Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2881/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı X3 Tağıyevnanın cavabdeh Cavabdeh qarşı “tələbin miras əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Tağıyevna Rabinoviç Aleksandr Abramoviçə mənzilin satılmasına görə ödənilmiş 55.000 manat pulun X8 miras qalmış ünvan 1 ünvanında olan mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanə iş üzrə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə dair vəsatət ünvanlayaraq, *(***)-****/**** saylı mülki işin ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edildiyi nəzərə alınaraq işin baxılmasına xitam verilməsi və ya aidiyyəti üzrə cavabdehin yaşadığı Rusiya Federasiyasının müvafiq səlahiyyətli məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilmişdir. Prosessual qənaət prinsipinin təmin olunması və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından və iddia ərizəsindən də açıqca göründüyü kimi, cavabdeh Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır və onun rəsmi qeydiyyat və yaşayış ünvanı Rusiya Federasiyası ərazisindədir. Cavabdehin Azərbaycan Respublikası ərazisində hər hansı rəsmi qeydiyyatı və ya yaşayış yeri mövcud deyildir. İddiaçı iddiaya Nəsimi Rayon Məhkəməsində baxılmasını iddia olunan miras əmlakın (mənzilin) Nəsimi rayonu ərazisində yerləşməsi ilə əsaslandırmağa çalışır. Lakin nəzərə almaq lazımdır ki, sözügedən daşınmaz əmlak üzərində vərəsəliyin qəbul edilməsi prosesi qanunvericiliklə müəyyən edilmiş qaydada başa çatmamış, cavabdehin adına hər hansı mülkiyyət hüququ və ya dövlət reyestrindən çıxarış rəsmiləşdirilməmişdir. Hazırkı mərhələdə cavabdehin bu əmlak üzərində rəsmi mülkiyyət statusu yaranmadığı üçün, işə MPM-nin müstəsna aidiyyət qaydaları çərçivəsində baxılması da hüquqi əsasdan məhrumdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadına əsasən cavabdehin nümayəndəsi-vəkilinin mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Tağıyevna cavabdeh Cavabdeh qarşı X7 bağlanmış mənzilin satılmasına görə ödənildiyi iddia olunan 55.000 manat pulun ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək göstərilmişdir ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır, onun rəsmi qeydiyyat və yaşayış yeri Rusiya Federasiyası ərazisindədir, Azərbaycan Respublikasında isə hər hansı rəsmi qeydiyyatı və yaşayış yeri mövcud deyildir. Bu səbəbdən işə ümumi ərazi aidiyyəti qaydasına uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yer üzrə baxılmalıdır. Vəsatətdə əlavə olaraq göstərilmişdir ki, iddiaçı aidiyyəti Nəsimi Rayon Məhkəməsi ilə əsaslandırmağa çalışsa da, sözügedən daşınmaz əmlak üzərində vərəsəliyin qəbul edilməsi prosesi başa çatmamış, cavabdehin adına hər hansı mülkiyyət hüququ və ya dövlət reyestrindən çıxarış rəsmiləşdirilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli qərardadla vəsatəti rədd etmişdir. İddia predmeti 55.000 manat pul tələbidir. MM-in 1306.1-ci maddəsinin mənasına görə mirası qəbul etmiş vərəsə miras qoyanın borcları üzrə ona keçən miras əmlakın dəyəri həcmində cavabdehlik daşıyır. Bu məsuliyyət öhdəlik xarakterli məsuliyyətdir. Lakin məhkəmə həmin pul tələbini heç bir ayrıca maddi-hüquqi əsas göstərmədən konkret mənzilə bağlamış, tələbin öhdəlik-hüquqi mahiyyətini nəzərə almamışdır. Bununla da pul tələbi əsassız olaraq daşınmaz əmlakla bağlı xüsusi mübahisə kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi mirasın qəbulunun yalnız rəsmi sənədlə təsdiq olunmasını əsas götürərək MPM-in 39.2-ci maddəsini tətbiq etmişdir. Halbuki MM-in 1243-cü maddəsinə əsasən miras yalnız notariusa ərizə verməklə deyil, əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamaqla da qəbul olunur. Cavabdeh Cavabdeh mübahisəli mənzillə bağlı əvvəlki məhkəmə mübahisəsində hüquqlarını müdafiə etmiş, həmin əmlakın qorunmasına yönəlmiş hüquqi addımlar atmışdır. Bu hal mirasın faktiki qəbulunun mühüm əlaməti kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu araşdırmamışdır. Nəticədə “vərəsəlik qəbul edilənə qədər” mərhələsinin davam etdiyi hesab etməklə, hüquq norması düzgün tətbiq edilməmişdir. İddia birbaşa konkret fiziki şəxsə – Cavabdeh qarşı yönəldilmişdir. Bu isə iddiaçının özü tərəfindən cavabdehin fərdi hüquq daşıyıcısı kimi qəbul edildiyini göstərir. Belə olduqda mübahisə abstrakt miras kütləsinə qarşı deyil, konkret şəxsin mümkün öhdəliyinə qarşı yönəlmiş olur. Məhkəmə isə cavabdehin statusunun bir tərəfdən qeyri-rəsmiləşmiş olduğunu göstərib, digər tərəfdən onu xüsusi aidiyyətin tətbiqi üçün yetərli subyekt kimi qəbul etməklə ziddiyyətli maddi-hüquqi yanaşma sərgiləmişdir. Ümumi aidiyyət qaydasına görə, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Cavabdehin Rusiya Federasiyasında yaşadığı və Azərbaycan Respublikasında qeydiyyatının olmadığı vəsatətdə göstərilmişdir. Məhkəmə bu faktı təkzib etmədən ümumi aidiyyət normasının niyə tətbiq edilmədiyini kifayət qədər əsaslandırmamışdır. Vəsatətdə işin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi göstərilmişdir. Məhkəmə aidiyyət məsələsinə baxarkən vəsatətdə göstərilən bütün halları tam araşdırmalı idi. Lakin qərardadda yalnız ümumi istinadlarla kifayətlənilmiş, cavabdehin hüquqi statusu, tələbin mahiyyəti və 39.2-ci maddənin tətbiq sərhədləri lazımi səviyyədə təhlil edilməmişdir. Məhkəmə MPM-in 39.2-ci maddəsini formal qaydada tətbiq etmiş, lakin həmin normanın zəruri şərti olan “vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər” mərhələsinin faktiki mövcudluğunu araşdırmamışdır. Bundan əlavə, iddianın doğrudan da “vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddia” olub-olmadığı da ayrıca təhlil edilməmişdir. 55.000 manat pulun konkret mənzilə yönəldilməsi barədə tələb avtomatik olaraq 39.2-ci maddənin tətbiq sahəsinə aid edilə bilməzdi. Məhkəmə prosessual hüquq normasının düzgün tətbiq etməmişdir. Məhkəmə aşağıdakı mühüm halları tam araşdırmamışdır: 1) cavabdehin mirası faktiki qəbul edib-etməməsi; 2) cavabdehin mübahisəli əmlakla bağlı əvvəlki məhkəmə proseslərində iştirakının hüquqi əhəmiyyəti; 3) iddia tələbinin öhdəlik-hüquqi, yoxsa birbaşa vərəsəlik-hüquqi xarakter daşıması; 4) iddianın konkret fiziki şəxsə qarşı yönəldilməsinin ərazi aidiyyətinə təsiri; 5) cavabdehin xarici dövlətdə rəsmi qeydiyyatının aidiyyətin müəyyən edilməsində rolu. Yuxarıda göstərilənlərə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi, vəsatətinin təmin edilməsi barədə yeni məhkəmə aktının qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verilmiş şikayət təmin edilməyərək baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın # #### 2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılmışdır. İlk növbədə nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş vəsatətdə işin baxılmasına xitam verilməsi və ya aidiyyəti üzrə cavabdehin yaşadığı Rusiya Federasiyasının müvafiq səlahiyyətli məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Belə olduğu təqdirdə hazırkı qərardada işin baxılmasına xitam verilməsi barədə vəsatətin təmin edilməməsi kimi münasibət bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Bu Məcəllənin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki Prosessual Məcəllənin qeyd olunan maddələrinin məzmunundan göründüyü kimi, qanunvericilik məhkəmənin işə baxılması zamanı qəbul etdiyi bütün qərardadlardan ayrıca şikayət verilməsi imkanını nəzərdə tutmur. Belə ki, yalnız Mülki Prosessual Məcəllədə birbaşa nəzərdə tutulmuş hallarda və ya qərardad işin sonrakı hərəkətinə mane olduqda həmin qərardaddan ayrıca şikayət verilə bilər. İş üzrə icraata xitam verilməməsi barədə qərardaddan ayrıca şikayət verilməsi imkanı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığından və həmin qərardad işin sonrakı hərəkətinə mane olmadığından, ondan ayrıca şikayət verilə bilməz. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə zidd olaraq iş üzrə icraata xitam verilməməsi barədə qərardadın nəticə hissəsində həmin qərardaddan şikayət verilməsi müddəti və qaydasını izah etmiş, sonradan isə qərardaddan verilmiş şikayəti təmin etməyərək işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətin ikinci hissəsində isə mülki işin aidiyyəti üzrə cavabdehin yaşadığı Rusiya Federasiyasının səlahiyyətli məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin ərazi aidiyyətinə dair 4-cü fəsli birinci instansiya məhkəməsi qismində mülki işlərə baxılması üzrə ərazi aidiyyətini müəyyən etməklə, məhkəmələr arasında səlahiyyət bölgüsünü yalnız Azərbaycan Respublikasının məhkəmə sistemi daxilində tənzimləyir. Mülki Prosessual Məcəllədə Azərbaycan Respublikası məhkəmələrinin icraatında olan mülki işin aidiyyəti üzrə xarici dövlətin məhkəməsinə göndərilməsi barədə səlahiyyət nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı məzmunlu vəsatət üzrə ayrıca məhkəmə aktının çıxarılması, həmin məhkəmə aktından şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, apellyasiya şikayətinin verilməsi zamanı Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, hazırki qərardaddan kassasiya şikayəti də verilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 402.2-ci maddəsində icraatın dayandırılması haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsi MK-nın # #### 2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ləğv edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(3-6)-2881/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2881/2026
13.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver