Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2627/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddə və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil1, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. “Məhkəmə -tibbi ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin *** nömrəli ##.##.2021-ci il tarixli Patohistoloji müayinədən görünür ki, İddiaçı sümük toxuması 4 qram çəkidə 1x0.5 sm ölçüdə, ehtiyatsız; Çənə nahiyyəsinin sümük touması-xroniki osteomielit, fibroz ocaqları, iltihabı infiltratlar. Tikənin birində xırda nekroz ocağı.
2. Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı “Arash” estetik klinikasında həkim X4 tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə İddiaçı ərizəsi əsasında toplanmış 24-3-2 */***-**** nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır.
3. Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizanın *****/KeŞ saylı rəyində İddiaçı aparılmış müayinə və mülicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun aparıldığı, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış implantasiya ilə əlaqədar hər hansı bir ağırlaşmanın olduğu müəyyən edilməmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı təyin edilmiş təkrar koisyon məhkəmə-tibbi ekspertizanın ***/KEŞ saylı rəyində İddiaçı aparılmış müayinə və mülaicələr səhiyyə sistemində qüvvədə ola müvafiq təlimat qaydalarına uyğun olduğu, İddiaçı aparılmış CT rentgen müayinəsi zamanı posterior mandibulada və ya əməliyyat ətrafı sahə izləndiyi, həmin törəmənin ətrafı sinsirə yaxın olduğundan bu hal dodaqda keylik əmələ gətirə biləcəyi qeyd edilmişdir.
5. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “xxxx» X2 ##.##.2026-cı il tarixli **/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmətibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı dental kompüter tomoqrafiyasının (CBCT) nəticələrinə əsasən implantların mandibulyar kanal penetrasiyası müşahidə olunur, lakin inferior alveolar sinirin mexaniki kompressiyası, kanalın deformasiyası və ya sinirin kəsilməsini göstərən radioloji əlamətlər aşkar edilmir. Beynəlxalq implantoloji ədəbiyyata və ITI, EAO konsensus sənədlərinə əsasən implant-mandibulyar sinir məsafəsi mütləq sabit göstərici hesab edilmir və klinik vəziyyətdən, sümük hündürlüyündən, sümük sıxlığından, implantın dizaynından və planlama dəqiqliyindən asılı olaraq dəyişə bilər. Sinirin kompressiyası olmadığı hallarda implantın mandibulyar kanala minimal məsafədə, bəzi hallarda isə 0 mm yaxınlıqda yerləşdirilməsi tibbi cəhətdən mümkün və qəbul edilən yanaşmadır. (Froum et al., 2021; Pena-Cardelles et al., 2025). İddiaçı mövcud CBCT görüntüləri və tibbi sənədlər implantların inferior alveolar sinirdə mexaniki sıxılma və ya birbaşa travmatik zədələnmə yaratdığını təsdiq etmir. Elmi tədqiqatlara əsasən mandibulyar kanala yaxın və ya kanala penetrasiya edən implantlar hər zaman sinir zədələnməsi ilə nəticələnmir; müşahidə edilən neyrosensor dəyişikliklər çox vaxt keçici sinir irritasiyası və ya postoperativ iltihabi reaksiya ilə əlaqəli ola bilər və bu hallar qalıcı struktur zədələnmə kimi qiymətləndirilmir (Pefia-Cardelles et al., 2025). Bu səbəbdən radioloji penetrasiya faktı təkbaşına inferior alveolar sinir zədələnməsinin sübutu hesab edilə bilməz. Osteomielit sümük iliyinin iltihabi xəstəliyi olub, müxtəlif klinik formalar və gediş mərhələləri ilə xarakterizə olunur. Xəstəliyin lokal xronik formalarında, aktiv iltihab fazası (kəskin klinik əlamətlər, irinli proses və aktiv destruktiv radioloji dəyişikliklər) müşahidə edilmədikdə, dental implantasiyanın osteomielitik ocaqdan kənar sağlam sümük sahəsində aparılması mütləq əksgöstəriş hesab edilmir. Bu cür qərar fərdi klinik qiymətləndirməyə əsaslanan həkim taktikası kimi dəyərləndirilir və tibbi səhv kimi qiymətləndirilmir. Mövcud tibbi sənədlər, klinik və radioloji məlumatlar əsasında İddiaçı tətbiq edilən stomatoloji və cərrahi prosedurlar səhiyyə sistemində qüvvədə olan ümumi tibbi qaydalara və implantoloji praktikada qəbul edilmiş klinik yanaşmalara uyğun icra olunmuşdur. Müalicə zamanı qərarlar pasiyentin klinik vəziyyətinə uyğun olaraq verilmiş və tibbi göstərişlər əsasında həyata keçirilmişdir. Osteomielitin ilkin mərhələlərində sümük iliyində baş verən iltihabi dəyişikliklər panoramik rentgen müayinəsində adətən vizual olaraq müəyyən edilmir. Elmi ədəbiyyat mənbələrinə əsasən panoramik çəkiliş osteomielitin gec mərhələlərində meydana çıxan sümük destruksiyası, skleroz və ya sekvestr kimi dəyişiklikləri göstərə bilər, lakin erkən mərhələdə yüksək diaqnostik həssaslığa malik deyil. Bu səbəbdən panoramik görüntülərdə ilkin osteomielit əlamətlərinin aşkar edilməməsi tibbi baxımdan normal və izah edilə bilən haldır və diaqnozu istisna etmir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh dəymiş 65.000 (altmış beş min) manat məbləğində manat və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı, 2022 ci ildə “Araş Estetik” klinikasında həkim Cavabdeh səhlənkarlığı nəticəsində uğursuz diş implantasiyası əməliyyatına məruz qalmışdır. 2022-ci il tarixdə yanvar ayında Instagram sosial şəbəkəsi vasitəsilə Nəsimi rayonu ərazisində yerləşən “Araş Estetik” Klinikasinda üst çənə cərrahı işləyən Cavabdeh diş sahəsi üzrə paylaşımlarını görüb bəyənmişdir. Üst dişində olan narahatçılıqla bağlı həkim Cavabdeh müraciət etmişdir. Cavabdeh yanında olan zaman özünü ona stomotoloq kimi təqdim etmişdir. Cavabdeh ağız nahiyəsində panoramik çəkiliş etdikdən sonra orada kista olduğunu bildirmişdir və həmin dişin təcili olaraq çəkilməsini, yerinə implant qoymaq lazım olduğunu məsləhət görmüşdür və o, Cavabdeh ilə razılaşmışdır. ##.##.2022-ci il tarixdə Cavabdeh tərtib etdiyi müqaviləni imzalamaq lazım oldugunu bildirmişdir. O, həmin müqaviləni tez-tez oxuduqdan sonra sonuncu səhifəsinə imzalamışdır. Həmin vaxt 3100 manat pul ödəmişdir. Əməliyyat günü Cavabdeh ağız nahiyyəsində panoramik rentgen etmişdir və üzün sağ alt çənə sümüyündə pataloji xəstəliyinin aşkar olunduğunu bildirmişdir və sümükdən nümunə götürərək patalogiyaya göndərmişdir. Bundan sonra sağ, sol və üst çənəd dişlərni çıxardıb yerınə implant qoymuşdur. Amma nümünə üçün sağ alt çənədə götürdüyü sümüyün yerinə isə heç nə qoymamışdır. Həmin nahiyyə açıq qalmışdır. O, həmin nahiyyənin nə vaxta kimi açıq qalacağını ondan soruşduqda Cavabdeh nəticələrin cavabı gələnə kimi açıq qalacağını, ondan sonra isə özü düzələcəyini bildirmişdir. Bundan sonra 2 həftədən bir müayinələrə getmişdir. Hər dəfə panoramik rentgenin cavabını istədikdə Cavabdeh cavabı verməkdən imtina etmişdir. Təxminən 15 gündən sonra həkim Cavabdeh ona zəng edib patalogiyanın cavablaının çıxdığını və nəticədə alt çənə sümüyündə pataloji xəstəliyin aşkar olunmadığını bildirmişdir. Halbuki panaroma rentgen eləyən zaman həkim Cavabdeh alt çənə sümüyündə pataloji xəstəliyinin olduğunu bildirmişdir. 2023-ci ilin mart ayında yenidən Cavabdeh yanına getmişdir və solalt çənəsində 1 implant diş qoymuşdur. Həmin vaxt 2000 manat ödəmişdir. Bundan sonra mütəmadi olaraq müayinələrə getmişdir. Sonuncu dəfə 2022ci ilin iyun ayında olmuşdur və 1 implant diş üçün 1500 manat pul ödəmişdir. Həmin vaxtalarda Cavabdeh implantın üst dişlərini qoymuşdur və təxminən 2000 manat ödəmişdir. Hal-hazirda sinir zədələnməsi olduğunu görə sağ çənənin bir hissəsini hiss etmir. Həmin ağrı getdikcə çoxalır. O, bir çox müayinələrdən keçmişdir. Nəticələrə uyğun olaraq sümüyün götürüldüyü hissədə törəmə aşkar olunmuşdur. Ilkin müayinənin nəticələrini həkim Cavabdeh təqdim etmədiyinə görə hazırda heç bir müayinə aparılması mümkün olmamışdır. Bu əməliyyat nəticəsində səhhətində ciddi problemlər yaranmış, daimi ağrılar və sinir zədələnməsi yaranmişdir. Müalicə prosesində həkim ona yanlış diaqnoz qoymuş,əsaslı tibbi sənədləri təqdim etməmiş və səhvləri ilə səhhətinə düzəlməz zərər vurmuşdur. Bu səbəbdən aidiyyəti üzrə rayon prokurorluğuna müraciət edərək həkimin səhlənkarlığı ilə bağlı tədbir görülməsini tələb etmişdir. Lakin aparılmış ilkin araşdırma səthi və natamam olmuş, məsələ obyektiv şəkildə araşdırılmamışdır. Nəticədə rayon prokurorluğu Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsaslanaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Araşdırma zamanı izahatı alınmış 2014 cü il tarixdən hazıradek “xxxx” klinikasında rəsmi olaraq Cavabdeh həkim ağız üz-çənə cərrahı implatoloq vəzifəsində işləyir. İddiaçı Sexavat qizi 2021 ci il tarixinde çenesinde olan prablemlerle ve dişin qoyulması da bağlı ona müraciet etmişdir. Ilkin olaraq müayinələr aparılmış, müvafiq analizler verilmiş ve çənənin fotoşəkili çəkilmişdir. Xəstənin çenesinin sağ bucağında şişkinlik aşkar olunmuşdur. Həmin nahiyyədə mikro cerrahi prosedur aparılmış və xəstədən toxuma göturulərək patagistoloji müayinə göndərilmişdir Həmin vaxtı çənəyə 5 ədəd implatının əkilməsi həyata keçirilmişdir. Həmin gün klinikaya müəyyən məbləğ ödəmişdir. Təxminən 10-15 günden sonra patagistoloji müayinənin cavabı gəlmiş həmin cavabda çənə nahiyyəsinin sümük toxuması-xroniki osteomielit, fibroz ocaqları iltihabi infilrarlar, tikənin birinin xırda nekroz ocağı diaqozu qoyulmuşdur. Bundan sonra İddiaçı klinikaya dəvət edilmiş və götürülmüş sümüyün yerinə sümük materialları qoyulmuşdur. O, bunun müqabilində kassaya ödəniş etmişdir. İddiaçı hər ay müayinələrə gəlmiş və rentgen olunmurdur. Sevilin damağında hər hansı bir prablemin olduğunu müəyyən edilməmişdir. Təxminən 5-6 aydan sonra İddiaçı 5 implant dişlərin metalsız keramika dişləri yığılmışdır. Bu zaman Sevil klinikaya 1500 manat pul köçürməli olmuş, amma pulu klinikaya köçürməmişdir. Sevil ona qoyulmuş 5 metalsız keramika dişlərdən 2-si xoşuna gəlmədiyini bildirmiş və həmin 2 dişi öz vəsaiti hesabına dəyişdirmişdır. Təxminən 3 aydan sonra Cavabdeh müraciət edərək qoyulan dişlərin xoşuna gəlmədiyini və dəyişmək lazım olduğunu bildirmişdir. O, bunun mümkün olmadığını izah etmışdır. Cavabdeh həmçinin izahatında Sevilin sağ alt çənəsində olan ağıl dişiniçəkib oradan dağılmış toxumalardan nümunə götürüb patagistoloji müayinə göndərdiyini, Sevilin çənə sümüyünə heç bir müdaxilə olunmadığını, müayinənin cavabı gələndə Sevilə məlumat verdiyini, müayinənin nəticəsinə görə Sevilə çənə nahiyyəsinin sümük toxuması-xroniki osteomielit, fibroz ocaqları, iltihabi infilrarlar, tikənin birinin xırda nekroz ocağı diqnoz qoyulduğunu göstərmişdir. Barəsində şikayət olunan Cavabdeh verdiyi izahatdan görünür ki, patagistoloji müayinə üçün ağız nahiyəsindən nümunələr götürülərək aidiyyəti üzrə göndərilmişdir. Habelə qeyd olunmalıdır ki, həmin yoxlamaların göndərilməsinə baxmayaraq, həmin müddət ərzində qanuna zidd olaraq ağız nahiyəsində implant işləri icra olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, həmin müayinələrin nəticələri hələ məlum olmadan və nəticələr gözlənilmədən, ağız nahiyəmdə implant işləri aparılmışdır. Qeyd etmişdir ki, həkim Cavabdeh səhlənkarlığı nəticəsində səhhətində aradan qaldırılmayan prablemlər yaranmışdır. Odur ki, ona qarşı ciddi tibbi ziyan dəymişdir. Dəymiş ziyan ondan ibarətdir ki, implantasiya prosedurundan sonra aşağıdakı hallar müşahidə olunmuşdur: çənə nahiyyəsində törəmə yaranmışdır, sinir sistemizədələnmişdir, hazırda implantlar sinirlərisıxır və bu, videoqrafik çəkilişlərdə aydın şəkildə görünür. Bu səbəbdən, implantların çıxarılması zərurəti yaranmışdır. Göründüyü kimi implant alt çənə sümüynə ana sinir xəttinə elə məsafədə yerləşməlidir ki, sinirə toxunmasın. Cavabdeh isə implant əməliyyatını düzgün icra etməmiş və nəticədə sinirim zədələnmiş hazırda isə alt çənənin sağ hissəsində hissiyat itmişdir. Həkim müayinələri zamanı isə ona bildirilmişdir ki, gələcəkdə daha da ciddi fəsadların ortaya çıxacağı istisna edilmir. Göstərilən halların hər biri sağlamlığıma ciddizərər vurmuş və əlavə tibbi müdaxilələrə ehtiyac yaranmışdır. Hazırda heç bir həkim müalicəni öz boynuna götürmür. Mövcud vəziyyətə görə ona 50.000 (əlli min) manat məbləğində maddi və mənəviziyan dəymişdir. 8.Məhkəmə iclaında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, İddiaçı 6- 7 ay əvvəl sağ alt dodağında implant prosedurundan sonra keyimə şikayəti ilə tibb müəssisəsinə müraciət etmişdir. Müvafiq tibbi müayinə və rentgen müayinəsi nəticəsində müəyyən olunmuşdur ki, həyata keçirilmiş implant proseduru zamanı implantın yerləşdirilməsi üçün nəzərdə tutulmuş məsafə düzgün şəkildə saxlanmamışdır. Bu səbəbdən xəstənin alt çənə sinir sistemində zədələnmə baş vermiş və nəticədə keyimə (paresteziya) yaranmışdır
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı tələbin təmin edilməsi üçün ilk öncə cavabdehin hərəkətlərində göstərmiş olduğu xitdmətin qüsurlu icra olunması müəyyən edilməlidir. Məhz bu səbəbdən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “xxxx» X2 ##.##.2026-cı il tarixli **/KEŞ nömrəli ekspert rəyində İddiaçı tətbiq edilən stomatoloji və cərrahi prosedurlar səhiyyə sistemində qüvvədə olan ümumi tibbi qaydalara və implantoloji praktikada qəbul edilmiş klinik yanaşmalara uyğun icra olunmuş olduğu müəyyən edilir. Beləliklə məhkəmə hesab etmişdir ki, nə qədərki cavabdehin əməlində yəni iddiaçıya göstərmiş olduğu xidmətdə qüsur aşkar olunmamlışdır, hazırkı iddia tələbi təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1112-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, və 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialarına əlavə edilmiş Patohistoloji müayinə aktı ##.##.2021-ci il tarixdə verilsə də, həmin aktda materialın daxil olma tarixi ##.##.2022 ci il göstərilmişdir. Göründüyü kimi həmin müayinə aktı tamamilə saxtalaşdırılmış və sübut olaraq heç bir mötəbərliyi yoxdur. Bundan əlavə apellyasiya şikayətinə əlavə edilmiş “instagram” sosial şəbəkə yazışmalarından da məlum olur ki, iddiaçı cavabdehlə 2022-ci il tarixdə tanış olmuşdur. Həmçinin “Arash” Estetik Klinikası tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli sənəddən də görünür ki, iddiaçı ##.##.2022-ci il tarixdə cavabdehin qəbulunda olub. Qeyd olunan hallardan göründüyü kimi birinci instansiya məhkəməsinin yekun nəticədə əsaslandırdığı sübut kimi ##.##.2021-ci il tarixli Patohistoloji müayinə aktının heç bir mötəbərliyi yoxdur və tamamilə saxtadır. Lakin, bu hal rayon məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin iş materiallarında olan ##.##.2025-ci il tarixli, ***/KEŞ saylı məhkəmə-tibbi ekspertizası barədə ekspert rəyi xəstənin CT rentgenə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Lakin, həmin CT rentgen məhkəmə prosesi zamanı təqdim olunmamış və rəyin düzgünlüyü şübhə altında qalmışdır. Həmçinin, məhkəmə prosesi zamanı çənə cərrahı şahid kimi ifadə verərək, həqiqətən də iddiaçının müayinə və müalicələrinin düzgün aparılmamasını bildirsə də, nədənsə bu fakt da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əlavə olaraq qeyd edir ki, şikayətə əlavə edilmiş məhkəmə qətnaməsindən görünür ki, cavabdeh tək iddiaçıya qarşı deyil, digər şəxslərə qarşı da maddi, mənəvi ziyan vurmuş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur. Bu səbəbdən də hesab edir ki, məhkəmə tərəfindən işə daha həssas yanaşılmalı və daha ciddi araşdırma aparılmalı idi. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin həcminin müəyyən edilməsi üçün də heç bir araşdırma aparmamışdır. Belə ki, məhkəmənin iddia ərizəsini qismən təmin etmə səlahiyyəti mövcuddur. Lakin, məhkəmə maddi və mənəvi zərəri ümumiyyətlə araşdırmadan qismən də olsa təmin etməmişdir. Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Sonradan onlara məlum olmuşdur ki, # ###### 2025-ci il tarixində “xxxx” MMC-də keçirilən plandankənar yoxlama zamanı cavabdeh Cavabdeh müvafiq sertifikatı olmadan stomotologiya ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Bu faktla bağlı Cavabdeh barəsində Inzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə - müvafiq sertifikat olmadan praktik tibb fəaliyyəti ilə məşğul olma barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda "xxxx" MMC barəsində X14 215.4-cü - sertifikatı olmayan şəxsi praktik tibbi fəaliyyətə buraxılması maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Müvafiq sertifikat olmadan praktik tibb fəaliyyəti ilə məşğul olunması qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır və bu hal aparılmış tibbi müdaxilənin qanuniliyini və əsaslılığını ciddi şəkildə şübhə altına salır. Həkimin sertifikatsız fəaliyyət göstərməsi onun peşəkar səriştəsinin yetərli olmadığını göstərməklə yanaşı, ona vurulmuş zərərin yaranmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir. Eyni zamanda, “xxxx” MMC tərəfindən sertifikatsız şəxsin praktik tibb fəaliyyətinə cəlb edilməsi tibb müəssisəsinin üzərinə düşən nəzarət və məsuliyyət öhdəliklərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh Cavabdeh sertifikatsız fəaliyyəti o deməkdir ki, dövlət onun tibbi biliklərini və peşə hazırlığını həmin dövr üçün təsdiq etməmişdir. Belə olan halda, sertifikatsız şəxsin apardığı tibbi müdaxilə zamanı yaranan hər hansı fəsad birbaşa onun təqsiri hesab edilməlidir. Mənəvi zərər qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı ha larda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib ha ların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Lakin məhkəmə tərəfindən nəinki mənəvi zərər, heç maddi zərərə də düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, iş üzrə şahid qismində dəvət olunmuş həkim cərrah Mirzəyev Tural qeyd etmişdir ki, İddiaçı 6-7 ay əvvəl sağ alt dodağında implant prosedurundan sonra keyimə şikayəti ilə tibb müəssisəsinə müraciət etmişdir. Müvafiq tibbi müayinə və rentgen müayinəsi nəticəsində müəyyən olunmuşdur ki, həyata keçirilmiş implant proseduru zamanı implantın yerləşdirilməsi üçün nəzərdə tutulmuş məsafə düzgün şəkildə saxlanmamışdır. Bu səbəbdən xəstənin alt çənə sinir sistemində zədələnmə baş vermiş və nəticədə keyimə (paresteziya) yaranmışdır. X9 ifadəsinə heç bir hüquqi qiymət verməmiş, bu kimi halları görməzdən gəlmişdir. Məhkəmə qətnamənin əsaslandırma hissəsində məhkəməyə təqdim edilən rentgen görüntülərinin, patohistoloji müayinənin və şahid ifadələrinin hansı əsasla rədd edildiyini əsaslandırmamışdır. Halbuki məhkəmə tərəflərin təqdim etdiyi sübutlara münasibət bildirməyə borcludur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli müayinə aktının tərtib edilmə tarixi 2021-ci il qeyd edilsə də, həmin müayinə aktında materialın daxil olma tarixi 2022-ci il qeyd edilmişdir. Həmçinin həmin müayinə aktında heç bir möhür yoxdur, kim tərəfindən imzalanması bəlli deyil. Ekspertiza rəyi də həmin müayinə aktı əsasında verilmişdir ki, rəyin özünün də mötəbərliyi şübhəlidir. Çünkü rentgen diski və rəy verilməsi üçün lazımi olan məlumatlar təqdim edilmədiyi üçün onlar rəyi mötəbər hesab etmir. Eyni zamanda apellyasiya şikayətinə əlavə etdiyi yazışmalardan da göründüyü kimi iddiaçı cavabdehlə 2022ci ildə əlaqə saxlamış və onun yanına getmişdir. Apellyasiya şikayətinə digər məhkəmə qətnaməsini də əlavə etmişlər və həmin qətnamədən görünür ki, cavabdehə qarşı başqa şəxslərin də eyni məzmunlu iddia tələbləri olub. Məhkəmə tərəfindən şahid ifadələrinə və sözügedən hallara düzgün qiymət verilməmişdir. Bu səbəbdən yenidən ekspertiza keçirilməsini xahiş edir. Hesab edir ki, təkrar ekspertiza keçirilərək iş materialları yenidən araşdırılmalı və iddia tələbi təmin edilməlidir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, klinikada 3D panoram rentgen etdirmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq həkim tərəfindən həmin disk ona təqdim edilmir. 3 dəfə ekspertiza keçirilsə də, rəylər qərəzlidir. Belə ki, onun digər həkimlərdən rentgen və radioloji rəyləri var, hər birində deyilir ki, implantlar sinirləri zədələyib, çənə sümüyü məhv olub. Ekspertlər isə heç bir müayinə etmədən, yoxlama aparmadan rəy veriblər. Digər həkim məhkəmədə şahid qismində dindirilsə də, məhkəmə tərəfindən onun ifadələri nəzərə alınmayıb. Onun çənəsində əvvəllər heç bir problem olmayıb, üst dişinin çıxarılaraq yerinə implant qoyulması üçün icazə vermişdir. Narkoz altında ona qorxu yaşadaraq, alt çənəsində sağlam dişlərin dibində kista gördüyünü bildirib, dişlərini çıxarıb və çənəsindən böyük bir sümük kəsib götürüb. Bədxassəli şişdən şübhələndiyini qeyd edərək, əkməyə göndərildiyini bildirib. Həmin testlərin cavabları gəlmədən implantlar yerləşdirib. Çənəsində keyimə olduğu üçün həkimə müraciət edəndə bilmişdir ki, aparılmış prosedurlar yanlış olub. O prokurorluğa şikayət etdikdən sonra keçmiş tarixli bir sənəd təqdim edib, halbuki onun çənəsində heç bir problem olmayıb və o, ona bununla bağlı müraciət etməmişdir. Ekspertlərlə cavabdehin şəxsi tanışlıqları, dostluqları var. O, ödədiyi pulu istəyir ki, ən azından müalicələrini davam etdirə bilsin. Çənəsində olan sinirləri hiss etmir. Implantalar sinirin içərisində olduğu üçün hiss etmir. Qidalana bilmir, ağzının kənarında nəsə qalsa hiss etmir. Çeynəmə prosesi olmadığı üçün mədəsində problem yaranıb, qulağında uğultular əmələ gəlib. Təxminən 13 min manat ödəniş etmişdir. 4500 manat yox, 13 min manata yaxın pul ödəmişdir. O, qəbzləri məhkəməyə təqdim etmişdir. O, ekspertlə danışanda ona Cavabdehlə dost olduqlarını bildiyini dedi. O da ona bildirdi ki, dostudur, lakin nə görübsə rəydə onu yazacaq. Cavabdeh ekspertlərlə dostluqları var.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçı tərəfin qeyd etdiklərinin heç bir hüquqi əsası yoxdur. Nəsimi rayon prokurorluğunda aparılan araşdırmalar nəticəsində cinayət işinin başlanılması rədd edilmişdir. Onun sorğusu əsasında 2 ekspert rəyi təqdim edilmişdir. Hər iki ekspertiza komission ekspertiza olub. 3-cü dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilib. Iddiaçı tərəfindən verilmiş təkrar ekspertizanın keçirilməsinə dair vəsatətdə əvvəlki ekspertiza rəyinin natamamlığının nədən ibarət olması, ümumilikdə təkrar ekspertizanın keçirilməsinin əsasları qeyd edilməyib. Hər üç ekspert rəyində qeyd edilir ki, Cavabdeh qüvvədə olan tibbi protokollara uyğun müayinə və müalicə aparıb, onun apardığı əməliyyatlarda heç bir həkim səhvi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 cavabdehə qarşı ədavəti var. Həmin şəxsin ifadələrini mötəbər hesab etmir. Digər qətnaməyə istinad edilməsi əsassızdır, çünkü iki işin faktiki halları tamamilə fərqlidir. Bəli, rentgen çəkilib. Onun tərəfindən həmin rentgen məhkəməyə təqdim edilməyib. Ola bilər ki, ekspertizaya təqdim edilmiş olsun.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Maddə 1112.Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
19.Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarı 4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması. 4.74. Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iddiaçı İddiaçı 2022 ci ildə “Araş Estetik” klinikasında həkim Cavabdeh səhlənkarlığı nəticəsində uğursuz diş implantasiyası əməliyyatına məruz qalmasına və hazırda alt çənəsində hissiyatın itməsinə görə cavabdehdən maddi və mənəvi zərər tələb edir.
27. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
28. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. 29.Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
30. Hazırki işdə Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı “Arash” estetik klinikasında həkim Cavabdeh tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə İddiaçı ərizəsi əsasında toplanmış 24-3-2 */***-**** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
31. Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizanın *****/KeŞ saylı rəyində müayinə və mülicələrin səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun aparıldığı, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış implantasiya ilə əlaqədar hər hansı bir ağırlaşmanın olduğu müəyyən edilməmişdir.
32. Bakı Şəhəri Nəsimi Rayon Prokrorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli Qərarından görünür ki, İddiaçı şikayəti üzrə aparılmış araşdırma zamanı təyin edilmiş təkrar koisyon məhkəmə-tibbi ekspertizanın ***/KEŞ saylı rəyində ılmış müayinə və mülaicələrin səhiyyə sistemində qüvvədə ola müvafiq təlimat qaydalarına uyğun olduğu, Sevil Mustafayevaya aparılmış CT rentgen müayinəsi zamanı posterior mandibulada və ya əməliyyat ətrafı sahə izləndiyi, həmin törəmənin ətrafı sinirə yaxın olduğundan bu hal dodaqda keylik əmələ gətirə biləcəyi qeyd edilmişdir.
33. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “xxxx» X2 ##.##.2026-cı il tarixli **/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmətibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı dental kompüter tomoqrafiyasının (CBCT) nəticələrinə əsasən implantların mandibulyar kanal penetrasiyası müşahidə olunur, lakin inferior alveolar sinirin mexaniki kompressiyası, kanalın deformasiyası və ya sinirin kəsilməsini göstərən radioloji əlamətlər aşkar edilmir. Beynəlxalq implantoloji ədəbiyyata və ITI, EAO konsensus sənədlərinə əsasən implant-mandibulyar sinir məsafəsi mütləq sabit göstərici hesab edilmir və klinik vəziyyətdən, sümük hündürlüyündən, sümük sıxlığından, implantın dizaynından və planlama dəqiqliyindən asılı olaraq dəyişə bilər. Sinirin kompressiyası olmadığı hallarda implantın mandibulyar kanala minimal məsafədə, bəzi hallarda isə 0 mm yaxınlıqda yerləşdirilməsi tibbi cəhətdən mümkün və qəbul edilən yanaşmadır. (Froum et al., 2021; Pena-Cardelles et al., 2025). İddiaçı mövcud CBCT görüntüləri və tibbi sənədlər implantların inferior alveolar sinirdə mexaniki sıxılma və ya birbaşa travmatik zədələnmə yaratdığını təsdiq etmir. Elmi tədqiqatlara əsasən mandibulyar kanala yaxın və ya kanala penetrasiya edən implantlar hər zaman sinir zədələnməsi ilə nəticələnmir; müşahidə edilən neyrosensor dəyişikliklər çox vaxt keçici sinir irritasiyası və ya postoperativ iltihabi reaksiya ilə əlaqəli ola bilər və bu hallar qalıcı struktur zədələnmə kimi qiymətləndirilmir (Pefia-Cardelles et al., 2025). Bu səbəbdən radioloji penetrasiya faktı təkbaşına inferior alveolar sinir zədələnməsinin sübutu hesab edilə bilməz. Osteomielit sümük iliyinin iltihabi xəstəliyi olub, müxtəlif klinik formalar və gediş mərhələləri ilə xarakterizə olunur. Xəstəliyin lokal xronik formalarında, aktiv iltihab fazası (kəskin klinik əlamətlər, irinli proses və aktiv destruktiv radioloji dəyişikliklər) müşahidə edilmədikdə, dental implantasiyanın osteomielitik ocaqdan kənar sağlam sümük sahəsində aparılması mütləq əksgöstəriş hesab edilmir. Bu cür qərar fərdi klinik qiymətləndirməyə əsaslanan həkim taktikası kimi dəyərləndirilir və tibbi səhv kimi qiymətləndirilmir. Mövcud tibbi sənədlər, klinik və radioloji məlumatlar əsasında İddiaçı tətbiq edilən stomatoloji və cərrahi prosedurlar səhiyyə sistemində qüvvədə olan ümumi tibbi qaydalara və implantoloji praktikada qəbul edilmiş klinik yanaşmalara uyğun icra olunmuşdur. Müalicə zamanı qərarlar pasiyentin klinik vəziyyətinə uyğun olaraq verilmiş və tibbi göstərişlər əsasında həyata keçirilmişdir. Osteomielitin ilkin mərhələlərində sümük iliyində baş verən iltihabi dəyişikliklər panoramik rentgen müayinəsində adətən vizual olaraq müəyyən edilmir. Elmi ədəbiyyat mənbələrinə əsasən panoramik çəkiliş osteomielitin gec mərhələlərində meydana çıxan sümük destruksiyası, skleroz və ya sekvestr kimi dəyişiklikləri göstərə bilər, lakin erkən mərhələdə yüksək diaqnostik həssaslığa malik deyil. Bu səbəbdən panoramik görüntülərdə ilkin osteomielit əlamətlərinin aşkar edilməməsi tibbi baxımdan normal və izah edilə bilən haldır və diaqnozu istisna etmir. 34.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
35. Şahid ifadəsinin nəzərə alınmaması ilə bağlı şikayətin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işdə şahid ifadəsi ilə yanaşı məhkəmə-tibbi ekspertizasının elmi əsaslara, obyektiv müayinələrə (CBCT radioloji görüntülərinə) və tibbi sənədlərə istinadən bir neçə həkim tərəfindən verilmiş rəyləri qiymətləndirməklə iddia tələbinin rədd edilməsi barədə düzgün qənaətə gəlmişdir.
37. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli