Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2446/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Mənzil-Tikinti Kooperativinə və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdeh cavabdeh2 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 Mənzil-Tikinti Kooperativinə və cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən mənzilin 1 otaq üzrə payı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 4 otaq üzrə İddiaçı və 3 otaq üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına qeydə alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakınn Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanı üzrə “B” literli tikili 1 mərtəbə olmaqla, 2 yaşayış otağı, 52,8 kv.m ümumi sahədən ibarətdir.
3. cavabdeh1 ilə cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-**-**-** nömrəli müqaviləyə əsasən cavabdeh2 MTK ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək. Sökülən fərdi yaşayış evində mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 64 kv.m evin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək yaşayış binasında 80 kv.m təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. O cümlədən əlavə 5,82 kv.m ödənişlə almağını nəzərə alaraq Mülkiyyətçi A blokunun 8-ci mərtbəsində yerləşən ümumi sahəsi 85,82 kv.m olan təmirli mənzilə payçı qəbul ediləcəkdir.
4. Müqailənin 1.2-ci bəndinə əsasən əlavə hesablanan 5.82 kv.m mənzilin hər kv.m üçün 2500 manat, ümumi olaraq 14550 manatı 24 ay müddətinə ödəməyi mülkiyyətçi öz öhdəsinə götürür.
5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ilə cavabdeh2 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli ## #### 2024-cü il tarixli daşınmaz əmlkaın alqı satqı müqaviləsinə əsasən ünvan 1 (yeni qaydalarla: ünvan 2) fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otağı cavabdeh2 MTK-nın mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 130000 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 MTK və cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal Rayonu, Behbud Şahtaxtinski küçəsində yerləşən ** nömrəli (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi 55) fərdi yaşayış evinin “B” tikilisinin sökülməsi nəticəsində iddiaçıya vurulmuş 182600 manat maddi ziyanın, 20000 manat mənəvi ziyanın, dövlət rüsumu olaraq ödənilmiş 495 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu Behbud Şahtaxtinski küçəsində yerləşən ** nömrəli (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Behbud Şahtaxtinski küçəsi 55) fərdi yaşayış evi və onun altında yerləşən 0,**** saylı torpaq sahəsi mülkiyyət hüquq əsasında ona məxsusdur və buna dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 011013002394-***** reyestr nömrəli Çıxarış və Texniki pasport verilmişdir. Həmin fərdi yaşayış evi və 0,0368 ha torpaq sahəsindən ibarət olmaqla A və B tikilisindən ibarətdir. B tikilisi 62,7 kvm tam şəkildə onun mülkiyyətindədir, ## ######## 1997-ci il tarixdə A tikilisində 3 otaq 43 kv.m X1. O vəfat etdikdən sonra onun həyat yoldaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına rəsmiləşdirilmiş, # ####### 1997-ci il tarixdə isə A Tikilinin digər hissəsi olan 14.1 kv.m ibarət 1 otaq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satılmışdır. A tikilisində yerdə qalan 2 yaşayış otağı sanuzel, qaleriya və s. tam şəkildə onun mülkiyyətindədir. cavabdeh2 MTK tərəfindən ona məlumat verilmədən və onunla hər hansı bir razılıq əldə edilmədən, məhkəmə qərarı olmadan qanunsuz olaraq mülkiyyət hüquq əsasında Bakı şəhəri, Yasamal Rayonu Behbud Şahtaxtinski küçəsində yerləşən (1-ci Nərimanov döngəsi) 35 (yeni qaydalara əsasən Bakı şəhəri,Yasamal Rayonu, Behbud Şahtaxtinski küçəsiev **) saylı fərdi yaşayış evinin B tikilisində olan 61 kvm ibarət yaşayış sahəsi sökülərək, dam örtüyü tam şəkildə götürülmüş, fərdi yaşayış evi sökülmüş və yararsız vəziyyətə düşmüşdür, evin yalnız yarasız vəziyyətdə olan divarları qalmışdır. Bu halı təsdiq edən evə dair foto şəkilləri qoşmada məhkəməyə təqdim edir. Hazırda MTK tərəfindən Konstitusiyada təsbit edilmiş ən ali hüquqlarımda olan mülkiyyət hüququnu tam şəkildə pozulmuş və MTK tərəfindən mülkiyyətində olan ** nömrəli fərdi yaşayış evinin A tikilisində olan yaşayış sahəsi də istənilən an sökülmək təhlükəsi altındadır. Cavabdeh təşkilat artıq onun fərdi yaşayış evimin B tikilisini sökərək külli miqdarda dəyəri olan əmlakını məhv edərək, əmlakından məhrum etmiş və ona külli miqdarda ziyan vurmuşdur. Hər dəfə həmin fərdi yaşayış evinin və altında yerləşən torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olmasını bildirsə də onun sözlərini heçə sayaraq “rəhbərliyin göstərişini icra edirik” deyərək qanunsuz olaraq fərdi yaşayış evin digər hissələrini də sökmək istəyirlər. Bununla yanaşı, cavabdeh təşkilatın qanuna zidd olaraq mülkiyyətində olan əmlakını məhv etmələri nəticəsidə mənəvi sarsıntı və stress keçirmiş və hər gün əzab çəkir. Bu səbədən də vurulmuş mənəvi ziyana görə 20000 manat pul vəsaiti ödənilməlidir.
8. Cavabdeh cavabdeh2 Mənzil-Tikinti Kooperativi iddia tələbinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, mənzilin faktiki olaraq iddiaçıya heç bir aidiyyəti yoxdur. Iddiaçı özünün yaşadığı hissəni əvvəllər satmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/****-*/**** nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: ünvan 2) fərdi yaşayış evinin B tikilisində söküntü işlərinin aparıldığı müəyyən edilmişdir. Fərdi yaşayış evinin “B” tikilisi söküldüyündən və eləcə də, tədqiq olunan fərdi yaşayış evinin yerləşdiyi ərazidə sökünt işləri getdiyindən eləcə də anoloji mənzillər barədə məlumat olmadığından həmin fərdi yaşayış evinin orta bazar dəyərinin müəyyən etmək mümkün olmamışdır.
10. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, CC/***/**-**** nömrəli rəyinə əsasən fərdi yaşayış evinin ümumi bərpa dəyəri yuvarlaq olaraq 21120 manat müəyyən edilmişdir.
11. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan həyətdə bir neçə tikili vardır. Tikililərin divarına müvafiq olaraq boya ilə A və B yazılmışdır. A və B tikilisi bir-biri ilə üz üzədir. A tikilisin istifadəyə yararlı olsa da “B” tikilisində söküntü işləri aparılmışdır. Tikilinin pəncərələri çıxarılmış, evin iç hissəsində inşaat materialları qalıqları mövcuddur.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 21120 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 154 manat olmaqla, ümumilikdə 21274 manat məbləğdə pulun cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, işin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, ünvan 1 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evi üzrə 4 otaq iddiaçının mülkiyyətindədir. Cavabdehlər cavabdeh2 MTK ilə cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin söküntüsü və müvafiq kompensasiyanın ödənilməsinə dair müqavilə bağlanmışdır. Iddiaçı maddi və mənəvi zərərin ödənilməsi tələbini onunla əsaslandırır ki, cavabdeh MTK tərəfindən ona məxsus “B” tikilisi sökülərək yararsız hala gətirilmişdir. Mübahisəyə maddi hüquqi əsaslar baxımından qiymət verən məhkəmə ilkin olaraq qeyd etmişdir ki, fərdi yaşayış evi üzrə 4 otaq iddiaçının mülkiyyətindədir, bu fakt mübahisə edilə bilməz, çünki hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Cavabdehlər MTK ilə cavabdeh1 evin söküntüsü ilə bağlı müqavilə imzalasalar da, bu müqavilə iddiaçı baxımından hər hansı əhəmiyyət kəsb etmir. Mülkiyyətçinin razılığı və sərəncam səlahiyyəti olmadan onun mülkiyyətində olan hissə ilə bağlı hər hansı əqd bağlana bilməz. Bu baxımdan, cavabdeh MTK-nın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi fərdi yaşayış evinin iddiaçıya faktiki olaraq heç bir aidiyyətinin olmaması, fərdi yaşayış evinin cavabdeh Səxavət və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lara məxsusluğu barədə israrlı və davamlı izahatları, bu faktların təsdiqi üçün şahid dindirilməsi barədə vəsatəti işin məğzi baxımından heç bir əhəmiyyət kəsb etmir. Bu dəlillərə qiymət verilməsinə də zərurət yoxdur. “B” tikilisində söküntü işlərinin aparıldığı da mübahisəsizdir. Evdə qismi söküntü işlərinin aparıldığı həm ekspert rəyi, həm məhkəmə tərəfindən yerində müayinə zamanı vizual müşahidə ilə tam təsdiqini tapır. “B” tikilisində aparılmış söküntü işləri nəticəsində iddiaçının zərərə uğradığı mübahisəsizdir və bu zərər qarşılanmalıdır. Söküntü işlərinin cavabdeh MTK tərəfindən aparılması işin halları ilə öz təsdiqini tapmır. Bu barədə hər hansı sübut mövcud deyil. Ümumiyyətlə, yerli baxış zamanı da müşahidə edilmişdir ki, ətraf ərazilərdə söküntü-tikinti işləri aparılsa da, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işləri aparılmır və həmin ev, qonşuluğunda olan evlərlə birlikdə ümumən salamatdır. Yəni, MTK əməkdaşları həmin ev üzrə söküntü işlərinə başlamamışdır. Cavabdehlərdən cavabdeh1 məhkəmə iclaslarındakı etirafedici izahatlarından isə məlum olur ki, “B” tikilisində söküntü işləri onun tərəfindən aparılmış, evin pəncərələri onun tərəfindən çıxarılmışdır. “B” tikilisinin faktiki olaraq cavabdeh1 nəzarətində olduğu barədə izahatlar da nəzərə alınarsa, tikiliyə müdaxiləyə və vurulmuş zərərə görə məsuliyyət məhz onun üzərinə qoyulmalıdır. Zərərin həcmi ilə bağlı məhkəmə tərəfindən ekspertiza rəyi alınmışdır və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CC/***/**-**** nömrəli rəyinə əsasən fərdi yaşayış evinin ümumi bərpa dəyəri yuvarlaq olaraq 21120 manatdır. Odur ki, zərər məbləği olaraq məhz bu məbləğ müəyyənləşdirilməlidir. Iddiaçı tərəf özlərinin təqdim etdiyi mütəxəssis rəyinə əsasən zərərin əvəzi olaraq 182000 manatın tutulmasını xahiş etsə də, bu məbləğ faktiki vurulmuş zərərin əvəzi kimi nəzərdən keçirilə bilməz. Istinad edilən rəydən görünür ki, həmin məbləğ evin ümumi bazar dəyəri olaraq hesablanmışdır. Ev salamatdır, tam sökülməmişdir, bünövrəsi, divarları yerindədir. Ev iddiaçının mülkiyyətindən çıxmamış, hər hansı vicdanlı üçüncü şəxslərin mülkiyyətinə keçməmişdir. Bu halda evə vurulmuş zərərin həcmi evin bütövlükdə bazar dəyəri ilə ifadə edilə bilməz. Iddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş etmişdir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla) və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması özlüyündə mənəvi zərərin əvəzinin tutulması üçün yetərli deyil. Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən həmçinin şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır ki, hazırkı işin halları baxımından bu hallar müəyyən olunmur. Iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib rüsum məbləği, yəni 154 manat cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və maddi zərərin əvəzi olaraq 21120 manat və 154 manat məbləğdə dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 21274 manat məbləğdə pulcavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 152.1, 152.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdehin babası X7 4 oğlu olub. Səməd, Zərbəli, Xalıq, Yusif. Zərbəli iddiaçının, Yusif isə cavabdehin atasıdır. Babasının ailəsi böyük olduğundan, ona, hər biri 300 m2 olmaqla B.Şaxtaxtinski 35 və 37 ünvanında 2 ədəd torpaq sahəsi ayrılmışdır. Babasının təşəbbüsü ilə torpaq sahəsi böyük oğulları Səməd və Zərbəlinin adına rəsmiləşmişdir. Səməd və Xalıq ailəli olduqlarından 37 ünvanda, Zərbəli və cavabdehin atası subay olduqlarından 35 ünvanında 4 otaqdan ibarət “A” tikilisi inşa edilmişdir. 1941-ci ildə X3 müharibəsinə getmiş və 1953-cü ildə qayıtmışdır. Zərbəli qayıtdıqdan sonra ailə qurmuş, 1954-cü ildə iddiaçı anadan olmuşdur. 1959-cu ildə iddiaçının atası Zərbəli vəfat etmiş, cavabdehin atası ona himayədarlıq etmişdir. Zərbəli vəfat edərkən iddiaçının 5 yaşı olmuşdur. Torpaq sahəsi formal olaraq Zərbəlinin adına olmuşdur. 1974-cü ildə cavabdehin atası tərəfindən “B” tikilisi inşa edilmiş və cavabdeh cavabdeh1 ailə quraraq ora köçmüş və bu günə qədər orada ailəsi ilə yaşamışdır. “B” tikilisinin iddiaçıya faktiki olaraq heç bir aidiyyəti olmamışdır. “A” tikilisinin bir otağında qardaşı (iş üzrə üçüncü şəxs) Şamil öz ailəsi ilə yaşamışdır və hal-hazırda da yaşayırlar. Vaqif və qardaşı Natiq “A” tikilisində yerləşən paylarını 1995-ci ildə sataraq köçmüşlər və bir daha qayıtmamışlar. Iş üzrə iddiaçının “B” tikilisinin inşasında iştirakı olmadığı halda, 1 gün belə orada yaşamadığı halda, yalnız torpaq sahəsinin formal olaraq ona məxsus olması, həmin tikiliyə iddia etməsi absurddur. Ev 1974-cü ildə cavabdehin atası tərəfindən inşa edilmiş, cavabdeh öz ailəsi ilə 31 il orada yaşamışdır. Işin bu halları məhkəmə tərəfindən qərəzli olaraq qətnamədə qeyd edilməyib. Hazırda mübahisə predmeti olan əmlakı tikən cavabdeh tərəf olsa da, həmin əmlaka görə cavabdehdən dəymiş ziyan tələb olunur. Belə olan halda məhkəmə tələsik qərar qəbul etmək əvəzinə, ilk öncə cavabdehin əmlak üzərində olan hüquqları aydınlaşdırmalarına şərait yaratmalı idi. Belə halların aydınlaşdırılması bəlkə də iddiaçı ilə barışmaqları üçün də şərait yaratmış olardı. Işin hallarından da göründüyü kimi, 1974-cü ildə “B” tikilisi cavabdehin atası tərəfindən inşa edilmiş və cavabdeh cavabdeh1 ailə quraraq ora köçmüş və bu günə qədər orada ailəsi ilə yaşamışdır. Iddiaçı ilə də evin sökülməsi vaxtınadək aralarında heç bir mübahisə olmamışdır. Ətraflarında olan hər kəs həmin evi cavabdehin evi kimi bilmişdir. Ərazidə tikinti aparan şirkət ilə də danışıqlar aparan zaman iddiaçı heç bir zaman müdaxilə etməmişdir. Qeyd olunan halların araşdırılması üçün cavabdeh tərəfindən verilmiş şahidin cəlb edilməsinə və təkrar ekspertizanın keçirilməsinə dair qanuni vəsatətləri əsasız olaraq təmin edilməmişdir. 3-cü şəxs qismində (müstəqil tələb irəli sürən) cəlb edilməyinə dair ərizə icraata götürülməmişdir. Prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə tərəfindən qərar qəbul edilən zaman işin faktiki halları, tərəflər arasında münasibətlər və əvvəlki şifahi razılaşmalar nəzərə alınmamışdır. Məhkəmə yalnız iddiaçının mövcud sənədləri əsasında qərar qəbul etmişdir. Cavabdehin etirazda bildirdiklərinə heç bir hüquqi qiymət verməmişdir. Təqdim etdiyi faktları və vəsatəti əhəmiyyətsiz hesab etsə də bunları öz qərarında əsaslandırmamışdır. Bu səbəbdən hakimin hansı səbəblərdən vəsatətləri təmin etməməyi aydın olmur. “Məhkəmə qətnaməsi” haqqında Ali Məhkəmənin ##.##.2005-ci il tarixli, * saylı Qərarına əsasən qətnaməsi ədalət mühakiməsinin yekun aktı olduğu üçün, onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, qanunla qorunan mənafelərin real təmin olunmalıdır. Qətnamə, Ali Məhkəmənin qeyd edilən qərarı ilə tamamilə ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki hallarına heç bir məhəl qoyulmamışdır. Halbuki, həmin qərarın 2.2-ci bəndinə əsasən, maddi və prossesual hüquq normalarına dəqiq əməl edilməlidir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, mötəbər sübutlarla təsdiq edilmiş faktlar əks etdirilmiş olsun. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, əsassız və tamamilə qərəzlidir. Işin faktiki halları qətnamədə öz əksini tapmamış, onun və digər cavabdehin etiraz ərizəsində göstərilmiş xüsusatlar qeyd edilməmişdir. Lakin iddia ərizəsi tamamilə və tam təfsilatı ilə qətnamədə qeyd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixində məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki hallarını diqqətə çatdıraraq bildirir ki, iddiaçının atası X5 1939-cu ildə həmin dövrün Bakı Şəhər Kommunal Təsərrüfatı Idarəsi ilə fərdi yaşayış evinin tikintisi məqsədilə müqavilə bağlamış və həmin müqavilə əsasında ona 3,7 sot (370 kvadratmetr) torpaq sahəsi ayrılmışdır.Bu hal iş materialları ilə təsdiq olunur. Atası həmin torpaq sahəsində Texniki pasportda A tikilisi kimi göstərilən altı yaşayış otağından ibarət yaşayış evini inşa etmişdir. O, 1959-cu ildə qəfil vəfat etdiyindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatını başa çatdıra bilməmişdir. Lakin hüquqi baxımdan qeydiyyatın aparılmaması mülkiyyət hüququnun mövcudluğunu inkar etmədiyi üçün məhkəmə də məhz bu hüquqi faktı müəyyən etmişdir. Iş üzrə təqdim edilmiş sübutlarla təsdiq edilir ki, iddiaçının anası X10 1963-cü ildə şəxsi vəsaiti hesabına Texniki pasportda B tikilisi kimi göstərilən iki yaşayış otağından ibarət tikilini inşa etdirmişdir. Bununla da A və B tikililəri vahid yaşayış kompleksini təşkil etmişdir. 1988-ci ildə iddiaçı və qardaşı X6 həmin əmlakın dövlət qeydiyyatının aparılması məqsədilə Texniki Inventarlaşdırma Bürosuna müraciət etmiş, lakin müqavilə bağlamış şəxsin vəfat etməsi səbəbindən qeydiyyatın yalnız məhkəmə qərarı əsasında mümkün olduğu bildirilmişdir. Bununla əlaqədar Bakı şəhəri Oktyabr Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə yazılı sübutları və şahid ifadələrini araşdıraraq mülkiyyət hüququnun əvvəlcə iddiaçının atasının adına rəsmiləşdirilməsi barədə qanuni qərar qəbul etmişdir. Həmin qərar icra edilmiş, daşınmaz əmlak əvvəlcə iddiaçının atasının adına, sonradan isə qanuni vərəsələr kimi iddiaçı və qardaşının hər birisinin adına 1/2 pay olmaqla dövlət qeydiyyatına alınmış və çıxarışlar verilmişdir. 1989-cu ildə iddiaçının qardaşı ona məxsus olan mülkiyyət payını əvvəlcə həyətdə yaşayan qohumlara almağı təklif etmiş, onların bu təklifdən imtina etməsindən sonra isə həmin pay alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən əldə edilmişdir. Nəticədə mübahisə predmeti olan daşınmaz əmlak tam həcmdə iddiaçının mülkiyyətinə keçmiş, bu hüquq qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və iddiaçıya müvafiq çıxarış verilmişdir. 1997-ci ildə mübahisə predmeti olan daşınmaz əmlakın qanuni mülkiyyətçisi kimi mülkiyyət hüququnun məzmununu təşkil edən sərəncam vermə hüququmu həyata keçirərək mübahisə predmeti olmayan A tikilisində yerləşən dörd yaşayış otağını qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında üçüncü şəxslərə özgəninkiləşdirmişdir. Həmin alqı-satqı müqavilələrinin icrası nəticəsində A tikilisində yerləşən iki yaşayış otağı, habelə Texniki Pasportda “B” hərfi ilə işarələnmiş müstəqil tikili vahid daşınmaz əmlak obyekti kimi onun tərkibinə daxil olan iki yaşayış otağı, sanitar qovşağı və funksional təyinatına xidmət edən digər köməkçi sahələri ilə birlikdə iddiaçının mülkiyyətində saxlanılmışdır. Beləliklə, özgəninkiləşdirmə yalnız A tikilisinin müəyyən hissəsinə şamil olunmuş, A tikilisindən 2 otaq, mübahisə predmeti olan “B” tikilisi isə vahid əmlak kompleksi kimi bölünmədən və hüquqi statusu dəyişmədən tam həcmdə iddiaçının mülkiyyətində qalmışdır. Sözügedən hüquqi vəziyyət daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış, iddiaçının mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Bu hüquqi fakt mübahisə predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qanuni əsaslarla yarandığını, dövlət qeydiyyatı vasitəsilə rəsmən təsbit edildiyini və mülki qanunvericiliklə hüquqi müdafiə altında olduğunu birmənalı şəkildə təsdiq edir.Hazırda həmin ünvanda üç qanuni mülkiyyətçi mövcuddur və bu hüquqi vəziyyət dövlət qeydiyyatı sənədləri ilə təsdiq olunur. Yuxarıda göstərilən faktlar təsdiq edir ki, iddiaçının mülkiyyət hüququ uzun müddət ərzində dövlət tərəfindən tanınmış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair müvafiq çıxarış verilmişdir. Bu səbəbdən iddiaçının mülkiyyət hüququ nə hüquqi, nə də faktiki baxımdan mübahisəli və ya qeyri-müəyyən olmamışdır. Mübahisə yalnız cavabdehin qanunvericiliyin tələblərinə zidd müdaxilə xarakterli hərəkətləri nəticəsində yaranmış, həmin hərəkətlər isə iddiaçının mülkiyyət hüququnun pozulmasına və əmlakdan maneəsiz istifadə hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla yanaşı, 2023cü ildə “xxxx MTK” tərəfindən mübahisə predmeti olan daşınmaz əmlak üzərində iddiaçının hüquqları nəzərə alınmadan və razılığı alınmadan, apellyasiya şikayəti verən cavabdehlə hüquqi əsas olmadan müqavilə bağlanmış, həmin müqavilənin icrası çərçivəsində söküntü işləri həyata keçirilmişdir. Göstərilən hallar mülkiyyət hüququna qanunsuz müdaxilə təşkil etməklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin imperativ normalarına ziddir. O, söküntü işlərinə başlanmazdan əvvəl dəfələrlə şirkətin nümayəndələrinə müraciət edərək, həm “B” tikilisinin mülkiyyətçisi olduğumu, həm də mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun mövcudluğunu bildirmiş, onun razılığı olmadan söküntü işlərinin aparılmasının qanunsuz olduğunu onların diqqətinə çatdırmışdır. Buna baxmayaraq, cavabdeh mənim iradəmi və qanunla qorunan hüquqlarımı açıq şəkildə nəzərə almamış, mənə məxsus daşınmaz əmlakı sökmüşdür. Bu hərəkətlər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Mülki Məcəllənin 152-ci və 157-ci maddələrinin, habelə Azərbaycan Respublikasının qoşulduğu Insan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir və dövlət, eləcə də digər şəxslər bu hüquqa qanunsuz müdaxilə edə bilməzlər. Bundan başqa, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, dövlət qeydiyyatından keçmiş və ya milli hüquqla tanınmış mülkiyyət hüququna qanunsuz müdaxilə mülkiyyət hüququnun pozuntusu hesab olunur və belə müdaxilə nəticəsində vurulmuş zərərin tam həcmdə kompensasiyası təmin edilməlidir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu aşağıdakı hüquqi nəticəyə gəlməyə əsas verir: 1. mübahisə predmeti olan daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ qanuni əsaslarla yaranmış və dövlət tərəfindən tanınmışdır. 2. cavabdeh iddiaçının razılığı olmadan "xxxx" MMC ilə qanuna zidd olaraq müqavilə bağlamış və həmin əmlaka müdaxilə etmiş və onu sökmüşdür. 3. bu müdaxilə nəticəsində iddiaçının Konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququ pozulmuş, mənə maddi və mənəvi zərər vurulmuşdur.Hesab edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər işin faktiki halarını və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hüquqi vəziyyəti əks etdirmir. Apellyasiya şikayətində göstərilən arqumentlər iş materialarında olan sübutlarla tam təkzib olunur, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halara və tətbiq edilmiş maddi hüquq normalarına uyğun gəlmir. Buna görə də, apelyasiya şikayəti əsassız hesab edilməli və təmin edilməməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı etiraz ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.
20. Cavabdeh cavabdeh2 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razı olduğunu bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
21. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi– təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması– zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.”
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
29. Apellyasiya şikayətinin əsas dəlilləri kimi qeyd olunmuşdur ki, torpaq sahəsi formal olaraq iddiaçının atası X5 adına olmuşdur. Lakin 1974-cü ildə cavabdehin atası tərəfindən “B” tikilisi inşa edilmiş və cavabdeh cavabdeh1 ailə quraraq ora köçmüş və bu günə qədər orada ailəsi ilə yaşamışdır. “B” tikilisinin iddiaçıya faktiki olaraq heç bir aidiyyəti olmamışdır. “A” tikilisinin bir otağında qardaşı (hazırki iş üzrə üçüncü şəxs) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz ailəsi ilə yaşamışdır və hal-hazırda da yaşayırlar. Iddiaçı İddiaçı və qardaşı Natiq “A” tikilisində yerləşən paylarını 1995-ci ildə sataraq köçmüşlər və bir daha qayıtmamışlar. Iş üzrə iddiaçının “B” tikilisinin inşasında iştikakı olmadığı halda, bir gün belə orada yaşamadığı halda, yalnız torpaq sahəsinin formal olaraq ona məxsus olması, həmin tikiliyə iddia etməsi absurddur. Ev 1974-cü ildə cavabdehin atası tərəfindən inşa edilmiş, cavabdeh öz ailəsi ilə 31 il orada yaşamışdır.
30. O cümlədən, şikayətin digər dəlili olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında evin sökülməsi vaxtınadək heç bir mübahisə olmamışdır. Ətraflarında olan hər kəs həmin evi cavabdehin evi kimi bilmişdir. Ərazidə tikinti aparan şirkət ilə də danışıqlar aparan zaman iddiaçı heç bir zaman müdaxilə etməmişdir.
31. Işin müəyyən edilmiş hallarına əsasən ünvan 1 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evi üzrə 4 otaq iddiaçının mülkiyyətindədir. Cavabdehlər cavabdeh2 MTK ilə cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin söküntüsü və müvafiq kompensasiyanın ödənilməsinə dair müqavilə bağlanmışdır.
32. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı yekun nəticəyə gələrkən aşağıdakıları müəyyən etmişdir: - cavabdehlər cavabdeh2 Mənzil-Tikinti Kooperativi ilə cavabdeh1 evin söküntüsü ilə bağlı müqavilə imzalasalar da, bu müqavilə iddiaçı baxımından hər hansı əhəmiyyət kəsb etmir. Mülkiyyətçinin razılığı və sərəncam səlahiyyəti olmadan onun mülkiyyətində olan hissə ilə bağlı hər hansı əqd bağlana bilməz. - B” tikilisində söküntü işlərinin aparıldığı da mübahisəsizdir. Evdə qismi söküntü işlərinin aparıldığı həm ekspert rəyi, həm məhkəmə tərəfindən yerində müayinə zamanı vizual müşahidə ilə tam təsdiqini tapır. “B” tikilisində aparılmış söküntü işləri nəticəsində iddiaçının zərərə uğradığı mübahisəsizdir və bu zərər qarşılanmalıdır. Söküntü işlərinin cavabdeh MTK tərəfindən aparılması işin halları ilə öz təsdiqini tapmır. Bu barədə hər hansı sübut mövcud deyildir. - yerində müayinə zamanı müşahidə edilmişdir ki, ətraf ərazilərdə söküntü-tikinti işləri aparılsa da, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə söküntü-tikinti işləri aparılmır və həmin ev, qonşuluğunda olan evlərlə birlikdə ümumən salamatdır. Yəni, cavabdeh2 Mənzil- Tikinti Kooperativininin əməkdaşları həmin ev üzrə söküntü işlərinə başlamamışdır. - cavabdeh cavabdeh1 məhkəmə iclaslarındakı etirafedici izahatlarından məlum olur ki, “B” tikilisində söküntü işləri onun tərəfindən aparılmış, evin pəncərələri onun tərəfindən çıxarılmışdır. “B” tikilisinin faktiki olaraq cavabdeh1 nəzarətində olduğu barədə izahatlar da nəzərə alınarsa, tikiliyə müdaxiləyə və vurulmuş zərərə görə məsuliyyət məhz onun üzərinə qoyulmalıdır.
33. Göründüyü kimi apellyasiya şikayətində hər hansı bir yeni dəlil irəli sürülməmiş, göstərilən dəlillər üzrə birici instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparılaraq düzgün nəticəyə gəlindiyindən məhkəmə kollegiyası əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.