Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2642/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma və kirayə haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bu qeydiyyat nömrəsi ilə ##.##.2016 cı il tarixində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfat Idarəsi * saylı Mənzil Tikinti Komitəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilən arayışdan görünür ki, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, ** saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə cavabdeh1, X3, X4 və X5 qeydiyyatsız yaşayırlar.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma və kirayə haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məxsus daşınmaz əmlak- Nərimanov rayonu. Nəcəf Nərimanov küçəsi, ev 11, ** saylı mənzilin Cavabdehlər cavabdeh1 və cavabdeh2 qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılması, cavabdehlər cavabdeh1 və cavabdeh2 himayələrində olan X4 və X5 ilə birlikdə Iddiaçıya məxsus mənzildən əşyaları ilə birgə çıxarılması, aylıq 350 AZN-dən olmaqla 3 aylıq kirayə haqqının- yəni 1050 AZN-in, “Hüquqi yardımın göstərilməsi haqqında” EM-****VK- *****/** saylı Müqaviləyə əsasən hüquqi yardıma görə ödənmiş 500 AZN (beş yüz manat) məbləğin və iddianın məhkəməyə verilməsinə görə dövlət rüsumu olaraq ödənmiş 100 AZN (yüz manat) məbləğin Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) 4.Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əsasında Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ** saylı evin 61.1 kv.m ümumi sahəsi olan ** saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Iddiaçı İddiaçı məxsusdur. Çıxarışa əsasən göstərilən mənzilə mülkiyyət hüququ ##.##.2016-cı il tarixdən əldə edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı İddiaçı məxsus mənzildə himayələrində olan ##.##.2009-cu il təvəllüdlü X6 və ##.##.2016 cı il təvəllüdlü X7 ilə 2 ilə yaxın kirayədə qalmışdır. Artıq iki aydır ki, cavabdehlərin daşınmaz əmlakdan çıxarılması iddiaçı tərəfindən tələb edilsə də Cavabdehlər mənzili tərk etməyərək başqasının əmlakına qeyriqanuni sahiblik edir. Müxtəlif instansiyalara və qurumlara əsassız şikayətlər edərək mənzili tərk etməkdən imtina edir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan daşınmaz əmlak başqalarının qanunsuz sahibliyindən alınmalı və cavabdehlər himayəsində olan yetkinlik yaşına çatmayan şəxslərlə, həmçinin əşyaları ilə birgə mənzildən çıxarılmalıdır. Iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışndan görünür ki Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, mənzil 21 Iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Iddia ərizəsinə əlavə edilmiş Bakı Şəhəri Icra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı Idarəsinin * saylı Mənzil Tikinti Kooperativinin Arayışından görünür ki Cavabdehlər cavabdeh2, cavabdeh1 himayələrində olan X6 və X7 ilə birgə Iddiaçıya məxsus Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, mənzil 21-də qeydiyyatsız yaşayırlar.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Əfəndizadə Mehriban) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1, cavabdeh2 himayələrində olan övladları X8, X5 və əşyaları ilə birlikdə iddiaçı İddiaçı məxsus ünvan * saylı mənzilin ünvanında yerləşən mənzildən çıxarılması, ünvan * saylı mənzilin cavabdeh1, cavabdeh2 qeyri-qanuni sahibliyindən alınaraq iddiaçı Məmmədzadə Rəfi Yaqub oğluna qaytarılması, cavabdehlər cavabdeh1, cavabdeh2 500 manat hüquqi yardımın göstərilməsi üçün çəkilmiş xərcin 300 manatı və mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı Məmmədzadə Rəfi Yaqub oğlunun xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülkiyyətçi olan iddiaçı İddiaçı ünvan * saylı mənzil ünvanında yerləşən mənzilə faktiki sahibliyini itirmiş, sözügedən əmlak cavabdehin qeyri-qanuni sahibliyindədir. Iddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin mülki işin araşdırılması zamanı cavabdehlərin iddiaçı ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan yazılı razılaşmanın bağlanmasını tələb etməyən yaxın qohumluq münasibətlərinin olduğu da müəyyən edilməmişdir. Göründüyü kimi mənzildən çıxarılma tələbindən ibarət olan vindikasiya iddiasının təmin olunmasının şərtləri (iddiaçının əmlakın mülkiyyətçisi olması, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüququnun olmaması) mövcuddur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili də öz izahatında mənzilin iddiaçının mülkiyyətində olduğunu bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər himayələrində olan övladları ilə birlikdə iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh mübahisəli mənzildən çıxarılmalı, mənzil boşaldılaraq cavabdehlərin qeyri-qanuni sahibliyindən iddiaçıya qaytarılmalıdır.
7. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində qeyd olunan “cavabdehlərdən aylıq 350 AZN-dən olmaqla 3 aylıq kirayə haqqının- yəni 1050 AZN pul vəsaitinin tutulması” hissəsində iddia tələbinin təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflərin arasında yazılı kirayə müqaviləsindən irəli gələn münasibətlər yaranmamışdır. Iddiaçı mənzilin 350 manat aylıq kirayə ödənişi qarşılığında cavabdehlərin sahibliyi və istifadəsinə verildiyini bildirsə də, təsdiqedici hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan təqdirdə, tələb həmin hissədə təmin edilə bilməz.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbində cavabdehdən tutulmalı olan hüquqi yardıma görə ödənmiş 500 AZN (beş yüz manat) məbləğin iddiaçının xeyrinə tutulması hissəsində də qismən təmin edilməlidir. Iddiaçının vəkildən hüquqi yardım almaq üçün ödədiyi və cavabdehdən tələb etdiyi 500 manat məbləğində pul isə məhkəmə xərcidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsindən də görünür ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmçinin, iddiaçı tərəfindən Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili vəkil2 hesabına 500 manat məbləğində pul ödənildiyi göstərən qəbz iş materiallarında mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyi üçün cavabdehlər cavabdeh2 və cavabdeh1 hüquqi yardım üçün ödənilmiş 500 manat məbləğində pulun 300 manatı tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13, 29, 33 və 43cü; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü ; “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci; “Akimova Azərbaycana qarşı” iş üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 42-ci; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # ####### tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011ci il ## ###### tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini cavabdehin əsaslı etirazları nəzərə alınmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcələnin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcələnin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı). Insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərar, § 62).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, cavabdehlər 2 il müddətində kirayəçi kimi evdə yaşayıblar. O, onlara bildirdi ki, dekabr ayında evdən çıxsınlar. Oğluna toy edəcəkdi və evi təmir etdirməli idi. Onlara bildirdi ki, özlərinə ev tapsınlar, dekabr ayı üçün kirayə pulu verməyə bilərlər. Onlar isə evdən çıxmadılar. Bundan sonra polis şöbəsinə onlardan şikayət verdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, qarşı tərəfin apellyasiya şikayəti verməsi vaxtın uzadılmasına xidmət edir.
15. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdelərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, buqeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiqolmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindəntanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasiletməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, kollegiya qətnaməni iddianın təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən mübahisə predmeti olan - Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 11, ** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Iddiaçının mənzil üzərində mülkiyyət hüququ ##.##.2016 cı il tarixdə qeydiyyata alınmışdır.
24. Hazırda mübahisə predmeti olan mənzil cavabdehlərin sahibliyindədir.
25. Işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehlər məcburi köçkündürlər, başqa yaşayış yerləri yoxdur. Mənzil iddiaçıya məxsus olsa da, cavabdehlər həmin mənzilə görə heç vaxt kirayə haqqı ödəməyiblər. Tərəflərin arasında kirayə haqqı ilə bağlı hər hansı razılıq olmayıb.
26. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 27.Hazırki halda iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. 28.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 29.Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki işin mübahisəsiz halıdır ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı notarial müavilə də bağlanmamışdır.
30.. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
31. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 32.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov