Məhkəmə qərarları › İş №e-2(3-6)-2812/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2812/2026

07.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2812/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mütəxəssis rəyinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ## ### 2026-cı il tarixli, ****/** nömrəli mütəxəsis rəyinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Notariat Kontorunun *i-*** saylı, ##.##.2026-cı il tarixli icra qeydinə əsasən Hacıqabul rayon icra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 44 ünavnında 0,0255 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 192.56 kv.m olan qeyriyaşayış sahəsinə rəy verilməsi üçün məktub göndərilmişdir. Həmin icra qeydini qanunsuz və əsassız hesab edir. Bundan sonra onun xəbəri olmadan həmin icra qeydi əsasında həmin əmlaka “xxxx” MMC tərəfindən 118.200 manat qiymət qoyulmuşdur. Həmin qeyriyaşayış sahəsi düzgün qiymətləndirilməmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsini iş üzrə cavabdeh tərəfindən hər hansı bir yerində, naturada baxış keçirilməmişdir. Odur ki, Cavabdeh MMC tərəfindən ## ### 2026-cı il tarixli, ****/** nömrəli mütəxəsis rəyini qanunsuz və əsassız hesab etdiyi üçün, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Göründüyü kimi qanunverciliyin tələbinə əsasən hərrac təşilatçısı hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi saytında elan dərc etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə hərrac təşkilatı ipoteka qoyan kimi ona bildiriş göndərməli olduğu halda bunu da etməmişdir. Ümumiyyətlə hərracın keçirilməsindən məlumatı olmamışdır. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsinin təyinatı üzrə yaxşılaşdırlması üçün əlavə tiklilər tikmişdir. Rəyə əlavə edilən foto şəkillər uzun müddət əvvəl çəkilən fotodur. Hazırda onun qiyməti 350.000 (üç yüz əlli) manatdan artıq olsa da, iş üzrə cavabdeh Cavabdeh MMC tərəfindən 118.200 manat qiymət qoyulmuşdur. Odur ki, iddia tələbinin əsası kimi istinad etdiyi sübutları əlavə olaraq məhkəmə iclasında məhkəməyə təqdim edəcəkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mütəxəssis rəyinin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra icraatı çərçivəsində hərracın keçirilməsinədək olan dövr ərzində əmlakın ilkin satış qiymətinin icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməli olduğundan, hərrac keçirildikdən sonra isə qiymətin iddia icraatı qaydasında mübahisələndirilməlidir. İddiaçıya icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək ləğv edilməsini və ərizənin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon Notariat Kontorunun *i-*** saylı, ##.##.2026-cı il tarixli icra qeydinə əsasən Hacıqabul rayon icra və probasiya şöbəsinin sifarişi əsasında ona məxsus olan Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 44 ünvanında 0,0255 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 192.56 kv.m olan qeyri-yaşayış sahəsinə rəy verilməsi üçün məktub göndərilmişdir. Həmin icra qeydini qanunsuz və əsassız hesab edir. Bundan sonra onun xəbəri olmadan həmin icra qeydi əsasında həmin əmlaka “xxxx” MMC tərəfindən 118.200 manat qiymət qoyulmuşdur. Həmin qeyri-yaşayış sahəsi düzgün qiymətləndirilməmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsini iş üzrə cavabdeh tərəfindən hər hansı bir yerində, naturada baxış keçirilməmişdir. Odur ki, Cavabdeh MMC tərəfindən ## ### 2026-cı il tarixli, ****/** nömrəli mütəxəsis rəyini qanunsuz və əsassız hesab etdiyi üçün, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Göründüyü kimi qanunverciliyin tələbinə əsasən hərrac təşilatçısı hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində və özünün rəsmi saytında elan dərc etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə hərrac təşkilatı ipoteka qoyan kimi ona bildiriş göndərməli olduğu halda bunu da etməmişdir. Ümumiyyətlə hərracın keçirilməsindən məlumatı olmamışdır. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsinin təyinatı üzrə yaxşılaşdırlması üçün əlavə tiklilər tikmişdir. Rəyə əlavə edilən foto şəkillər uzun müddət əvvəl çəkilən fotodur. Hazırda onun qiyməti 350.000 manatdan artıq olsa da, iş üzrə cavabdeh Cavabdeh MMC tərəfindən 118.200 manat qiymət qoyulmuşdur. Odur ki, iddia tələbinin əsası kimi istinad etdiyi sübutları əlavə olaraq məhkəmə iclasında məhkəməyə təqdim edəcəkdir. İkincisi ona görə ki, iddia tələbində o, qiymətləndirmədən şikayət etmişdir. Həmin qiymətin qoyulması üçün ən azından qiymətləndirici yerində baxış keçirməli, həmin əmlakın qiymətini real bazar qiymətinə əsaslandırmalıdır. Həmin əmlaklarda aparılan yenidən qurma işləri və yaxşılaşdırmalar nəzərə alınmamışdır. Yuxarıda göstərdiyi şikayətin dəlilləri əsasında hesab edir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı ləğv edilməli və işi icraata götürülərək sonrakı hərəkətləri edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göründüyü kimi, iddiaçının hazırkı iddia ərizəsi müvafiq icra sənədi üzrə aparılan icra hərəkətlərinin qanunsuzluğuna yönəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə uyğun icraatına götürməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2021-ci il tarixli, **/**** nömrəli “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadına əsasən icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu məsələnin iddia icraatı çərçivəsində həll edilməsi istisna olunur. Bu tədbir iddiaçının seçdiyi prosessual müdafiə vasitəsinin təyinatına ziddir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar