Məhkəmə qərarları › İş №e-2(3-6)-2793/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2793/2026

06.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2793/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X12 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. */** saylı, ##.##.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləni bir tərəfdən “xxxx” MMC tikinti işləri üzrə direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsində satıcı qismində, digər tərəfdən X11 alıcı qismində bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsi, ümumi sahəsi 101,9 kv.m. olan ** saylı mənzili alıcının mülkiyyətinə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği 81520 manat təşkil edir.

2. Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış evi “xxxx” MMC-yə məxsusdur. Bu binanın 1-ci blok, 4-cü mərtəbə, ** saylı mənzilində ümumi sahəsi 101,9 kv.m. olan yaşayış sahəsinin pay dəyəri ## ###### 2011-ci il tarixli, */** saylı müqaviləyə əsasən payçı X11 tərəfindən tam ödənilmişdir, “xxxx” MMC-yə borcu yoxdur.

3. “xxxx” MTK-nın ##.##.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, 1-ci blok, 4-cü mərtəbə, ** saylı mənzilə görə X11 tərəfindən 81520 manat kassaya mədaxil edilmişdir.

4. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs ##.##.2004-cü il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, ##.##.2014-cü il tarixdə adı dəyişdirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır.

5. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə-610, ev 60, mənzil 10 (Yeni qaydalarla: AZ1065, ünvan 1) ünvanında yerləşən, sahəsi 93.20 kv.m. olan mənzil üzərində “xxxx” MMC-nin mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə, X2 mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə, X7 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə, X7, X2, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna, “xxxx” X9 * saylı Bakı Ərazi Idarəsinə, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə, X7, X2, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna, “xxxx” X9 * saylı Bakı Ərazi Idarəsinə, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna qarşı “əqdlərin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin Qətnamə ilə ##.##.2011-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi üçün hər hansı əsasın mövcud olmadığı, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq “xxxx” MMC-nin adına mülkiyyət hüququ üzrə qeydə alındığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsi rəhbər tutulmaqla mübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqinin yolverilməzliyi müəyyən edilməklə yanaşı, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçıya öhdəliyin predmeti olan əmlakın verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ izah edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ***/E nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, C.Cabbarlı küçəsi və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilmiş 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində yerləşən (yeni qaydalarla ünvanı: AZ1065, ünvan 1) və çıxarış üzrə ümumi sahəsi 93,2 kv.m. olan mənzil ilə eyni ərazidə, eyni ümumi sahəyə malik (təmirsiz vəziyyətdə) mənzilin hazırki bazar dəyəri 265000 manat müəyyən edilmişdir.

10. Şəhid ailəsi üzvünün ****** saylı vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü vəsiqəsi verilmişdir.

11. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ##.##.2016-cı il tarixdə anadan olmuşdur.

12. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ##.##.2018-ci il tarixdə anadan olmuşdur. 13 .AZ-İ seriyalı, ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış nikaha ##.##.2022-ci il tarixdə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “xxxx” MTK-ya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı İddiaçı xeyrinə əsas maddi ziyan üzrə 81250 (səksən bir min iki yüz əlli) manat, əldən çıxmış faydaya görə 372450 (üç yüz yetmiş iki min dörd yüz əlli) manat, illik faizlər üzrə 52812 (əlli iki min səkkiz yüz on iki) manat və vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat, ümumilikdə 536512 (beş yüz otuz altı min beş yüz on iki) manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilin alğı-satqısına dair müqavilə bağlanan zaman binanın tikintisi başa çatmaq üzrə idi. Lakin bir müddət sonra tikinti dayandırıldı. Daha sonra mənzillə maraqlananda məlum oldu ki, mənzil artıq başqasına satılıb.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim – Hüseynov Fuad) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən real maddi zərərə görə 81250 manat, əldən çıxmış faydaya görə 183750 manat, mənəvi zərərə görə 5000 manat olmaqla, cəmi 270000 (iki yüz yetmiş min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh “xxxx” MMC-dən 560 (beş yüz altmış) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 16.Birinci instaniya məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilən hallara əsasən müəyyən edildi ki, iddiaçı maddi zərər barədə iddia tələbini cavabdeh “xxxx” MMC-yə qarşı irəli sürməkdə haqlıdır. Belə ki, mübahisəli mənzilin dəyərini tam şəkildə alaraq onu iddiaçının mülkiyyətinə vermək barədə öhdəlik götürmüş həmin cavabdeh qeyd olunan mənzili əvvəlcə öz mülkiyyətinə keçirmiş, sonradan isə başqa şəxslərə satmış, nəticə etibarilə iddiaçını qeyd olunan əmlakından məhrum etmişdir. Müqavilənin səlahiyyəti olmayan işçi tərəfindən imzalanaraq möhürlənməsi və iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilləri isə qanunverciliyin tələbləri, habelə qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilən hallar baxımından tamamilə əsassızdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddianın 2019-cu ildə yaradılmış “xxxx” MTK-ya qarşı yönəldilməsinin heç bir hüquqi əsası olmadığından, iddia tələbi həmin cavabdehə münasibətdə əsassız hesab olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, maddi zərər barədə barədə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməli, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə real maddi zərərə görə 81250 manat, əldən çıxmış faydaya görə 183750 manat pul tutulmalıdır. Belə ki, mənzilə görə ödənilmiş və hazırda tələb edilən 81250 manat rəyi ilə mübahisəli mənzil ilə eyni ərazidə, eyni ümumi sahəyə malik (təmirsiz vəziyyətdə) mənzilin hazırki bazar dəyərinin 265000 manat olduğu müəyyən edilmiş, bununla da əldən çıxmış fayda məbləğinin 265000-81250=183750 manat təşkil etdiyi təsdiq olunmuşdur. Ona görə də maddi zərər barədə iddia tələbi yalnız mülki iş üzrə mötəbər sübutlarla təsdiq olunan həmin məbləğlər həddində əsaslı hesab olunmalıdır. Mənzilin təmirsiz olması, iddiaçı tərəfindən faktiki təhvil alınmaması və mülki işin digər faktiki halları nəzərə alınmaqla, iddiaçının aylıq kirayə haqqından məhrum olması və bunun da əldən çıxmış fayda qismində hesablanması barədə dəlilləri isə əsassızdır. Həmçinin, cavabdehin öhdəliyi pul öhdəliyinin icrası ilə bağlı olmadığından, eləcə də real zərər və əldən çıxmış fayda qismində yuxarıda qeyd olunan məbləğlər ağlabatan və ədalətli olduğundan, əlavə olaraq əsas məbləğə görə faizlərin hesablanması tələbi əsassız hesab olunmalıdır. Beləliklə, maddi zərər barədə iddia tələbi qismən təmin edilməlidir.

17. Bundan əlavə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də qismən təmin edilməlidir. Belə ki, cavabdehin təqsirli hərəkətləri iddiaçının əmlak hüquqlarını pozmaqla yanaşı, onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş, nəticə etibarilə iddiaçı dəyərini ödədiyi mənzildə yaşamaq hüququndan məhrum edilməklə onun mənzil toxunulmazlığı hüququ, habelə istehlak münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları pozulmuş, bütün bunların nəticəsində iddiaçı uzun illər ərzində mənəvi sarsıntı yaşadığını ağlabatan dəlillərlə əsaslandırmışdır. Ona görə də məhkəmə, mülki işin faktiki hallarını, tərəflərə aid xüsusiyyətləri, o cümlədən iddiaçının şəhid ailəsinin üzvü olan qadın olmasını, himayəsində təkbaşına böyütdüyü iki övladının olmasını, illərlə yaşayış yerindən məhrum edilməsini, zərərvuran tərəfi gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirmək zərurətini, ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarları nəzərə alaraq hesab edir ki, mənəvi zərər tələbinin beş min manat həddində təmin edilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. 18.Məhkəmə mövqeyini Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 359.1, 442, 443.1, 443.2, 443.9, 1099.1, 384.0.4-cü maddələrinə; “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19.Cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianının təmin edilən hissəsində ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayətində göstərilir ki, birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə ilə müraciət edərək, həmin ərizədə göstərmişlər ki, ##.##.2011-ci il tarixli, */** saylı müqavilənin 3.2.-ci bəndinə əsasən, Satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti quraşdırma işlərini ##.##.2012-ci ilədək Alıcıya təhvil verməyəi öhdəsinə götürmüşdür. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı cavabdehə qarşı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 13 ildən artıq müddət keçdikdən sonra cavabdehə qarşı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Iddia müddəti hüququ pozulmuş şəxsə öz hüququnun bərpa edilməsini tələb etmək hüququ verən müddətdir, bu müddətin küçməsi isə şəxsi öz pozulmuş hüququnun bərpasını tələb etmək hüququndan məhrum edir. Məhz iddiaçı tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyinə görə, tərəflərindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verərək, Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddətləri ötürüldüyündən iddiaçının sözügedən iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə yekun qətnamə qəbul edən zaman hesab etmişdir ki, iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilləri qanunvericiliyin tələbləri baxımından əsassızdır. Məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad edərək göstərmişdir ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Məhkəmənin bu mövqeyi, başqa bir sözlə əsaslandırması ilə raşılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilməklə, iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmalı və idddiçının cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməli idi. Birinci instansiyası məhkəməsi olan Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnamə qəbul edilməklə, Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin tələblərinin pozuntusuna yol verilmişdir. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsi olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(004) ****/**** saylı qətnaməsi qanuni və əsaslı ola bilməz. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** saylı qətnamə ilə «Insan Hüquqlarının və X23 haqqında» Avropa Konvensiyasının «ədalətli məhkəmə araşdırması hüququ»na dair 6-cı maddəsinin 1-ci bəndinin tələbinin də pozuntusuna yol verilmişdir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin mülki iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə nəzər saldıqda qeyd olunun bu prosessual hüquq normasının da birinci instansiya məhkəməsi tərəfindən pozulduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi olan Bakı şəhəri Yasamal rayon Məhkəməsində işə baxılan zaman müəyyən edilmişdir ki, mübahisə predmeti olan ##.##.2011-ci il tarixli, */** nömrəli müqaviləni “xxxx” MMC-nin adından həmin dövrdə tikinti işləri üzrə direktor vəzifəsində işləmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imzalamışdır, halbuki həmin şəxsin o dövrdə mənzilə dair alqı-satqı müqaviləsi bağlamaq və həmin müqaviləni cəmiyyətə məxsus olan möhürlə təsdiq etmək səlahiyyəti olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə o da müəyyən edilmişdir ki, səlahiyyəti olmadan şəxslərlə müqavilə bağlayaraq həmin sənədlərə onda olan və üzərində tikinti işləri üzrə direktor yazılmış möhür vurmaqla bu cür əməllərə yol vermiş və məhkəməyə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dövlət orqanlarına ərizə ilə müraciət edərək qeyd olunan faktları etiraf etmiş və sonradan həmin əməllərinə görə məhkum edilmişdir. Beləliklə, hesab edirik ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs səlahiyyəti olmadan iddiaçı İddiaçı ilə bağladığı müqaviləyə görə “xxxx” MMC cavabdeh olmamalıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı tərəflər arasında etibarlı olmayan əqdə (sözügedən mübahisəli müqaviləyə) əsasən iddia irəli sürmüşdür. Digər bir tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdeh “xxxx” MMC-yə ##.##.2011-ci il müqavilə əsasında 81.250 manat mbləğində ödəniş edildiyi iddia edilən qəbzdə cavabdeh “xxxx” MMC-nin adı deyil, “xxxx” MTK yazılmış, həmin qəbzə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan üzərində tikinti işləri üzrə direktor yazılmış möhür vurulmuşdur. Halbuki, məhkəməyə təqdim edilmiş sənədlərdə də müəyyən edilmişdir ki, həmin dövrdə “xxxx” MTK adlı müəssisə mövcud olmamışdır. Belə ki, “xxxx” MTK, indiki adıyla “xxxx” MTK ##.##.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 81.250 manat məbləğində vəsaitinin iddiaçı tərəfindən cavabdeh “xxxx” MMC-yə ödənildiyi iddia edilən kassa mədaxil orderinin qəbzi Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq ciddi hesabat blankı formasında deyil, adi qaydada kompüterdə hazırlanmışdır. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsində bu faktla bağlı qeyd etmişdir ki, müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanaraq möhürləməsi barədə cavabdehin dəlilləri qanunvericiliyin tələbləri, habelə qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş hallar baxımından tamamilə əsassızdır. Hesab edir ki, bu hal özlüyündə sözügedən mübahisə üzrə işin əhəmiyyətli hallarının məhkəmə tərəfindən tam, obyektiv və ətraflı şəkildə araşdırılmadığı anlamına gəlməyə əsas verir. Ona görə də, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh “xxxx” MMC-nin hüquqlarının pozulması ilə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qanuni və əsaslı deyil, bu səbəbdən də Bakı şəhəri Yasamal rayon Məhkəməsinin həmin qətnaməsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən real maddi zərərə görə 81.250 manat, əldən çıxmış faydaya görə 183.750 manat, mənəvi zərərə görə isə 5000 manat olmaqla, cəmi 270.000 (iki yüz yetmiş min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilməklə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə” dair iddiasının rədd edilməsi (təmin edilməməsi) barədə yeni məhkəmə qətnaməsi qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22.Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində 3 əsas məsələ var. Real maddi zərərə görə 81250 manat, əldən çıxmış faydaya görə 183750 manat və mənəvi zərərə görə 5000 manat pul vəsaitinin “xxxx” MMCdən tutulması qət edilmişdir. ##.##.2011-ci il tarixdə iddiaçı ilə müqavilə bağlanılmış, həmin vaxt müəssisənin adı “xxxx” olmuş, təşkilati hüquqi forması MMC olmuşdur. Iddiaçı ilə müqavilə bağlanılarkən “xxxx” MTK mövcud olmamışdır. Qəbz MTK tərəfindən tərtib edilib, halbuki MTK ##.##.2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Imza və möhür tikinti işləri üzrə direktor Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olub. O, birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildi, lakin heç bir məhkəmə iclasında iştirak etməyib. Iddiaçı ilə müqavilə onun tərəfindən bağlanılıb, imza ona məxsusdur, möhürdən də görünür ki, tikinti işləri üzrə direktora təhkim edilmiş möhürdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2014-cü il tarixli hökmü ilə məhkum olunmuşdur. O, bir neçə şəxslə müqavilə bağlamış, onlardan pul almış və həmin şəxslərin şikayəti əsasında cinayət işi başlanılaraq, barəsində ittiham hökmü çıxarılmışdır. Həmin şəxsin dövlət orqanlarına ünvanlanmış ərizəsi var, ərizədə qeyd edir ki, həmin dövrdə MMC adından hər-hansı bir fiziki şəxslə müqavilə bağlamaq səlahiyyəti olmayıb, tikinti işlərinin aparılması üçün podratçı və subpodratçı şirkətlərlə müqavilə bağlamaq səlahiyyəti verilib. Həmin möhür də şirkətin əsas möhürü deyil, tikinti işləri üzrə direktora təhkim edilmiş möhürdür. Lakin o, səlahiyyəti olmamasına baxmayaraq başqa şəxslərlə, eləcə də iddiaçı ilə müqavilə bağlamışdır. Buna görə də cavabdeh olaraq “xxxx” MMC-nin məsuliyyəti yoxdur. Iddia müddəti ilə bağlı məsələyə münasibətdə isə qeyd etmək istəyir ki, tərəflər arasında bağlanılmış müqavilə ##.##.2011-ci il tarixlidir. Həmin müqaviləyə əsasən tikinti quraşdırma işləri başa çatdırılaraq ##.##.2012-ci ilədək alıcıya təhvil verilməlidir. 13 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əvvəl mənzil tələbi ilə məhkəməyə müraciət edilsə də, həmin iddia verilərkən də iddia müddəti ötürülmüşdür. Əlavə olaraq qeyd edir ki, 81250 manat məbləğin “xxxx” MMC-nin kassasına mədaxil olması ilə bağlı heç bir sübut yoxdur. Həmin məbləği faktiki olaraq “xxxx” MMC almadığı üçün real zərər olaraq ondan tələb edilməsi əsassızdır. 23.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, əvvəlki məhkəmə araşdırmaları zamanı müqavilənin etibarlı olması və iddia müddətinin ötürülməməsi öz təsdiqini tapıb, bunlar işin mübahisəsiz halıdır. Hazırki pul tələbinə münasibətdə isə şəxsin gözlənti hüququ yaranır, ona evin veriləcəyini düşünür, ona görə də pul tələbi ilə müraciət etməmişdir. Bundan əlavə pulun ödənilməsini təsdiq edən 2 sənəd var, biri maliyyə arayışı, digəri isə qəbzdir. Onlar pulun ödənildiyini maliyyə arayışı ilə təsdiq edirlər. Vətəndaş başqa bir möhürün mövcudluğunu bilə bilməzdi. Onlar əslində apellyasiya şikayəti verməmişdir, lakin qeyd etmək istəyir ki, İddiaçı şəhid qızıdır, iki övladı və anası ilə birlikdə yaşayır. 20 ildən çox bir müddətdir ki, bu mənzildən istifadə edə bilmir, kirayədə yaşayır.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh “xxxx” MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. */** saylı, ##.##.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləni bir tərəfdən “xxxx” MMC tikinti işləri üzrə direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsində satıcı qismində, digər tərəfdən X11 alıcı qismində bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyova küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsi, ümumi sahəsi 101,9 kv.m. olan ** saylı mənzili alıcının mülkiyyətinə verir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, müqavilənin ümumi məbləği 81520 manat təşkil edir. Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış evi “xxxx” MMC-yə məxsusdur. Bu binanın 1-ci blok, 4-cü mərtəbə, ** saylı mənzilində ümumi sahəsi 101,9 kv.m. olan yaşayış sahəsinin pay dəyəri ## ###### 2011-ci il tarixli, */** saylı müqaviləyə əsasən payçı X11 tərəfindən tam ödənilmişdir, “xxxx” MMC-yə borcu yoxdur. “xxxx” MTK-nın ##.##.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, 1-ci blok, 4-cü mərtəbə, ** saylı mənzilə görə X11 tərəfindən 81520 manat kassaya mədaxil edilmişdir.

31. Hüquqi şəxs ##.##.2004-cü il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə dövlət qeydiyyatına alınmış, ##.##.2014-cü il tarixdə adı dəyişdirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır.

32. Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə-610, ev 60, mənzil 10 (Yeni qaydalarla: AZ1065, ünvan 1) ünvanında yerləşən, sahəsi 93.20 kv.m. olan mənzil üzərində “xxxx” MMC-nin mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə, X2 mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə, X7 mülkiyyət hüququ ##.##.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

33. Iddiaçı İddiaçı “xxxx” MMC tərəfindən inşa edilən, istismarı “xxxx” MTK tərəfindən davam etdirilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərində hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, ** saylı Notariat kontorunda ##.##.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li “xxxx” MMC ilə vətəndaş X2 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri ** saylı Notariat kontorunda ##.##.2022-i il tarixdə, 4Ə316 reyestr №-li X2 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilələr əsasında verilmiş çıxarışların ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd olunan müqavilələri mübahisələndirmişdir.

34. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/** nömrəli ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC-yə, X7, X2, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna, “xxxx” X9 * saylı Bakı Ərazi Idarəsinə, Bakı şəhəri ** saylı dövlət notariat kontoruna qarşı “əqdlərin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 36.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Qətnamədə qeyd edilmişdir ki, ##.##.2020-ci il tarixdə “xxxx” MMC mübahisəli mənzili X2, sonuncu da ## ##### 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X7. X1, istərsə də Esmira Bağırova mübahisəli mənzili notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə edərkən özlərindən əvvəlki mülkiyyətçinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatına, bu qeydiyyatın həqiqliyi və tamamlığı prezumpsiyasına əsaslanmışlar. Başqa sözlə, onlar mübahisəli daşınmaz əmlakı əldə edərkən vicdanlı olmuşlar və iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. 38.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsindən o da görünür ki, məhkəmə iddiaçıya izah etmişdir ki, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb edə bilər. 39.Iddiaçı da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 40.Kollegiya iddia tələbini qismən təmin edən məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh “xxxx” MMC-dən iddiaçı İddiaçı xeyrinə real maddi zərərə görə 81250 manat, əldən çıxmış faydaya görə 183750 manat pul tutulmalıdır. Belə ki, mənzilə görə ödənilmiş və hazırda tələb edilən 81250 manat pulun real maddi zərər olduğu mülki işin halları baxımından mübahisəsizdir. Bundan əlavə, ekspert rəyi ilə mübahisəli mənzil ilə eyni ərazidə, eyni ümumi sahəyə malik (təmirsiz vəziyyətdə) mənzilin hazırki bazar dəyərinin 265000 manat olduğu müəyyən edilmiş, bununla da əldən çıxmış fayda məbləğinin 265000-81250=183750 manat təşkil etdiyi təsdiq olunmuşdur. 41.Bundan əlavə, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin təqsirli hərəkətləri iddiaçının əmlak hüquqlarını pozmaqla yanaşı, onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş, nəticə etibarilə iddiaçı dəyərini ödədiyi mənzildə yaşamaq hüququndan məhrum edilməklə onun mənzil toxunulmazlığı hüququ, habelə istehlak münasibətlərindən irəli gələn şəxsiyyət hüquqları pozulmuş, bütün bunların nəticəsində iddiaçı uzun illər ərzində mənəvi sarsıntı yaşadığını ağlabatan dəlillərlə əsaslandırmışdır. Mülki işin faktiki hallarını, tərəflərə aid xüsusiyyətləri, o cümlədən iddiaçının şəhid ailəsinin üzvü olan qadın olmasını, himayəsində təkbaşına böyütdüyü iki övladının olmasını, illərlə yaşayış yerindən məhrum edilməsini, zərərvuran tərəfi gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirmək zərurətini, ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarları nəzərə alaraq mənəvi zərər tələbinin 5000 manat həddində təmin edilməsi ağlabatan və ədalətlidir. 42.“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarının 3.3.4-cü bəndinə əsasən, istehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. Həmin Qərarın 3.3.5-ci bəndinə əsasən, istehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur. Həmin Qərarın 5.1-5.4-cü bəndlərinə əsasən, mənəvi zərər - fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı - şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyri-müəyyənlik və s.). Mənəvi iztirab - şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Həmin Qərarın 5.5-ci bəndinə əsasən, fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Həmin Qərarın 5.9-cu bəndinə əsasən, mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın. Həmin Qərarın 7.1-ci bəndinə əsasən, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Həmin Qərarın 7.9-cu bəndinə əsasən, zərərçəkənin şəxsiyyəti ilə bağlı göstəricilərə hissetmə qabiliyyəti, fiziki və psixi dözümlülüyü, yaşı, cinsi, şəxsi nüfuzu; həyat tərzi ilə bağlı göstəricilərə yaşam səviyyəsi, maddi vəziyyəti; davranışı ilə bağlı göstəricilərə isə hadisəyədək, hadisə zamanı, habelə hadisədən sonrakı hərəkətləri (hərəkətsizliyi) aid edilir. Həmin Qərarın 7.19-cu bəndinə əsasən, şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərvurana aid xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə zərərvuranın şəxsiyyəti, həyat tərzi, davranışı və digər diqqətəlayiq hallar aid edilir. 43.Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsində qeyd edilmişdir ki, Hökmdən iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması görünmür. O, həmin cinayət işi üzrə şahid qismində də ifadə verməmişdir. Ona görə də həmin hökmlə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiallığı yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin hökmdə öz əksini tapmış ifadəsində iddiaçı ilə bağlanmış müqaviləyə, onun etibarlı, yaxud etibarsız olmasına dair hər hansı ifadə verməmişdir. Ümumiyyətlə, məhkəmə kollegiyası adı çəkilən hökmdə mübahisəli mənzillə bağlı hər hansı epizoda rast gəlmədi. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiya məhkəməsinin əvvəllər “xxxx” MMC-nin tikinti işləri üzrə direktoru işləmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquqmühafizə və digər orqan və təşkilatlarına ünvanlandırdığı ## ###### 2012-ci il tarixli ərizədə göstərilənlərin də hazırkı işə tətbiqini düzgün saymır. Belə ki, əvvəla, həmin müraciət sadə yazılı formada tərtib olunmuş ərizə olmaqla notarial qaydada təsdiq olunmamışdır. Bu baxımdan həmin ərizənin hazırkı iş üçün etirafedici hərəkət kimi qəbul edilməsi mümkünsüzdür. Digər tərəfdən, bu ərizədə də nə iddiaçının, nə də onunla bağlanmış müqavilənin adı çəkilmir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsızlığına dair isə işdə hər hansı mötəbər sübut yoxdur. Bu isə o deməkdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin adından bağladığı bir neçə müqavilənin məhkəmə tərəfindən etibarsız sayılması, yaxud onun cinayət işi üzrə zərərçəkmiş qismində keçən bir neçə şəxsi aldatması heç də onun “xxxx” MMC-nin adından bağladığı bütün müqavilələrin etibarsız olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin “xxxx” MMC-nin adından səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması, yaxud müqaviləyə əsas möhürün deyil, digər möhürün vurulması da özlüyündə həmin müqavilənin etibarlılığını şübhə altına alan hal kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin MMC-nin hansı vəzifəli şəxsi tərəfindən imzalanması, yaxud müqaviləyə hansı möhürün vurulması vətəndaşı deyil, MMC-nin özünü maraqlandıran məsələdir. Bu məsələdə hər hansı qüsura yol verilməsi müqavilə tərəfi kimi vətəndaşın ziyanına şərh oluna bilməz. 28. Belə olan halda, hazırkı iş üzrə müəyyən edilən hallar “xxxx” MMC (tikinti işləri üzrə direktoru Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsində) ilə X11 arasında bağlanmış */** nömrəli ## ###### 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının mötəbərliyini şübhə altına alan hallar kimi qiymətləndirilə bilməz və birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 340.1-ci maddəsini rəhbər tutmaqla iddiaçı ilə bağlanan bu müqavilənin etibarlı olmadığı qənaətinə gəlməsi əsassızdır. 44.Habelə, məhkəmə iddiaçıya izah etmişdir ki, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb edə bilər. Iddiaçı da ##.##.2025-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 45.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar