Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2943/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçılar iddiaçı2 və iddiaçı1 Cavabdehlər “xxxx” Sığorta Şirkəti ASC, cavabdeh1 və cavabdeh2 İddia tələbi İddiaçılara vurulmuş ziyanın əvəzi olaraq cavabdehlər “xxxx” Sığorta Şirkəti ASC-dən, cavabdeh1 və cavabdeh2 müştərək qaydada 4.196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4.566 manat pul tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişlər. İddia tələbinə qarşı təqdim edilmiş “xxxx” Sığorta Şirkəti ASC tərəfindən yazılı qaydada etiraz etiraz təqdim edilmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026tərəfindən qəbul edilmiş cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi ilə iddia məhkəmə aktı qismən təmin edilmiş, cavabdeh2 iddiaçı2 xeyrinə “Hyundai Sonata” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanın əvəzi kimi 4.196 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat, cəmi 4.566 (dörd min beş yüz altmış altı) manat məbləğində pulun tutulması, iddia tələbinin cavabdeh cavabdeh1 münasibətdə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər “xxxx” Sığorta Şirkəti ASC-yə, cavabdeh1 və cavabdeh2 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçıların “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı tələblərindən imtinaları qəbul edilmiş və iddia tələbinin “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı hissəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, hüquqi əsaslandırması 21.2, 1108.1, 1108.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs iddiaçı2 iddiaçı1 Apellyasiya şikayətlərinin İddiaçı iddiaçı2 apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi iddia tələbinin cavabdeh cavabdeh1 qarşı təmin olunmadığı hissədə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixində cavabdeh cavabdeh1 mülkiyyətində olan **-BF-*** dövlət nömrə nişanlı Mercedes Benz 814D Yük avtomobilini idarə edərkən Bakı şəhəri Nərimanov rayonu ərazisində saat 16.00 radələrində idarə edərkən yol hərəkətləri qaydalarını pozmuş və nəticədə iddiaçı iddiaçı1 idarə etdiyi mülkiyyətçisi iddiaçı2 olan Hyundai Sonata markalı **- DC-*** dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşmuş və bununla iddiaçıya 9.196 manat məbləğində maddi zərər dəymişdir. Hyundai Sonata markalı **-DC-*** dövlət nömrə nişanlı minik avtomobili etibarnamə əsasında iddiaçı2 tərəfindən iddiaçı1 verilmiş və onun tərəfindən həmin avtomobili şəxsi ailə maşını kimi istifadə olunmuşdur. İddiaçılara dəymiş 9.196 manat məbləğindəki zərərin bir qismi, yəni 5000 manatı mülki məsuliyyətini icbari sığorta etmiş cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş, lakin qalan 4.196 manat maddi zərər dəfələrlə cavabdehlərdən tələb olunsa da onlar hər dəfəsində müxtəlif bəhanələr ilə həmin zərəri ödəməkdən onlar yayınmışdır. Cavabdeh cavabdeh2 atası cavabdeh cavabdeh1dur. Qəzanı meydana gətirən yükmaşını cavabdeh1 mülkiyyətindədir. cavabdeh1 verdiyi etibarnamə əsasında həmin yük maşını oğlu cavabdeh2 tərəfindən idarə olunurkən qəza meydana gəlib. Qəzanı meydana gətirildiyi vaxt ata cavabdeh1 da oğlunun yanında yük maşınında olub. Məlum olduğu kimi, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən iddia tələbini, cavabdeh2 qarşı təmin etdiyi halda, yenə həmin normaya əsasən cavabdeh1 qarşı rədd edib. Məhkəmə bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsini düzgün tətbiq etməyib. Belə ki, həmin norma avtomobili idarə edən sürücü ilə onun mülkiyyətçisinin vurduqları zərərdən dolayı birgə məsuliyyətini tənzimləyir. Məhkəmə isə hesab edib ki, onlar birgə məsuliyyət daşımır və onlardan təkcə biri məsuliyyət daşıyır. Bu yanaşma qəbul edilməz olduğu kimi, gələcəkdə qəbul edilən bu qətnamənin icrası üçün də mühüm çətinliklər meydana gətirəcək. Belə ki, işdən məlum olduğu kimi, iddia tələbinin təmin olunduğu cavabdeh2 mülkiyyətində heç bir avtomobil olmadığı halda, digər cavabdeh cavabdeh1 mülkiyyətində bir neçə avtomobil, o cümlədən qəzanı meydana gətirən Mersedes markalı yük avtomobili var və məhkəmə həmin avtomobilin üzərinə müvəqqəti təminat tədbiri barədə qərardad ilə həbs qoyub. Lakin həmin avtomobil cavabdeh2 mülkiyyətində olmadığı üçün onun məcburi icra qaydasında satılaraq iddiaçıya dəymiş zərərin oradan ödənməsi qeyri-mümkündür. Göründüyü kimi, bu durum qeyd edilən qətnamənin icrası üçün mühüm çətinlik yaradacaq, hətta onun icra olunmaması ilə nəticələnəcək. Qətnamənin bu formada icra olunmaması iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. Bundan başqa MM-nin 1108ci maddəsinə görə, “1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Göründüyü kimi, cavabdeh1 mülkiyyət hüququ ilə həmin yük maşınına sahiblik edir. O, qəzanın baş verdiyi vaxt həmin yük maşınında olub. Oğlu sadəcə olaraq həmin maşını idarə edirdi. Burada məsuliyyəti hər iksi birgə qaydada daşımalıdır. Bununla birlikdə məhkəmə cavabdehlərdən birini seçmək hüququna malikdirsə hesab edirik ki, qətnamənin icrasının gələcəkdə təmin olunması üçün seçiləcək və üzərinə məsuliyyət yüklənəcək cavabdeh cavabdeh1 olmalıdır. Yəni məhkəmə iddia tələbini məhz cavabdeh cavabdeh1 qarşı təmin etməli idi. Lakin Məhkəmə qanunvericiliyin maddi və prosessual normalarını pozaraq mülkiyyətçi cavabdehin cavabdeh1 qarşı iddia tələbini təmin etmədi. Bu isə qəbul edilməzdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-ciil tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 qarşı təmin olunmadığı hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi cavabdeh cavabdeh1 qarşı da təmin edilməsi xahiş edilmişdir. İddiaçı iddiaçı1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi birgə iddiaçı iddiaçı1 iddia tələbinin təmin olunmadığı hissədə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixində cavabdeh cavabdeh1 mülkiyyətində olan ** BF *** dövlət nömrə nişanlı Mercedes Benz 814D Yük avtomobilini idarə edərkən Bakı şəhəri Nərimanov rayonu ərazisində saat 16.00 radələrində idarə edərkən yol hərəkətləri qaydalarını pozmuş və nəticədə iddiaçı iddiaçı1 idarə etdiyi mülkiyyətçisi iddiaçı2 olan Hyundai Sonata markalı ** DC *** dövlət nömrə nişanlı minik avtomobil ilə toqquşmuş və bununla iddiaçıya 9196 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edək ki, Hyundai Sonata markalı ** DC *** dövlət nömrə nişanlı minik avtomobili etibarnamə əsasındaiddiaçı2 tərəfindən iddiaçı1 verilmiş (faktiki olaraq satılmış) və Əsədov tərəfindən həmin avtomobili şəxsi ailə maşını kimi istifadə olunurdu. İddiaçılara dəymiş 9196 manat məbləğindəki zərərin bir qismi, yəni 5000 manatı mülki məsuliyyətini icbari sığorta etmiş cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş, lakin qalan 4 196 manat maddi zərər dəfələrlə cavabdehlərdən tələb olunsa da onlar hər dəfəsində müxtəlif bəhanələr ilə həmin zərəri ödəməkdən onlar yayınmışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-ciil tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi iddiaçı iddiaçı1 iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçı iddiaçı1 “cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 4196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4566 manat pul tutularaq iddiaçı iddiaçı1 ödənilsin” məzmununda olan iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Tərəflər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat sübutlar şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşın ##.##.2025-ci il tarixdə iddiaçı2 adına qeydiyyata alınmışdır.
2. İş üzrə Nərimanov rayon DYPŞ-nin R X5 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh2 ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
3. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, ##.##.2025-ci il tarixdə, saat 16.00 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsində “Mercedes Benz 814D” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən cavabdeh2 (mülkiyyətçi cavabdeh1) təqsirli olan şəxs qismində, “Hyundai Sonata” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs iddiaçı1 (mülkiyyətçi iddiaçı2) zərərçəkən qismində müəyyən edilmişdir.
4. İş üzrə avtoservis (fiziki şəxs X1) tərəfindən tərtib edilmiş 2 N-li qüsur aktından görünür ki, iddiaçı1 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 9.196,00 manat vəsait hesablanmışdır.
5. İş üzrə «xxxx» Sığorta Şirkəti ASC-nin CLM************* saylı sığorta aktının surətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində «xxxx» Sığorta Şirkəti ASC sığortalı Əmir Mirzəyevə məxsus (faydalanan şəxs iddiaçı1) «Hyundai Sonata» markalı **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, ##.##.2025-ci il tarixdə “Mercedes Benz 140D” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuş, nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərin ümumi məbləği 9.196 manat müəyyən edilmiş, sığorta məbləği 5000 manat olduğundan sığorta ödənişi iddiaçı1 ödənilmişdir.
6. İş üzrə ##.##.2025-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, «xxxx» Sığorta Şirkəti ASC tərəfindən iddiaçı1 CLM************* saylı sığorta aktına əsasən 5000 manat sığorta ödənişi ödənilmişdir.
7. İş üzrə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, «Mercedes Benz 814D» yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdeh1 adına qeydiyyata alınmış, ##.##.2025-ci il tarixli etibarnaməyə əsasən maşın cavabdeh2 etibar edilmiş, ##.##.2025-ci il tarixli etibarnaməyə əsasən maşın X2 etibar edilmiş, ##.##.2025-ci il tarixli etibarnaməyə əsasən maşın X3 etibar edilmişdir. Cavabdehlər tərəfindən təqdim Cavabdehlər tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv olunması xahiş olunur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini bütovlükdə yoxlanılması təşkil edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki 21.1, 21.2, 1108.1, 1108.2-ci maddələri, Prosessual Məcəlləsinin 14, 77, 119.1, 121.1 ci maddələri
Apellyasiya şikayətində iddiaçı iddiaçı1 iddianın ona aid hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi birgə iddiaçı kimi həm nəqliyyat vasitəsinin mülkiyyətçisi, həm də həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən şəxs tərəfindən irəli sürülsə də, hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxs kimi yalnız əmlakın mülkiyyətçisi, yəni iddiaçı iddiaçı2 qəbul edilməlidir. Belə ki, iddiaçı iddiaçı1 mülkiyyətində olmayan nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası həmçinin iddiaçı iddiaçı2 apellyasiya şikayətinin cavabdeh cavabdeh1 münasibətdə təmin edilməsinə münasibətdə bildirir ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar inzibati xəta haqqında qərara əsasən cavabdeh cavabdeh2 təqsirli hesab olunduğundan və nəqliyyat vasitəsi cavabdeh2 tərəfindən qanuni əsaslarla (etibarnamə əsasında) idarə olunduğundan, zərərin əvəzini ödənilməsi öhdəliyi onun üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov