Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2691/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X1 cavabdehlər cavabdeh2, X3 və cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) hakimlər X4 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı X1 cavabdehlər cavabdeh2, X3 və cavabdeh3 qarşı “əmlakın naturada ayrılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı X1 cavabdehlər cavabdeh2, X3 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun və cavabdehlərin payına uyğun olaraq naturada bölgüsü, bu mümkün olmadıqda payının mövcud bazar dəyərinə uyğun kompensasiya məbləğinin cavabdehlər cavabdeh3,cavabdeh2 və X3 tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin paylarına uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
3. Həmin qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh2 ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə olunduğunu və apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdirlər.
Apelyasiya baxışı zamanı verilən izahatlar
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
6. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur
7. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
8. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
9. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
10. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh2 ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etmək iradəsini ifadə etmişdir.
11. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qanunun tələblərinə zidd olmadığından, digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
12. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
QƏRARA ALDI:
Cavabdeh cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı X1 cavabdehlər cavabdeh2, X3 və cavabdeh3 qarşı “əmlakın naturada ayrılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev