Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2782/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mirtofiq oğlu və cavabdeh1 QSC-yə qarşı mülki iş (Açar sözlər: «dövlət mükafatı ilə mükafatlandırılması barədə müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh cavabdeh1 QSC-nin nümayəndəsi İsmayılov Babək Hikmət oğlunun, tərcüməçi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı “xxxx” QSC-də ##.##.1967-ci il tarixdə maşinist köməkçisi, 1969-cu ildə 3-cü dərəcəli qatar maşinisti, 1980-ci ildə 2-ci dərəcəli qatar maşinisti, 1982-ci ildə 1-ci dərəcəli qatar maşinisti işləmiş, 1983-cü ildə manevr maşinisti işinə keçirilmiş, ## ### 2005-ci ildə əmək müqaviləsinə xitam verilib.
2. “xxxx” QSC-nin *** saylı ##.##.2008-ci il tarixli vəsiqəsinə əsasən İddiaçı xxxx veteranı vəsiqəsi verilib.
3. «xxxxnin Veteranı» Adı və X1 ##.##.2005-ci il tarixli əsasnaməyə əsasən «xxxxnin veteranı» adı və döş nişanı ilə təltif olunmağa keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının «Şərəf» nişanı ordeni ilə, «Tərəqqi» medalı ilə, «Fəxri Dəmiryolçu» nişanı ilə, «Hərəkət təhlükəsizliyinə görə», «Qəzasız işinə görə» nişanları ilə, «Əməkdə fərqlənməyə görə», «Əmək igidliyinə görə» medalları ilə təltif olunan, hal-hazırda işləyən və eyni zamanda, yalnız xxxxndə fasiləsiz 30 illik iş stajı olan xxxx işçiləri təqdim edilirlər.
4. “xxxx” QSC-nin İddiaçı ünvanladığı ##.##.2009-cu il tarixli 40 KŞ-** saylı məktubuna əsasən, xxxx sistemində uzunmüddətli işi ilə bağlı mükafatlandırma ilə əlaqədar olan müraciətlə bağlı bildirilir ki, “Sizin uzunmüddətli iş stajınız fərqlənmə nişanı ilə qeyd edilib və ##.##.2008-ci il tarixli *** nömrəli əmrlə sizə “Metropoliten veteranı” adı verilmişdir, dövlət mükafatı ilə mükafatlandırma məsələsinə gəlincə, bu məsələyə xxxxnin gələcək yubiley tədbirləri ərəfəsində həmkarlar ittifaqı təşkilatı ilə birlikdə əmək kollektivinin qərarı ilə baxıla bilər”.
5. “xxxx” QSC-nin *** saylı ##.##.2016-cı il tarixli əmrinə əsasən xxxxndə hərəkətin təhlükəsizliyini təmin etmək, keyfiyyətli xidmət göstərmək, eləcə də metropolitenin perspektiv inkişaf layihəsinə müvafiq keyfiyyətli stansiyaların inşa edilməsi üzrə işdə təşəbbüskarlıq göstərən, yüksək peşə ustalığı ilə seçilən, öz vəzifə borcunu vicdanla yerinə yetirən işçilərin əməyinin qiymətləndirilməsi məqsədilə "Fəxri Metropolitençi” fəxri adı haqqında Əsasnamə təsdiq edilməsi, “Fəxri Metropolitençi" döş nişanlarının təsviri, eskizləri, vəsiqə nümunəsi "Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr” və “Xidmət" şöbələri tərəfindən hazırlanaraq təsdiq üçün “xxxx"QSC-nin sədrinə təqdim edilməsi əmr edilmişdir.
6. “xxxx” QSC-nin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi cənab A.F.Zakirova ünvanladığı ##.##.2019-cu il tarixli 40№-**/*-**** saylı məktubuna əsasən xxxxnin veteranı İddiaçı, əmək fəaliyyəti ərzində ona həvalə edilmiş vəzifələrin nümunəvi şəkildə yerinə yetirilməsinə görə dəfələrlə fəxri fərmanlarla və mükafatlarla təltif edilmişdir. Onlar İddiaçı çoxillik əməyini, həmçinin xxxxnin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirir. Nəzərə almağı xahiş edilir ki, cavabdeh1 QSC-nin işçilərinin Azərbaycan Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmaları barədə vəsatətlər, əsasən, inşaatçıların və metropoliten işçilərinin peşə bayramları ilə bağlı əlamətdar tarixlər ərəfəsində təqdim edilir. Həmçinin, İddiaçı xidmətlərini nəzərə alaraq, nəzərinə çatdırır ki, növbəti dəfə belə tarixlərdən birinin ərəfəsində Azərbaycan Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmaları üçün namizədlikləri irəli sürüləcək işçilər sırasında onun da namizədliyinə baxılması imkanı olacaq.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Mirtofiq oğlu və cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək dövlət mükafatı ilə mükafatlandırılması barədə müvafiq qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, ## #### 1967-ci il tarixindən etibarən xxxxndə əmək fəaliyyətinə başlamış və həmin ilin 16 oktyabr tarixində xxxxnin birinci növbəsinin istismara verilməsində bilavasitə iştirak etmişdir. Bununla da o, dövlət əhəmiyyətli obyektin tikintisində iştirak etmiş veteran əməkçi kimi uzun illər zərərli və ağır iş şəraitində fəaliyyət göstərmişdir. Həyat yoldaşı da xxxxnin veteranıdır və ailəlikcə bu sahəyə xidmət etmişlər. Buna baxmayaraq, iddiaçı uzun illər ərzində heç bir dövlət mükafatı ilə təltif olunmamışdır. 2009-cu ildən etibarən dəfələrlə cavabdeh1 QSC-nin rəhbərliyinə, o cümlədən cavabdeh cavabdeh2 Mirtofiq oğluna müraciətlər etmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yazılı müraciət ünvanlamışdır. Lakin bu müraciətlər formal cavablarla nəticələnmiş, real hüquqi qiymət verilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən digər şəxslərin (məsələn, Əlixan Osmanovun) dövlət mükafatına təqdim olunması faktı mövcuddur ki, bu da iddiaçıya münasibətdə ayrı-seçkilik və bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında hər hansı şəxsi münasibət, əmək münasibəti və ya mübahisə olmamışdır. Buna baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuş, onun əməyinə qiymət verilməmiş və bu hal onun şəxsiyyətinə və ləyaqətinə mənfi təsir göstərmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş cavabdeh2 Mirtofiq oğlu ilə bağlı tələb onun fiziki şəxs kimi hər hansı şəxsi qanunsuz hərəkətlərindən irəli gəlmir. İddia tələbi əslində cavabdeh1 QSC-nin institusional səlahiyyətləri çərçivəsində qəbul edilən qərarlarla bağlıdır. Bu səbəbdən cavabdeh2 Mirtofiq oğlu mübahisəli hüquq münasibətinin subyekti hesab edilə və ona münasibətdə iddia təmin edilə bilməz. cavabdeh1 QSC-yə münasibətdə iddiaçının tələbi onun dövlət təltifinə təqdim olunması barədə cavabdeh tərəfindən müvafiq qərarın qəbul edilməsinin məcburi qaydada təmin olunmasına yönəlmişdir. Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən işəgötürənin işçiləri mükafatlandırması, o cümlədən onların dövlət təltifinə təqdim olunması barədə vəsatət qaldırması hüquq kimi müəyyən edilmişdir və bu norma imperativ xarakter daşımayaraq işəgötürən üçün məcburi öhdəlik yaratmır. Bundan əlavə, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna və digər normativ hüquqi aktlara əsasən dövlət təltiflərinin verilməsi Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətinə aiddir. Bu baxımdan, təqdimat məsələsi belə işəgötürənin daxili qiymətləndirməsinə əsaslanan diskresion səlahiyyət olmaqla, məhkəmə qaydasında onun bu vəsatəti qaldırmağa məcbur edilməsi mümkün deyildir. İş materiallarından görünür ki, iddiaçının xxxxndə uzunmüddətli əmək fəaliyyəti olmuş, onun əməyi müxtəlif formalarda qiymətləndirilmiş, o cümlədən fəxri adlar və mükafatlarla təltif edilmişdir. Eyni zamanda, ##.##.2019-cu il tarixli məktubda iddiaçının namizədliyinə gələcəkdə baxılması imkanının qeyd edilməsi cavabdeh üçün dövlət təltifinə təqdim etmə barədə hüquqi öhdəlik yaratmır, yalnız daxili qiymətləndirmə çərçivəsində mümkün baxılmanı ifadə edir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edib ki, bu tələb dövlət mükafatı ilə mükafatlandırılma tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki dövlət mükafatı ilə mükafatlandırılma barədə tələbin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsassız olduğundan təmin edilə bilməz.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib göstərir ki, hüquqları Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmağı ilə bağlı cavabdeh2 Müşfiq oğlu tərəfindən yol verilmiş ədalətsizlik nəticəsində pozulmuşdur. Belə ki, o, cavadehlərdən 2012-2017 və 2022-ci illərdə tərtib olunmuş siyahıya daxil olan işçilərin (cavabdeh cavabdeh2 Müşfiq oğlunun təqdimatına əsasən mükafatlandırılan) mükafatlandırılmasını tələb edir. Bu siyahıya 3 dəfə mükafatlandırılmış, cavabdeh1 QSC-nin sabiq baş mühəndisi, cavabdehlər cavabdeh2 Müşfiq oğlunun və cavabdeh1 QSC-nin təqdimatına əsasən Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmuş cənab Əlixan Osmanov daxildir. Bununla da, cavadehlər işəgötürən tərəf olaraq vəzifə səlahiyyətlərindən və Konstitusiya Aktında əksini tapan prinsipdən (Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında) sui-istifadə edərək ədaləti pozmuş, eləcə də, cənab Əlixan Osmanovda xxxxndə 30 illik fasiləsiz iş stajının olmaması ilə bağlı ## #### 2025-ci il tarixli Əsasnamənin müddəalarını pozmuşdur. Artıq 2 ildir ki, Azərbaycan Respublikasının 85 yaşlı vətəndaşına qarşı münasibətdə cavabdeh tərəfin nümayəndəsinin onun iddiasına qarşı əsassız dəlillər təqdim etməklə və eyni zamanda ## #### 2024-cü il tarixli iddia ərizəsinin 8-ci səhifəsində şəxsən qeydə aldığı faktlara qarşı etinasızlıq nümayiş etdirməklə istehzalı ağır məhkəmə prosesi davam edir. Məhkəmədən Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmağı ilə bağlı cavabdeh2 Müşfiq oğlu tərəfindən yol verilmiş ədalətsizlik nəticəsində pozulmuş Konstitusiya hüquqlarını müdafiə etməsini xahiş edir. Cavabdehlərin etirazı iddiaçı X4 təqdim olunmuşdur. Bu etiraz yalnız qəbul olunmuş məhkəmə qətnamə hakim Miriyeva Həbibə Novruz qızı tərəfindən oxunandan sonra tarixi göstərilməyən və cavabdehlər tərəfindən imzalanmadan təqdim olunmuşdur. Cavadehlər işəgötürən tərəf olaraq və xxxx QSC-nin işçilərinin Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmaları ilə bağlı səlahiyyətlərə malik olduqları halda vəzifə səlahiyyətlərindən və Konstitusiya Aktında əksini tapan prinsipdən (Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında) sui-istifadə edərək ədaləti pozmuş və bu hal açıqaydın şəkildə baş vermişdir. Belə ki, Miriyeva Həbibə Novruz qızının sədrliyi altında e-*(***)- ****/**** saylı iş üzrə ## ##### 2026-cı ildə keçirilən məhkəmə iclasında cavadeh cavabdeh2 Müşfiq oğlu tərəfindən cənab Əlixan Osmanovda xxxxndə 30 illik fasiləsiz iş stajının olmaması ilə bağlı ## #### 2025-ci il tarixli Əsasnamənin müddəaları pozularaq Əlixan Osmanov 3 dəfə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmuş və bu hal cavabdeh1 bütün əmək kollektivi arasında neqativ əhval-ruhiyyənin formalaşmasına səbəb olmuşdur. İddiaçının əmək fəaliyyətinin nəzərdən keçirilməsi zamanı onun # #### 1967-ci ildən xxxxndə elektrik qatarının maşinisti, ##.##.1964-cü ildən etibarən isə Azərbaycan Dəmir Yollarında lokomotivin maşinisti vəzifəsində çalışdığı müəyyən olunmuşdur. 48 illik fasiləsiz iş təcrübəsi ərzində dövlət ona sərnişinlərin həyatını və dəyəri yüz milyonlar təşkil edən yüklərin təhlükəsiz daşınmasını etibar etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 QSC-nin nümayəndəsi İsmayılov Babək Hikmət oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 185.1. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, daxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
24. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
25. Əvvəla, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə əmək müqaviləsinə 20 ildən artıq bir müddətdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilib. Buna baxmayaraq, iddiaçı keçmiş işçi kimi hazırkı iddia ilə məhkəməyə müraciət edib cavabdeh tərəfindən müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırılmaq istəyir.
26. Bununla əlaqədar, müxtəlif dövlət orqanlarına, eləcə də Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə müraciəti ilə əlaqədar cavabdeh qurum tərəfindən iddiaçıya əmək fəaliyyəti ərzində ona həvalə edilmiş vəzifələrin nümunəvi şəkildə yerinə yetirilməsinə görə dəfələrlə fəxri fərmanlarla və mükafatlarla təltif edildiyi, çoxillik əməyini, həmçinin xxxxnin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirildiyi, cavabdeh1 QSC-nin işçilərinin Azərbaycan Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmaları barədə vəsatətlər, əsasən, inşaatçıların və metropoliten işçilərinin peşə bayramları ilə bağlı əlamətdar tarixlər ərəfəsində təqdim edildiyi, xidmətlərini nəzərə alaraq, növbəti dəfə belə tarixlərdən birinin ərəfəsində Azərbaycan Respublikasının dövlət mükafatları ilə mükafatlandırılmaları üçün namizədlikləri irəli sürüləcək işçilər sırasında onun da namizədliyinə baxılması imkanı olacağını bildirilib.
27. İddiaçının cavabdeh qurum və onun rəhbərliyi tərəfindən yol verilmiş ədalətsizlik nəticəsində hüquqlarının pozulduğunu düşünərək Əmək Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hüququndan məhkəmə qərarı əsasında məcburi istifadə edilməsini istəməsi açıq-aşkar əsassız görünməsə də məhkəmənin onun arzusunu təmin etməməsi əsassız olmamışdır. Çünki mövcud vəziyyətdə məhkəmənin cavabdeh qurumu öz hüququndan istifadə etməyə məcbur etmək üçün ciddi əsaslar olmalı idi. Ancaq belə bir əsas müəyyən edilmir.
28. Burada cavabdeh qurumu hüququndan sui-istifadə etməkdə qınamaq da düzgün olmayıb. Çünki cavabdeh qurum iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 185-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hüququndan heç vaxt istifadə etməyəcəyini bildirmir. Əksinə növbəti dəfə namizədliyinə baxılması imkanının olacağını iddiaçıya bildirilib.
29. Bir daha qeyd olunur ki, hazırkı iddianın təmin olunmaması iddiaçının öz gərgin və fədakar əməyi ilə uzun illər ərzində xxxxnin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirilmədiyinə dəlalət etmir. Çünki hazırkı vəziyyətdə iddianın təmin edilməsini labüd edən əsaslar müəyyən edilmir.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.