Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2330/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 katibliyi, Iddiaçının nümayəndəsi N qızının, Cavabdehin nümayəndəsi Nümayəndə oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Qanuni nümayəndə İddiaçı MMC-nin direktoru olmaqla ##.##.2012-ci il təvəllüdlü X3 anasıdır, cavabdeh isə uşağın atasıdır.
2. “X1 and SPA” MMC ilə İddiaçı MMC arasında X3 1 illik hovuz xidmətinin göstərilməsi üzrə ##.##.2024-cü il tarixli, XM-**/** nömrəli müqavilə bağlanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.111 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin qanuni nümayəndəsi olaraq ##.##.2024-cü il tarixli, XM-**/** saylı müqaviləsinə əsasən hovuz xidmətindən 1 nəfər üçün 1 illik istifadə xidməti üçün sponsor olaraq ##.##.2012-ci il doğum tarixli X3 üzgüçülük dərslərinə İddiaçı MMC tərəfindən 1.416 manat ödənilmişdir. İddiaçı MMC-nin daxili qaydalarına əsasən 2026-cı ilin ######ın ## tarixindən uşaqlar üçün nəzərdə tutulmuş sponsorluq fəaliyyəti müvəqqəti olaraq dayandırılır. Bir uşağın sağlamlığı üçün vacib olan üzgüçülük dərslərinin davam edilməsi şərtdir. Bu prosesdə isə ata məsuliyyət daşıyır.
5. Daha sonra İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh Cavabdeh atası Nümayəndə etibarnamə ilə iştirak etdiyini bildirsə də, etibarnaməni hələ də elektron məhkəmə sisteminə yüklənməmişdir.Məhkəmədən etibarlıq müddəti keçməyən etibarnamənin yüklənməsini xahiş edir. Yasamal Rayon Məhkəməsində hakim Gülnar Bababzadənin icraatında olan iş üzrə cavabdeh Cavabdeh bütün gəlirlərinin dörddə birinin aliment kimi tutulmasına qərar verilmişdir. Alimentlə bağlı cavabdehin danışmağa haqqı yoxdur, çünki bu proses sırf pul tələbidir. Həmçinin pul tələbi - iki hüquqi şəxs Qurban Qurbanov “X1” MMC və Qanuni nümayəndə İddiaçı MMC arasında bağlanılmış bir müqavilənin cavabdeh Cavabdeh alınması tələbidir. Bütün köçürmələr rəsmi şəkildə ##.##.2024 cü il müqavilə nömrəsi XM-04/24 bir tərəfdən “X1 and Spa” MMC v digər tərəfdən İddiaçı MMC arasında bağlanmış və bütün köçürmələr rəsmi İddiaçı MMC 4009001946293483215 Azərbaycan Beynəlxalq Bank və “X1” ************* saylı Kapital Bank hesabları arasında köçürülmüşdür. Sənədlər tək-tək ABB internet Bankının rəsmi səhifəsindən yüklənmişdir. Həmçinin, əlavə xərcin ödənilməsi ilə bağlı hakim Gülnar Babazadə ayrıca iddia kimi baxmasını xahiş etmiş və dövlət rüsumu ödəməklə işi icraata cavabdehin qeydiyyatda olduğu ünvana göndərilməni uyğun bilmişdir.
6. Iddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Cəmiyyətin məktəbdə təhsil alan istənilən uşağa idman və digər məşğuliyyət ilə əlaqədar sponsorluq etmək səlahiyyəti var, bu şirkətin nizamnaməsi ilə nəzərdə tutulmuşdur, lakin hazırda şirkət uşaqlara sponsorluq fəaliyyətini dayandırmışdır. Əvvəllər sponsorluq etdiyi uşaqların valideynlərindən pulun geri ödənilməsini tələb etməmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, nəvəsinin idmanla məşğul olmasına dair hansısa şirkətlə müqavilə bağlanmasından oğlunun məlumatı olmamışdır. Ümumiyyətlə qarşı tərəfin hansı əsasla pul tələb etməsinin səbəbini anlamır.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.H.Məmmədova) iddia təmin edilməmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “X5” MMC ilə Murad Abbasov və valideyni Qanuni nümayəndə arasında müqavilə bağlanmış və yetkinlik yaşına çatmayanın əlavə idman məşğələsi üçün maddi vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Hazırda isə heç hansı müqavilə və ya digər əsas olmadan uşağın təhsil aldığı müəssisə olan iddiaçı İddiaçı MMC, cavabdehdən ##.##.2024-cü il tarixli, XM-**/** saylı müqaviləyə əsasən ödənilmiş məbləğin 1.111 manat hissəsinin müvafiq bank hesabına qaytarılmasını tələb edir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarına qiymət verərilərkən irəli sürülmüş tələbin təmin olunması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən, iddiaçının da hazırki məzmunda tələb irəli sürməsi üçün subyektiv hüququ, həmçinin də göstərilən pulun cavabdehdən alınaraq iddiaçıya hansı əsasla qaytarılması müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edillməlidir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (127ci maddənin
10. II və VII hissələri, Mülki Məcəllənin 386.1-ci maddəsi, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin ##.##.2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən cavabdeh qismində çıxış etməli olan şəxs (keçmiş həyat yoldaşım) məhkəmə iclasında iştirak etməmiş, onun əvəzinə Nümayəndə Fərid oğlu iştirak etmişdir. Həmin şəxs tərəfindən məhkəməyə heç bir etibarnamə təqdim edilməmişdir. Onun etibarnamənin təqdim olunması ilə bağlı vəsatətimə baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. Bu isə mülki prosessual qanunvericiliyin nümayəndəliyə dair tələblərinin kobud şəkildə pozulmasıdır. Iddianın predmeti “X1” mərkəzinə ödənilmiş üzgüçülük dərsləri ilə bağlı olmuşdur. Lakin məhkəmə tərəfindən işə baxılarkən və qərarda “X8” ilə bağlı ödənişlər müzakirə edilmişdir. Bu hal iddia predmetinin düzgün müəyyən edilmədiyini və işin faktiki halarının təhrif olunduğunu göstərir. Məhkəmə mənim irad və vəsatətlərimi (xüsusilə etibarnamə ilə bağlı) nəzərə almamış, işə obyektiv və hərtərəfli baxılmasını təmin etməmişdir. Bu isə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, MMCnin nizamnaməsinə və hər iki MMC arasında bağlanmış müqaviləyə əsasən o, iddiada göstərilən məbləği cavabdehdən tələb edə bilər. Müqavilə bağlanarkən cavabdehə bu barədə məlumat verilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Işdən müəyyən olunur ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh 1.111 manat məbləğində pul tələb edir. Iddiaçı MMC həmin vəsaiti ##.##.2024-cü il tarixli, XM-**/** nömrəli müqavilə əsasında X3 üzgüçülük dərsləri üçün başqa MMC-yə ödəmişdir. Iddiaçı iddia tələbini sponsorluq fəaliyyətinin müvəqqəti dayandırılması ilə əsaslandırır.
22. Mülki qanunvericiliyin yuxarıda istinad olunan imperativ normalarına əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Başqa sözlə, müqavilə yalnız onun tərəfləri üçün vəzifələr yaradır, həmin müqavilədə iştirak etməyən şəxsin üzərinə hər hansı vəzifə qoya bilməz.
23. Hazırki iş üzrə də iki MMC arasında şərtləri razılaşdırılmaqla bağlanmış müqavilə üzrə onda iştirak etməyən cavabdehin üzərinə hər hansı vəzifə qoyula bilməz. Belə ki, cavabdeh həmin müqavilənin tərəfi olmamış, müqavilə şərtlərinin razılaşdırılmasında iştirak etməmiş, ödənişlərlə bağlı üzərinə hər hansı öhdəlik götürməmişdir.
24. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarının 17-ci vərəqində olan ##.##.2024-cü il tarixli 10 illik etibarnaməyə əsasən cavabdeh tərəfindən atası Nümayəndə oğluna onu məhkəmədə təmsil etmək səlahiyyəti verilmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.