uzun müddət icra sənədinin icrasında istəkli olmaması, icra sənədinin icrasının tələb etməməsi məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir. Həmçinin göstərilmişdir ki, iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2016-cı il tarixli icra sənədinin icrası ilə 8 il ərzində maraqlanmaması səbəbi kimi qeyd etdiyi səbəblər (pandemiya olması, MİQ imtahanlarının keçirilməsi və s.) inandırıcı hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin məzmununda əksini tapmış bu fikirlər məhkəmə araşdırması zamanı payın əvəzləşdirilməsi faktı öz təsdiqini tapmaması qənaəti ilə birlikdə göstərilsə də, məhkəmənin bu mövqeyi hazırki iddianın əsaslı olması anlamına gəlməyə əsas vermir. Çünki, məhkəmə həmin vaxtı işə baxarkən həm iddianın predmeti alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında X3 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdeh X3 tərəfindən həmin mənzilin boşaldılması barədə olmuş, həm də məhkəmə payın əvəzləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparmayaraq bu qənaəti yalnız tərəflərin izahatları əsasında qurmuşdur. Belə ki, qətnamədən görünür ki, məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi cavabdeh2 isə mübahisəli əmlak üzərində iddiaçıya məxsus payın əvəzində onun nəvəsinin adına ## ##### 2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzili 60.000 manata aldığını qeyd etmişdir. İddiaçı isə həmin halı qəbul etməyərək mənzilin oğluna babası tərəfindən alındığını, mənzilin alınmasında məqsədlərinin onun mübahisəli əmlak üzərində payının əvəzləşdirilməsi olmadığını, azyaşlı X6 üçün alınmış mənzilin onun tərəfindən tapıldığını, mənzilin dəyərinin Bəhruz Allahverdiyev tərəfindən ödənildiyini, makler üçün 2.000 manat məbləğində ödənişin isə öz atası tərəfindən edildiyini bildirmişdir. Beləliklə də, payın əvəzləşdirilməsi faktı öz təsdiqini tapmaması Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş fakt olmadığı üçün hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Belə ki, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Mülki prosessual qanunvericilikdə məhkəmənin hüquqi mövqeyinin preyudisiallığı, yaxud məhkəmə aktlarının presedent əhəmiyyəti nəzərdə tutulmamışdır. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Bundan əlavə, Məhkəmə Kollegiyası hesab edir ki, ##.##.2016-cı il tarixli qətnamə ilə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tətbiqi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırmır. Belə ki, ##.##.2016-cı il tarixli qətnamə ilə iddiaçının 3/5 pay hüququnun müəyyən edilməsi əvvəlki qətnamə ilə müəyyən edilmiş haldır və bu hal mübahisələndirilmir. Lakin həmin qətnamənin sonradan faktiki icra edilib-edilməməsi əvvəlki qətnamənin müəyyən etdiyi hal deyildir. Buna görə də “iddiaçının 3/5 pay hüququ əvvəlki qətnamə ilə müəyyən edilmişdir” faktından “həmin pay üzrə sonrakı təminat və ya əvəzləşdirmə baş verməmişdir” nəticəsinə gəlmək olmaz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasında preyudisial əhəmiyyət yalnız əvvəlki məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş və tələbin və ya etirazın predmetinə aid olan faktlara şamil olunur. Bu səbəbdən, Məhkəmə Kollegiyası hesab edir ki, 2017-ci ildə alınmış mənzilin əvvəlki qətnamənin icrası məqsədi daşıyıb-daşımaması hazırkı iş üzrə ayrıca araşdırılmalı və qiymətləndirilməli idi. Bundan başqa, Mülki Məcəllənin 21-ci maddəsinin mənasına görə real zərərin tutulması üçün ilk növbədə hüququn pozulması, zərərin mövcudluğu və hüquqazidd hərəkətlə zərər arasında səbəbli əlaqə müəyyən edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, əvvəlcə iddiaçının həmin 3/5 paydan faktiki olaraq məhrum edilməsi, sonra 2017-ci ildə alınmış mənzil həmin payın əvəzi kimi ona və azyaşlı övladına verilməsi müəyyən edildikdən sonra mənzilin 2024-cü il üzrə bazar dəyərinin 205.000 manat olması ilə iddiaçının 3/5 payının dəyərində 123.000 manat məbləğində zərərə məruz qalmasına münasibət bildirilməli idi. Belə ki, əgər 2017-ci ildə alınmış mənzilin əvvəlki qətnamə üzrə iddiaçının payının təmin edilməsi məqsədi ilə verilməsi sübuta yetirilərsə, iddiaçının eyni hüquqi nəticəni ikinci dəfə, bu dəfə mənzilin hazırkı bazar dəyərinə uyğun pul şəklində tələb etməsi üçün hüquqi əsas yaranmır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının əvvəlki qətnamənin qəbulundan sonra 8 il ərzində həmin qətnamənin icrasını tələb etməməsi, 2017-ci ildə onun payına uyğun olduğu bildirilən mənzilin alınması və həmin mənzilin azyaşlı övladının adına rəsmiləşdirilməsi 2017-ci ildə alınmış mənzilin tələb edilən payın əvəzi olaraq iddiaçıya verilməsi kimi qiymətləndirilir. Məhkəmə Kollegiyası bu nəticəyə gələrkən nəzərə alır ki, iddiaçının tələbində qeyd etdiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı əvvəllər mövcud olan gərgin münaqişəli konflikt fonunda cavabdeh cavabdeh2 iddiaçıya (nəvəsinə) yeni mənzil alması ilə bağlı səbəbli əlaqə aşkardır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının cavabdeh2 həmçinin onun üzündən uzun müddət mülkiyyətindən məhrum edilməsilə keçirdiyi stress nəticəsində ona mənəvi ziyan vurulması ilə ondan buna görə 5.000 manat tələb etməsi də diqqətə alınmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, münaqişəli konflikt davam etdiyi təqdirdə baba tərəfindən iddiaçıya (nəvəsinə) hədiyyə olaraq yeni mənzil alması ağlabatan mühakiməyə də uyğun gəlmir. Belə ki, müəyyən edilmişdir ki, əvəzləşdirilmiş mənzilə dair rəsmiləşdirilmə aparılarkən iddiaçı alınacaq yeni mənzilin öz adına alınmasını təklif etsə də, məhz cavabdeh2 buna etiraz edərək mənzili nəvəsinin adına rəsmiləşdirilməsini təkid etmişdir. İddiaçı tərəf kollegiyanın iclasında bu faktın mövcudluğunu inkar etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi işin mühüm və diqqətlayiq hallarından biri olan mübahisəli mənzilə pay hüququnun tanınması və köçürülməsiə dair icra vərəqəsinin məhkəməyə geri qaytarılması ilə bağlı iddiaçının konkret addımlar atmayaraq bunun səbəbləri ilə maraqlanmamasını da qeyd edir. Həmçinin Mülki Məcəllənin 560.3 və 560.3.4-cü maddələrində digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlərin hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, işin araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçı 2017-ci ildə əvvəlki qətnamədən irəli gələn payının əvəzinə övladının adına mənzil alınmasını qəbul etmiş və bunun nəticəsində tərəflər arasında mübahisə faktiki olaraq həll edilmişdir, sonradan uzun müddət ərzində bu razılaşmanı mübahisələndirməyərək eyni payın bugünkü bazar dəyərinin yenidən tələb edilməsi əvvəlki rəftara zidd davranış kimi hüquqi qiymətləndirilir. İş materiallarından görünür ki, cavabdeh1 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin X3 117.000 (yüz on yeddi min) manata satılması ##.##.2020-ci il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən həyata keçirilmişdir. İddiaçının 2024-cü ildə çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etməsini Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməməsinə dair qətnamənin qəbulundan sonra, həmin qətnamə ilə dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət edə bilməsinin izahından sonra hazırkı iddia tələbinin 2025-ci il qaldırılması nəzərə alınsa, həm azyaşlının adına alınmış mənzilin 2017-ci ildəki alqısatqısından, həm də iddiaçının payı tanındığı, lakin qeydiyyata alınmadığı mənzilin 2020-ci ildəki alqı-satqısından keçən müddət ərzində də onun bu mənzildəki payı ilə bağlı heç bir əməli addım atmaması, mülkiyyət payının qeydə alınmasında, ən önəmlisi olan mənzilə köçürülməli olması ilə bağlı marağının olmaması kimi hallar da iddiasının əsassız olması və bir növ hüquqdan sui-istifadə edərək cavabdehlərin hesabına bir daha əmlak əldə etmək niyyətinin olmasını açıq şəkildə göstərir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ## ###### 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin III hissəsindən və 71-ci maddəsinin II hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Nəticə etibarilə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən 2017-ci ildə mənzilin alınması faktını, həmin mənzilin alınma məqsədini, tərəflərin bu barədə qarşılıqlı razılaşmasının olub-olmamasını, mənzilin iddiaçıya və ya onun azyaşlı övladına hansı məqsədlə verildiyini, 60.000 manatın kim tərəfindən ödənilməsini və bu halın əvvəlki məhkəmə qətnaməsinin faktiki icrası ilə əlaqəsini lazımi qaydada araşdırmamış, cavabdeh tərəfindən təqdim edilmiş yazılı sübutlara əsaslandırılmış hüquqi qiymət verməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia əsassız olduğundan rədd edildiyi üçün iddia müddəti ilə bağlı cavabdeh tərəfin ərizəsinə hüquqi qiymət verilməsinə zərurət olmamışdır. Beləliklə, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyən etmədən, tərəflərin təqdim etdiyi sübutları hərtərəfli və obyektiv qiymətləndirmədən və cavabdehin əsas etirazlarının rədd edilməsinin səbəblərini qətnamədə göstərmədən iddia tələbinin qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin hazırkı likvid bazar dəyərinə müvafiq olaraq 222.000 (iki yüz iyirmi iki min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsi hissəsində əsassız olmuşdur. Bundan başqa iddiaçı tələbində - məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi tələb etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, bununla əlaqədar məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi də əsas tələbin nəticəsindən asılı olaraq yenidən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, Mülki Prosessual Məcəlləsinin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası qətnaməni dəyişdirdikdə və ya yeni qətnamə çıxardıqda məhkəmə xərclərinin bölüşdürülməsini də müvafiq olaraq dəyişdirir. Göründüyü kimi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulmasının əsas şərti iddia tələbinin təmin edilmiş hissəsinin mövcud olması və həmin xərclərin təmin edilmiş tələb ilə əlaqəli şəkildə bölüşdürülməsidir. Hazırkı iş üzrə isə cavabdeh cavabdeh1 123.000 manat məbləğində real zərərin tutulması barədə əsas tələb əsassız olduğundan, həmin tələbin təmin olunmaması nəticəsində cavabdehin üzərinə məhkəmə xərclərinin qoyulması üçün də hüquqi əsas qalmır. Xüsusilə qeyd edilməlidir ki, 428 manat dövlət rüsumunun cavabdehdən tutulması iddiaçının məhkəməyə müraciət edərkən həmin məbləği faktiki olaraq ödəməsi ilə əsaslandırıla bilməz. Dövlət rüsumunun ödənilməsi məhkəmə müdafiəsinə müraciət edən şəxsin prosessual öhdəliyi olduğu halda, həmin məbləğin son nəticədə cavabdehdən tutulması iddianın təmin edilmiş hissəsinə münasibətdə məhkəmə xərclərinin bölüşdürülməsi qaydalarına uyğun həyata keçirilir. Buna görə də əsas tələb təmin edilmədikdə, həmin dövlət rüsumunun cavabdehin üzərinə qoyulması üçün ayrıca hüquqi əsas müəyyən edilməlidir. Eyni qayda vəkilə ödənilmiş 320 manat xidmət haqqına da aiddir. Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınaraq xeyrinə qətnamə çıxarılmış tərəfə verilməsini qərara ala bilər. Deməli, vəkil haqqının cavabdehdən tutulması da iddiaçının əsas tələbinin təmin olunması ilə bağlıdır. Əgər iddiaçının 123.000 manat məbləğində real zərərin tutulmasına dair tələbi əsassız hesab edilərək rədd edilirsə və nəticə etibarilə cavabdeh1 xeyrinə qətnamə qəbul edilirsə, həmin cavabdehin iddiaçının vəkilinə ödədiyi 320 manat məbləğində xidmət haqqını kompensasiya etməsi üçün hüquqi əsas mövcud ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin 428 manat dövlət rüsumunun və 320 manat vəkil xidmət haqqının cavabdeh cavabdeh1 tutulması barədə nəticəsi də əsas maddi tələb üzrə gəlinmiş nəticənin hüquqi taleyindən asılıdır və əsas tələb əsassız hesab edilərək rədd edildiyi halda həmin hissədə də qətnamə ləğv edilməlidir. Həmçinin, Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * nömrəli Qərarı Şəxsiyyət Hüquqlarının Müdafiəsi Haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli 20 №li Qərarının qəbul olunması ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində işin sadalanan hallarına düzgün qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, işin qeyd edilən halları ilə iddia tələbinin təmin edilən hissəsinin əsassız olması müəyyən edildiyindən, iddianın təmin edilməyən hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində - cavabdeh cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin bazar dəyərinin 3/5 hissəsi olan 123.000 (yüz iyirmi üç min) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, habelə ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil xidmət haqqının və 413 (dörd yüz on üç) manat dövlət rüsumunun cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 102, ünvanındakı * nömrəli mənzilin hazırkı likvid bazar dəyərinə müvafiq olaraq 222.000 (iki yüz iyirmi iki min) manat məbləğinin 3/5 hissəsi olan 133.000 (yüz otuz üç min) manat pulun cavabdeh cavabdeh1 alınaraq ona ödənilməsi, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 428 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat xidmət haqqının cavabdeh cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.