Məhkəmə qərarları › İş №e-2(3-6)-2418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2418/2026

22.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2418/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh3 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh3, cavabdeh1 (azyaşlı övladı ilə birlikdə), cavabdeh2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1219 ünvanında yerləşən bağ sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia qismən təmin edilmiş, cavabdeh3 və cavabdeh1 (azyaşlı övladı ilə birlikdə) ünvan 1 ünvanında yerləşən bağ evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(010)- ****/**** nömrəli qərarı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə cavabdeh cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizədə göstərib ki, ünvan 1 ünvanında yerləşən bağ evindən çıxarılması qət edildiyinə görə onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev **** №-li bağ sahəsində 0,12 ha torpaq sahəsindən çıxarılıb-çıxarılmamasına münasibətdə qətnamənin qət etdi hissəsinə izah verilməsini xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli tarixli qərardadı ilə (hakim Mələk Hüseynova) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə izah verilməsinə dair iş üzrə cavabdeh cavabdeh3 tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə qətnaməyə yalnız onun məzmununu dəyişdirməyəcək şəkildə izah verə bilər. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, iş üzrə cavabdeh mahiyyət etibarilə qətnamənin məzmununun dəyişdirilməsini xahiş edir. Bu vəziyyətdə ərizənin təmin edilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, məhkəmə aktına o vaxt izah verilə bilər ki, onda qeyd edilmiş ifadə və tələblər aydın olmasın. Eyni zamanda izah qətnamənin və ya qərardadın məzmununun dəyişdirilməsi ilə nəticələnməməlidir. Həmçinin, qanunvericilik məhkəməyə öz aktının məzmununun dəyişdirilməsini və ya məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsini qadağan edir. Cavabdeh cavabdeh3 həmin qərardaddan verdiyi şikayətdə ləğv edilib qətnamənin izah edilməsi haqqında ərizəsinin təmin edilməsini xahiş edib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il # ### tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il ## #### tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №*****/**) işi üzrə ## #### 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №*****/**) iş üzrə ## ####### 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № *****/**, 50786/07, 50871/07 və 50913/07) iş üzrə ## #### 2010-cu il tarixli Qərar və s.) Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, Mülki Prosessual Məcəllənin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra haqqında” Qanunun 14.1-ci maddəsində icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etməlidir. İcra sənədində tələblər dəqiq və aydın göstərildiyindən həmin icra sənədinin verilməsi üçün əsas olmuş qətnaməyə izah verilməsinə də hər hansı bir lüzum olmamışdır. İşə baxmış məhkəmə izah barədə ərizəyə də baxaraq qətnaməyə izah verilməsinə ehtiyac və zərurət olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, dövlətin adından qətnamə qəbul edən məhkəmə qətnamənin təsviri, əsaslandırıcı və nəticə hissəsini aydın şəkildə göstərib. Apellyasiya instansiyası məhkəməsi də qeyd edir ki, qətnaməyə izah verilməsi dedikdə, qətnamədəki qeyri-müəyyənlik və ya anlaşılmazlıq ondakı hüquqi terminlərin və ifadələrin yerində, dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, anlaşılmayan, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunmasını nəzərdə tutulur. Əlbətdə ki, ünvan 1 ünvanında yerləşən bağ evindən çıxarılmasının qət edilməsi, həm də həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsindən çıxarılmanı ehtiva edir. Çünki torpaq sahəsi bağ evi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınıb. Başqa sözlə, qeydə alınan daşınmaz əmlakın adı(növü) ## #### 2006-cı il tarixdə artıq bağ evi idi, daşınmaz əmlakın ünvanı(olduğu yer)kimi də evin ünvanı göstərilmişdir. Yəni bağ evi həmin torpaq sahəsində inşa edildiyi üçün artıq torpaqla ev vahid əmlak hesab olunur və vahid əmlakın tərkibinə daxil olduğu üçün torpaq sahəsi müstəqil daşınmaz əmlakın növü olmaq əhəmiyyətini itirir. Demək ki, vahid əmlakın tərkib hissələri olan torpaq sahəsi və bağ evi eyni olduğundan birindən çıxarılma, digərindən də çıxarılmanı şərtləndirir. O başqa məsələ ki, icra sənədinə izah verilməsini istəyən cavabdeh bu ərizə ilə hüquqdan açıq-aşkar sui istifadə edir, əlbətdə ki, bu da yolverilməzdir və qanunla qadağan edilir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar