Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3187/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Açar sözlər: ərazi aidiyyatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh “Cavabdeh qarşı “sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blok, 3-ü mərtəbəsində yerləşən, ümumi sahəsi 158,4 m2 olan 3 otaqlı mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan sənədlərin (ümumi yığınçağın qərarından çıxarış, müqaviə, mənzilin planı, borcun olmaması barədə maliyyə arayışı, mənzilin təhviltəslim aktı və sair) verilməsi vəzifəsinin cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, habelə iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun, hüquqi xidmətin göstərilməsi ilə bağlı çəkilmiş xərclərin əvəzi olaraq 900 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh “xxxx Mənzil-Tikinti Kooperativinin nümayəndəsi vəkil1 yazılı vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan sənədlər iddiaçıya mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün lazımdır. Iddia tələbi zahirən sənədlərin təqdim olunmasını ehtiva etsə də, mübahisənin faktiki və hüquqi mahiyyəti Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlak üzərində hüquqların həyata keçirilməsi, əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması və bununla bağlı yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadına əsasən vəsatət təmin edilməmişdir.
5. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, iddia tələbi müqavilə münasibətlərindən irəli gələn tələb olduğundan və bu qəbildən olan tələblərə müstəsna aidiyyət qaydalarına əsasən əmlakın yerləşdiyi yerdə deyil, cavabdehin qeydə alındığı yer üzrə məhkəmədə baxılmalı olduğundan, vəsatət təmin edilməyərək, işin baxılması Bakı şəhəri Xətai Rayon Məhkəməsində davam etdirilməlidir.
6. Həmin qərardaddan cavabdeh “xxxx Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili vəkil1 şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi mübahisənin hüquqi təbiətini düzgün müəyyən etməmiş, iddia tələbinin formal adına əsaslanmış, lakin tələbin real predmetini, məqsədini və hüquqi nəticəsini araşdırmamışdır. Iş üzrə əsas məsələ müqavilə üzrə pulun ödənilməsi, müqavilənin ləğvi, müqavilə üzrə zərərin tutulması və ya müqavilə öhdəliyinin klassik mənada icrası deyildir. Iddiaçının real tələbi konkret daşınmaz əmlaka dair hüququn dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin təqdim edilməsi ilə bağlıdır. Başqa sözlə, iddia daşınmaz əmlakla bağlı hüquqların rəsmiləşdirilməsinə maneənin aradan qaldırılması xarakteri daşıyır. Məhkəmə isə bu mühüm fərqi nəzərə almamış, iddia ərizəsində müqaviləyə istinad edilməsini mübahisənin bütövlükdə müqavilə aidiyyətinə tabe olması kimi qəbul etmişdir. Halbuki iddia ərizəsində müqaviləyə istinad yalnız iddiaçının həmin mənzilə münasibətdə hüquqi marağını əsaslandırmaq üçün göstərilmişdir. Iddia tələbinin bilavasitə predmeti isə müqavilə üzrə pul, tikinti, təhvil, zərər və ya cərimə deyil, konkret daşınmaz əmlaka dair sənədlərin verilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu norma müstəsna aidiyyət qaydasını müəyyən edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, qanunverici müəyyən kateqoriyalı işlərin yalnız konkret məhkəmədə baxılmasını məcburi qayda kimi müəyyən edir. Belə hallarda nə ümumi aidiyyət qaydaları, nə də tərəflərin seçimi və ya cavabdehin hüquqi ünvanı əsas götürülə bilməz. Hazırkı iş üzrə iddia tələbi formal olaraq “sənədlərin verilməsi” kimi ifadə edilsə də, həmin sənədlərin hansı məqsədlə tələb olunduğu xüsusi əhəmiyyət daşıyır. Iddiaçı sənədləri abstrakt qaydada və ya müstəqil müqavilə öhdəliyi kimi tələb etmir. O, həmin sənədləri ünvan 2 ünvanında yerləşən konkret mənzilə dair dövlət reyestrindən çıxarış almaq üçün tələb edir. Beləliklə, iddia tələbinin nəticəsi birbaşa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlıdır. Iddia təmin ediləcəyi halda məhkəmə aktı cavabdehin üzərinə həmin mənzilə dair hüquqların rəsmiləşdirilməsi üçün zəruri sənədləri təqdim etmək vəzifəsi qoyacaqdır. Bu isə mahiyyət etibarilə daşınmaz əmlaka dair hüquqların həyata keçirilməsinə maneənin aradan qaldırılmasıdır. Məhkəmə MPM-nin 39.1-ci maddəsini tətbiq etməli olduğu halda, həmin normanı ümumiyyətlə tətbiq etməmiş və müstəsna aidiyyət məsələsini yalnız formal müqavilə münasibəti arqumenti ilə kənarlaşdırmışdır. MPMnin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlıməsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Cavabdeh tərəfindən işin aidiyyət üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə əsaslandırılmış vəsatət verilmişdir. Məhkəmə bu vəsatəti formal qaydada nəzərdən keçirmiş, lakin vəsatətdə göstərilən əsasları işin faktiki halları və iddia tələbinin real predmeti ilə birlikdə qiymətləndirməmişdir. Ərazi aidiyyəti məsələsi texniki məsələ deyil. Bu məsələ məhkəmənin işə baxmaq səlahiyyəti ilə bağlıdır. Aidiyyət qaydalarının pozulması işin qanuni məhkəmə tərəfindən baxılması prinsipinə təsir edir. Məhkəmə vəsatəti rədd edərkən yalnız bir cümlə ilə iddia tələbinin müqavilə münasibətlərindən irəli gəldiyini bildirmiş, lakin bu nəticəyə hansı hüquqi meyar əsasında gəldiyini əsaslandırmamışdır. Qərardadda iddianın konkret daşınmaz əmlaka dair sənədlərin verilməsi ilə bağlı olması, həmin sənədlərin dövlət qeydiyyatı üçün tələb edilməsi və əmlakın Səbail rayonunda yerləşməsi barədə dəlillərə qiymət verilməmişdir. Məhkəmə qərardadı qanuni və əsaslı olmalı, məhkəmənin gəldiyi nəticələr işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun şəkildə əsaslandırılmalıdır. Şikayət olunan qərardadda isə məhkəmə yalnız MPM-nin 35.1-ci maddəsinə istinad etmiş, MPM-nin 39.1-ci maddəsinin niyə tətbiq edilməməli olduğunu izah etməmişdir. Məhkəmə müstəsna aidiyyət qaydasını kənarlaşdırarkən mübahisənin real predmeti ilə bağlı hərtərəfli hüquqi təhlil aparmalı idi. Qərardadda bu təhlil yoxdur. Məhkəmə yalnız “iddia tələbi müqavilə münasibətlərindən irəli gəlir” ifadəsi ilə kifayətlənmişdir. Halbuki iddia ərizəsinin məzmunu daha mürəkkəb hüquqi vəziyyət yaradır: iddia müqaviləyə istinad etsə də, onun nəticəsi daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün zəruri sənədlərin əldə olunmasıdır. Belə əsaslandırma qərardadın qanuniliyini və əsaslılığını şübhə altına alır. MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu normanın mətnindən də aydın görünür ki, cavabdehin olduğu yer üzrə ümumi aidiyyət qaydası yalnız “qanunla başqa hal nəzərdə tutulmamışdırsa” tətbiq edilir. Hazırkı iş üzrə isə qanunla başqa hal nəzərdə tutulmuşdur. Belə ki, MPM-nin 39.1-ci maddəsi daşınmaz əmlakla bağlı müəyyən tələblər üzrə müstəsna aidiyyət qaydasınımüəyyən edir. Məhkəmə 35.1-ci maddəni tətbiq edərkən həmin normanın şərti xarakterini nəzərə almamışdır. Əvvəlcə işin MPM-nin 39.1-ci maddəsinin tətbiq dairəsinə düşüb-düşmədiyini araşdırmalı, yalnız bu nəticəyə gəlmədiyi halda MPM-nin 35.1-ci maddəsinə müraciət etməli idi. Lakin, məhkəmə əksinə hərəkət etmiş, birbaşa ümumi aidiyyət qaydasını tətbiq etmiş və müstəsna aidiyyət normasını kənarda qoymuşdur. Bu isə prosessual qanunun tətbiqində ciddi səhvdir. Birinci instansiya məhkəməsi aşağıdakı mühüm faktiki halları aydınlaşdırmamış və onlara hüquqi qiymət verməmişdir: Birincisi, iddiaçının tələb etdiyi sənədlər konkret olaraq ünvan 2 ünvanında yerləşən mənzilə aiddir. Bu sənədlər hər hansı ümumi müqavilə münasibətinə dair deyil, məhz konkret daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsi üçün tələb olunur. Ikincisi, iddiaçı həmin sənədləri dövlət reyestrindən çıxarış almaq məqsədilə tələb edir. Deməli, iddia tələbinin hüquqi nəticəsi daşınmaz əmlaka dair hüququn dövlət qeydiyyatı ilə bağlıdır. Üçüncüsü, iddia tələbində göstərilən sənədlərin hamısı daşınmaz əmlakın hüquqi statusu, planı, təhvil verilməsi, maliyyə vəziyyəti və MTK üzvlüyü ilə bağlıdır. Bu sənədlər cavabdehin hüquqi ünvanına deyil, mənzilin yerləşdiyi yerə və həmin əmlakla bağlı hüquqi vəziyyətə bağlıdır. Dördüncüsü, müqavilədə iddia ərizəsində sadalanan bütün sənədlərin ayrıca, müstəqil müqavilə öhdəliyi kimi təqdim edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin sənədlərin tələb olunmasını sadəcə müqavilə öhdəliyinin icrası kimi qiymətləndirmək düzgün deyil. Beşincisi, iddiaçı faktiki olaraq cavabdehin hərəkətsizliyinin onun mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına maneə yaratdığını iddia edir. Bu isə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan maneənin aradan qaldırılması xarakteri daşıyır. Məhkəmə bu halları araşdırmadan mübahisəni sadələşdirilmiş şəkildə müqavilə mübahisəsi kimi qiymətləndirmişdir. Məhkəmə qərardadda iddia tələbinin müqavilə münasibətlərindən irəli gəldiyini göstərmişdir. Lakin bu nəticə iş materialları ilə tam və obyektiv şəkildə əsaslandırılmamışdır. Iddia ərizəsində müqaviləyə istinad edilməsi mübahisənin birmənalı olaraq müqavilə aidiyyətinə tabe olması anlamına gəlmir. Mübahisənin aidiyyətini müəyyən etmək üçün yalnız iddiaçının istinad etdiyi hüquqi əsaslar deyil, iddia tələbinin predmeti və həmin tələbin təmin olunacağı halda yaranacaq hüquqi nəticə nəzərə alınmalıdır. Hazırkı işdə iddia tələbinin təmin edilməsi nəticəsində cavabdehin üzərinə konkret daşınmaz əmlaka dair sənədlərin təqdim edilməsi vəzifəsi qoyulacaqdır. Bu sənədlər həmin mənzilin dövlət qeydiyyatına alınması üçün tələb olunur. Deməli, mübahisənin hüquqi nəticəsi daşınmaz əmlakla bağlıdır. Məhkəmənin “müqavilə münasibətlərindən irəli gələn tələb” nəticəsi iddia ərizəsinin tam məzmunu ilə deyil, yalnız onun ayrı-ayrı hissələrinin formal oxunuşu ilə əsaslandırılmışdır. Məhkəmə qərardadda belə nəticəyə gəlmişdir ki, bu qəbildən olan tələblərə müstəsna aidiyyət qaydalarına əsasən əmlakın yerləşdiyi yerdə deyil, cavabdehin qeydə alındığı yer üzrə məhkəmədə baxılmalıdır. Bu nəticə işin hallarına uyğun deyil. Əvvəla, iddianın predmeti cavabdehin ümumi müqavilə öhdəliyini icra etməsi deyil. Iddianın predmeti konkret mənzilə dair sənədlərin verilməsidir. Ikincisi, həmin sənədlər iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunur. Iddiaçının öz ərizəsində bildirdiyinə görə, cavabdehin sənədləri təqdim etməməsi onun mənzil üzərində hüququnun dövlət qeydiyyatına alınmasına maneə yaradır. Üçüncüsü, mübahisə Səbail rayonunda yerləşən daşınmaz əmlakla bağlıdır. Məhkəmə bu əlaqəni nəzərə almamış, cavabdehin qeydiyyat ünvanını həlledici meyar kimi qəbul etmişdir. Dördüncüsü, müstəsna aidiyyət qaydasının məqsədi daşınmaz əmlakla bağlı mübahisələrin həmin əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmasını təmin etməkdir. Bu, həm sübutların toplanması, həm əmlakın hüquqi vəziyyətinin qiymətləndirilməsi, həm də məhkəmə aktının icrası baxımından daha məqsədəuyğundur. Beşincisi, əgər iddiaçının tələbi təmin olunarsa, məhkəmə aktının icrası da konkret daşınmaz əmlaka dair sənədlərin hazırlanması və təqdim olunması ilə bağlı olacaqdır. Bu isə mübahisənin daşınmaz əmlakla ayrılmaz bağlılığını bir daha təsdiq edir. Belə olan halda məhkəmənin işə Xətai Rayon Məhkəməsində baxılmalı olması barədə nəticəsi həm faktiki hallara, həm də prosessual hüquq normalarının məqsədinə uyğun deyil.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 33.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
10. Iş materiallarından da görünür ki, cavabdeh rəsmi olaraq ünvan 1 ünvanında qeydə alınmışdır.
11. Müstəsna aidiyyat qaydalarını müəyyən edən MPM-nin 39.1-ci maddəsində daşınmaz əmlakla bağlı konkret olaraq hansı iddiaların daşınmaz əşyanın olduğu yerə görə verilməsi nəzərdə tutulmuşdur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar.
12. Lakin hazırkı tələbin bu növ iddialara ümumiyyətlə aidiyyatı yoxdur.
13. Hətta mülki prosessual qanunvericilikdə hazırkı tələbin müsbət həlli üzrə qətnamənin xüsusiyyətlərini özündə əks etdirən 223.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.