Məhkəmə qərarları › İş №e-2(3-6)-2648/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2648/2026

30.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2648/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə *(***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbi barədə” iddiasına, cavabdehin iddiaçı MMC-yə qarşı irəli sürdüyü “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair müqavilə və xxxx verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 112 “C” ünvanında yerləşən ** saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 150, M15, m3) sahiblik və istifadə hüquqlarının tanınmasını, həmin mənzilə dair “xxxxnin” və “xxxx” verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulmasını qət etmişdir. Qətnamə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş, qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) MMC-nin vəkili (nümayəndəsi) vəkil1 ##.##.2026-cı il tarixdə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilən “Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşmlı küçəsi, ev 112C ünvanında yerləşən ** saylı mənzilə dair xxxxnin təqdim edilməsi” öhdəliyin hüquqi məzmununa və icra qaydasına; İddiaçı MMC-nin həmin müqavilədə hansı hüquqi statusda (satıcı, hüquq varisi, sifarişçi və ya digər statusda) çıxış etməli olması məsələsinə; təqdim edilməli xxxxnin: hansı tarixə münasibətdə tərtib edilməli olması; müqavilənin mühüm şərtlərinin, o cümlədən satış qiymətinin, ödəniş qaydasının və digər şərtlərin necə müəyyən edilməli olması; müqavilənin notariat qaydasında və ya sadə yazılı formada bağlanmalı olubolmaması məsələlərinə; qətnamənin nəticə hissəsində nəzərdə tutulan maliyyə arayışında hansı məlumatların, o cümlədən ödənilmiş məbləğin, ödəniş tarixlərinin, pay haqqının tam ödənilibödənilməməsinin və digər maliyyə göstəricilərinin əks etdirilməli olması” məsələsinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslanldırılmışdır ki, qətnamənin icrası zamanı müəyyən edilmişdir ki, qətnamənin nəticə hissəsində nəzərdə tutulmuş öhdəliklərin icra mexanizmi, həmin öhdəliklərin hüquqi məzmunu və icra qaydası kifayət qədər müəyyən və aydın şəkildə ifadə olunmadığından, qətnamənin icrası obyektiv olaraq çətinləşmiş, eyni zamanda onun müxtəlif qaydada şərh edilməsinə şərait yaranmışdır. Belə ki, sözügedən qətnamədə MMC-nin hansı hüquqi statusda həmin müqaviləni təqdim etməli olduğu, təqdim edilməli müqavilənin hansı tarixə aid olduğu, müqavilənin məzmununun, satış qiymətinin, ödəniş şərtlərinin və formasının necə müəyyən edilməli olduğu, eləcə də təqdim edilməli maliyyə arayışında hansı məlumatların əks etdirilməli olduğu göstərilmədiyindən qətnamənin icrasında qeyri-müəyyənlik yaranmışdır. Ərizəçi qətnamənin məzmununun dəyişdirilməsini deyil, yalnız onun icrasının təmin olunması üçün nəticə hissəsinin izah edilməsini xahiş etmişdir. “xxxx” ərizəyə baxmış Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 230.1-ci maddəsinə əsasən məhkəmə yalnız qətnamənin məzmununu dəyişdirmədən ona izah verə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh aid “xxxx” əvvəllər mövcud olmuş, sonradan itirilmişdir. Buna görə də MMC-nin üzərinə yeni müqavilə bağlamaq deyil, mövcud olmuş müqavilənin və xxxx təqdim edilməsi öhdəliyi qoyulmuşdur. Bu səbəbdən də qətnaməyə izah edilməsi üçün əsas müəyyən edilmir. MMC həmin qərardaddan Rayon Məhkəməsinə şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Əsasları “xxxx” ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi MPM-in 230.1-ci maddəsinin tətbiq dairəsini düzgün müəyyən etməmiş, ərizədə göstərilən konkret qeyri-müəyyənliklərə hüquqi qiymət verməmişdir. Rayon Məhkəməsi bir tərəfdən qətnamənin izaha ehtiyac olmadığını göstərmiş, digər tərəfdən isə qərardadda təqdim edilməli sənədin əvvəllər mövcud olmuş və Cavabdeh tərəfindən itirilmiş “xxxxnin” olduğunu bildirməklə qətnamənin nəticə hissəsində əks olunmayan məsələlərə özü izah vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilərək MMC tərəfindən verilmiş “xxxx” ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in tələblərinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1.). Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir (maddə 230.3.). “xxxx” MMC-nin ərizəsini rədd etmiş Rayon Məhkəməsi bunu onunla əsaslandrmışdır ki, qətnamənin izaha ehtiyac yoxdur. Lakin qərardadın əsaslandırıcı hissəsindən görünür ki, Rayon Məhkəməsi həmin hissədə qətnaməyə müəyyən qədər izah vermişdir. Qeyd edilən bu kimi halın mövcud olması MPM-in tələblərinə görə, məhkəmə aktının əsaslandırılmamış olması kimi qiymətləndirilməlidir. Əsaslandırılmamış məhkəmə aktı isə qüvvədə saxlanıla bilməz. MPM-in 398.0.2-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti var. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 230, 263, 264, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad ləğv edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi “xxxx” ərizəyə yenidən baxılması üçün iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar