Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2354/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2354/2026 (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, М3, m.*) saylı ünvanda yerləşən daşınmaz əmlakın Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akt əsasında cavabdehin qanunsuz sahibliyindən alınması və tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) ## #### 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması, istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı İddiaçı MMC ilə cavabdeh İbrahimov Rafael Əli oğlu arasında bağlanmış ## ###### 2019-cu il tarixli D*** saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlundan 63696 (altmış üç min altı yüz doxsan altı) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.*) saylı mənzilinə İbrahimov Rafael Əli oğlunun istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılaraqİddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir. (Birinci mülki iş) Qətnamədən cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlu apellyasiya şikayəti vermişlər. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçılar Elchieva Durdana və İbrahimov Rafael Əli oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı Elchieva Durdana ilə İddiaçı MMC arasında bağlanmış ## ###### 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı MMC ilə İbrahimov Rafael Əli oğlu arasında ## ###### 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası təmin edilməmişdir. (İkinci mülki iş). Həmin qətnamədən iddiaçı Elchieva Durdana apellyasiya şikayəti vermişdir. Mülki işlərin birləşdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə ikinci mülki iş baxılmaq üçün Şirvan Apellyasiya Məhəkməsinə göndərilmiş və mülki işlərin baxılması Şirvan Apellyasiya Məhkəməsində birgə baxılması davam etdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(022)- ***/**** saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.*) saylı mənzilinə cavabdehlərə aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədə iddia təmin edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə Elçiyeva Durdananın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ## #### 2024-cü il *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə birinci iş üzrə cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlu və ikinci iş üzrə Elçiyeva Durdananın birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Nizami İcra Şöbəsində ##.##.2025-ci il tarixli icraata başlama haqqında qərar qəbul edilmişdir. Birinci mülki iş üzrə cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlu və ikinci iş üzrə Elçiyeva Durdana ##.##.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinin hansı subyektlərə münasibətdə boşaldılması və qətnamənin (icra sənədinin) Elçiyeva Durdanaya münasibətdə tətbiqinin nəzərdə tutulub- tutulmaması hissəsində izah edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Həmçinin cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlu, ikinci iş üzrə Elçiyeva Durdana qətnaməyə izah verilməsinə ərizəyə “Əlavə”ni məhkəməyə göndərərək bildirmişlər ki, “mənzilin boşaldılması ilə bağlı qətnamənin (icra sənədinin) Cavabdeh münasibətdə tətbiqinin nəzərdə tutulub-tutulmaması” kimi ifadə olunmalıdır. Həmçinin, “iddia qalan hissədə təmin edilməsin” ifadəsinin izah isini də xahiş edirlər. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinin mənzilin hansı subyektlərə münasibədə boşaldılmasını, mənzilin boşaldılması ilə bağlı qətnamənin (icra sənədinin) Cavabdeh münasibətdə tətbiqinin nəzərdə tutulub-tutulmaması, “iddia qalan hissədə təmin edilməsin” hissəsində izah edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə izah edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi- Bakı şəhəri, Nizami rayonu, Məmmədəli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.6) mənzilinə cavabdehlərə aid hissədə istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədə- birinci mülki iş üzrə cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğluna aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılmasının təmin edilməsini ehtiva edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadında (5-ci səhifə) göstərilmişdir: Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğluna qarşı iddiası qismən təmin edilmiş, lizinqə qoyulmuş mənzil üzrə cavabdehlərə aid hissədə hüquqları itirilməsi və mənzilin boşaldılması hissəsində iddia təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı mülki iş üzrə Elchıeva Durdanəni cavabdeh qismində cəlb etməmişdir. Cavabdeh ikinci iş üzrə iddiaçı olmuş, onun iddiası təmin edilməmişdir. Lizinq obyekti olmuş evin əvvəlki mülkiyyətçisi D.Elchıyeva birinci iş üzrə cavabdeh olmamışdır. İşin hallarından göründüyü kimi, alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzili alıcıya təhvil verməmişdir. Cavabdeh icra sənədi üzrə borclu olmadığı üçün qətnamədə ona qarşı iddianın təmin edilməsi nəzərdə tutulmamışdır. İşin hallarından göründüyü kimi, ## ###### 2019-cu il tarixli "Daxili lizinq müqaviləsi" İbrahimov Rafael Əli oğlu ilə bağlanmışdır. Ona görə də mənzildə istifadə hüququnun itirilməsi və mənzilin boşaldılması hissədə iddianın təmin edilməsi həm ona, həm də digər cavabdeh Yolçuyev İsmayıl oğluna aid hissədə təmin edilməni ehtiva edir. Mənzilin təhvil verilməsi isə mənzilin tam boşaldılmasından sonra icra edilə bilər. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin eni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, M3, m.*) saylı daşınmaz əmlak üzərindəki faktiki sahiblikləri bərpa edilməsi, sözügedən əmlakın cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və məhkəmə qətnaməsinin lazımınca edilməsi üçün ayrı qaydada iddia qaldırılmalıdır. Çünki əmlak üzərindəki mülkiyyət hüququ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə tam təmin edilmişdir, ancaq qətnamənin icra edilməsi, yəni, mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində problem yaranmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, ##.##.2025-ci il tarixli arayışdan göründüyü kimi Bakı, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin ** saylı (Yeni qaydalarla Az111S, Bakı şəhəri, Nizami rayonu, nədəli Şərifli küçəsi, 239, M3, m.6) mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Bu əsasla iddia etmək mümkündür ki, cavabdehin mənzildən rəsmi istifadə hüququ yoxdur. Cavabdehin əməlləri sözügedən qətnamənin icrasını qeyri-mümkün etməklə yanaşı, kreditlər əsasında fəaliyyət göstərən şirkətə xeyli ziyan vurmuşdur və vurmaqda da davam edir. Məsələnin həllinə dair məhkəmə qaydasından kənar prosedur nəzərdə tutulmamışdır və bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin mümkün ehtimaldır ki, bu iddia üzrə də qətnamə çıxdıqdan sonra cavabdehlər iddia etsinlər ki, mənzildə başqa şəxslər də var, mənzilin təhvil verilməsi mənzilin tam boşaldılmasından sonra mümkündür. Odur ki, sadəcə olaraq cavabdeh barəsində yox, mənzildə yaşamağa və ya qeydiyyatda olmağa hüququ olmayan digər şəxslərə münasibətdə də qətnamə qəbul edilməlidir.
3. Cavabdehin nümayəndəsi-vəkili Vəkil ##.##.2025-ci il tarixdə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmiş və qeyd etmişdir ki, mənzil cavabdehə məxsus olmuş, iddiaçı tərəf cavabdehlə yalan əqd bağlayıb, onu aldatmışdır.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin ** saylı mənzil cavabdeh Cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçı İddiaçı MMC-yə təvhil verilməsi, iddiaçı İddiaçı MMC tərəfndən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisə obyekti olan mənzilin cavabdeh tərəfindən iddiaçıya satıldığı, cavabdehin həmin mənzilə olan mülkiyyət hüququndan imtina etdiyi, iddiaçının mübahisə obyekti olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı işin müəyyən edilmiş halı olduğundan, habelə cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququ olmadığından (itirdiyindən) onun mənzilə olan sahibliyi, mənzili iddiaçıya təhvil verməkdən imtinası qanunsuzdur. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, ** saylı mənzilin cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçıya təhvil verilməsi iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir. Qanunvericiliyin tələblərinə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 mənzil cavabdeh Cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçı “xxxx” MMC-yə təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152,2, 152.3, 152.4, 152.5, 157.2, 567, 568.1-ci, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29.1, 29.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddiasının heç hüquqi əsası yoxdur, bu səbəb ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iddia tələbi rədd olunmalıdır. Belə ki, Rafael İbrahimov ilə İddiaçı MMC arasında bağlanmış lizinq müqaviləsinə əsasən mübahisəli mənzil faktiki olaraq heç vaxt istifadəyə verilməmiş, mənzil üzərində istifadə və sahiblik hüququ təmin edilməmişdir. Lizinq verən tərəf – İddiaçı MMC isə daşınmaz əmlak üzərində faktiki nəzarəti özündə saxlamış, mənzilin təhvil verilməsi və istifadəyə verilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlarla, o cümlədən tərəflərin həqiqi iradə və niyyətlərinin əslində alqı-satqı və ya real lizinq münasibətləri yaratmağa yönəlmədiyi, bağlanmış sənədlərin yalnız formal xarakter daşıdığı, hüquqi münasibətin zahiri görüntüsünü yaratmaq məqsədi müəyyən edilmişdir. Eyni zamanda, daxili lizinq müqaviləsi və alqı-satqı müqavilələri tərəflərin həqiqi iradəsini və real hüquqi münasibətlərini əks etdirmir. Belə ki, Durdanə Elchıeva sözügedən mənzili faktiki olaraq satmaq niyyətində olmamış, mənzil yalnız borc münasibətlərinin təminatı məqsədilə girov xarakterli şəkildə sənədləşdirilmişdir. İddiaçı MMC vasitəsilə bağlanmış müqavilələr isə formal hüquqi mexanizm kimi istifadə edilmiş, tərəflərin əsl məqsədi gizlədilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən “yalan əqd” hesab olunur. Həmin maddənin tələbinə görə, yalan əqd hüquqi nəticə yaratmır. Odur ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə müəyyən olunur ki, tərəflər arasında bağlanmış lizinq və alqı-satqı müqavilələri formal xarakter daşımış, həmin müqavilələr bağlanarkən tərəflərin həqiqi iradəsi müqavilələrdə göstərilən hüquqi nəticələri yaratmağa yönəlməmişdir İddiaçı MMC isə mənzil üzərində faktiki nəzarəti özündə saxlamış və onu təhvil verməmişdir. Bu hallar bağlanmış müqavilələrin real lizinq münasibəti yaratmaq məqsədi daşımadığını göstərir. Odur ki, Məhkəmə Mülki Məcəllənin 340-cımaddəsinin tələbini pozmuşdur.
6. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, öz nümayəndəsinin (vəkilinin) məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İddiaçı MMC ilə İbrahimov Rafael Əli oğlu arasında bağlanılmış ##.##.2019-cu il tarixli, D*** saylı “Daxili Lizinq” müqaviləsindən görünür ki, lizinq verən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, ünvan 1) ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin öhdəliyi 130000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27% olmaq şərtilə İbrahimov Rafael Əli oğluna lizinqə verilmişdir.
10. . İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri * saylı Notariat ofisində təsdiq edilmiş ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin ** saylı (Yeni qaydalarla Az 1118, ünvan 1) mənzili İddiaçı MMC tərəfindən lizinqə verilmək məqsədilə satın alınmışdır.
11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin ** saylı mənzil (Yeni qaydalarla Az 1118, ünvan 2) ünvanında qeydiyyatda heç bir şəxs yoxdur.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ##.##.2019-cu il tarixli ********** nömrəli qeydiyyat nömrəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin ** saylı mənzili (Yeni qaydalarla Az 1118, ünvan 1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsus olmuşdur.
13. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, ərizə təmin edilərək izah edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi-Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, М3, m.*) saylı mənzilinə cavabdehlərə aid hissədə istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədəbirinci mülki iş üzrə cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğluna aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılmasının təmin edilməsini ehtiva edir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinə izah verilməsinə dair İddiaçı MMC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, cavabdehlər İbrahimov Rafael Əli oğlu və Yolçiyev Oqtay İsmayıl oğlunun apellyasiya şikayətləri qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən * saylı evin 13 (Yeni qaydalarla Az 1118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239, М3, m.*) saylı mənzilinə cavabdehlərə aid istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissədə iddia təmin edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
18. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrini, Mülki Məcəllənin 6, 152.1, 152.5, 157.2-ci maddələrini və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” * saylı Protokolun 1-ci Maddəsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavabdehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır. - 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
21. Hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcıcavabdeh Cavabdeh tərəfindən notarial qaydada götürülmüş öhdəliklərə əsasən müəyyən edilir ki, mülkiyyətçi olmuş Cavabdeh həmin əmlaka olan mülkiyyət hüququndan imtina etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndindən görünür ki, satıcı Cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə ##.##.2019-cu il tarixədək alıcı İddiaçı MMC-nin faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin işin tədqiq edilən halları ilə cavabdehin mənzildə yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehin mübahisəli mənzil üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mübahisə obyekti olan mənzilin cavabdeh tərəfindən iddiaçıya satıldığı, cavabdehin həmin mənzilə olan mülkiyyət hüququndan imtina etdiyi, iddiaçının mübahisə obyekti olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı işin müəyyən edilmiş halı olduğundan, habelə cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququ olmadığından (itirdiyindən) onun mənzilə olan sahibliyi, mənzili iddiaçıya təhvil verməkdən imtinası qanunsuzdur.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
27. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov