Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-2870/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Bәhrәmzadә Sabit Xanlar oğlunun sәdrliyi ilә, Babayev Fuad Nazim oğlu vә Mәrdanova Xumar Afәt qızından ibarәt tәrkibdә, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mәnzil Tikinti Kooperativinә qarşı "pulun tutulması" tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Cavabdeh Cavabdeh Mәnzil Tikinti Kooperativi mәhkәmәyә vәsatәtlә müraciәt edәrәk, işin baxılması üçün aidiyyәti üzrә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә göndәrilmәsini xahiş etmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mәnzil Tikinti Kooperativinә qarşı "pul" tәlәbinә dair e-*(*-**)-****/**** nömrәli mülki işin aidiyyәti üzrә baxılması üçün Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Hazırda iddiaçı hәmin qәrardaddan şikayәt verәrәk, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilmәsini xahiş etmişdir Şikayәt onunla әsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Mәnzil Tikinti Kooperativinin hüquqi ünvanı ünvan 1 yerlәşir. Bu baxımdan, hazırkı mübahisәyә әrazi aidiyyәti qaydalarına uyğun olaraq Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsindә baxılması qanunidir. Çünki Mülki Prosessual Mәcәllәsinin 36.2- cimaddәsinә әsasәn rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. Cavabdeh Cavabdeh Mәnzil-Tikinti Kooperativinin hüquqi ünvanı ünvan 2 31- dir. Eyni zamanda qeyd olunmalıdır ki, eyni predmet barәdә eyni hüquqi әsaslar üzrә eyni iddiaçı tәrәfindәn eyni cavabdehә qarşı Yasamal Rayon Mәhkәmәsinә iddia әrizәsi verilmişdir. Hәmin iş üzrә Yasamal Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** nömrәli, ##.##.2026-cıil tarixli qәrardadı ilә әrizәyә әrazi aidiyyәti qaydalarına uyğun olaraq Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsindә baxılması qәrara alınmışdır. Cavabdehin hüquqi ünvanının ünvan 3 yerlәşmәsi faktı iş materialları ilә tәsdiq olunsa da, mәhkәmә bu mühüm faktı lazımi qaydada qiymәtlәndirmәmiş vә nәticәdә işin aidiyyәti mәsәlәsi düzgün hәll edilmәmişdir. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün mülki işlә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılması barәdә әvvәlcәdәn mәlumat (bildiriş) göndәrilmiş, iddiaçı Mәhәmmәdli İlkin Nazir oğlu mәhkәmәyә vәsatәt ünvanlayaraq, şikayәtә şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Mәhkәmә kollegiyası iddiaçı Mәhәmmәdli İlkin Nazir oğlunun vәsatәtini nәzәrdәn keçirәrәk, vәsatәtin tәmin edilmәsini mәqsәdәuyğun hesab etmәmişdir. Mәhkәmә kollegiyası tәrәfindәn işә yazılı icraat qaydasında baxılmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, mülki iş sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Mülki Prossesual Mәcәllәsinin: 35.1-ci maddәsinә әsasәn, qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. 35.2-ci maddәsinә әsasәn hüquqi şәxsә iddia hüquqi şәxsin ünvanının olduğu yerә görә verilir. 36.2-ci maddәsinә әsasәn rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. 44.2.2-ci maddәsinә әsasәn, iş hәmin mәhkәmәdә baxıldığı zaman onun aidiyyәt qaydalarının pozulması ilә icraata qәbul edildiyi aşkar olunarsa, mәhkәmә işi başqa mәhkәmәdә baxılmağa verir. 40.1-ci maddәsinә әsasәn, әrazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddәsinә әsasәn, mәhkәmә mübahisәnin әrazi aidiyyәti ilә әlaqәdar mәsәlәlәri әrizәnin mәhkәmәnin icraatına qәbul edilmәsi zamanı yoxlamalıdır. Ərazi aidiyyәti ilә bağlı mәsәlәlәrә mәhkәmә tәrәfindәn onun öz tәşәbbüsü vә ya işdә iştirak edәn şәxslәrin әsaslandırılmış vәsatәti ilә baxılır. 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Birinci instansiya mәhkәmәsi qәrardadını onunla әsaslandırmışdır ki, Cavabdeh MTK Nәsimi rayonu әrazisindә formal qeydiyyata alınsa da, faktiki olaraq Bakı şәhәri Yasamal rayonu әrazisindә faәliyyәt göstәrir. MM-nin 51-ci maddәsinә әsasәn hüquqi şәxsin daimi fәaliyyәt göstәrәn orqanın yerlәşdiyi yer hüquqi şәxsin olduğu yer sayılır. Mәhkәmә hәmçinin qeyd edir ki, cavabdeh Cavabdeh MTK tәrәfindәn Yasamal rayonu әrzisindә çox mәnzilli bina tikilmәsi üçün Yasamal rayonunda söküntü işlәri aparılmışdır. İddiaçının tәlәbi dә mәhz Yasamal rayonu, İ.Qutqaşınlı küçәsi 17 ünvanda yerlәşәn fәrdi yaşayış evinin sökülmәsi ilә bağlı olduğundan vә gәlәcәkdә mülki işlә bağlı ekspertiza, yerindә müayinә vә sair kimi prosessual tәdbirlәrin hәyata keçirilmәsi zәrurәti yaranacağı tәqdirdә işin Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsindә baxılması daha mәqsәdәuyğun olar. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәlmiş olduğu nәticә ilә razılaşmır. Belә ki, birinci instansiya mәhkәmәsinin mülki işi aidiyyatı üzrә göndәrәrkәn gәlmiş olduğu әsas mülki prossesual qanunvericilikdә nәzәrdә tutulmamışdır. Başqa sözlә, mülki prossesual qanunvericilik hüquqi şәxsә iddia hüquqi şәxsin ünvanının olduğu yerә görә verilmәsi imperativ olaraq göstәrilmişdir. Hazırkı işdә isә cavabdeh qismindә yalnız Cavabdeh Mәnzil-Tikinti Kooperativi çıxış edir. Sonuncunun hüquqi ünvanı isә AZEMİS vasitәsilә әldә edilmiş mәlumata әsasәn ünvan 2 31-dir. Belә olan halda kollegiya qeyd edir ki, cavabdeh Cavabdeh Mәnzil-Tikinti Kooperativinin hüquqi ünvanı Nәsimi rayonu әrazisindә olduğundan, hazırki iddia әrizәsinә әrazi aidiyyәti qaydalarına uyğun olaraq Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsindә baxılmalıdır. Belәliklә, mәhkәmә kollegiyası göstәrilәnlәri nәzәrә alıb hesab edir ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsini aidiyyatı üzrә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinә göndәrmәkdә haqlı olmamışdır. Bu sәbәbdәn iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilmәli, Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, mülki iş mahiyyәti üzrә sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası MPM-in 263-264-cü, 397-402ci, 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: İddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәt tәmin edilsin. Bakı şәhәri Nәsimi Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. Mülki iş sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2870/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2870/2026
08.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver