Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2914/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Cavabdeh 1, Cavabdeh 1 Cavabdeh 2qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Cavabdeh 1, Cavabdeh 1 Cavabdeh 2qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Cavabdeh 1, Cavabdeh 1 Cavabdeh 2qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər Cavabdeh 1, Cavabdeh 1 Cavabdeh 2qarşı xüsusi müsadirə tətbiq edilmiş əmlakın geri qaytarılması və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından yolverilməz hesab edilməklə icraata qəbulundan imtina edilməsi və iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçılardan iddiaçı2 analoji tələblə Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizənin məhkəmə icraatına qəbulundan imtina edilmişdir. Iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı hökmün surətindən belə məlum olur ki, həmin hökmlə iddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha həyətyani torpaq sahəsi və Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,12 ha torpaq sahəsi məcburi qaydada əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilmişdir. Iddiaçılar həmin əmlakların geri qaytarılması və əvvəlki hüquqi vəziyyətinin bərpa olunması barədə tələb irəli sürmüşlər. Məhkəmə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ geniş hüquqi məzmuna malik olmaqla bir sıra elementləri əhatə edir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair ##.##.2009-cu il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair ##.##.2009-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən şikayət hər bir şəxs o cümlədən cinayət prosesinin iştirakçısı üçün qanunla təminat altına alınmış bir tərəfdən hüquqlarının pozulması dövlətin müvafiq orqanlarının diqqətini cəlb etmək, digər tərəfdən isə bu hüquqları müdafiə və bərpa etmək imkanıdır. Məhkəmə qeyd etmişdir ki, cinayət təqibi həyata keçirilən dövrdə mübahisələndirmə olmaqdıqda üzərinə həbs qoyulan əmlakların hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qiymətləndirmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirməyə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci maddəsində məhkəmənin cinayət mühakimə qaydasında məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həll edilməli məsələlərə cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı və hansı əmlakın xüsusi müsadirə edilməli olduğu göstərilmişdir. Hökmlə müəyyən olunur ki, mübahisəli əmlaklar üzərinə ibtidai istintaq müddətində həbs qoyulmuş əmlaklar dövlət nəfinə müsadirə olunmuşdur. Göründüyü kimi iddiaçıların hazırki iddiada irəli sürdüyü dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Odur ki, onların təkrarən mülki mühakimə icraatında mübahisləndirilməsinə yol verilmir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçıların cinayət mühakimə icraatında qəbul edilən qərarlardan müvafiq olaraq şikayət vermək hüququ da vardır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü tarixli Qərarında da izah olunmuşdur ki, … hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olan ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər. Məhkəmə hesab etmişdir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir.
4. Həmin qərardaddan iddiaçı iddiaçı1 şikayət verərək, qərardadın ləğv edilməsini, şikayətə baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, qərardaddan birbaşa iddiaçının xeyrinə çıxan qətnamənin icrasını sual altına qoyduğu üçün və səmərəsiz etdiyi üçün şikayət vermək hüququ vardır, onun hüquq mənafelərinə birbaşa təsir edir. Mübahisə edilən qərardad ## #### 2026-cı il tarixində elektron məhkəmə sisteminə yerləşdirilmişdir və şikayət verməyə dair müəyyən edilmiş 10 günlük müddət keçməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən), Əhməd Quliyev və Iradə Həsənzadə) ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə iddiaçı2 Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib ona CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci və 62-ci maddələri tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, CMin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə iddiaçı2 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) *(***)-***/**** nömrəli, ## #### 2022-ci il tarixli qərarı ilə BakıAğır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə Kassasiya şikayəti təmin edilməmiş, BakıApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2022- ci il tarixli qərarı iddiaçı2 aid olan hissədə dəyişdirilmədən saxlanılmişdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündə göstərildiyi kimi iddiaçı2 ittiham olunduğu cinayət əməllərini törətməsi ilə əlaqədar 16.928.086,44 manat məbləğində vəsaiti mənimsənildiyindən, ibtidai istintaq zamanı ona məxsus olan 100.072 manat dəyərində əmlakın, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. Həmin qərara əsasən guya iş materialları ilə müəyyən edilir ki, iddiaçı2 üzərinə həbs qoyulmuş həmin əmlakı cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilməlidir. Bildirir ki, məhkəmənin əsaslandırması yalnış olmaqla iddiaçıların mülkiyyət hüququna xələl gətirmişdir. Belə ki, iş materiallarına əlavə olunan ##.##.2007-ci il tarixli çıxarışdan da məlum olduğu kimi iddiaçı2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmişdir ona görə də iddiaçılara məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Bundan başqa, iddiaçı2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçı1 ilə birgə nikah dövründə əldə edilmiş və yəni iddiaçı1 da mülkiyyət maraqları mövcuddur lakin nə istintaq, nə də məhkəmələr qeyd olunan nüansı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qərardadını aşağıda qeyd olunan formada əsaslandırmışdır: “Məhkəmə qeyd edir ki, hakim qeyd edir ki, cinayət təqibi həyata keçirilən dövrdə mübahisələndirmə olmaqdıqda üzərinə həbs qoyulan əmlakların hüquqi müqəddəratı barədə hökmdə (məhkəmənin yekun qərarında) qiymətləndirmə aparılmalıdır ki, bundan sonra bu məsələnin mülki icraat qaydasında mübahisələndirməyə yol verilmir. Ümumiyyətlə bu əsaslandırma qüsurlu olmaqla bərabər hakim tərəfindən iddia ərizəsində qeyd olunanlar və işin müqavilələr nəzərə almadığını göstərir, ona görə də hesab edir ki, aşağıda qeyd olunan qanunvericilik aktlarına və işin faktiki hallarına istinad etməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*- ***)-****/**** saylı qərardadı ləğv olunmalıdır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2ci maddələrinin Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü tarixli Qərarında da izah olunmuşdur ki, … hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olan ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.
9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2009-cu il tarixli Qərarı: “Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
11. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçıların hazırki iddiada irəli sürdüyü dəlillər cinayət mühakimə icraatında müzakirə predmeti olmuş və onlara hüquqi qiymət verilmişdir. Odur ki, onların təkrarən mülki mühakimə icraatında mübahisləndirilməsinə yol verilmir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Eyni zamanda iddiaçıların cinayət mühakimə icraatında qəbul edilən qərarlardan müvafiq olaraq şikayət vermək hüququ da vardır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikasının Cinayət - Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü tarixli Qərarında da izah olunmuşdur ki, … hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olan ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.
13. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.