Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3145/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ` Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinə görə 72000 manat icarə haqqı və ödənilmiş 306 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) vəkil3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi ilə yanaşı, cavabdeh cavabdeh1 MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2020-ci il tarixli, *** nömrəli qeyri-yaşayış tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, cavabdeh “xxxx” MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanan ##.##.2020-ci il tarixli, 18\**** nömrəli icarə müqaviləsinin etibarsiz hesab edilməsi, qeyri-yaşayış sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə iddiaçının nümayəndəsi (vəkili) vəkil3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 3 ünvanında yerləşən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsindəki ümumi sahəsi 100 kv. metr olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinə görə 112 000 (yüz on iki min) manat məbləğində icarə haqqının və məhkəməyə ödənilmiş 402 (dörd yüz iki) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil1 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair ərizəsi üzrə e-2(006)- ***/**** nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçının nümayəndəsi və vəkili vəkil3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv edilməsi və işə Nəsimi Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 MMC-yə və cavabdeh2 qarşı "icarə haqqının ödənilməsi" tələbinə dair mülki işin aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və mülki işə məhkəmə iclasında baxılmasının ##.##.2026-cı il tarixə, saat 15:00-a təyin edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 yenidən ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək, iddia ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv. metr olan qeyri-yaşayış sahəsinə yönəldildiyindən və həmin qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi qoyulduğundan e-*(***)-***/**** nömrəli mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş «ərazi aidiyyətinin dəyişdirilməsinə dair» vəsatətin rədd edilməsi qərara alınmışdır. Hazırda cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "icarə haqqının ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinə (e-2(006)- ***/**** saylı mülki işə) iddiaçı İddiaçı nümayəndəsi tərəfindən ## #### 2026-cı il tarixdə keçirilən iclasda iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Iddiaçının sonunucu iddia tələbi aşağıdakılardan ibarətdir: 1) Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ünvan 1ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv. metr olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinə görə 102000 (yüz iki min) manat icarə haqqı, məhkəməyə ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ödənilsin; 2) Cavabdehcavabdeh1 MMC ilə cavabdeh cavabdeh2 arasındabağlanmış ##.##.2020-ci il tarixli, *** nömrəli, “Qeyriyaşayış tikintisi haqqında” Müqavilə etibarsız hesab edilsin. 3) Cavabdeh “xxxx”MMC ilə cavabdeh cavabdeh2 arasında bağlanan ##.##.2020-ciil tarixli, **/**** nömrəli Icarə müqaviləsi etibarsiz hesab edilsin. 4) Qeyriyaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazi boşaldılsın və iddiaçıya təhvil verilsin. Göründüyü kimi iddia tələbi ünvan 1 ünvanında inşa edilənyaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv. metr olan qeyri-yaşayış sahəsinə yönəldilmişdir və iddianın dördüncü bəndində həmin qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi qoyulmuşdur. ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh1 MMC və cavabdeh2 qarşı icarə haqqının ödənilməsi, müqavilənin etibarsızlığı və qeyri yaşayış sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə e-*(***)-***/**** saylı mülki işin baxılması üçün məhkəmə və ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması ilə əlaqədar iş üzrə cavabdeh cavabdeh2 vəkili və nümayəndəsi kimi ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-c il tarixli, e-*(***)- ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, “Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar müstəsna aidiyyət kimi daşınmaz əşyanın olduğu yerə görə verilir.” Eyni mövqe “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # #### 2021-ci il tarixli qərarında bir daha qəbul edilmişdir. Iddiaçı tərəfindən verilmiş iddiaya dəqiqləşmədən aydın olmuşdur ki, iddia tələbi ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv. metr olan qeyri-yaşayış sahəsinə və həmin qeyriyaşayış sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən geri alınaraq ərazinin boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi mövcuddur. Məhkəmə prosesi gedişində yerli baxış, daşınmaz əmlakla bağlı məhkəmə ekspertizalarının keçirilməsi hallarının mövcudluğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # #### 2021-ci il tarixli Qərarının 2-ci bəndində qərara alınmışdır ki, “Daşınmazəşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.” Belə olduğu halda ünvan 1 ünvanında inşa edilən yaşayışbinasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Abşeron rayonu ərazisi olduğundan işə aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda şərh olunanlar müqayisəli şəkildə təhlil edildikdə belə bir nəticə hasil olur ki, hazırkı vəziyyətdə qanuni məhkəmə aidiyyətinin dəyişdirilməsi cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan konstitision hüququnun və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Roma, 4.XI.1950) 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər cavabdeh hüquqi şəxsdirsə, iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Bu Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddanın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün seçim hüququnun iddiaçıya məxsus olduğu, Məcəllənin 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Iş materiallarından görünür ki, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərkən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini cavabdeh qismində cəlb etmişdir. X3 əldə edilmiş məlumata əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının ünvan 4 olduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, cavabdehqismində cəlb olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının Nəsimi rayonunun ərazisinə aid olduğu alınmaqla hazırki iddia ərazi aidiyyəti qaydalarına riayət edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmiş və məhkəmə tərəfindən düzgün olaraq icraatına götürülmüşdür. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, qeyri-yaşayış sahəsinin Abşeron rayon ərazisində yerləşməsi, aidiyyət qaydalarına uyğun olaraq məhkəmə tərəfindən icraata götürülmüş işin ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi üçün əsas deyildir. Işin sonradan genişləndirilməsi, yeni cavabdehlərin əlavə edilməsi və ya mübahisəli əmlakın fərqli rayonda yerləşməsi faktı ilkin mərhələdə qanunamüvafiq qaydada Nəsimi Rayon Məhkəməsinin icraatına götürülmüş işin başqa məhkəməyə göndərilməsi üçün əsas ola bilməz. Şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3145/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3145/2026
28.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver