Məhkəmə qərarları › İş №e-2(3-6)-2911/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2911/2026

13.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2911/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Icra Hakimiyyətinə qarşı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Icra Hakimiyyətinə qarşı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinə müraciət edərək, dövlət və ictimai ehtiyaclar üçün alınan, öz mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən əmlaka münasibətdə hər kvadrat metr üçün 30% miqdarında əlavə ödəmələrin hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Işə baxan * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş *-*(**)-***/**** saylı, ##.##.2014-cü il tarixli qərar ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ** saylı evin sahəsi 140 kv.m. olan mənzili, sahəsi 212,4 kv.m. və 32 kv.m. olan qeyriyaşayış sahəsinin cəmi 463.650 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli, *** nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (463.650x20%=92.730), habelə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə əsasən 10% (463.650x10%=46.365) miqdarında əlavə haqqın – cəmi 139.095 manat miqdarında əlavə ödəmələrin hesablanması cavabdehə həvalə edilmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 1(81)-711 /**** saylı, ##.##.2014-cü il tarixli qərar ##.##.2014-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmişdir. Qərar cavabdeh tərəfindən icra olunmadıqdan sonra onun ərizəsi ilə ##.##.2016-cı il tarixli, *-*(**)-***/**** saylı icra vərəqəsi Bakı şəhəri Səbail rayon Icra və Probasiya şöbəsinə təqdim edilmişdir. Ötən müddət ərzində aidiyyəti qurumlara – Cavabdeh, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və s.dəfələrlə müraciətlər ünvanlanmış, hər dəfə müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmışdır. Dəfələrlə edilmiş müraciətlərdən, eyni zamanda, cavabdehin cərimə edilməsi ilə bağlı yazdıqları ərizədən sonra nəhayət ##.##.2025-ci il tarixdə (11,5 il sonra) o, cavabdeh qurum olan Cavabdeh dəvət olunaraq ödənişin bir hissəsi (86.323,67 manat) icra edilmişdir. Nəticədə məhkəmə qərarı ilə ödənilməli olan məbləğ uzun müddət 11 ildən artıq gecikdirilməklə (yarımçıq) ödənilmişdir. Onun ötən bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən düşünür ki, cavabdeh ona məxsus ödəməni bu qədər müddət gecikdirdiyi üçün aşağıda qeyd olunan məbləği ona ödəməyə borcludur: 139.095 x 5% = 6954, 6954 x 11 il = 76.494 manat. Göstərilənləri nəzərə alaraq iddiaçı * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş *-*(**)-***/**** saylı ##.##.2014-cü il tarixli qərarın zamanında icra olunmaması nəticəsində ona dəymiş maddi zərərin (illik 5% olaraq hesablanan gecikdirmə faizi) əvəzi olaraq 76.494 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 319 manatın cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** saylı qətnaməsinə əsasən iddia təmin edilərək, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş *-*(**)-***/**** saylı, ##.##.2014-cü il tarixli qərarın vaxtında icra olunmaması nəticəsində Cavabdeh İddiaçı xeyrinə ona dəymiş maddi ziyanın əvəzi kimi (illik 5% olaraq hesablanan gecikdirmə faizi) 76.494 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 319 manat, cəmi 76.813 manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-*/**** saylı qətnaməsini ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını və ərizə ilə müraciət edərək, həmin qətnamədən qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsini və mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-*/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət vermiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixlie-2(5-102)- 9/2026 qərardadı ilə Cavabdeh Səbail RayonMəhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- */**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmə ona əsaslanmışdır ki, Səbail Rayon Məhkəməsinin##.##.2026-cı il tarixli e-2(5-102)-9/2026 qətnaməsi (iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% tutulması tələbinə dair) həmin tarixdə elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq cavabdeh həmin qətnamədən 3 ay 1 gün ötürməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə həmin müddətin üzürlü səbəbdən ötürülməsi ilə razılaşmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh məhkəmə qətnaməsindən apellyasiya şikayətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə mövqeyini kifayət qədər əsaslandırmamışdır. Belə ki, məhkəmə ötürülmüş müddətin üzürlü səbəblərdən baş verməsinə dair Cavabdeh dəlillərini kifayət qədər araşdırmamış həmin dəlillərin reallığa nə qədər uyğun olmağına əhəmiyyət verməmişdir. Məhkəmə həmin dövrdə elektron məhkəmə sisteminin dəqiq işləyib işləməməsini həmin dövrdə sistemdə qüsurun olub olmamasını araşdırmamış dəlillərə istinad etməmiş yalnız quru sözlə kifayətlənmişdir. MPM 217-ci maddəsinin tələbinə görə Məhkəmə qərarı qanuni və əsaslı olmalı və bu baxımdan hesab edir ki, məhkəmənin hazırki qərardadı qanuni və əsaslı ola bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan ilk növbədə iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Məhkəmə kollegiyası hazırki şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamədən apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülməklə verildiyindən, həmçinin müddətin üzrlü səbəbdən ötürülməsi barədə ərizəçi tərəfindən sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdehin elektron sisteminə vaxtında yerləşdirimiş qətnamənin müraciət əsasında təkrar cavabdehə kağız daşıyıcıda təqdim edilməsi və həmin müddətdən 1 ay keçmədən şikayətin elektron sistemə yerləşdirilməsi, qətnamədən apellyasiya şikayətinin verilməsinin üzrlü halı kimi müəyyən edilə bilmədiyindən, bununla da ərizəçinin dəlilləri əsaslı hesab olunmadığından, həmin müddətin bərpasına dair ərizə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçının iş üzrə qəbul edilmiş qərardaddan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürməsinə dəlalət edən hal, eləcə də qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Kollegiya, prosessual müddətin üzrlü səbəblərə görə buraxılması qənaətinə gəlmək üçün iddiaçının şikayətinin dəlillərini isə kifayət qədər əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan EMIS-dən çıxarışdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qətnaməsi cavabdehin elektron kabinetinə ##.##.2026-cı il tarixində yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 3 ay vaxt keçdikdən sonra ##.##.2026-cı il tarixində məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası cavabdehin “məhkəmənin həmin dövrdə elektron məhkəmə sisteminin dəqiq işləyib işləməməsini, həmin dövrdə sistemdə qüsurun olub-olmamasını araşdırmamasına” dair dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh özü onun elektron kabinetində qüsurun olub-olmamasını araşdırıb, qüsur və ya digər texniki nasazlıq aşkar edildiyi halda, bununla bağlı sübutu məhkəməyə təqdim etməli idi. Lakin, cavabdeh göstərdiyi halı təsdiq edən hər hansı bir sübut növünü nə məhkəməyə təqdim etməmiş, nə də ki, şikayətə əlavə etməmişdir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla qərardadın ləğvinə əsas ola bilməz. Odur ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Şərh olunanlara əsasən və və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli ## #### 2026-cı il tarixli buraxılmış müddətin bərpa edilməməsinə dair qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar