Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2689/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Dövlət Iqtisad Universitetin X4rşı «universitetə bərpa edilmə» dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “universitetə bərpa edilmə”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı Iddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetin X4rşı «universitetə bərpa edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Iqtisad Universitetinin “xaricolunma haqqında” # #### 2026-cı il tarixli ***/*/**** nömrəli əmrinin ona aid olan hissəsinin etibarsız hesab edilməsi, universitetə bərpa olunması və dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır, o, 2024-cü ildə Azərbaycan Dövlət Iqtisad Universitetinin X1 Fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olub. 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında “Xarici dildə (ingilis) işgüzar və akademik kommunikasiya” fənnindən kəsilərək “Azərbaycan Dövlət Iqtisad Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları”nın 6.2.11-ci (təhsilalan bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaratdıqda və ya başqa təhsilalanın əvəzinə imtahan verməyə cəhd etdikdə) yarımbəndinə əsasən universitetin təhsilalanlarının sırasından xaric edilib. Belə ki, sözügedən fənnin imtahan prosesi 4 - oxu, dinləmə, danışıq və yazı mərhələlərindən ibarətdir. Cari ilin 12 fevral tarixində keçirilmiş imtahanda qrup yoldaşı Şövqi Quliyev ilə zalda təsadüf nəticəsində yanaşı oturublar və bir-birlərinə kömək etmək (o, ona oxu və dinləmə mərhələlərini əhatə edən testdə, Ş.Quliyev isə ona yazı mərhələsində) qərarına gələrək qayda pozuntusuna yol veriblər. Sonra öz aralarında söhbət etdiklərini görən imtahan nəzarətçilərindən biri olan Maqsud Mirzəyev onların yerini dəyişdi. Bu mərhələnin sonunda inşa (məktub) vərəqlərini imtahan nəzarətçilərinə təhvil verib zalı tərk ediblər. Daha sonra isə o, imtahanın danışıq mərhələsində iştirak etmək üçün başqa zala daxil olub və bir müddət sonra eşidib ki, imtahan nəzarətçiləri onu axtarır. Səbəbini öyrəndikdə isə inşa (məktub) vərəqlərində adının iki dəfə yazıldığı bildirildi. Ondan adının inşa (məktub) vərəqlərində niyə iki dəfə yazıldığını soruşduqda, hadisəni olduğu kimi onların diqqətinə çatdırıb. Sonra digər imtahan nəzarətçisi Şövqi Quliyevi çağırdı və iddiaçıya imtahanın danışıq mərhələsinə qayıdıb iştirak etməyini bildirdi. Bu mərhələdə iştirak etdikdən sonra Fakültəyə qayıdıb. Fakültədə imtahan nəzarətçisi Maqsud Mirzəyev hər ikisini tanış etmədən hansısa protokola imza atmaqlarına məcbur etdi. Bu ərəfədə Fakültəyə Universitetin “xxxx” kafedrasının müdiri Nurhoca Akbulayev də daxil oldu və o, onlar barədə Fakültənin dekan müavini Cəvahirxanım Məmmədovaya məlumat verdi. Dekan müavini isə onların universitetin təhsilalanlarının sırasından xaricedilmə ehtimalının olduğunu bildirdi. Bu baxımdan, o və Şövqi Quliyev törətdiyi pozuntunun ilk dəfə olduğunu və peşmançılıq çəkdiyini nəzərə alaraq, müvafiq sənədlərin aidiyyəti üzrə göndərilməməsini xahiş ediblər. O isə onlara bildirdi ki, sənədlər göndərilməsə imtahan nəzarətçiləri barəsində də müvafiq sənədləşmə işi həyata keçiriləcəkdir. Tətildən sonra 16 fevral tarixində müəllimi Sahib Ramazanov hər ikisini yanına çağırdı və sözügedən Qaydaların 6.2.11-ci yarımbəndinə əsasən universitetin təhsilalanlarının sırasından xaric edilməkləri barədə sənədi onlara göstərdi. O həmçinin, 4 sualdan ibarət anket sorğusunu cavablandırmaqlarını xahiş etdi. Anket suallarına cavablarında məzmun etibarı ilə peşman olduqlarını və bağışlanılmaqlarını xahiş etdilər. Buna baxmayaraq, müvafiq sənədlər baxılması üçün universitetin Intizam Komissiyasına göndərildi. Komissiyanın ## ###### 2026-cı il tarixində keçirilmiş iclasında o, Şövqi Quliyev və ataları iştirak etmişdir. Iclasda baş vermiş hadisə barədə ətraflı məlumat verilmiş və törətdikləri əməldən peşman olduqlarını bildirməklərinə baxmayaraq, Komissiya hər ikisinin universitetin təhsilalanların sırasından xaric olunmağını rektora tövsiyə etmişdir. Hər ikisinin valideyini də onların gənc yaşlı, törətdiyi əməlin ilk dəfə olduğunu, və əməlin ətrafdakılar üçün ciddi təhlükə törətmədiyini nəzərə alaraq, daha yüngül intizam məsuliyyətinə cəlb olunmağını xahiş etmişdir. Bundan sonra, Universitetin internet səhifəsində şəxsi kabinetinin açıq olduğunu nəzərə alaraq, dərslərdə iştirak etdi. Cari ilin 10 mart tarixində isə dərsə gələn zaman tələbə kartının bloklandığının və şəxsi kabinetində təhsil statusunun qarşısında “xaric olunub” qeydinin əks olunduğunun şahidi oldu. Dərhal o və tələbə yoldaşım X3 yaxınlaşdı və sözügedən Qaydalara uyğun olaraq, intizam tənbehindən apelyasiya şikayəti vermək istədiklərini Fakültənin katibi Rəna Qurbanovaya bildirdi. O isə bunun üçün universitetin birinci korpusunda yerləşən Ümumi şöbəyə yaxınlaşmaqlarını tövsiyə etdi. Ümumi şöbədən isə Tələbə şöbəsinə, oradan isə Imtahan Mərkəzinə yaxınlaşmaqlarını məsləhət gördülər. Imtahan Mərkəzinin müdiri Tahir Bədəlovu bir neçə saat gözlədiklərinə baxmayaraq, onu görə bilmədilər. Daha sonra baş vermiş hadisə və süründürməçilik barədə rektorun köməkçisinə məlumat verdikdən sonra o, Hüquq şöbəsinə müraciət etməyin məqsədəuyğun olduğunu bildirdi. Hüquq şöbəsində isə onlarla ümumi söhbət aparıldıqdan sonra sabahkı gün şöbə müdirinin qəbuluna gəlməyi tövsiyə etdilər. Bu baxımdan, ## #### 2026-cı il tarixində anası Xalidə Nəzərova və tələbə yoldaşı Şövqi Quliyev ilə birlikdə Hüquq şöbəsinə və təkrarən yuxarıda qeyd olunan struktur bölmələrə müraciətlər etməyinə baxmayaraq, yenə də sözügedən apellyasiya şikayətini verə bilmədilər. Daha sonra telefon vasitəsilə atası Nümayəndə rektorun qəbuluna özünün və onun yazılmağı üçün rektor köməkçisinə müraciət etməyini ona tapşırdı. Rektorun köməkçisi isə bunun üçün qeydiyyatda oturan şəxsə yaxınlaşmağını tövsiyə etdi. O isə rektorun onları qəbul edib etməyəcəyi barədə ona telefon vasitəsi ilə məlumat veriləcəyini bildirdi. ## #### 2026-cı il tarixində qeydiyatda oturan şəxs ona zəng edərək onları rektorun yox, Fakültənin dekanı Yusif Əliyevin qəbul edəcəyini bildirdi. Sonra o və Şövqi Quliyev dekanın qəbuluna getdi və ona törətdikləri əməlin ilk dəfə olduğuna, səmimi peşmançılıq hissi keçirdiklərinə və heç kimə ziyan vermədiklərinə baxmayaraq, birbaşa “universitetin təhsilalanlarının sırasından xaricedilmə” intizam tənbeh növünün tətbiqinin qeyri-mütənasib və ədalətsiz olduğunu bildirdi. O isə sözügedən intizam tənbehinin müvafiq imtahan komissiyası tərəfindən tətbiq edildiyini bildirdi. Eyni zamanda Fakültədən xaricedilmə haqqında Əmrdən və Intizam Komissiyasının Protokolundan çıxarışların təqdim olunmasını xahiş etməklərinə baxmayaraq, həmin sənədlərin Fakültə tərəfindən onlara təqdim olunmayacağı bildirilmişdir. Lakin, ## #### 2026-ci il tarixində universitet rektoruna rəsmi yazılı müraciət etdikdən sonra sözügedən çıxarışların təsdiq olunmuş variantları ## #### 2026-ci il tarixində Fakültə tərəfindən onlara təqdim olunmuşdur. Bu baxımdan hesab edir ki, “universitetin təhsilalanlarının sırasından xaricedilmə” intizam tənbeh növü tətbiq edilərkən hadisənin bütün halları obyektiv və hərtərəfli araşdırılmamış, pozuntunun xarakteri nəzərə alınmamışdır.
3. Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Ilkin Rüstəmli) ilə iddia tələbi rədd edilmişdir.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Iddiaçı apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, rayon məhkəməsi Azərbaycan Dövlət Iqtisad Universiteti tərəfindən intizam icraatının aparılması zamanı ona münasibətdə yanlışlığa yol verildiyini - “Azərbaycan Dövlət Iqtisad Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları”nın digər yarımbəndinin tətbiq edilməli olduğunu nəzərdən keçirməmişdir. Belə ki, Universitet tərəfindən tətbiq olunmuş 6.2.11-ci yarımbəndin məzmunu hər hansı bir tələbənin digər tələbənin yerinə imtahan prosesində iştirak etməsi anlamını ifadə edir. Yəni, sadə şəkildə desək, tələbə imtahanda iştirak etməyərək, öz əvəzinə başqasının iştirakına şərait yaradır. Halbuki, o və tələbə yoldaşı Şövqi Quliyev imtahan zalında olublar və yalnız bir-birinə kömək etmək istəyiblər. Bu baxımdan, onların yol verdiyi pozuntu Qaydaların “4.2.6. “UNEC-də imtahanların təşkili və keçirilməsi qaydaları”nda müəyyən edilmiş imtahan nəticələrinin ləğv edilməsinə əsas yaradan hallara yol verdikdə” yarımbəndi ilə tövsif edilməli idi. Həmin yarımbənd üzrə intizam tənbeh növü kimi “töhmət”, eyni tədris ili ərzində təkrarən yol verildikdə isə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” tətbiq edilməsi (5.2.8) nəzərdə tutulmuşdur. Həmçinin, rayon məhkəməsi ona münasibətdə tətbiq olunan “universitetin təhsilalanlarının sırasından xaricedilmə” intizam tənbeh tədbirinin tətbiqi ilə bağlı “Azərbaycan Dövlət Iqtisad Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları”nın 2.3-cü bəndinə uyğun olaraq, törədiyim pozuntunun ağırlıq dərəcəsini, vurulan ziyanın dəyərini, intizam tənbehini yüngülləşdirən və ağırlaşdıran halları, təhsilalanın şəxsi keyfiyyətlərini və digər halları ümumiyyətlə qiymətləndirməmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edəərk şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi və bildirdi ki, rayon məhkəməsinin mtt qərardadına əsasən dərslərində iştirakı davam etmiş, davamiyyəti və nəticələri yüksəkdir, törətmiş olduğu əməldən peşman və pərişandır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi K.Bünyadova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, eyni zamanda da bildirdi ki, rayon məhkəməsinin mtt qərardadına əsasən iddiaçı tələbə bu günün özündə də dərslərdə iştirakını davam etdirir, tədrisdə hər hansı davamiyyət və sair pozuntusu yoxdur. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
9. Azərbaycan Dövlət Iqtisad Universitetinin Intizam Komissiyasının ##.##.2026-cı il tarixli * saylı iclasının protokolundan çıxarışdan müəyyən olur ki, gündəlikdə olan məsələ X1 fakültəsinin tələbəsi Iddiaçı intizam məsuliyyətinə cəlb olunmasıdır. “Azərbaycan Dövlət Iqtisad Universitetində (UNEC) təhsilalanların universitetdaxili intizam Qaydaları”nın 7.1-ci bəndinə uyğun olaraq, müvafiq fənn üzrə imtahan nəticələrinin ləğv olunması və 6.2.11-ci yarımbəndinə əsasən (təhsilalanın bilərək öz əvəzinə başqasının imtahan verməsinə şərait yaratması və ya başqa təhsilalanın əvəzinə imtahan verməyə cəhd etməsi) UNEC təhsilalanlarının sırasından xaric olunması tövsiyə edilmiş, Komissiya üzvlərindən 6 nəfər lehinə səs vermiş, əleyhinə səs verən olmamışdır. Qərar yekdilliklə qəbul edilmişdir.
10. UNEC Azərbaycan Dövlət Iqtisad Universitetinin ## #### 2026-cı il tarixli ***/*/**** nömrəli xaric olunma haqqında əmrindən çıxarışdan görünür ki, Iddiaçı 2025/2026-cı tədris ilinin payız semestrində universitetdaxili intizam qaydalarını pozduğu üçün Qaydaların 7.1 yarımbəndinə əsasən müvafiq fənn üzrə imtahan nəticələri ləğv olunmuş və 6.2.11 yarımbəndinə əsasən ##.##.2026-cı il tarixindən universitetin təhsilalanları sırasından xaric edilmişdir. Azərbaycan Dövlət Iqtisad Universiteti iddiaçını universitetdən xaric etməsinin əsası kimi onun universitetdaxili intizam qaydalarını pozmasına istinad etmişdir.
11. Iddiaçının elektron poçt ünvanına daxil olan intizam tənbehi adlı məlumatda qeyd edilmişdir: “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası zamanı universitetdaxili intizam qaydalarını pozduğunuza görə Azərbaycan Dövlət Iqtisad Universitetində qüvvədə olan "Təhsilalanların Universitetdaxili Intizam Qaydaları"nın 7.1-ci yarımbəndinə əsasən, Sizin "Yabancı dilde iş ve akademik Iletişim-3" fənni üzrə imtahan nəticəniz ləğv edilmişdir. Həmçinin, qeyd olunan qaydaların 6.2.11-ci yarımbəndinə əsasən, universitetin təhsilalanları sırasından xaric edilmisiniz”.
12. Səbail Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından müəyyən olur ki, Iddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetində tədris prosesində iştirak etməsinə yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır.
13. Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetində akademik transkriptindən müəyyən olur ki, ÜOMG 2024-2025 akadmeik ili üzrə 73,70, 2025-2026 akademik ili üzrə 76,44-dür. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:
14. 16.II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
15. 42.İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.
16. 71.İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Təhsil haqqında” Qanun:
18. 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
19. 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
20. 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
21. 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
22. 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.
23. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
24. 22.1. Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir.
25. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.
26. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
27. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır:
28. 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq;
29. 32.3.9. fasiləsiz təhsil almaq;
30. 32.5. Təhsilalanların vəzifələri aşağıdakılardır: 32.5.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 32.5.1-1. üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; 32.5.1-2. sağlam həyat tərzi keçirmək; 32.5.2. pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 32.5.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 32.5.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; 32.5.5. təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək; 32.5.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
31. UNEC Elmi Şurasının ## ######## 2020-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Iqtisad Universitetində (UNEC) təhsilalanların universitetdaxili intizam qaydaları:
32. 2.3. Intizam tənbehi verilərkən nəzərə alınır: törədilən hdisənin ağırlıq dərəcəsi; vurulan ziyanın dəyəri; hadisənin baş vermə faktı və halları; intizam tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar; hadisənin qəsdən və ya ehtiyatsızlıdan törədilməsi; hadisənin baş verməsinə təsir edən səbəb və şərait; təhsilalanın şəxsi keyfiyyətləri; təhsilalanın müvəffəqiyyət göstəriciləri.
33. 4.1. Töhmət təhsilalanın hərəkət və davranışlarında yol verdiyi inztizam pozuntuları barədə yazılı şəkildə elan edilən rəsmi bildirişdir.
34. 4.1.2. Imtahanı keçirilən fənnə aid qeydlər olan kağızın bir təhsilalanın digərinə verməsi və ya digərindən alması;
35. 4.1.3. Imtahanda digər təhsilalanın yazısından, yaxud imtahan verdiyi kompyuterin monitorundan köçürməyə cəhd etməsi və ya köçürməsi.
36. 4.2.6. “UNEC-də imtahanların təşkili və keçirilməsi qaydaları”nda müəyyən edilmiş imtahan nəticələrinin ləğv edilməsinə əsas yaradan hallara yol verdikdə intizam tənbeh növü kimi töhmət tətbiq edilir.
37. 7.1. Təhsilalanlar kollokvium və imtahanlarda köçürmə ilə bağlı intizam pozuntularına yol verdikdə və akademik nəticələrinin əks olunduğu sənədlərə (yazılı və ya elektron) müdaxilə etdikdə, onlar haqqında müvafiq intizam tənbehi qərarı verilməklə yanaşı, kollokvium, imtahan və müdaxilə nəticələri də ləğv edilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
42. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
43. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
47. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
48. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
49. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
50. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
51. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
52. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
55. Apellyasiya Məhkəməsinin mövqeyi:
56. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
57. Iddia tələblərini təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının özünün də etirafından göründüyü kimi, o, imtahan zamanı digər tələbə ilə birbirinə kömək etmək qərarına gəlmiş və bununla bir-birlərinin əvəzinə imahan verməyə şərait yaratmışlar. Universitetdaxili intizam qaydalarında isə təsbit olunmuşdur ki, təhsil alan bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaradarsa bu hal onun universitetdən kənarlaşdırılmasına səbəb olacaqdır. Işdən göründüyü kimi, iddiaçı bilərəkdən digər təhsilalanla bu barədə razılaşmış və qeyd olunan qaydalara zidd hərəkət etmişdir. Halbuki təhsilalanlar sözügedən təhsil ocağında təhsil alarkən həmin təhsil ocağının daxili intizam qaydaları ilə tanış edilir və həmin qaydalara riayət etmək onların vəzifəsi olur. Başqa sözlə, iddiaçı sözügedən əmələ yol verərkən, həmin əməlin universitetdaxili qaydalarla qadağan edildiyindən məlumatlı olmuşdur. Universitet isə sözügedən pozuntunu müəyyən etdikdən sonra Qaydaların 7.1-ci bəndinə əsasən təhsilalanın imtahan nəticələrini ləğv etmiş və 6.2.11-ci yarımbəndinə əsasən isə təhsilalanı universitetdən xaric etmişdir. Göründüyü kimi, universitetin iddiaçı barəsində vermiş olduğu ## #### 2026-cı il tarixli əmri X6 qeyd olunan bəndlərinə əsaslanmaqla tərtib edildiyindən sözügedən əmrin ləğvi üçün heç bir qanuni əsas mövcud deyildir.
58. Hazırkı mülki işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı ##.##.2026-cı il tarixində keçirilmiş imtahanda qrup yoldaşı ilə bir-birinə kömək etmiş – köçürmə etmişlər. Azərbaycan Dövlət Iqtisad Universitetinin “xaricolunma haqqında” # #### 2026-cı il tarixli ***/*/**** nömrəli əmri ilə iddiaçı “Azərbaycan Dövlət Iqtisad Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları”nın 6.2.11-ci (təhsilalan bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaratdıqda və ya başqa təhsilalanın əvəzinə imtahan verməyə cəhd etdikdə) yarımbəndinə əsasən universitetin təhsilalanlarının sırasından xaric edilmişdir.
59. Məhkəmə iddia tələbini təmin etməyən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşamayaraq aşağıdakıları qeyd edir.
60. “Azərbaycan Dövlət Iqtisad Universitetində təhsilalanların universitetdaxili intizam Qaydaları”nın 4.1.2 və 4.1.3-cü bəndlərinə əsasən təhsilalanın imtahanı keçirilən fənnə aid qeydlər olan kağızın bir təhsilalanın digərinə verməsi və ya digərindən alması; Imtahanda digər təhsilalanın yazısından, yaxud imtahan verdiyi kompyuterin monitorundan köçürməyə cəhd etməsi və ya köçürməsi töhmət intizam tənbehinin tətbiq edilməsi üçün əsaslardır.
61. Cavabbeh iddiaçını universitetin təhsilalanlarının sırasından xaric edərkən Qaydaların 6.2.11-ci yarımbəndinə əsaslansa da, hazırkı işin hallarından müəyyən edildiyi kimi təhsilalanın bilərəkdən öz əvəzinə başqasının imtahan verməsinə şərait yaratması və ya başqa təhsilalanın əvəzinə imtahan verməyə cəhd etməsi vəziyyəti mövcud deyildir. Belə ki, iddia ərizəsindən, iddiaçının izahatlarından da müəyyən edilmişdir ki, iddiaçı qrup yoldaşı ilə eyni fəndən imtahan zamanı yanaşı oturmuşlar və bir-birlərinə kömək etmişlər.
62. Göründüyü kimi rayon məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə təhsilalanın təhsil sahəsində qanunvericiliyin, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək vəzifəsini nəzərə alaraq, iddiaçının hərəkətlərinə haqq qazandırmır. Buna baxmayaraq Məhkəmə qeyd edir ki, cavabdeh istinad edilən Qaydaların 2.3cü bəndində
63. sadalanan intizam tənbehi verilərkən nəzərə alınmalı olan halları - törədilən hadisənin ağırlıq dərəcəsi; vurulan ziyanın dəyəri; hadisənin baş vermə faktı və halları; intizam tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar; hadisənin qəsdən və ya ehtiyatsızlıdan törədilməsi; hadisənin baş verməsinə təsir edən səbəb və şərait; təhsilalanın şəxsi keyfiyyətləri; təhsilalanın müvəffəqiyyət göstəricilərini nəzərə almayaraq, iddiaçıya “sərt cəza” tətbiq etmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi tələbənin imtahan qaydalarını pozması – başqasından köçürməsi onun xəbərdarlıq, töhmət edilməsi, imtahan nəticələrinin ləğv edilməsi üçün əsas ola bilər. Hazırkı işdə təhsilalanın universitetin təhsilalanlarının sırasından xaric edilməsi Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” Qanuna, dövlət təhsil sahəsindəki siyasətinə zidd olaraq, təhsilalanın təhsil hüququnun məhdudlaşdırılmasına yol açır.
64. “Təhsil haqqında” Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.
65. Məhkəmə onu da qeyd edir ki, mülki iş materiallarında olan digər universitetlərin universitetdaxili intizam qaydalarını da nəzərdən keçirdikdə, tələbənin imtahanda digər tələbənin materiallarından köçürməyə yol verməsi və ya başqasının ondan köçürməsi üçün şərait yaratması, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilən hallara aid edildiyi müəyyən olur.
66. Məhkəmə iddiaçının 2-ci kurs tələbəsi olmasını, ödənişli əsaslarla ali təhsil almasını, universitetdən xaric edildikdən sonra Səbail Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı mtt-nin tətbiqi ilə universitetdə təhsilini davam etdirməsini, eləcə də, 2024-2025 və 2025-2026 akademik illəri üzrə ümumi ortalama müvəffəqiyyət göstəricilərini, nizam-intizamlı tələbə olmasını, daha əvvəl davranış pozuntularına yol verməməsini, Universitetin Qaydalarını pozmamasını nəzərə alaraq qeyd edir ki, rayon məhkəməsinin işin hallarına uyğun olmayan qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, Azərbaycan Dövlət Iqtisad Universitetinin “xaricolunma haqqında” # #### 2026-cı il tarixli ***/*/**** nömrəli əmri ləğv edilməli, iddiaçı Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetinin X1 Fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına bərpa edilməlidir.
67. Məhkəmə nəzərə alır ki, qeyd edilən pozuntuya görə iddiaçıya münasibətdə qəbul edilmiş – universitetdən xaric edilməyə dair qərar aşkar mütənasib olmamışdır. Çünki iddiaçı tələbə öz hesabına - ödənişli əsasla təhsil alır, təhsillə bağlı göstəriciləri yaxşıdır, qeyd edilən pozuntuya qədər, eləcə də ondan sonrakı dövrdə dərsə davamiyyəti və davranışı, əməlindən səmimi peşmanlıq duyması belə qənaətə gəlməyə əsas verir ki, onun təhsildən uzaqlaşdırılması nə onun, nə universitetin, nə də ki cəmiyyətin maraqları baxımından qaçılmaz zərurət olmamışdır. Bu halda tələbəyə fərqli - islahedici tənbeh tətbiqi verilməsi həm səmərəli və həm də mütənasib ola bilərdi. Iddiaçının məhkəmə iclaslarındakı (etik, nəzakətli - mülayim və səmimi) davranışı da belə bir qənaətin zəmini olmuşdur.
68. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
70. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
71. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir” Nəticə:
72. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki hallarına düzgün qiymət verilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Iqtisad Universitetinin “xaricolunma haqqında” # #### 2026-cı il tarixli ***/*/**** nömrəli əmri ləğv edilməli, iddiaçı Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetinin X1 Fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına bərpa edilməlidir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
75. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
76. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Iqtisad Universitetinin “xaricolunma haqqında” # #### 2026cı il tarixli ***/*/**** nömrəli əmri ləğv edilsin. Iddiaçı Iddiaçı Azərbaycan Dövlət Iqtisad Universitetinin X1 Fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına bərpa edilsin. Iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.