Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2396/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulduğu iddia olunan zərərin sübuta yetirilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili İsmayılbəyli İsmayıl Malik oğlunun, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “İcraçı” “xxxx” MTK ilə “Payçı” İddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli, ** nömrəli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqaviləyə əsasən "İcraçı" Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının ## ####### 2017-ci il tarixli, 263 və *** saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının Azadlıq prospektində yerləşən, "B" blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan sahəsində (Azadlıq prospekti tərəfdən) yerləşən 320,00 kv.m sahəni bir pay kimi “Раyçı"ya verməyi öz öhdəsinə götürmüşdür. "Рауçı" müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 3 000 000 manatdan ibarətdir. 2.“xxxx” MTK-nın ##.##.2022-ci il tarixli arayışında göstərilib ki, “xxxx” MTK-nın Bakı şəhəri, Azadlı prospekti ilə S.Rəhimov, S.Rəhimov M.Qaçqay küçələrinin kəsişməsində inşa olunan 16 mərtəbəli yaşayış binasının “B” girişində, (Azadlıq prospektinə qapıları açılan istiqamətdə, yer seəviyyəsi ilə bərabər) 320.00 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin dəyəri İddiaçı bütöv ödəmişdir, qalıq borc yoxdur.
3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,7 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh adına ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
4. Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış ##.##.2021- ci il tarixli müqaviləyə əsasən “Tikinti şirkəti” söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi” Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 38,7 kv.m olan təmirli qeyri-yaşayış sahəsinin sökülməsi üçün təhvil alıb, “Tikinti şirkəti” tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası tam yekunlaşdıqdan sonra A blokunun qeyri-yaşayış sahəsinin 1- ci mərtəbəsində 54.0 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürüb.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(007)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**(***)-***/**** saylı qərardadında olan yanlışlıqlar aradan qaldırılmış, qərardadın “nəticə” hissəsinin 2-ci abzası aşağıdakı kimi oxunması və qəbul edilməsi: “İddiaçı Cavabdeh cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə e-*(***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki çoxmərtəbəli binanın Azadlıq prospektində olan kürsü və 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinin üzərinə həbs qoyulsun, həmin qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və təmirsiz qeyri-yaşayış sahəsində hər hansı təmir-bərpa işlərinin görülməsi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə və üçüncü şəxslərə qadağan edilsin” qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, **(***)- ***/**** saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili İsmayılbəyli İsmayıl Malik oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- **(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Cavabdeh nümayəndəsi və vəkili vəkil1 qərardadda olan yanlışlığın aradan qaldırılmasına dair ərizəsi rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, Azadlıq prospektində yerləşən, "B" blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan (Azadlıq prospekti tərəfdən) sahəsi 320,00 kv.m olan qeyri-yaşayış sahəsi üzərində qanunsuz tətbiq edilmiş həbs nəticəsində yaranmış əldən çıxmış faydanın ##.##.2025-ci ildən ##.##.2025-ci ilə qədər keçən dövr üçün 11968 manatın, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat ödənişin və 126 manat dövlət rüsumununun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
8. İddiada göstərilib ki, qeyri-yaşayış sahəsinin tikintisi haqqında ## ######## 2019-cu il tarixli, ** nömrəli müqaviləyə əsasən "İcraçı", yəni “xxxx” Mənzil Tikinti Kooperativi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının ## ####### 2017-ci il tarixli, 263 və *** saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülüb və bu sahədə tikilən yeni yaşayış binasının Azadlıq prospektində yerləşən, "B" blokunun qeyriyaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan sahəsində (Azadlıq prospekti tərəfdən) yerləşən 320,00 kv.m sahəni bir pay kimi "Payçı”ya, yəni, ona verməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, yuxarıda göstərilən qeyri-yaşayış sahəsi 2019-cu ildən onun mülkiyyətindədir. Cavabdeh isə ## ###### 2021-ci il tarixində bağladığı müqavilə əsasında həmin kompleksdə yerləşən başqa qeyri-yaşayış sahəsini əldə etmişdir. Onun mülkiyyətində olan qeyri-yaşayış sahəsi “B” blokunda, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi isə “A” blokunda yerləşir. Bundan əlavə, Cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “qeyriyaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və e-*(***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,amil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki çoxmərtəbəli binanın A blokunun Azadlıq prospekti olan hissəsində 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulması, həmin qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və təmirsiz qeyri-yaşayış sahəsində hər hansı təmir-bərpa işlərinin görülməsi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Beləliklə, qeyd olunan qərardad düzgün olaraq yalnız Cavabdeh bağladığı müqaviləyə əsasən onun mülkiyyətində olan A blokundakı qeyri-yaşayış sahələrinə şamil edilmişdir. Ancaq daha sonra ##.##.2025-ci il tarixdə Cavabdeh məhkəməyə təkrar ərizə ilə müraciət etmiş və göstərmişdir ki, məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə etdiyi müraciətində yanlışlığa yol verilmiş və üzərinə həbs qoyulmuş əmlakın ünvanı səhv göstərilmişdir. ## ###### 2025-ci il tarixli, **(***)-***/****- *** nömrəli qərardadda düzəliş edərək, ünvanı müvafiq olaraq “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki çoxmərtəbəli binanın Azadlıq prospektində olan kürsü və 1-ci mərtəbəsi” kimi göstərilməsini xahiş etmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e**(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadında olan yanlışlıqlar aradan qaldırılması, qərardadın “nəticə” hissəsinin 2-ci abzası aşağıdakı kimi, oxunsun və qəbul edilsin: “İddiaçı Cavabdeh cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə e-*(***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsindəki çoxmərtəbəli binanın Azadlıq prospektində olan kürsü və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin üzərinə həbs qoyulsun, həmin qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və təmirsiz qeyri-yaşayış sahəsində hər hansı təmir-bərpa işlərinin görülməsi cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Məhz həmin ərizə nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadı ilə ## ######## 2025-ci il tarixində onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən, Azadlıq prospekti istiqamətində “B” blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan hissəsində (Azadlıq prospekti tərəfdən girişli) 320,0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin üzərinə də həbs qoyulmuşdur. Halbuki, mübahisə predmeti yalnız Cavabdeh Rauf qızının mülkiyyətində olan “A” blokunun Azadlıq prospekti tərəfdə yerləşən 1- ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi olmuş və müvəqqəti təminat tədbiri də sırf həmin sahəyə tətbiq edilməli idi. Onun mülkiyyətində olan “B” blokuna tətbiq edilən həbs tədbiri Cavabdeh iddiası üçün heç bir hüquqi və praktiki əhəmiyyət daşımır. Həbs yalnız “A” blokunun 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə şamil edilməli idi. Bunun əksinə olaraq, Azadlıq prospektinə baxan başqa bir istiqamətinə, onun “B” blokundakı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması hazırda aparılan təmir işlərinin gedişatını tamamilə dayandırmışdır. Xüsusilə vurğulayır ki, həmin binada hal-hazırda yalnız onun mülkiyyətində olan sahədə təmir işləri aparılırdı və bu təmir prosesinin dayandırılması onun mülkiyyətindən səmərəli istifadə etməsinə mane olmuşdur. Nəticədə, o, həmin sahədən planlaşdırdığı gəliri əldə etmək imkanından məhrum edilmiş, bu isə onun üçün faktiki gəlir itkisinə və maddi ziyana səbəb olmuşdur. Hesab edir ki, ona dəymiş maddi ziyanın və itirilmiş gəlirin tam həcmdə ödənilməsi təmin edilməlidir. Əmlakın üzərinə ## ######## 2025ci il tarixində həbs qoyulmuş, ## ####### 2025-ci il tarixində isə həmin həbs götürülmüşdür. Beləliklə, mülkiyyətində olan qeyri-yaşayış sahəsi 34 gün müddətində həbsdə qalmışdır. Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-***/**** saylı qərardadı məhz cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iddia qaldırmış Cavabdeh ərizəsi əsasında çıxarılmışdır. Həmin qərardaddan apellyasiya qaydasında şikayət verilmiş və apellyasiya instansiyası tərəfindən şikayəti təmin edilmişdir. Bu fakt özü bir daha sübut edir ki, Nizami Rayon Məhkəməsinin qərardadı hüquqi və faktiki əsaslardan kənar, haqsız şəkildə tətbiq edilmişdir. Qərardadın əsassız olaraq qüvvədə qalması nəticəsində onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə qanunsuz həbs qoyulmuş, o, uzun müddət həmin sahədən istifadə və gəlir əldə etmək imkanından məhrum edilmişdir. Bununla yanaşı, həmin müddət ərzində əldən çıxmış fayda formasında ciddi gəlir itkisinə məruz qalmışdır. Nəticə etibarı ilə, bu qərardad təkcə hüquqi baxımdan əsassız deyil, həm də onun üçün vaxt itkisinə və real maddi ziyana səbəb olmuşdur. Bu barədə Cavabdeh rəsmi qaydada məlumat da göndərilmişdir. Həmin məlumatda göstərilmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsinin üzərində qanunsuz həbsin qüvvədə qalması nəticəsində ##.##.2025-ci ildən etibarən o, həmin sahədən istifadə və gəlir əldə etmək imkanından məhrum edilmişdir. Qeyd edilmiş tarixdən etibarən həmin qeyri-yaşayış sahəsinin hər bir günü üzrə həbsin davam etməsi onun üçün birbaşa gəlir itkisi hesab olunur və bu səbəbdən əldən çıxmış fayda məhz həmin tarixdən başlayaraq cavabdehdən tələb ediləcəkdir. "X1MƏ MƏRKƏZİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM № ***-***/**** saylı, ## ####### 2025-ci il tarixli rəyində göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində, hal-hazırda “xxxx” Mənzil Tikinti Kooperativinin yerləşdiyi ünvanda olan, orta təmirli, ümumi sahəsi 320 kv.m olan qeyri-yaşayış obyektinin orta aylıq icarə dəyərləri 2022-ci il üçün 8350 manat, 2023-cü il üçün 9500 manat, 2024-cü il üçün 10340 manat, 2025-ci il üçün isə 10560 manat təşkil etmişdir. Hesablama göstərir ki, 2025-ci il üzrə aylıq icarə dəyəri 10560 manat olduğundan, gündəlik icarə məbləği 352 manat təşkil edir, yəni hər bir gün həbsdə qalması onun üçün birbaşa 352 manat gəlir itkisi deməkdir. Nəzərə alaraq ki, əmlak ümumilikdə 34 gün müddətində həbsdə qalıb, bu, onun 11968 manat məbləğində gəlir itirməsinə səbəb olmuşdur.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbinin təmin edilməməsi və ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarından görünür ki, iddiaçının tələb etdiyi məbləğ real zərər kimi deyil, əldən çıxmış fayda kimi irəli sürülmüşdür. Bu isə o deməkdir ki, iddiaçı məhkəmə qarşısında yalnız gəlir əldə etmək niyyətinin mövcudluğunu deyil, həmin gəlirin adi mülki dövriyyə şəraitində qaçılmaz və real olaraq əldə ediləcək gəlir olduğunu sübuta yetirməlidir. Qanunun mənasına görə, ehtimal edilən gəlir, planlaşdırılan kommersiya faydası və ya gələcək imkan hüquqi baxımdan hələ sübuta yetirilmiş əldən çıxmış fayda demək deyildir. Əldən çıxmış fayda yalnız o halda tələb edilə bilər ki, hüquq pozulmasaydı gəlirin əldə olunması adi mülki dövriyyə şəraitində obyektiv və ağlabatan surətdə baş verəcəkdi. Bu tələb özü ilə gəlirin ehtimal xarakterli deyil, kifayət qədər konkret və reallaşmağa yaxın hüquqi-faktiki əsaslara söykənməsini zəruri edir. İddiaçı bu iş üzrə ilk növbədə aşağıdakı halları sübuta yetirməli idi: birincisi, tələbin predmetini təşkil edən 320,00 kv.m qeyri-yaşayış sahəsinin məhz onun iddia etdiyi hüquqi və faktiki xüsusatlarla müəyyənləşdirilən eyni obyekt olduğunu; ikincisi, həmin obyektin mübahisə olunan dövrdə faktiki istifadəyə və kommersiya dövriyyəsinə hazır vəziyyətdə olduğunu; üçüncüsü, həmin dövrdə obyektin konkret olaraq gəlir gətirəcək münasibətə daxil ediləcəyini; dördüncüsü, gəlirin məbləğinin ağlabatan ehtimal həddini deyil, kifayət qədər müəyyən iqtisadi nəticəni ifadə etdiyini; beşincisi, həmin gəlirin əldə olunmamasının yeganə və ya birbaşa səbəbinin cavabdehin hərəkəti olduğunu; altıncısı, əlavə tələb edilən hüquqi yardım xərci və dövlət rüsumunun da əsas tələbin taleyindən asılı olaraq cavabdehə aid edilməsinə hüquqi əsasın mövcudluğunu. Məhkəmə hesab edib ki, iş üzrə təqdim olunmuş sübutlar bu halların hamısını birlikdə və birmənalı şəkildə təsdiq etmir. Belə ki, ##.##.2019-cu il tarixli, ** nömrəli müqaviləyə istinadla iddiaçı “B” blokunun qeyriyaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan hissəsində yerləşən 320,00 kv.m sahəyə malik olduğunu göstərmişdir. Müqavilə iddiaçının mübahisə predmeti ilə əlaqəsini və hüquqi marağını təsdiq edən sənəd kimi işə aidiyyəti olan sübutdur. Lakin həmin müqavilə özlüyündə nə zərərin yaranmasını, nə gəlirin itirilməsini, nə də mübahisə olunan dövrdə obyektin istifadəyə tam hazır vəziyyətdə olmasını sübuta yetirmir. Müqavilə ilə təsdiq olunan hal mülkiyyət və ya əmlak hüququ ilə bağlı ilkin münasibətdir; iddianın təmin olunması üçün zəruri olan gəlirin qaçılmazlığı, iqtisadi itkinin məhz həmin dövrdə baş verməsi və cavabdehin davranışı ilə nəticə arasında birbaşa bağ isə ayrıca sübut olunmalı idi. O cümlədən, yenə həm cavabdeh, həm də iddiaçı tərəfindən ayrı-ayrılıqda məhkəməyə təqdim edilən çertyojdan da göründüyü kimi qeyd olunan obyekt müqavilədəki kimi “yer səthi ilə eyni səviyyədə” yox, “-3,30 səviyyəsində kürsülük mərtəbəsi planı” təyinatı görsənir, bu da öz növbəsində iddiaçı tərəfindən təqdim olunan sənədlərin mötəbərliyini şübhə altına alır. Məhkəmə, həmçinin, iş materiallarında obyektin hüquqi və faktiki identifikasiyası ilə bağlı ziddiyyət və qeyri-müəyyənliyin aradan qaldırılmadığını nəzərə alır. Belə ki, iddiaçı öz qeyriyaşayış sahəsini “B” blokunun qeyri-yaşayış sahəsinin yer səviyyəsi ilə eyni olan hissəsində” yerləşən obyekt kimi təqdim etmişdir. Eyni zamanda iddiaçının istinad etdiyi təminat tədbiri ilə bağlı ##.##.2025-ci il tarixli düzəliş qərardadında “Azadlıq prospektində olan kürsü və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri” ifadəsi işlədilmişdir. İş materiallarında ilk qərardadın “A” blokunun Azadlıq prospekti olan hissəsində 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahələrinə aid olduğu göstərildiyi halda, sonrakı düzəlişdə “kürsü və 1-ci mərtəbə” ifadəsinin tətbiq edilməsi ilə obyektin əhatə dairəsi genişləndirildiyi irəli sürülmüşdür. Bu fərqləndirmə təkcə terminoloji məsələ deyil. “Yer səviyyəsi ilə eyni olan hissə”, “kürsü”, “1-ci mərtəbə”, “A blok”, “B blok” kimi göstəricilər müxtəlif obyektlərin və ya eyni obyektin müxtəlif hüquqi-faktiki təsvirlərinin işarəsi ola bilər. Belə olan halda məhkəmə mübahisə predmetinin identifikasiyasını yalnız ümumi izahatlarla deyil, birmənalı texniki və hüquqi sübutlarla müəyyən etməlidir. Lakin təqdim olunmuş sənədlər bu məsələdə qəti və ziddiyyətsiz mənzərə yaratmır. Bu səbəbdən iddia olunan zərərin məhz hansı konkret obyekt üzrə yarandığı tam aydınlaşdırılmış hesab edilə bilməz. İddiaçının təqdim etdiyi hüquqi konstruksiyanın əsas zəif cəhətlərindən biri də obyektin mübahisələndirilən dövrdə istifadəyə hazır vəziyyətdə olmasının mötəbər sübutlarla təsdiqlənməməsidir. İddiaçı və onun nümayəndəsi özləri bildirmişlər ki, mübahisə olunan qeyriyaşayış sahəsində təmir işləri aparılırmış və həmin təmir işlər həbs səbəbindən dayandırılmışdır. Bu hal, bir tərəfdən, iddiaçının obyektə faktiki marağını və onun üzərində müəyyən işlərin aparıldığını göstərsə də, digər tərəfdən obyektin həmin vaxt artıq istifadəyə və icarəyə tam hazır vəziyyətdə olmamasına işarə edir. Obyektin təmir prosesində olması, onun kommersiya istismarına başlanılması üçün əlavə işlərin görülməli olduğunu göstərir. Belə olan halda məhkəmə, hüquqi baxımdan, həmin obyekt üzrə gəlirin elə məhz mübahisə olunan 34 günlük dövrdə qaçılmaz və dərhal əldə ediləcək gəlir olduğunu qəbul edə bilməz. Çünki təmirin dayandırılması ilə obyektin gəlir gətirəcək tam hazırlıq vəziyyətinə çatması arasında əlavə zaman, əlavə resurs, əlavə əməliyyat və kommersiya razılaşmaları tələb oluna bilərdi. Bu aralıq hallar müəyyən edilmədən və sübuta yetirilmədən “həbs olmasaydı, həmin 34 gün ərzində mütləq gəlir əldə ediləcəkdi” nəticəsinə gəlmək hüquqi baxımdan əsaslı sayıla bilməz. İddiaçı gəlirin mövcudluğunu və məbləğini əsaslandırmaq üçün “X1 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə istinad etmişdir. Həmin rəydə 320 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin müxtəlif illər üzrə, o cümlədən 2025- ci il üzrə orta aylıq icarə dəyərinin 10.560 manat olduğu göstərilmişdir. Qiymətləndirmə rəyi bazar dəyəri və ya orta icarə dəyəri barədə mütəxəssis fikrini ifadə edən yardımçı sübut kimi iş üzrə müəyyən əhəmiyyətə malik olsa da, onun sübut gücü predmetinə görə məhduddur. Qiymətləndirmə rəyi faktiki bağlanmış icarə müqaviləsini, konkret kirayəçi ilə razılaşmanın mövcudluğunu, ödənişə hazırlığı, kommersiya dövriyyəsinə başlama tarixini, obyektin həmin tarixdə istifadəyə tam yararlılığını və konkret gəlirin qaçılmazlığını təsdiq etmir. Rəy bazarın orta göstəricisini təsvir edir, lakin iddiaçının məhz həmin dövrdə, məhz həmin qiymətə, məhz həmin obyekt üzrə gəlir əldə edəcəyini hüquqi cəhətdən müəyyən etmir. Buna görə də həmin rəy təkbaşına iddianın təmin olunması üçün kifayət edən sübut hesab edilə bilməz. Həmin rəy digər mötəbər sübutlarla tamamlanmalı idi. Lakin iş materiallarında belə tamamlayıcı sübutlar təqdim olunmamışdır. Maliyyə arayışına gəldikdə, iddiaçının istinad etdiyi maliyyə arayışı da daha çox hesablamanın daxili məntiqini göstərən yazılı sənəd xarakteri daşıyır. Həmin sənəd gəlirin faktiki əldə edildiyini və ya əldə ediləcək olduğunu sübut etmir. Qiymətləndirmə rəyi bazar üzrə mümkün icarə gəlirini təxmin edir, maliyyə arayışı da həmin təxmini üzərindən riyazi hesablama aparır. Ancaq mümkün gəlirin riyazi ifadəyə salınması həmin gəliri hüquqi mənada sübuta yetirilmiş əldən çıxmış faydaya çevirmir. Zərərin məbləği yalnız riyazi baxımdan yox, hüquqi baxımdan da təsdiqlənməlidir. Bunun üçün gəlirin yaranma zəmini, kommersiya münasibətinin reallığı və gəlirin qaçılmazlığı sübut olunmalıdır. Bu baxımdan maliyyə arayışı da qiymətləndirmə rəyi kimi yardımçı xarakter daşıyır və əsas tələbi təkbaşına əsaslandırmır. İddiaçı ##.##.2019-cu il tarixli niyyət sazişinə və əmlakı gəlir əldə etmək məqsədilə almasına istinad etmişdir. Niyyət sazişi gələcək kommersiya münasibətlərinin mümkünlüyünü, tərəfin iqtisadi niyyətini və obyektin potensial istifadə istiqamətini göstərən sənəd sayıla bilər. Lakin niyyət sazişi ilə hazırkı iddia predmetini təşkil edən konkret 34 günlük dövr üzrə qaçılmaz icarə gəliri arasında hüquqi eyniyyət yoxdur. Niyyət sazişi konkret dövrdə konkret gəlirin əldə edilməsini təmin edən və ya buna dair öhdəlik yaradan yekun kommersiya sənədi deyildir. İddiaçı tərəfindən nə konkret kirayəçi ilə bağlanmış müqavilə, nə müqavilə öncəsi məcburi razılaşma, nə depozit və ya beh, nə də tərəfin qarşılıqlı öhdəliklərini təsdiq edən digər kommersiya sübutu təqdim edilmişdir. Bu səbəbdən gəlirin mövcudluğu ilə bağlı arqument niyyət səviyyəsindən hüquqi baxımdan sübuta yetirilmiş nəticə səviyyəsinə yüksəlmir. Şahid ifadələrinə münasibətdə məhkəmə belə hesab edib ki, şahid ifadələri sübut növü kimi ümumən mümkündür və işə aidiyyəti olan faktların bir hissəsini aydınlaşdırmağa kömək edə bilər. Lakin hazırkı işdə iddia olunan zərər sırf iqtisadi xarakter daşıyır və gəlirin məbləği, qaçılmazlığı, onun konkret dövr üzrə itirilməsi kimi xüsusatlar tələb edir. Şahidlər təmir işlərinin aparıldığını, sonradan dayandırıldığını və obyekt üzərində müəyyən fəaliyyətin mövcud olduğunu təsdiq edə bilərlər. Ancaq şahid ifadələri ilə obyektin həmin tarixdə istifadəyə tam hazır olması, icarə müqaviləsinin bağlanmaq üzrə olması, 352 manat gündəlik gəlirin mütləq əldə ediləcəyi və bu gəlirin məhz 34 gün ərzində itirildiyi nəticəsini birmənalı təsdiq etmək mümkün deyildir. Beləliklə, şahid ifadələri iddianın yardımçı əsaslandırması kimi nəzərə alınsa da, onlar iqtisadi zərərin həcmi və qaçılmazlığı məsələsində həlledici sübut qüvvəsinə malik deyildir. Məhkəmə xüsusi olaraq qeyd edib ki, əldən çıxmış fayda institutu mümkün gəlirlə sübuta yetirilmiş gəlirin fərqləndirilməsini tələb edir. Mümkün gəlir tərəfin müəyyən iqtisadi ssenari əsasında nəzərdə tutduğu, amma həyata keçməsi bir neçə əlavə şərtdən asılı olan faydadır. Sübuta yetirilmiş əldən çıxmış fayda isə hüquq pozulmasaydı adi mülki dövriyyə şəraitində yüksək dərəcədə real və gözlənilən gəlirdir. Hazırkı işdə iddiaçının arqumentlərində gəlirin planlaşdırılması, gəlir əldə etmək niyyəti, təmir başa çatdıqdan sonra sahənin icarəyə verilə bilməsi və bazar üzrə orta qiymətin mövcudluğu göstərilsə də, bu elementlər öz cəmi ilə belə hüquqi mənada qaçılmaz gəlir standartını ödəmir. Çünki gəlirin formalaşması üçün hələ bir neçə aralıq halın - obyektin tam hazır olması, təhvilin başa çatması, kommersiya razılaşmasının bağlanması, istifadəyə başlanması - mövcudluğu zəruri idi. Bu halların hamısı bir yerdə sübut olunmamışdır. Buna görə məhkəmə iddia olunan gəliri mümkün gəlir kimi qiymətləndirir, lakin sübuta yetirilmiş əldən çıxmış fayda kimi qəbul etmir. Səbəbli əlaqə məsələsinə gəldikdə, cavabdehin davranışı ilə iddia olunan nəticə arasında birbaşa hüquqi bağ da kifayət qədər təsdiq edilməmişdir. İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi və sonradan apellyasiya instansiyasında bu müdaxilənin aradan qaldırılması faktına istinad etmişdir. Lakin zərərin ödənilməsi üçün təkcə təminat tədbirinin sonradan düzgün sayılmaması və ya aradan qaldırılması kifayət deyildir. Qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsində həmin qərardad mahiyyəti üzrə yox, qərardad da prosessual pozuntuya yol verildiyi üçün ləğv edilmişdir. Mübahisə olunan zərərin məhz həmin tədbirin birbaşa nəticəsi olması da sübut edilməlidir. Hazırkı işdə isə obyektin təmir prosesində olması, istifadəyə tam hazır olmaması, gəlir gətirəcək münasibətin konkretləşməməsi və obyektin hüquqi-faktiki identifikasiyası ilə bağlı qeyri-müəyyənliklər zərərin yaranmasına təsir göstərə biləcək alternativ və aralıq amillər kimi qalır. Bu səbəbdən cavabdehin müraciəti ilə tətbiq edilmiş təminat tədbirinin iddia olunan 11.968 manat məbləğində zərərin yeganə və birbaşa səbəbi olması hüquqi cəhətdən müəyyən olunmur. Məhkəmə sübutların qiymətləndirilməsi iş üzrə toplanmış materialın qanunun tələblərinə uyğunluğu, tamlığı, aidiyyəti, mümkünlüyü, obyektivliyi və mötəbərliyi əsasında aparılmalı, sübut edilməli hallar birmənalı bağlı sübutlarla təsdiqlənməli, sübuta yetirilməyən tələb isə əsaslı hesab olunmamalıdır. İddiaçının istinad etdiyi faktiki hallar onun iddia tələbinin hüquqi əsasını təşkil edən dispozisiya şərtlərini tam həcmdə ödəmir. Yəni iddiaçının təqdim etdiyi sübutlar tələb olunan hüquqi nəticəni çıxarmaq üçün kifayət etmir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə, məhkəmə qərardadları, qiymətləndirmə rəyi, maliyyə arayışı, pretenziya məktubu, niyyət sazişi və şahid ifadələri ayrı-ayrılıqda və məcmu halında qiymətləndirildikdə belə, iddia olunan əldən çıxmış faydanın faktiki mövcudluğunu, onun məbləğini, həmin gəlirin qaçılmaz xarakterini, obyektin hüquqi və faktiki identifikasiyasını, obyektin kommersiya istifadəsinə tam hazır vəziyyətdə olmasını və cavabdehin davranışı ilə nəticə arasında birbaşa səbəbli əlaqəni mülki prosessual qanunvericiliyin tələb etdiyi sübutetmə səviyyəsində təsdiq etmir. Buna görə də iddianın maddi-hüquqi əsası formal olaraq Mülki Məcəllənin 21-ci maddəsinə istinad etsə də, həmin normanın tətbiqi üçün zəruri faktiki şərtlər iş üzrə mötəbər və kifayət edən sübutlarla müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı İddiaçı (və nümayəndəsi və vəkili İsmayılbəyli İsmayıl Malik oğlu) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutulmasını xahiş edib şikayətində göstərib ki, məhkəmə iş üzrə mövcud olan mühüm halları düzgün hüquqi qiymətləndirməmiş və nəticə etibarilə əsassız olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə özü də müəyyən etmişdir ki, ilkin ##.##.2025-ci il tarixli qərardad yalnız “A” blokunda yerləşən qeyri-yaşayış sahələrinə aid olmuş, sonradan ##.##.2025-ci il tarixli qərardad ilə həmin təminat tədbirinin əhatə dairəsi genişləndirilərək “B” blokunda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə də tətbiq edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi həmin ##.##.2025-ci il tarixli qərardadı ləğv etmişdir. Bu hal birbaşa onu təsdiq edir ki, iddiaçıya məxsus əmlaka tətbiq edilmiş həbs hüquqi əsas olmadan həyata keçirilmişdir. Buna baxmayaraq, məhkəmə qanunsuz müdaxilə faktını qəbul etsə də, həmin müdaxilə nəticəsində yaranmış zərərin kompensasiya edilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə “əldən çıxmış fayda” anlayışını da düzgün tətbiq etməmişdir. Belə ki, qətnamədən görünür ki, məhkəmə iddiaçının tələbini təmin etmək üçün artıq bağlanmış konkret icarə müqaviləsinin, depozitin və ya yekun kommersiya razılaşmasının mövcud olmasını zəruri hesab etmişdir. Halbuki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda hüquq pozulmasaydı şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdir. Qanun gəlirin mütləq şəkildə əvvəlcədən müqavilə ilə rəsmiləşdirilməsini tələb etmir. İddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi, obyektin kommersiya təyinatlı olması, faktiki təmir işlərinin aparılması və sonradan həmin obyekt üzrə real icarə münasibətinin yaranması gəlirin real və ağlabatan olduğunu təsdiq edən kifayət qədər mühüm sübutlardır. Məhkəmə sonradan bağlanmış ##.##.2025-ci il tarixli icarə müqaviləsinə də lazımi hüquqi qiymət verməmişdir. Halbuki, həmin müqavilə açıq şəkildə göstərir ki, iddiaçıya məxsus obyekt bazarda real kommersiya dəyərinə malik olmuş, kommersiya dövriyyəsinə yararlı olmuş və faktiki olaraq gəlir gətirən obyekt kimi istifadə edilmişdir. Bu sənəd iddiaçının gəlir əldə etmək niyyətinin formal və abstrakt olmadığını, obyektin həqiqətən icarəyə verilə bilən kommersiya obyekti olduğunu sübut edir. Məhkəmə isə bu mühüm halı nəzərə almadan əsassız olaraq gəlirin “ehtimal xarakterli” olması nəticəsinə gəlmişdir. Qətnamədə obyektin təmirdə olması iddianın əleyhinə hal kimi qiymətləndirilmişdir. Halbuki şahid ifadələri ilə təsdiq olunmuşdur ki, obyekt üzrə elektrik, montaj, suvaq, malyar və digər təmir işləri aparılmış, məhz məhkəmə qərardadının icrası nəticəsində həmin işlər dayandırılmışdır. Bu isə əksinə onu göstərir ki, obyekt kommersiya istifadəsinə hazırlanırdı və gəlir gətirəcək vəziyyətə gətirilməsi prosesi davam edirdi. Məhkəmə bu halı düzgün qiymətləndirməmiş, təmirin dayandırılmasının səbəbinin məhz qanunsuz həbs tədbiri olduğunu nəzərə almamışdır. Məhkəmənin obyektin identifikasiyası ilə bağlı gəldiyi nəticə də əsassızdır. İş materiallarında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ünvanı, sahəsi, yerləşdiyi blok, giriş istiqaməti və digər fərdiləşdirici xüsusatlar kifayət qədər dəqiq göstərilmişdir. Bundan əlavə, həmin obyekt faktiki olaraq möhürlənmiş, giriş-çıxış qapıları bağlanmış və sonradan həbs götürülərkən möhürlər sökülərək obyekt iddiaçı tərəfə təhvil verilmişdir. Belə olan halda məhkəmənin obyektin identifikasiyasının qeyri-müəyyən olması barədə nəticəsi iş materialları ilə ziddiyyət təşkil edir. Məhkəmə səbəbli əlaqə məsələsini də düzgün qiymətləndirməmişdir. İş materiallarından açıq şəkildə görünür ki, məhz cavabdehin müraciəti əsasında qəbul edilmiş təminat tədbiri nəticəsində iddiaçının obyektinə həbs qoyulmuş, obyekt möhürlənmiş, təmir işləri dayandırılmış və iddiaçı obyektdən istifadə imkanından məhrum edilmişdir. Beləliklə, qanunsuz təminat tədbiri ilə iddiaçının gəlir əldə etmək imkanının itirilməsi arasında birbaşa səbəbli əlaqə mövcuddur. Buna baxmayaraq, məhkəmə əsassız olaraq alternativ səbəblərin mövcudluğu barədə ehtimallara istinad etmiş və zərərin birbaşa səbəbinin cavabdehin hərəkəti olduğunu qəbul etməmişdir. Birinci instansiya məhkəməsi sübutetmə yükünü də həddindən artıq ağırlaşdırmışdır. Belə ki, məhkəmə iddiaçıdan faktiki olaraq gəlirin mütləq və artıq formalaşmış kommersiya münasibəti əsasında sübut edilməsini tələb etmişdir. Halbuki “əldən çıxmış fayda” institutu gəlirin əvvəlcədən tam şəkildə əldə olunmasını deyil, onun adi mülki dövriyyə şəraitində real və ağlabatan olmasını nəzərdə tutur. İddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi, şahid ifadələri, təmir işlərinin aparılması, obyektin kommersiya xarakteri və sonradan bağlanmış icarə müqaviləsi birlikdə qiymətləndirildikdə iddia olunan gəlirin real iqtisadi əsaslara malik olduğu açıq şəkildə görünür. Birinci instansiya məhkəməsinin qeyd etdiyi halların iddiaçı tərəfindən guya sübuta yetirilməməsi barədə nəticəsi iş materiallarına və məhkəmə iclasında araşdırılmış sübutlara ziddir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2019-cu il tarixli müqavilə, texniki sənədlər, çertyojlar, təminat tədbirinin tətbiqi və sonradan ləğvi ilə bağlı məhkəmə aktları, qiymətləndirmə rəyi, maliyyə arayışı, niyyət sazişi, şahid ifadələri, habelə sonradan bağlanmış icarə müqaviləsi birlikdə qiymətləndirildikdə həm mübahisə predmeti olan 320 kv.m qeyriyaşayış sahəsinin identifikasiyası, həm həmin obyektin kommersiya məqsədilə istifadəyə hazırlanması, həm də obyektin gəlir gətirmək potensialının real və iqtisadi baxımdan əsaslandırılmış olması tam şəkildə təsdiq edilir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, obyekt üzrə təmir və hazırlıq işləri aparılmış, lakin məhz cavabdehin təşəbbüsü ilə tətbiq edilmiş təminat tədbiri nəticəsində obyekt möhürlənərək istifadədən kənarda qalmış və gəlir əldə etmək imkanı aradan qalxmışdır. Bu baxımdan, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ayrı-ayrılıqda deyil, məcmu halında qiymətləndirildikdə həm zərərin mövcudluğunu, həm əldən çıxmış faydanın real iqtisadi əsaslara söykəndiyini, həm də cavabdehin hərəkətləri ilə yaranmış nəticə arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu kifayət qədər təsdiq edir. Birinci instansiya məhkəməsi ##.##.2019-cu il tarixli ** nömrəli müqavilənin hüquqi və sübutedici əhəmiyyətini natamam və yanlış qiymətləndirmişdir. Belə ki, həmin müqavilə yalnız iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə hüquqi bağlılığını deyil, eyni zamanda konkret obyekt üzərində mülki marağının, istifadəyə və kommersiya dövriyyəsinə yönəlmiş iqtisadi məqsədinin mövcudluğunu da təsdiq edir. Məhkəmənin müqavilənin guya yalnız “ilkin münasibəti” təsdiq etməsi barədə nəticəsi formal yanaşmadır. Çünki iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirildikdə həmin müqavilə obyektin faktiki olaraq iddiaçı tərəfindən kommersiya məqsədilə istifadə olunmaq üçün əldə edildiyini və gəlir gətirən obyekt kimi nəzərdə tutulduğunu təsdiq edir. Bundan əlavə, məhkəmənin “yer səviyyəsi ilə eyni hissə” və “-3,30 səviyyəsində kürsülük mərtəbəsi planı” ifadələri arasında ziddiyyət olması barədə gəldiyi nəticə də əsassızdır. Belə ki, həmin ifadələr eyni obyektin texniki təsvir formaları olmaqla obyektin edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı edilməsini tələb etmişdir. Halbuki “əldən çıxmış fayda” institutu gəlirin əvvəlcədən tam şəkildə əldə olunmasını deyil, onun adi mülki dövriyyə şəraitində real və ağlabatan olmasını nəzərdə tutur. İddiaçı tərəfindən təqdim olunmuş qiymətləndirmə rəyi, şahid ifadələri, təmir işlərinin aparılması, obyektin kommersiya xarakteri və sonradan bağlanmış icarə müqaviləsi birlikdə qiymətləndirildikdə iddia olunan gəlirin real iqtisadi əsaslara malik olduğu açıq şəkildə görünür. Birinci instansiya məhkəməsinin qeyd etdiyi halların iddiaçı tərəfindən guya sübuta yetirilməməsi barədə nəticəsi iş materiallarına və məhkəmə iclasında araşdırılmış sübutlara ziddir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2019-cu il tarixli müqavilə, texniki sənədlər, çertyojlar, təminat tədbirinin tətbiqi və sonradan ləğvi ilə bağlı məhkəmə aktları, qiymətləndirmə rəyi, maliyyə arayışı, niyyət sazişi, şahid ifadələri, habelə sonradan bağlanmış icarə müqaviləsi birlikdə qiymətləndirildikdə həm mübahisə predmeti olan 320 kv.m qeyriyaşayış sahəsinin identifikasiyası, həm həmin obyektin kommersiya məqsədilə istifadəyə hazırlanması, həm də obyektin gəlir gətirmək potensialının real və iqtisadi baxımdan əsaslandırılmış olması tam şəkildə təsdiq edilir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, obyekt üzrə təmir və hazırlıq işləri aparılmış, lakin məhz cavabdehin təşəbbüsü ilə tətbiq edilmiş təminat tədbiri nəticəsində obyekt möhürlənərək istifadədən kənarda qalmış və gəlir əldə etmək imkanı aradan qalxmışdır. Bu baxımdan, iddiaçı tərəfindən təqdim olunmuş sübutlar ayrıayrılıqda deyil, məcmu halında qiymətləndirildikdə həm zərərin mövcudluğunu, həm əldən çıxmış faydanın real iqtisadi əsaslara söykəndiyini, həm də cavabdehin hərəkətləri ilə yaranmış nəticə arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu kifayət qədər təsdiq edir. Birinci instansiya məhkəməsi ##.##.2019-cu il tarixli ** nömrəli müqavilənin hüquqi və sübutedici əhəmiyyətini natamam və yanlış qiymətləndirmişdir. Belə ki, həmin müqavilə yalnız iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ilə hüquqi bağlılığını deyil, eyni zamanda konkret obyekt üzərində mülki marağının, istifadəyə və kommersiya dövriyyəsinə yönəlmiş iqtisadi məqsədinin mövcudluğunu da təsdiq edir. Məhkəmənin müqavilənin guya yalnız “ilkin münasibəti” təsdiq etməsi barədə nəticəsi formal yanaşmadır. Çünki iş materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirildikdə həmin müqavilə obyektin faktiki olaraq iddiaçı tərəfindən kommersiya məqsədilə istifadə olunmaq üçün əldə edildiyini və gəlir gətirən obyekt kimi nəzərdə tutulduğunu təsdiq edir. Bundan əlavə, məhkəmənin “yer səviyyəsi ilə eyni hissə” və “-3,30 səviyyəsində kürsülük mərtəbəsi planı” ifadələri arasında ziddiyyət olması barədə gəldiyi nəticə də əsassızdır. Belə ki, həmin ifadələr eyni obyektin texniki təsvir formaları olmaqla obyektin identifikasiyasını aradan qaldırmır və ya sənədlərin mötəbərliyini şübhə altına almır. Əksinə, iş materiallarında mövcud olan müqavilə, çertyoj, həbsin tətbiqi və götürülməsi ilə bağlı sənədlər birlikdə həmin obyektin konkret olaraq iddiaçıya məxsus 320 kv.m qeyri-yaşayış sahəsi olduğunu tam şəkildə müəyyən etməyə imkan verir. Məhkəmənin sırf texniki termin fərqliliyinə əsaslanaraq obyektin müəyyən edilməsini şübhə altına alması iş üzrə mövcud sübutların məcmu qiymətləndirilməsi prinsipinə zidd olmuşdur. Birinci instansiya məhkəməsinin obyektin təmirdə olmasını iddianın əleyhinə hal kimi qiymətləndirməsi hüquqi və məntiqi baxımdan ziddiyyətlidir. Belə ki, məhkəmə özü də qəbul edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsində təmir işləri aparılmış və həmin işlər məhz tətbiq edilmiş həbs tədbiri səbəbindən dayandırılmışdır. Bu halda məhkəmənin bir tərəfdən həbs səbəbindən təmirin dayandırıldığını qəbul edib, digər tərəfdən isə obyektin istifadəyə hazır vəziyyətə çatmamasını iddiaçının əleyhinə hal kimi qiymətləndirməsi daxili ziddiyyət təşkil edir. Çünki obyektin kommersiya istifadəsinə hazırlanması prosesi davam etdiyi halda, həmin prosesin məhz qanunsuz təminat tədbiri nəticəsində yarımçıq saxlanılması gəlirin əldə edilməsinin gecikməsinə və faktiki olaraq qarşısının alınmasına səbəb olmuşdur. Başqa sözlə, obyektin tam hazır vəziyyətə çatmamasının səbəbi iddiaçının passiv davranışı deyil, cavabdehin təşəbbüsü ilə tətbiq edilmiş həbs tədbiri olmuşdur. Məhkəmənin “əlavə zaman, əlavə resurs və əlavə kommersiya razılaşmaları tələb oluna bilərdi” şəklində mülahizələri isə konkret sübutlara deyil, ehtimallara əsaslanır. Halbuki iş materiallarından görünür ki, obyekt artıq kommersiya məqsədilə istifadəyə hazırlanırdı, təmir işləri aparılırdı və həmin proses aktiv mərhələdə olmuşdur. Belə olan halda məhkəmənin “həbs olmasaydı belə gəlirin əldə ediləcəyi məlum deyil” formasında yanaşması faktiki olaraq qanunsuz təminat tədbirinin yaratdığı nəticələri nəzərə almamaq deməkdir. Əksinə, həyat təcrübəsi və adi mülki dövriyyə baxımından məntiqli nəticə ondan ibarətdir ki, əgər obyekt möhürlənməsə və təmir prosesi dayandırılmasa idi, obyekt daha qısa müddətdə kommersiya istifadəsinə hazır vəziyyətə gətirilərək gəlir əldə edilməsinə başlanılması mümkün olardı. Buna görə də məhkəmənin obyektin təmirdə olmasını zərərin mövcudluğunu inkar edən hal kimi qəbul etməsi işin faktiki hallarına və səbəbli əlaqənin hüquqi mahiyyətinə uyğun deyildir. Birinci instansiya məhkəməsi qiymətləndirmə rəyi və maliyyə arayışının sübutedici əhəmiyyətini də natamam və formal şəkildə qiymətləndirmişdir. Belə ki, məhkəmə həmin sənədlərin guya yalnız “yardımçı xarakter” daşıdığını göstərsə də, iş materiallarında mövcud olan digər sübutlarla birlikdə onların yaratdığı ümumi hüquqi və faktiki mənzərəni nəzərə almamışdır. İş üzrə müəyyən olunur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə hazırlanmış, həmin obyekt üzrə “İrşad Electronics” ilə əvvəlcədən kommersiya marağı və razılaşma mövcud olmuş, sonradan isə obyekt təmirdən çıxdıqdan dərhal sonra faktiki olaraq icarə müqaviləsi bağlanmışdır. Əhəmiyyətli hal ondan ibarətdir ki, “İrşad Electronics” tərəfi də bu kommersiya marağını və münasibətlərin mövcudluğunu inkar etməmişdir. Bu isə onu göstərir ki, iddiaçının gəlir əldə etmək niyyəti abstrakt və ehtimal xarakterli olmamış, real kommersiya münasibətinə əsaslanmışdır. Belə olan halda, qiymətləndirmə rəyi ayrıca və təcrid olunmuş sübut kimi deyil, iş üzrə mövcud digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Həmin rəyin əsas funksiyası gəlirin hüquqi əsasını deyil, iddia olunan əldən çıxmış faydanın məbləğini iqtisadi baxımdan əsaslandırmaqdan ibarət olmuşdur. Başqa sözlə, “İrşad Electronics” ilə mövcud kommersiya münasibəti gəlirin reallığını və obyektin kommersiya potensialını təsdiq etdiyi halda, qiymətləndirmə rəyi isə həmin kommersiya münasibətindən əldə edilə biləcək orta bazar gəlirinin məbləğini müəyyən edən peşəkar iqtisadi sübut kimi çıxış etmişdir. Buna baxmayaraq, məhkəmə qiymətləndirmə rəyini əsassız olaraq sanki gəlirin mövcudluğunu təkbaşına sübut etməli olan sənəd kimi qiymətləndirmiş və sübutların məcmu şəkildə araşdırılması prinsipini pozmuşdur. Halbuki iş üzrə təqdim edilmiş sübutlar birlikdə qiymətləndirildikdə həm kommersiya münasibətinin reallığını, həm gəlirin əldə edilməsinin ağlabatan və real olduğunu, həm də iddia olunan məbləğin bazar göstəricilərinə uyğun hesablandığını kifayət qədər təsdiq edir. Birinci instansiya məhkəməsinin niyyət sazişinə münasibətdə gəldiyi nəticə həm kommersiya dövriyyəsinin praktiki reallığına, həm də sübutların məcmu şəkildə qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Belə ki, niyyət sazişinin mahiyyəti məhz tərəflər arasında gələcəkdə kommersiya münasibətinin qurulacağına dair ilkin razılaşmanın və qarşılıqlı marağın mövcudluğunu göstərməkdən ibarətdir. Təmir prosesi davam edən və hələ tam istifadəyə hazır vəziyyətə gətirilməmiş obyekt üzrə yekun icarə müqaviləsinin bağlanmaması tamamilə təbii və kommersiya praktikası baxımından məntiqli haldır. Çünki kommersiya obyektləri üzrə tərəflər ilkin mərhələdə niyyət sazişi və ya ilkin razılaşma əsasında hərəkət edir, obyekt tam hazır vəziyyətə gətirildikdən sonra isə yekun müqavilə bağlanılır. Hazırkı işdə də məhz belə olmuş, obyekt üzrə əvvəlcədən kommersiya marağı formalaşmış, sonradan isə obyekt təmirdən çıxdıqdan dərhal sonra faktiki icarə müqaviləsi bağlanmışdır. Bu isə niyyət sazişinin formal sənəd deyil, real kommersiya münasibətinin başlanğıc mərhələsini əks etdirən sübut olduğunu göstərir. Məhkəmənin bir tərəfdən niyyət sazişini kifayət hesab etməyib, digər tərəfdən isə “müqavilə öncəsi məcburi razılaşma” və ya oxşar kommersiya sənədi tələb etməsi isə daxili ziddiyyət təşkil edir. Çünki niyyət sazişi mahiyyət etibarilə tərəflərin gələcək müqavilə münasibətinə yönəlmiş ilkin kommersiya razılaşmasını ifadə edir. Məhkəmə faktiki olaraq niyyət sazişinin hüquqi məzmununu nəzərə almadan, qanunvericilikdə birbaşa nəzərdə tutulmayan və kommersiya dövriyyəsində hər zaman mövcud olmayan əlavə sübut standartları formalaşdırmışdır. Halbuki “əldən çıxmış fayda”nın sübutu üçün gəlirin mütləq şəkildə artıq əldə olunmuş olması deyil, onun real, ağlabatan və iqtisadi baxımdan əsaslandırılmış olması kifayətdir. İş üzrə təqdim olunmuş niyyət sazişi, sonradan bağlanmış icarə müqaviləsi, qiymətləndirmə rəyi və digər sübutlar birlikdə qiymətləndirildikdə iddiaçının gəlir əldə etmək imkanının real olduğu tam şəkildə təsdiq edilir. Birinci instansiya məhkəməsinin iddia olunan gəliri “mümkün gəlir” kimi qiymətləndirərək “sübuta yetirilmiş əldən çıxmış fayda” kimi qəbul etməməsi işin faktiki hallarına və mülki hüququn mahiyyətinə uyğun deyildir. Belə ki,mübahisə predmeti olan obyekt qeyri-yaşayış sahəsi olmaqla kommersiya məqsədilə əldə edilmiş, gəlir gətirmək məqsədilə təmir və hazırlıq işləri aparılmışdır. Məhkəmənin özü də obyekt üzrə faktiki təmir işlərinin aparıldığını və həmin işlərin tətbiq edilmiş həbs tədbiri nəticəsində dayandırıldığını inkar etməmişdir. Bu halda obyektin kommersiya istifadəsinə hazırlanması prosesinin məhz qanunsuz təminat tədbiri səbəbindən yarımçıq saxlanıldığı artıq iş üzrə müəyyən olunmuş hal hesab edilməlidir. Belə olan vəziyyətdə iddiaçının gəlir əldə etmək imkanının itirilmədiyini və ya əldən çıxmış fayda ilə üzləşmədiyini qəbul etmək həyat təcrübəsinə, kommersiya münasibətlərinin adi məntiqinə və işin faktiki hallarına ziddir. Çünki kommersiya məqsədilə alınmış və icarəyə verilməsi üçün təmir edilən obyektin qanunsuz həbs nəticəsində istifadədən kənarda qalması təbii olaraq gəlirin gecikməsinə və itirilməsinə səbəb olur. Bundan əlavə, iş materiallarında yalnız abstrakt niyyət deyil, konkret kommersiya münasibətinin mövcudluğunu göstərən sübutlar da vardır. Belə ki, iddiaçı ilə “İrşad Electronics” arasında niyyət sazişi bağlanmış, sonradan isə həmin şirkətlə faktiki icarə müqaviləsi də imzalanmışdır. Əhəmiyyətli hal ondan ibarətdir ki, niyyət sazişi bağlanmış eyni hüquqi şəxs sonradan obyekt üzrə real icarə münasibətinə daxil olmuşdur. Bu isə birbaşa onu göstərir ki, tərəflər arasında kommersiya marağı real olmuş, obyektin təhvil verilməsi və təmir prosesinin başa çatması ilə icarə münasibətinin rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, obyekt nə qədər tez təmir olunub istifadəyə hazır vəziyyətə gətirilərdisə, kommersiya münasibəti də bir o qədər tez rəsmiləşəcək və gəlir əldə edilməsinə başlanacaqdı. Məhkəmə isə bu aşkar səbəbli əlaqəni nəzərə almaq əvəzinə, gəlirin formalaşması üçün əlavə “aralıq hallar” tələb etmiş və faktiki olaraq kommersiya münasibətlərinin təbii inkişaf prosesini hüquqi baxımdan əsassız şəkildə qeyri müəyyən hesab etmişdir. Halbuki iş üzrə təqdim olunmuş sübutlar birlikdə qiymətləndirildikdə iddiaçının gəlir əldə etmək imkanının real, ağlabatan və yüksək ehtimallı olduğu, həmin imkanın isə məhz tətbiq edilmiş qanunsuz təminat tədbiri nəticəsində gecikdirildiyi və pozulduğu açıq şəkildə müəyyən olunur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili İsmayılbəyli İsmayıl Malik oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərarına əsasən təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
28. Əvvəla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən “Müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olmaqla, müvafiq olaraq maraqlı şəxs də təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasını yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilər........Məhkəmələr tərəfindən Mülki Prosessual Məcəllənin 164-cü maddəsi üzrə işlərə baxılarkən, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir...Həmçinin qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər.
29. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu qərarında formalaşdırdığı hüquqi mövqeyə görə müvəqqəti təminat tədbirinin tətbiqini tələb edən şəxsin bu hərəkəti nəticəsində vurulmuş ziyana görə daşıdığı öhdəlik qanundan irəli gələn öhdəlik olduğundan, iddia verən şəxs də müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin qarşılanmasının yalnız məhkəməyə Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiyasının şərtlərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barədə, real zərərin dəyməsi və ya əldən çıxmış faydaya dair mötəbər sübutları təqdim etməklə tələb edə bilməsi göstərilib. Demək ki, bu cür tələblər üzrə məhz mötəbər sübutlar olmalıdır, bu cür sübutlar olmadığı halda isə iddianın uğurlu nəticəsi olmur. Hətta bu cür sübutlar olduğu halda müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizənin mülki prosesin uzadılması, ilkin iddianın hüquqdan sui-istifadə məqsədi ilə verilib-verilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmi ağlabatanlıq meyarlarına cavab verməklə mütənasiblik və ədalətlilik prinsipləri əsasında müəyyənləşdirilməlidir. Hazırkı iddia üzrə cavabdehin müvəqqəti təminat tədbirinə dair ərizə verərkən əlaqəli olduğu mülki işə baxılmasını uzatmaq istəməsi, iddianı hüquqdan sui-istifadə etmək məqsədi ilə verməsi, vicdanlılıq prinsipi çərçivəsində davranmaması ümumiyyətlə mövcud olmamış və işin hallarına görə də açıq-aşkar təkzib olunur.
30. Məhkəmə tərkibi vurğulayır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hər bir dəlili üzrə tam, hərtərəfli və qanunauyğun bir hüquqi dəyərləndirmə aparılmaqla yekun nəticəyə gəlinmişdir. Başqa sözlə, məhkəmə bu cür iddia tələbinin hazırkı vəziyyətdə təmin edilməsinin mümkün olmamasının səbəblərini qətnamədə müfəssəl və detallı şəkildə göstərmişdir.
31. Qeyd olunduğu kimi müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbi mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmir və o, yalnız maraqlı şəxsin məruz qaldığı xərclərə, əmlakının zədələnməsinə, habelə adi mülki dövriyyə şəraitində müvəqqəti təminat tədbirlərinin tətbiq edilmədiyi halda əldə edəcəyi gəlirlərə dair mötəbər sübutlarla təsdiq olunduğu təqdirdə təmin edilə bilər. Bu mənada cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər açıq-aşkar əsassız olmasa da qətnamənin ləğv edilərək iddianın təmin edilməsini mütləq və zəruri etmir. Çünki iddiaçı düşünsə belə ki, 34 gün ərzində müvəqqəti təminat tədbiri tətbiq edilməsə idi, təmir tez başa çatardı və o müddətdə qeyri-yaşayış sahəsi daha tez icarəyə verilməklə gəlir əldə edə bilərdi, yenə də əldə edə biləcəyi gəlirlərə dair mötəbər sübutlar olmalıdır. Başqa sözlə, sözügedən qeyri-yaşayış sahəsinin kommersiya təyinatlı olması, o demək deyil ki, həmin sahə bu cür qadağa olmasa idi, mütləq ki, 34 gün əvvəldən real gəlir gətirməli idi yaxud gətirə bilərdi. Üstəlik bu sahənin real fəaliyyət üçün bütün parametrlər baxımından(təmir olunmamış vəziyyətdə olması və.s) hazır olmaması da bu ehtimalı və səbəbli əlaqəni zəiflədir. Qeyd olunan sahədə sonradan icarə münasibətlərinin yaranması da qadağa olmasa idi bunun məhz 34 gün əvvəlcədən də yarana biləcəyini, gəlirin real və ağlabatan olacağını məcburi şərtləndirmir.
32. Birinci instansiya məhkəməsi qeyri yaşayış sahəsinin identifikasiyası ilə bağlı apardığı hüquqi dəyərləndirməsi də əsassız olmamışdır. Çünki qeyri-yaşayış sahəsinin ünvanı, sahəsi, yerləşdiyi blok, giriş istiqaməti və digər fərdiləşdirici xüsusatların dəqiq göstərilməsi o demək deyil ki, qeyd olunan sahə bütünlüklə hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçıya məxsusdur yaxud MTK tərəfindən müqaviləyə əsasən cavabdehə verilməli olan sahə ilə həmin sahənin hansısa hissəsi üst-üstə düşməyə bilməz. Ona görə də məhkəmənin bu sahədə mövqeyi barədə nəticəsi iş materialları ilə ziddiyyət təşkil edə bilməz.
33. Bundan əlavə, birinci instansiya məhkəməsi sübutetmə yükünü həddindən artıq ağırlaşdırmamışdır. Belə ki, iddiaçıdan faktiki olaraq gəlirin mütləq və artıq formalaşmış kommersiya münasibəti əsasında sübut edilməsini tələb etməsi iddianın xarakteri ilə bağlı olub. Çünki iddiaçı müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində “əldən çıxmış fayda” formasında zərərə məruz qaldığını əsas gətirib bu iddianı irəli sürüb. Demək ki, iddiaçının təbirincə deyilsə bu cür tələbin sübutetmə yükü də “ağır” olmalıdır. Əks halda müvəqqəti təminat tədbirini tətbiq edilməsi nəticəsində zərərə məruz qaldığını düşünən istənilən şəxs bu xarakterli iddialarla əsas oldu-olmadı, sübut var-yox, məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ olduğundan istifadə edib çoxsaylı, lüzumsuz iddialarla məhkəmələrə müraciət etməli olacaqdır. Bir daha qeyd olunur ki, iddiaçı tərəfindən təqdim olunmuş ##.##.2019-cu il tarixli müqavilə, texniki sənədlər, çertyojlar, təminat tədbirinin tətbiqi və sonradan ləğvi ilə bağlı məhkəmə aktları, qiymətləndirmə rəyi, maliyyə arayışı, niyyət sazişi, şahid ifadələri, habelə sonradan bağlanmış icarə müqaviləsi birlikdə qiymətləndirildikdə belə nə mübahisə predmeti olan 320 kv.m qeyriyaşayış sahəsinin identifikasiyasını, nə də həmin obyektin kommersiya məqsədilə istifadəyə hazırlanmasını, gəlir gətirmək potensialının real və iqtisadi baxımdan əsaslandırılmış olmasını tam şəkildə təsdiq etmir. Çünki qeyri-yaşayış hissəsinin bir hissəsi ilə bağlı cavabdeh tərəfin də iddiası və sübutları mövcuddur. Üstəlik iddiaçının göstərdiyi sübutlar hazırkı iddianın xarakteri baxımından, hətda məcmu halda qiymətləndirildikdə belə iddiaçıya zərər vurulmasını təsdiq edən mötəbər sübut hesab edilmir, həm də cavabdehin hərəkətləri ilə yaranmış nəticə arasında birbaşa səbəbli əlaqənin mövcud olduğunu təsdiq etmir.
34. Bununla yanaşı, iddiaçının gəlir əldə etmək niyyətinin abstrakt və ehtimal xarakterli olmaması, real kommersiya münasibətinə əsaslanması da heç nəyi dəyişmir. Bir daha qeyd olunur ki, iddiaçının mötəbər qəbul edilməsini istədiyi sübutlar onun real gəlir əldə etmək niyyətinin və buna hazırlaşmağının təsdiqi üçün əhəmiyyət kəsb edə bilər. Ancaq həmin sübutlar müvəqqəti təminat tədbiri nəticəsində zərərin vurulmasını təsdiq edən mötəbər sübut sayıla bilmir.
35. Göstərilənlərdən savayı, iddiaçının gəlir əldə etmək imkanının real, ağlabatan və yüksək ehtimallı olması, həmin imkanın isə məhz tətbiq edilmiş qanunsuz təminat tədbiri nəticəsində gecikdirilməsi və pozulması barədə dəlillər üzrə də eyni yanaşma sərgilənir. Yəni iddiaçının ehtimal edilən gəlir əldə etmək imkanının müvəqqəti təminat tədbiri nəticəsində gecikdirilməsi onun real gəlirdən məhrum olması anlamına gəlmir. Başqa sözlə, təqdim edilən sübutlar gəlir əldə etmək ehtimalı üçün əhəmiyyət kəsb edə bilər, ancaq real gəlirdən mərhum edilməni bilavasitə təsdiq etmir. Çünki səbəbli əlaqə davam etmir, uzandıqca əlaqə kəsilir. Bu əlavə sübut standartları müəyyən edilməsi demək deyil. Bu mənada iddiaçı ilə “İrşad Electronics” arasında bağlanmış niyyət sazişinin mövcudluğu, sonradan isə faktiki icarə müqaviləsi imzalanması da iddia edilən tələbin təsdiqi üçün yetərli olmamışdır.
36. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.