Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3006/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, *(*-**)- ****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdehlərdən biri olan Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı keçmiş arvadı olan cavabdeh Cavabdeh və “Abşeron İnşaat” Mənzil- Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş çoxmənzilli binanın 1-ci girişində, 8-ci mərtəbə yerləşən ** saylı mənzilə dair podratçı olaraq cavabdeh MTK ilə sifarişçi olaraq cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***/* saylı müqavilənin və mənzilin dəyəri olaraq müqavilədə qeyd edilən məbləğin Cavabdeh tərəfindən MTK-ya ödənilməsini təsdiq edən ##.##.2025-ci il tarixli, ** nömrəli “Maliyyə arayışının” ləğv edilməsini, cavabdeh Cavabdeh uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılması, mənzilin mülkiyyətdə olan əmlak kimi iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması və sair məsələlər barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İşə baxılan zaman cavabdeh Cavabdeh keçmiş əri olmuş iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun özünün və onunla ilk iddia üzrə iddiaçının birgə nikahından doğulmuş 2 uşağın mübahisəli mənzildən ##.##.2036-cı il tarixədək istifadə hüququnun saxlanılması, həmin hüquqların şəxsi servitut kimi dövlət qeydiyyatına alınması, birgə nikah dövründə əldə olunmuş avtomobilin satından əldə edilmiş pul məbləğinin yarısının – 5.000 manat, mənzilin təmirinə çəkilmiş xərcin yarısının – 25.000 manat, cəmi isə 30.000 manat məbləğində pulun ilk iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsi, hər 2 uşaq yetkinlik yaşına çatana kimi ilk iddia üzrə iddiaçının razılığı olmadan onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verən qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla qarşılıqlı iddia ərizəsinin qismən, yəni hər 2 uşağın yetkinlik yaşına çatanadək atalarının razılığı olmadan anaları ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə” hissəsinin Cavabdeh qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində ifadə edilmiş həmin tələb ilə ilk iddia tələbi arasında bağlılıq yoxdur, həmin tələb ilk iddianın tam və ya qismən ödənilməsinə, habelə tam və ya qismən rədd edilməsini yönəlməmişdir. Buna görə də, qarşılıqlı iddianın həmin hissəsi icraata qəbul edilə və ilk iddia ilə bir icraatda baxıla bilməz. Cavabdeh həmin tələbi ayrıca iddia ərizəsində ifadə etməklə, yeni və müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qarşılıqlı iddiaçı vəkili (nümayəndəsi) vəkil1 vasitəsilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın qeyd edilən həmin hissəsinin də icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin mövqeyi səhvdir. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (maddə 155.3.). Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır (maddə 151.3.). İş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi ##.##.2026-cı il tarixdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə olan halda Rayon Məhkəməsi qarşılıqlı iddianın həmin hissəsini 5 gün müddətində, yəni ən geci ##.##.2026-cı il tarixdə qaytara bilərdi, lakin qarşılıqlı iddianın həmin hissəsinin qaytarılması haqqında qərardad 10 günün tamamında, ##.##.2026-cı il tarixdə qaytarılmışdır. Qeyd edilən məsələyə MPM-in 151.3cü maddəsinin tələbi baxımından yanaşdıqda müəyyən edilir ki, qarşılıqlı iddianın həmin hissəsi də, Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, uşaqların atalarının razılığı olmadan ölkədən müvəqqəti getmələrinə icazə verilməsi barədə tələb, ilk iddia ərizəsində və qarşılıqlı iddia ərizəsində ifadə edilmiş tələblər kimi iş üzrə tərəflər arasında mövcud olan ailə münasibətlərindən irəli gəlir. Buna görə də, qəbul edilməlidir ki, Rayon Məhkəməsinin qaytardığı tələb də, ilk iddia tələbi ilə birlikdə baxıla bilər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qərardaddan verilmiş şikayətdə qeyd edildiyi kimi, MPM-in tələblərinə görə, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (maddə 155.3.). Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır (maddə 151.3.). Bundan başqa qeyd edilməlidir ki, MPM-in digər tələblərinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət (20 gün) ərzində verilməlidir (maddə 155.1.). Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir (maddə 155.2.). Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (maddə 155.3.). MPM-in 156-cı maddəsinin tələblərinin mənasına görə hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə (maddə 156.1.1.); qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa (maddə 156.1.2.); qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə (maddə 156.1.3.). Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər (maddə 156.2.). Göründüyü kimi, qanun qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılmasını təkcə tərəflərin eyni olması və ya tələblərin müəyyən mənada eyni ailə münasibətləri fonunda yaranması ilə əlaqələndirmir. Bunun üçün MPM-in 156.1-ci maddəsində müəyyən edilmiş hallardan ən azı biri mövcud olmalıdır. Hazırkı işdə qarşılıqlı iddianın geri qaytarılmış hissəsi həmin şərtlərə cavab vermir. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq qarşılıqlı iddianın həmin hissəsini qaytarmaqda haqlı olmuşdur. Düzdür, Rayon Məhkəməsi qarşılıqlı iddianın həmin hissəsini MPM-in 151.3-cü maddəsinin tələbində qeyd edilən 5 gün müddətində qaytarmasa da, işin hallarından müəyyən edilir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsini MPM-in ona verdiyi səlahiyyət çərçivəsində, yəni 156.2-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni ağlabatan olan qısa müddət ərzində baxmağa haqlı olmuşdur. Eyni zamanda Məhkəmə hesab edir ki, qeyd edilən müddətin keçməsi, ilk iddia ilə birlikdə baxılması mümkün olmayan qarşılıqlı iddianın icraata qəbul edilərək, mahiyyəti üzrə baxılmasını mümkün hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3006/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3006/2026
20.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver