Məhkəmə qərarları › İş №e-2(3-6)-2531/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2531/2026

12.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2531/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “sərhəd hasarın cavabdehin hesabına sökülməsi və keçid ərazisinin həmin söküntünün qalıqlarından təmizlənməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh məxsus, müvafiq keçid ərazisini zəbt edən sərhəd hasarının cavabdehin hesabına sökülməsi və keçid ərazisinin həmin söküntünün qalıqlarından təmizlənməsi, keçid eninin 4 metrə çatdırılmasının təmin edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlamış, Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hasarının X1 mülkiyyətində olan həyatyanı torpaq sahəsinə gedən keçid boyu mütəxəssisin təqdim etdiyi müvafiq sxemə uyğun olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənara çıxan hissədə cavabdehin vəsaiti hesabına sökülməsi, ərazinin söküntülərdən təmizlənməsi, çirkab sularının yığılması üçün mövcud olan quyunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ***G saylı bağ sahəsinə avtomobilin giriş-çıxışının təmin edilməsi məqsədilə, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən qonşu - *** saylı bağ sahəsinin keçid hissəsində cavabdeh tərəfindən torpaq sahəsində hasar və yardımçı tikili inşa edilərkən torpaq sahəsinin hüquqi hüdudlarından kənara çıxılmış, təqribən 0,2 metr enində, 10,0 metr uzunluğunda olan sahənin (sərhəd hasarı) cavabdehin hesabına sökülməsi və söküntü işlərinin qalıqlarının cavabdehin hesabına təmizlənməsi və çirkab sularının yığılması üçün mövcud olan quyunun ləğv edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş məzmuna da uyğun deyildir. Mülki Prosessual Məcəllənin 361.1.4-cü-361.1.7-ci maddələrinə görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; iddiaçının nümayəndəsi isə verdiyi şikayətdə həmin tələblərə də riayət etməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Cavabdeh nümayəndəsinin apellyasiya şikayətində yalnız prosessual hüquq normalarının pozuntusu kimi bəzi maddələr sadalanmış, onların qarşısında isə həmin maddələrin məzmunu qeyd olunaraq pozuntunun nədən ibarət olmasına, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair aydın şəkildə ifadə edilən heç bir izah verilməmişdir. Digər tərəfdən apellyasiya şikayətində “apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qətnaməsinin apellyasiya qaydasındа ləğv edilməsi xahiş olunmuşdur – hansı ki, birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə belə qətnaməsi mövcud deyildir. Bakı şəhəri Yasaml Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qətnaməsinin tarixi ## ##### 2026-cı ildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin (vəkilinin) şikayəti qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar