Məhkəmə qərarları › İş №e-2(3-6)-2913/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2913/2026

08.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2913/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İstanbul Çarşı İmport Eksport LTD” MMC-nin oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı “İstanbul Çarşı İmport Eksport LTD” MMC-nin oğlunun cavabdeh Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-***)-****/**** saylı qərardadından iddiaçı (nümayəndəsi-vəkili) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı “İstanbul Çarşı İmport Eksport LTD” MMM cavabdeh Cavabdeh MMC-yə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı ilə “İstanbul Çarşı İmport Eksport LTD” MMM-nin cavabdeh Cavabdeh MMCyə qarşı qiymətləndirmə rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən icraata qəbulundan imtina edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra məmuru tərəfindən qəbul edilmiş qərar əsasında aparılmış qymətləndirilmənin yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

3. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** saylı qərardadının ləğv edilməklə, iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadında mühüm faktiki halların tam aydınlaşdırılmaması ilə bağlı əsas dəlillər ondan ibarətdir ki, məhkəmə yalnız iddia ərizəsindəki ilkin məlumatlara əsaslanaraq hərracın keçirilmədiyi qənaətinə gəlmiş (MPM maddə 172), lakin mülki dövriyyə subyektlərinin bərabərliyi və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri (MM maddə 1.1, 6.1.9) çərçivəsində daşınar əmlakın hüquqi rejimini (məsələn, ipoteka və ya vergi borcu ilə bağlı xüsusi statusunu) və qiymətləndirmə prosesinin hazırkı faktiki mərhələsini rəsmi sənədlərlə dəqiqləşdirməmişdir. Məhkəmə, Ali Məhkəmənin ##.##.2021-ci il tarixli vahid məhkəmə təcrübəsinə istinad edərək işə yalnız icra məmurunun hərəkətlərindən şikayət (“8 kodu”) qaydasında baxılmalı olduğunu əsaslandırsa da, iddiaçının maddi hüquq pozuntusu (yanlış qiymət) ilə bağlı müstəqil qiymətləndiriciyə qarşı irəli sürdüyü tələblərin MPM-nin 153.2.1-ci maddəsi mənasında iddia icraatı qaydasında araşdırılmasının mümkünlüyünü, habelə məhkəmənin MPM-nin 14.1-ci maddəsi üzrə hüquqları izah etmək vəzifəsini tam yerinə yetirib-yetirmədiyini obyektiv qiymətləndirməmişdir. Beləliklə, MPM-nin 385.1.2-ci maddəsinə uyğun olaraq məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların (hərracın statusu və əmlakın növü) araşdırılmaması qərardadın əsaslılığını şübhə altına alır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

5. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152 və 153-cü maddələrini nəzərə alaraq, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

6. Belə ki, hazırkı iddianın məhkəmə qaydasında baxılması yolverilməzdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, həmin tələb icra prosesində icra məmurunun sifarişi əsasında hərraca çıxarılan daşınar əmlakların qiymətləndirilməsinə dair qiymətləndiricinin rəyinin əsassız olması səbəsi ilə ləğv edilməsinə dairdir. Odur ki, hazırki iddia tələbinə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən ##.##.2021-ci il tarixli Qərardadını nəzərə alaraq qeyd edir ki, hərrac keçirilməmişdən əvvəl əmlakın qiyməti ilə bağlı mübahisə icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən verilən şikayət əsasında məhkəmədə mübahisləndirilə bilər. Başqa sözlə əmlakın qiymətləndirilməsinin ləğvi ilə əlaqədar iddia icraatı qaydasında məhkəməyə müraciət yalnız hərrac keçirildikdən sonra edilə bilər. 7.İş materiallarından məlum olur ki, hərrac keçirilməmiş, yalnız icra məmurunun sifarişi əsasında daşınar əmlaklar qiymətləndirilmişdir. Bu səbəbdən iddiaçının hazırki tələbinə iddia icraatı qaydasında baxılması yolverilməzdir.

8. Məhkəmə kollegiyası AR MPM-nin 151.1 və 153.2-ci maddələrini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar