Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3222/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, İddiaçı X6 cavabdehlər cavabdeh4, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Gəncə şəhəri * saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh4 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər cavabdeh4, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Gəncə şəhəri * saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, ##.##.2023-cü il tarixdə vəfat etmiş X5 tərəfindən cavabdeh cavabdeh4 adına verilmiş 2V-201 reyestrli, ##.##.2022-ci il tarixli vəsiyyətnamə qismən, yəni “Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, Xarici dairəvi yol, ev 20A ünvanında yerləşən ** saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 26, M4, m3) dair” hissədə ləğv edilmiş, ##.##.2023-cü il tarixdə vəfat etmiş X5 miras Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, Xarici dairəvi yol, ev 20A ünvanında yerləşən ** saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 26, M4, m3) dair cavabdeh cavabdeh4 adına verilmiş 2V-*** reyestr nömrəli, ##.##.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, Xarici dairəvi yol, ev 20A ünvanında yerləşən ** saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 26, M4, m3) dair cavabdeh cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə 011011006596-05301-093170 reyestr nömrəsi və 1124102597 qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ##.##.2023-cü il tarixdə vəfat etmiş X5 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, Xarici dairəvi yol, ev 20A ünvanında yerləşən ** saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 26, M4, m3) dair X6 adına verilmiş 2V-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli vəsiyyətnamə əsasında sonuncunun həmin mənzil üzərində tam hissədə miras payı müəyyən olunması, ##.##.2023-cü il tarixdə vəfat etmiş X5 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, Xarici dairəvi yol, ev 20A ünvanında yerləşən ** saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 26, M4, m3) dair X6 adına verilmiş 2V-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri ** saylı Notariat Ofisinin üzərinə qoyulması, iddiaçının iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh cavabdeh4 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini və ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsini cavabdeh4 almamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi qanunla müəyyən edilmiş formada, nə elektron qaydada, nə də poçt vasitəsi ilə ona göndərilmədiyindən həmin qətnaməni alıb vaxtında apellyasiya şikayəti verə bilməmişdir. O, həmin qətnamədən ##.##.2026-cı ildə “Sima” proqramı vasitəsilə elektron kabinet yaradaraq tanış olmuşdur. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh4 iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, cavabdeh cavabdeh4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh4 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə şikayət verərək, qərardadın əsassız olduğu üçün ləğv edib tərəflərlə birlikdə sonrakı prossesual hərəkətlərin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh4 ##.##.2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə verdiyi apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi təmin edilmədən geri qaytarılmışdır. İşə baxan məhkəmə cavabdeh cavabdeh4 məhkəmə iclası vaxtı xəbərdar olduğunu və həmçinin cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatda olduğunu göstərmişdir. Nümayəndəsi-vəkili olduğu cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X4 Massivi, X2, ev 20a, mənzil 18 Yeni Qaydalarla, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 26,m4,m3 ünvanında qeydiyyatdadır, lakin ünvan 4 ünvanında yaşayır. Cavabdeh cavabdeh4 qətnamədən gec xəbərdar olduğu üçün şikayəti gec vermişdir. Ona görə də ötürülmüş müddət üzürlü hesab edilib bərpa edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Nümayəndəsi olduğu şəxs cavabdeh4 elektron kabineti olmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsini ona göndərilməmişdir. Cavabdeh cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, X4 Massivi, X2, ev 20 a, mənzil 18, Yeni Qaydalarla, Bakı şəhəri,Yasamal rayonu, X1 küçəsi, giriş 26,m 4,m3 ünvanında qeydiyyatda olmasına baxmayaraq qərardadda yazılır ki, guya qətnamə onun qeydiyyatda olduğu ünvana, yəni ünvan 4 ünvanına poçt vasitəsilə göndərilmiş, məhkəmə iclasında iştirak edən cavabdeh həmin ünvanda qeydiyyatda olduğunu öz izahatı ilə təsdiq etmişdir. Halbuki, cavabdeh cavabdeh4 faktiki yaşadığı ünvan 4 ünvanına poçt vasitəsilə göndərilməsinə dair işdə sübut növünə rast gəlinmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehin elektron kabineti olmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh4 poçt vasitəsilə göndərilmişdir Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı cavabdehin telefon əlaqəsi ilə verdiyi məlumat ilə də təsdiq edilmişdir ki, məhkəmədə hazırki işlə bağlı proses aparılan zaman cavabdeh cavabdeh4 işə məhkəmədə baxıldığından xəbərdar olmuşdur. Həmçinin məhkəmə iclasları barədə cavabdehə məxsus mobil nömrələrə məhkəmə tərəfindən SMS xəbərdarlıqlar göndərilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, birinci instasiya məhkəməsi icra işini tətqiq edib, icra işində olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, icra məmuru ##.##.2026-cı il tarixdə hazırki icra sənədi üzrə icraata başlamış və tələbin könüllü icra edilməsi üçün cavabdeh cavabdeh4 həmin tarixdə sms bildiriş göndərmişdir. Bununla da cavabdeh ən azından ## ###### 2026-cı il tarixdə sözügedən qətnamədən xəbərdar olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq həmin halı nəzərə alaraq qeyd etmişdir ki, ən yaxşı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin axımı ## ###### 2026-cı il tarixdən hesablana bilərdi. Lakin cavabdeh həmin 1 aylıq prosessual müddəti də ötürərək, şikayətin verilməsi üçün müddətin bitdiyi vaxtdan, yəni ## ###### 2026-cı il tarixdən 3 aydan artıq müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi sözügedən qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, cavabdeh bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qəanətə gəlmişdir ki, cavabdeh cavabdeh4 tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilə və buraxılmış müddət bərpa edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Göründüyü kimi işin sadalanan halları ilə cavabdehin ## ### 2026-cı il tarixdə deyil, daha əvvəl ən yaxşı halda ## ###### 2026-cı il tarixdə qətnamədən məlumatlı olması öz təsdiqini tapmışdır. Digər tərəfdən şəxsin iradəsindən asılı olmayan, obyektiv olaraq onun prosessual hüquqlarını vaxtında həyata keçirməsinə mane olan hallar (məsələn: ağır xəstəlik, təbii fəlakət, obyektiv texniki imkansızlıq və s.) müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə mötəbər sübut təqdim edilməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmaması işin halları müəyyən edilməmişdir. Bununla da cavabdeh apellyasiya şikayətini vaxtında vermək imkanının olmadığını, bu müddətin isə özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut edə bilməmişdir. Əks yanaşma isə ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh4 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3222/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3222/2026
03.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver