Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2380/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı qızının cavabdehlər cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “daşınmaz əmlaka dair çıxarışın ləğv olunması və daşınmaz əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı qızının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı qızının cavabdehlər cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair çıxarışın ləğv olunması və daşınmaz əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Bağlar İdarəsi ilə cavabdeh2 arasında bağlanmış ##.##.1987-ci il tarixli, **** saylı müqavilənin surətindən görünür ki, Nardaran qəsəbəsində yerləşən **** saylı bağ evi və 0,25 ha bağ sahəsi cavabdeh2 10 illik müddətə icarəyə verilmişdir.
2. Lenin Rayon Məhkəməsinin *-*** saylı, ##.##.1988-ci il tarixli qərarının surətindən görünür ki, X4 Nardaran qəsəbəsindəki **** saylı bağ sahəsinə köçürülməsinə dair iddiası təmin edilmiş, cavabdeh2 isə X4 bağ sahəsindən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatı idarəsi ilə X4 arasında bağlanmış ***** saylı, ##.##.1998-ci il tarixli müqaviləyə əsasən Nardaran qəsəbəsində 1181 a saylı, 0,12 ha bağ sahəsi 10 il müddətinə X4 icarəyə verilmişdir.
4. * saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2-1(82)- ****/**** saylı qərarının surətindən görünür ki, cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, **** saylı bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsindən, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, * saylı Bakı inzibatiİqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** saylı qərarından cavabdeh DƏDRX Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmişdir.
6. ##.##.2021-ci il tarixdə Qasımov Əziz Rauf oğlu Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (maraqlı) şəxs qismində cəlb edilməsini xahiş etmiş və ərizədə bildirmişdir ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** saylı iş üzrə qərarı onun maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdeh2 onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, **** nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X5 və sonuncunun vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxta qədər həmin bağ evində yaşayır. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması qərara alınmış və Qasımov Əziz Rauf oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçı cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, **** nömrəli bağın vaxtilə iki hissəyə bölünməsi – 1181-A/2 və 1181-A/1 nömrələri ilə Qasımov Əziz Rauf oğlunun və X4 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafiq müqavilələrin bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinə həvalə olunması barədə məhkəmə qətnaməsi (##.##.2006-cı il tarixdə) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunubolunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatları araşdıraraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-**/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının ##.##.2024- cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilmiş, iddia ərizəsi təmin edilmişdir. İddiaçı cavabdeh2 Qafar oğlu ilə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatlarının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış ## #### 1987-ci il tarixli, **** saylı “Bağ sahələrinin, tikililərin uzunmüddətli istifadəyə verilməsi”nə dair müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, **** nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş 51,5 kv.m yaşayış sahəsi, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının 2-1(102)- ****/**** saylı, ##.##.2025ci il tarixli qərarı ilə üçüncü şəxs Qasımov Əziz Rauf oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, **** saylı bağ evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsi cavabdeh2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı qızı cavabdehlər cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair çıxarışın ləğv olunması və daşınmaz əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən **** saylı bağ evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin cavabdeh Qasımov Əziz Rauf oğlunun xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: 0050130334600-11301) çıxarışın ləğv olunması və onun həmin **** saylı bağ evinə və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən **** saylı bağ evi babası Qafar Əhmədovun xüsusi mülkiyyətində, bağ evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi isə istifadəsində olmuşdur. Babası vəfat etdikdən sonra həmin bağ evi və onun həyətyanı torpaq sahəsindən mərhumun ailə üzvləri, o cümlədən anası X4 və dayısı cavabdeh2 birgə istifadə etmişlər. Bir müddət sonra həmin əmlakdan istifadə ilə bağlı onların arasında ixtilaf yaranmış, nəticədə, dayısı bağ sahəsindən istifadə ilə bağlı anasına maneələr yaratmağa başlamışdır. Bununla bağlı anasının sözügedən bağ evinə köçürülməsinə dair iddia ərizəsi Lenin (Sabunçu) Rayon Məhkəməsinin ##.##.1989-cu il tarixli, *-*** saylı qətnaməsi ilə təmin edilmiş, cavabdeh2 isə Marina Qasımovanın bağ sahəsindən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. 1989-cu ildə dayısı cavabdeh2 bağ evinin açarlarını anası X4 vermiş, həmin ilin yay aylarından etibarən onlar Nardaran qəsəbəsində yerləşən bağ evindən və sahəsindən müntəzəm surətdə istifadə etmişlər. Anası həmin bağ sahəsinin 12,5 ha hissəsinin onun istifadəsində olması ilə bağlı keçmiş Bağlar idarəsi ilə müqavilə bağladığı vaxtdan etibarən bütün rüsumları və kommunal ödənişləri özünün və qardaşı cavabdeh Vaqif Qafarovun adından həyata keçirmişdir. 1992-ci ildə baş vermiş yanğın nəticəsində **** saylı bağ evi yararsız vəziyyətə düşdüyünə görə, X1 Rauf oğlu şəxsi vəsaiti ilə evi əsaslı təmir etdirmişdir. İddiaçının ailəsi 2005-ci ildən daimi yaşamaq üçün həmin bağ evinə köçmüşdür. X1 Rauf oğlu ailəsi ilə birlikdə həmin vaxtdan hazırkı vaxtadək orada yaşayır, özü isə vaxtaşırı olaraq həmin bağ evində yaşayır. İddiaçı 1 ay əvvəl əldə etdiyi çıxarışdan iş üzrə cavabdeh olan dayısının həmin bağ evinə xüsusi mülkiyyət hüququnu qeydiyyata aldırdığı məlum olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019cu il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: 005013034600- 11301) çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən **** saylı bağ evi və onun yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsi cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı bunu düzgün hesab etmir. Belə ki, iddiaçı və onun anası həmin bağ sahəsi ilə bağlı payçı olmuşlar, 1989-cu ildən fasilələrlə, 2005-ci ildən isə iddiaçının ailəsi daimi olaraq həmin bağ evində yaşamışdır. İddiaçı evin yanğından sonra bərpa olunması və bağın ərtafında daş hasar çəkilməsinin öz vəsaitləri hesabına həyata keçirdiklərini, yaşadıqları müddətdə bütün kommunal ödənişləri və vergiləri ödəmələrinə istinad edərək, mübahisəli bağ sahəsi barədə cavabdehə çıxarış verilməsini düzgün hesab etmir, həmin çıxarışın ləğv olunmasını, sözügedən bağ sahəsinin və evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını zəruri hesab edir.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X2).
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia ilə iddiaçı əslində qüvvədə olan məhkəmə aktının hüquqi nəticələrini aradan qaldırmağa yönəlmiş tələb irəli sürmüşdür. Halbuki məhkəmə tərəfindən çıxarışın verilməsi barədə öhdəlik artıq müəyyən edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılmışdır. Bu səbəbdən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə tələb, həmin çıxarışın məhkəmə qərarının icrası nəticəsində verildiyi nəzərə alınmaqla, hüquqi əsaslı hesab edilə bilməz. Bundan əlavə, mülkiyyət hüququnun tanınması üçün iddiaçı həmin əmlak üzərində hüququnun yaranmasını təsdiq edən hüquqi əsasları və sübutları məhkəməyə təqdim etməlidir. İş materiallarında isə iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqi faktlar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli çıxarışın verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası nəticəsində həyata keçirilmişdir və həmin hüquqi vəziyyət hazırkı mülki icraat çərçivəsində yenidən qiymətləndirilə bilməz.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88.1-ci 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və onun anası həmin bağ sahəsi ilə bağlı payçı olmuşlar, 1989-cu ildən fasilələrlə, 2005-ci ildən isə iddiaçının ailəsi daimi olaraq həmin bağ evində yaşamışdır. İddiaçı evin yanğından sonra bərpa olunması və bağın ərtafında daş hasar çəkilməsinin öz vəsaitləri hesabına həyata keçirdiklərini, yaşadıqları müddətdə bütün kommunal ödənişləri və vergiləri ödəmələrinə istinad edərək, mübahisəli bağ sahəsi barədə cavabdehə çıxarış verilməsini düzgün hesab etmir, həmin çıxarışın ləğv olunmasını, sözügedən bağ sahəsinin və evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını zəruri hesab edir. İddiaçının mərhum anasının və onun vərəsəsi kimi iddiaçının mübahisə predmeti olan əmlaka 1988-ci ildən başlamaqla 30 ildən artıq fasiləsiz və etirazsız sahiblik etməyi iddiaçıya müvafiq hissədə mülkiyyətçi kimi qeydiyyata alınmaq hüququ verir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və III hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən **** nömrəli bağ evi və onun yerləşdiyi 0,25 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanuniliyinə dair yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini və həmin əmlakın ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Lakin iş materiallarında olan məhkəmə aktlarının surətlərindən müəyyən edilir ki, mübahisəli daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və cavabdeh cavabdeh2 Qafar oğluna çıxarış verilməsi məsələsi artıq məhkəmə qaydasında araşdırılmış və bununla bağlı qüvvədə olan məhkəmə aktları mövcuddur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ##.##.2022- ci il tarixli qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş və həmin qərarla Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən **** nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsi və üzərində yerləşən tikili üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır. Ondan əvvəl isə, * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarına əsasən, cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, **** saylı bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsindən, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
27. Göründüyü kimi mübahisəli daşınmaz əmlaka dair cavabdeh cavabdeh2 Qafar oğlunun hüquqlarının dövlət qeydiyyatına alınması və ona çıxarış verilməsi qüvvəyə minmiş məhkəmə qərarının icrası nəticəsində həyata keçirilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ilə iddiaçı əslində qüvvədə olan məhkəmə aktının hüquqi nəticələrini aradan qaldırmağa yönəlmiş tələb irəli sürmüşdür. Halbuki, məhkəmə tərəfindən çıxarışın verilməsi barədə öhdəlik artıq müəyyən edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılmışdır.
29. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.